Litə turşusu

Güney Azərbaycan kulinariyasında bu qidaya üstünlük verilir. Təbriz kulinariyasında onun hazırlanma qaydası belədir: “Bu turşuya qatılan bütün yeyəcəkləri əzib və ya rəndəyə çəkib ona nanə, duz və ədviyyat artırandan sonra sirkəyə salarlar. Litə turşusunda badımcan, pomidor, alma, heyva, sarımsaq, yerkökü və s. işlənər. (28, 314)
Ləvəngi
Lor
OBASTAN VİKİ
Hialuron turşusu
Hialuron turşusu (hialuronat, hialuronan) — birləşdirici, epitelial və sinir toxumalarının bir hissəsi olan sulfonlaşdırılmamış qlikozaminoqlikan. Bir çox bioloji mayelərin (tüpürcək, sinovial maye və s.) tərkibində olan hüceyrədənkənar matrisin əsas komponentlərindən biri. Hüceyrələrin çoxalmasında və miqrasiyasında mühüm rol oynayır. Bu maddəyə "hialuron turşusu" adı 1934-cü ildə alman alimi Karl Meyer və J.V. Palmer tərəfindən verilmişdir. Bəzi bakteriyalar (məs. Streptokokkus) tərəfindən istehsal olunur. Hialuron turşusu həmçinin A qrupunun streptokok ekstrasellüler kapsulunun tərkib hissəsidir və virulentlikdə rol oynadığı güman edilir. 70 kq olan insanın orqanizmində orta hesabla təxminən 15 qr. hialuron turşusu var və onun üçdə bir hissəsi hər gün dəyişir (parçalanır və ya sintez olunur). == Funksiyaları == Hialuron turşusu sinovial mayenin özlülüyünə görə məsuliyyət daşıyan əsas komponentidir.
Hidroheksaflüorizoyağ turşusu
α-Hidroheksaflüorizoyağ turşusu (2-triflüormetil-3,3,3-triflüorpropion t-su, α- hidroperflüorizoyağ t-su)-(CF3)2CHCOOH, rəngsiz hiqroskopik kristal maddədir; == Fiziki xassələri == Kəskin iyli, efirdə, asetonda və dioksanda yaxşı, suda isə pis həll olur (pKa — 2,35). == Kimyəvi xassələri == α-Hidroheksaflüorizoyağ turşusunu P2O5-in köməyi ilə dehidratlaşdırdıqda davamlı bis-(triflüormetil)keten (CF3)2C=C=O, (C2H5)3N-in iştirakında dekarboksilləşdirdikdə isə 1,1,1,3,3,3-heksaflüorpropan (CF3)2CH2 alınır. α-Hidroheksaflüorizoyağın kalium duzu ~800C temperaturda 1,1,3,3,3-pentaflüorpropana CF3CH=CF2 çevrilir. α-H.t.-nin efirlərini dehidroflüorlaşdırdıqda perflüormetakril turşusunun efirləri CF2=C(CF3)COOR alınır. == Alınması == α-H.t.-ni perflüorizobutileni (CF3)2C=CF2 üzvi həlledicilərdə hidratlaşdırmaqla alırlar. == Tətbiqi == Laboratoriyada efirlərin və (CF3)2C=C=O-nun sintezində istifadə olunur. == Mənbə == Химическая энциклопедия, Изд. "Советская энциклопедия", М., 1988, т. 1, с. 1085.
Həftəbecər turşusu
== Ərzaqlar == 2 litrlik banka üçün 500 qr badımcan (təxminən 3 ədəd) — kiçik kublara doğranmış 1 kq (1 orta boy) kələm — yarı bölünüb nazik-nazik doğranmış 250 qr (2 ədəd) yaşıl bibər — iri-iri doğranmış 1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) — iri-iri doğranmış 500 qr (4 ədəd) göy pomidor — iri-iri doğranmış 500 qr (4 ədəd) yerkökü — uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz) 1 kərəvizin sapı — iri-iri doğranmış 1 baş sarımsaq — doğranmış 1 stəkan xırda doğranmış nanə 1 stəkan xırda doğranmış cəfəri 4 xörək qaşığı duz təxminən 300 ml (1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə == Hazırlanma qaydası == 1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun, yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın. 2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun. Bu müddət ərzində tərəvəzlər sulanacaq. 3.
Kapril turşusu
Kapril turşusu (Oktan turşusu) С7Н15COOH - birəsaslı doymuş karbon turşusudur, yağlıtəhər rəngsiz, xoşagəlməz iyli, soyuqda kristallaşan mayedir. == Təbiətdə tapılması == Kapril turşusu qliserid şəklində inək yağın tərkibində olur; Limburq pendirində, sivuş yağında (izoamil efiri şəklində) və çuğundur bəkməzində tapılmışdır; bitki yağlarından kokos yağının (6-10%), babassu palma yağının (2-8%), tukuma palma yağının (Astrocaryum vulgare) (1,3%), murumuru palma yağının (Astrocaryum murumuru) (1,1%), palma yağının (0,1%-dən az) tərkibidə vardır [2]. == Alınması == Olein turşusunun quru qovulması və normal oktil spirtinin oksidləşməsi zamanı əmələ gəlir. == Mənbə == Solubility of octanoic acid in methanol Растительные масла, в которых содержится каприловая кислота [1].
Kaprin turşusu
Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır. == Təbiətdə tapılması == Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5–10%), palma çəyirdəyi yağında (3–7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az)[1], az miqdarda spermaseti piyində rast gəlinir. == Xassələri == Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270 °C, ərimə temperaturu 27–32 °C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.
Kapron turşusu
Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır. == İzomerləri == Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur: 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH 2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH 3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH 2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH 2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH və 5 siniflərarası izomerlər: Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3 Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3 Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3 Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3 Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3 == Fiziki xassələri == Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С). Metanol, etanol, efirdə yaxşı həll olur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Karbonat turşusu
Karbonat turşusu — kimyəvi formulu H2CO3 olan zəif ikiəsaslı turşu. Turşuların bütün xassələrinə malikdir. Karbonat turşusu normal şəraitdə suya və karbon qazına parçalandığına görə sərbəst halda mövcud deyil: CO2 + H2O ↔ H2CO3 Karbonat turşusunun molekulundakı kimyəvi rabitə polyar kovalent rabitələrdir. == Karbonat turşusunun törəmələri == Karbonat turşusunun da başqa üzvi turşular kimi müvafiq törəmələri vardır. Bu törəmələrdən karbonat turşusunun xloranhidridlərini, esterlərini və amidlərini göstərmək olar. == Karbonat turşusunun xloranhidridləri == Karbonat turşusunun iki cür xloranhidridi ola bilər. Bunalrada xlorkarbonat turşusu, ikincisi karboksixlorid və fosgen adlanır. Fosgen və ya karboksixlorid birinci dəfə Devi tərəfindən dəm qazına günəz işiğının təsiri ilə xlor birləşdirməklə alınmışdır, buna görə də fosgen (fos-yunanca) işıq adlanmışdır. İndi, fosgen üçün dəm qazı ilə xloru 2000-də kömür katalizatoru üzərindən buraxılırlar. Fosgen zəhərli boğucu qazdır, 80C-də qaynayır, benzolda yaxşı həll olur, su ilə parçalanır, karbon qazı ilə xlorid turşusu əmələ gətirir.
Kəhrəba turşusu
Kəhrəba turşusu (butandion turşusu, etan-1,2-dikarbon turşusu) – ikiəsaslı doymuş karbon turşusudur. Ağ rəngli kristallar olub, suda və spirtdə həll olur, butun bitkilərin tərkibində, kəhrəbada az miqdarda vardır. Bitkilərin boy artımını ctimullaşdırır və məhsuldarlığı artırır, qarğıdalının inkişaf etməsini sürətləndirir. Ilk dəfə kəhrəba turşusunu XII əsrdə kəhrəbanın birbaşa qovulmasından almışlar. Sənayedə isə kəhrəba turşusu, əsas etibarı ilə, malein anhidridinin hidrogenləşdirilməsindən alınır. Kəhrəba turşusunun duzu və efirləri suksinatlar (lat. Succinum – kəhrəba) aşlandırılır. == Xassələri == === Orqanoleptik xassələri === Kəhrəba turşusu ağ kristalar olub, zəif və yüngul duzlu-acıtəhər dada malikdir [2]. === Fiziki xassələri === Ərimə temperaturu 183oC, qaynama temperaturu 235 oC-dir. 235oC-dən yuxarı temperaturda özündən Н2О ayırır və kəhrəba anhidridinə çevrilir.
Kələm turşusu
Kələm turşusu — bir çox mətbəxdə geniş istifadə olunan, kələmdən hazırlanan turşu növü. Əsasən qış aylarında daha çox istifadə olunur. == Tarixi == Qədim Roma yazıçıları Böyük Katon və Kolumella əsərlərində kələm turşusundan bəhs etmişdirlər. Kapitan Ceyms Kuk səyahətləri zamanı özü ilə kələm turşusu ehtiyatları götürürdü. == Yayılması == Kələm turşusu Şərqi Avropa ölkələrindən Azərbaycan, Rusiya, Belarus, Estoniya, Latviya, Litva, Moroviya, Polşa, Ukrayna mətbəxlərində geniş istifadə olunur. Rusiya mətbəxində bəzən piraşkinin içərisinə kələm turşusu qoyulur. Polşada biqos yeməyinin inqredientidir. Almaniya və Avstriyada kələm turşusu giləmeyvələrlə dadlandırılır. Çilidə kələm turşusu hotdoq və sendviçlərdə istifadə olunur. Pensilvaniyada Yeni il ərəfində kələm turşusu yemək ənənəsi mövcuddur.
Limon turşusu
Limon turşusu (2-hidroksi-1,2,3-propantrikarbon turşusu, 3-hidroksi-3-karboksipentandiol) (C6H8O7) — ağ rəngli kristal maddədir; el arasında "lumu duzu" və ya "limon duzu" kimi da tanınır [1] Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine. == Xassələri == Ərimə temperaturu 153 °S-dir. Suda yaxşı həll olur. Etil spirtində həll olur. Dietil spirtində az həll olur. Üçəsaslı zəif turşudur. Limonturşusunun duzları və efirləri sitratlar adlanır. == Alınma qaydası == Limon turşusu limon və ya yabanı nar şirəsindən, eləcə də tənbəki yarpaqlaından, şəkər məhlulunu xüsusi göbələklərlə qıcqırtmaqla alınır. Qeyd edək ki, tütündə 7-8%, yabanı narda 9%, limonda isə 10%-ə qədər limon turşusu olur. Limon turşusunun limon və nar şirəsindən alınması çox mürəkkəb prosesidir.
Malein turşusu
Malein turşusu - HOOC-CH = CH-COOH formuluna malik ikiəsaslı doymamış üzvi birləşmədir. Beynəlxalq nomenklatura ilə adı sis-butenedio turşusudur. Onun trans izomerinə fumarin turşusu deyilir.Malein turşusunun duzlarına və efirlərinə maleatlar deyilir.Ən çox fumarin turşunun istehsalında istifadə olunur. == Fiziki xassələri == Malein turşusu molekulu fumarin turşusundan daha az stabildir. Yanma istiliyi arasındakı fərq 22.7 kJ / mol təşkil edir [1]. Malein turşusu suda çox yaxşı həll olur (25 °C -də 78.8 q / l), fumarin turşusu zəif həll olur (25 °C -də 6.3 q / l). Bu xüsusiyyətlər malein turşusu molekulunda molekullararası hidrogen bağının əmələ gəlməsi ilə izah olunur. == Tarıxi və alınma metodları == Malein turşusu ilk dəfə 1819 -cu ildə alma turşunun distillə edilməsi yolu ilə Lassen tərəfindən alınmışdır. Perkinə (1881) görə, onu əldə etmək üçün alma turşusu asetil xloridlə işlənir, sirkə-alma anhidridi əmələ gətirir, onun hidratlaşması nəticəsində malein turşusu əmələ gəlir. Prosesin ümumi sxemi: == Sənayedə istehsalı == Sənayedə malein turşusunu aşağıdakı sxemə görə benzolun katalitik oksidləşməsindən alınan malein anhidridinin hidrolizindən əldə edilir: == Sənayedə tətbiqi == Malein turşusunun ən vacib istifadəsi fumarin turşunun istehsalındatətbiqidir.
Malon turşusu
Malon turşusu (propandion t-su, metandikarbon t-su)-rəngsiz kristal maddədir, == Fiziki xassələri == Suda (100 qramda 73,5 q) və etanolda yaxşı həll olur, piridində və dietilefirində (5-10%) həll olur, benzolda həll olmur. Qələvi metallarla duzlar suda yaxşı həll olurlar, Ba və Pb-duzları isə həll olmur. Malon turşusunun duzları və efirləri malonatlar adlanır. Ca-duzu şəkər çuğundurunun şirəsində rast gəlinir. == Kimyəvi xassələri == M.t. karboksil qruplarına görə iki sıra törəmələr əmələ gətirir (turş və tam); efirlər (məs., malon efiri), nitrillər (sian sirkə turşusu və malononitril), amidlər, xloranhidridlər. Məs., malon turşusunun SO2Cl2 ilə qarşılıqlı təsirindən reaksiyanın şəraitindən asılı olaraq tam xloranhidrid (malonilxlorid) ClCOCH2COCl və ya turş xloranhidrid ClCOCH2COOH alınır. Ərimə t.-dan yuxarı t.-da və ya suda məhlulunu 700C-dən yuxarı qızdırdıqda M.t. asanlıqla dekarboksilləşərək sirkə turşusuna çevrilir. M.t.-nin əvəzediciləri də anoloji olaraq monokarbon turşularına çevrilirlər: P2O5-lə qızdırdıqda M.t.
Metakrilat turşusu
Metakrilat turşusu (C4H6O2) — doymamış birəsaslı karbon turşusudur. == Fiziki xassələri == Kəskin iyli mayedir. Qatı rəngə malikdir. Suda yaxşı həll olur. == Kimyəvi xassələri == Metakrilat turşusunun kimyəvi xassələri Karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Metakrilat turşusu Polimerləşə bilir. == Tətbiqi == Metakrilat turşusundan polimetakrilat turşusu və mürəkkəb efirlərin sintezində istifadə edilir.
Mezoçaxır turşusu
Mezoçaxır turşusu- çaxır turşusunun izomeridir. == Xassələri == Mezoçaxır turşusu başqa çaxır turşularından da sabit turşudur. Bir molekul su ilə kristallaşır, susuz turşu halında 140C-də əriyir. Mezoçaxır turşusu üzüm turşusu kimi optik qeyri-fəaldır, ancaq ondan fərqli olaraq sağ və sol antipodlara ayrıla ilmir. d-çaxır turşusu təbiətdə rast gəlir və praktiki cəhətdən maxır turşularının ən əhəmiyyatlisidir. Bu turşu üzümdə və maxıra rast gəlir. Maxır hazırlanan qablarda spirtin miqdarının artması nəticəsində d-maxır turşusu turş kalium duzu şəklində KOOC-CHOH-CHOH-COOH kalium-hidroartarat və ya maxır daşı çökür. Bu duza mineral turşularla təsir etdikdə d-maxır turşusunu almaq olar, d-çaxır turşusu 1700C-də əriyir, suda cə spirtdə yaxşı həll olur. polyarizasiya olunmuş işıq müstəvisini sağa fırladır. Qatılığından asılı olaraq məhlulda onun fırlatma dərəcəsi dəyişir.
Monoxlorsirkə turşusu
Monoxlorsirkə turşusu CH2ClCOOH – metil qrupunun 1 hidrogen atomu Cl atomuna əvəz olunmuş sirkə turşusudur, rəngsiz kristallardır. == Fiziki xassələri == Tərimə = 61,20C, Tqayn.=189,30C. Suda, spirtdə, asetonda, efirdə həll olur. == Tətbiqi == Monoxlorsirkə turşusu – indiqo və başqa boyaların sintezində aralıq məhsuldur, karboksimetilsellülozanın, herbisidlərin (məsələn, 2,4-dixlorfenoksi sirkə turşusunun duzları və efirləri), B6 vitaminin alınmasında istifadə olunur. Üzvi kimyada onun faydalığının illüstrasiyası (aydın nümunəsi) salisil aldehidinin xlorsirkə turşusu ilə O-alkilləşməsi, ardınca alınmış efirin dekarboksilləşməsi ilə benzofuranın alınmasıdır. Reaksiyaların əksəriyyətində C-Cl rabitəsinin yüksək reaksiya qabiliyətindən istifadə edilir. Herbisid olan qlifosat üçün prekursordur (yəni ondan əvvəl əmələ gələn). MXFST (2-metil-4-xlorfenoksi sirkə turşusu) herbisidi xlorsirkə turşusunun alkillləşməsi ilə alınmışdır. Xlorsirkə turşusunu xlorasetil xloridə, adrenalinin prekusoruna çevirirlər. PVC stabilizatoru və bəzən kosmetikada komponent kimi istifadə edilən tioqlikol turşusu xlorun kükürdlə əvəzolunma reaksiyası ilə əldə edilir. Əlavə məlumat: [PVC- neft və ya təbii qazdan alınan polimer növüdür.
Nikotin turşusu
Vitamin PP (B3) nikotin turşusu və ya niasin də deyilir. Vitamin B3 orqanizmə qida vasitəsilə daxil olur. Ətdə, böyrəkdə, xüsusilə, qaraciyər və bəzi bitkilərdə (düyü, buğda və s.) rast gəlinir. Orqanizmdə B3 vitamini triptofandan da alınır. Bu vitaminin sintezi aşağdakı reaksiya ilə alınır. B3 vitamininə olan gündəlik təlabat 25 mq-dır. Vitamin B3 bir sıra kofermentlərin tərkibində olub aşağıdakı biokimyəvi reaksiyalarda iştirak edir: Oksidləşmə-reduksiya reaksiyasında hidrogen daşınma funksiyasıni (NADH) yerinə yetirir; Allosterik effektor kimi nizamlayıcı rolunu oynayır; Sintetik reaksiyalarda substrat rolunu oynayır. Orqanizmdə B3 vitamini çatmadıqda pellaqra xəstəliyi əmələ gəlir. Pellaqra sözü yunanca pelle və aqra sözündən götürülüb, mənaca dərinin kələ-kötürləşməsi deməkdir. Əlamətləri aşağıdakılardan ibarətdir: dəridə yara əmələ gəlir, həzm sisteminin funksiyası pozulur, əqlin zəif inkişaf etməsi və s.
Nitrat turşusu
Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu. Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir. İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantala və platin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir.
Nitrit turşusu
Nitrit turşusu (HNO2) — zəif birəsaslı turşu. Nitrit turşusu normal şəraitdə bərk halda olur. Nisbi molyar kütləsi 47,0134 а.k.v., molyar kütləsi isə 47.0134 q/mol-dur. Türşü 42,35 °S-də əriyir və maye halda sıxlığı 1.685 q/sm³-dur. Nitrit turşusunun qaynama temperaturu 158 °S-dir. == Kimyəvi xassələri == 2 HNO 2 ⟷ N 2 O 3 + H 2 O ⟷ NO ↑ + NO 2 ↑ + H 2 O {\displaystyle {\ce {2 HNO2 <-> N2O3 + H2O <-> NO ^ + NO2 ^ + H2O}}} 3 HNO 2 ⟷ HNO 3 + 2 NO ↑ + H 2 O {\displaystyle {\ce {3 HNO2 <-> HNO3 + 2 NO ^ + H2O}}} HNO2 zəif turşudur. H 2 SO 4 + 2 NaNO 2 ⟶ Na 2 SO 4 + 2 HNO 2 {\displaystyle {\ce {H2SO4 + 2 NaNO2 -> Na2SO4 + 2 HNO2}}} HNO 2 + H 2 O 2 ⟶ HNO 3 + H 2 O {\displaystyle {\ce {HNO2 + H2O2 -> HNO3 + H2O}}} HNO 2 + Cl 2 + H 2 O ⟶ HNO 3 + 2 HCl {\displaystyle {\ce {HNO2 + Cl2 + H2O -> HNO3 + 2 HCl}}} 7 HNO 2 + 2 KMnO 4 ⟶ 2 Mn ( NO 3 ) 2 + 2 KNO 3 + 3 H 2 O + HNO 3 {\displaystyle {\ce {7 HNO2 + 2 KMnO4 -> 2 Mn(NO3)2 + 2 KNO3 + 3 H2O + HNO3}}} 2 HNO 2 + 2 HI ⟶ 2 NO ↑ + I 2 + 2 H 2 O {\displaystyle {\ce {2 HNO2 + 2 HI -> 2 NO ^ + I2 + 2 H2O}}} == Alınması == Nitrit turşusunu azot- 3 — oksidini H2O suda həll etməklə: N 2 O 3 + H 2 O ⟶ 2 HNO 2 {\displaystyle {\ce {N2O3 + H2O -> 2 HNO2}}} Nitrit turşusunu azot- 4 — oksidini H2O suda həll etməklə: 2 NO 2 + H 2 O ⟶ HNO 3 + HNO 2 {\displaystyle {\ce {2 NO2 + H2O -> HNO3 + HNO2}}} == Mənbə == Карапетьянц М. Х., Дракин С. И. Общая и неорганическая химия.
Oksalat turşusu
Oksalat turşusu (turşəng turşusu) – (etandion turşusu, kimyəvi formulu — C2H2O4 və ya HOOC-COOH) doymuş karboktsilik turşular sinfinə aid güclü kimyəvi üzvi turşudur. Standart şəraitdə oksalat turşusu ağ kristal maddə olan iki əsaslı doymuş karbotksilik turşudur. Oksalat turşusunun duzları və efirləri oksalatlar adlanır. == Tarixi == Oksalat turşusu ilk dəfə 1824-cü ildə alman kimyaçısı Fridrix Völer tərəfindən disiandan sintez edilmişdir. == Təbiətdə tapılması == Təbiətdə turşəng, rhubarb, karambola və bəzi digər bitkilərdə sərbəst formada və kalium və kalsium oksalatları şəklində olur. == Alınması == Sənayedə oksalat turşusu karbohidratların, spirtlərin və qlikolların HNO3 və H2SO4 qarışığı ilə V2O5 iştirakında, və ya etilen və asetilenin HNO3 ilə PdCl2 və ya iştirakı ilə oksidləşməsi, həmçinin propilenin maye NO2 ilə oksidləşməsi ilə alırlar. Turşəng turşusunun alınmasının perspektivli üsulu CO ilə NaOH-dan natrium formaitdan keçməklə alınmasıdır: 2HCOONa=NaOOC-COONa=HOOC-COOH(Oksalat turşusu) 2HOOC-COOH+ 2Na= 2HOOC-COONa+H²(turş duz) HOOC-COOH+ 2NaOH= NaOOC-COONa+2H²O(Normal duz) Onun həmçinin aşağı temperaturda turşu mühitində asetilendən alınması da tətbiq olunur: 5C2H2 + 8 KmnO4 + 12H2SO4 → 5 HOOC–COOH + 8MnSO4 + 4K2SO4 + 12H2O == Xassələri == Yanma entalpiyası (ΔH0yanma) −251,8 kJ/mol Dekarboksilləşmə temperaturu 166–180 °C == Tətbiqi == Laboratoriyalarda oksalat turşusu hidrogen xlorid və hidrogen yodid almaq üçün istifadə olunur: Oksalat turşusu həmçinin xlor dioksidin laboratoriya sintezi üçün də istifadə olunur: Oksalat turşusu və oksalatlar toxuculuq və dəri sənayesində mordant kimi istifadə olunur. Onlar metal örtüklərin — alüminium, titan və qalayların çökməsi üçün anod vannalarının komponentləri kimi xidmət edirlər. Oksalat turşusu və oksalatlar analitik və üzvi kimyada istifadə olunan reagentlərdir. Onlar metal üzərində pas və oksid örtüklərini çıxarmaq üçün kompozisiyalara daxildir; məhluldan nadir torpaq elementlərinin çökdürülməsi üçün istifadə olunur.
Oksisirkə turşusu
Oksisirkə turşusu — HOCH2-COOH, ikiatomlu oksiturşudu.. Bu turşu qlikolun ehtiyatlı oksidləşməsi nəticəsində alına bildiyi üçün qlikol turşusuda adlanır. == Xassələri == Qlikol turşusu qora suyunda və başqa kal meyvələrdə rast gəlinir. Qlikol turşusu bərk maddə olub, 79–80oC-də əriyir, suda asan həll olur. == Mənbə == M. Mövsümzadə, P. Qurbanov "Üzvi kimya", Maarif-1983.
Palmitin turşusu
Palmitin turşusu (heksadekan turşusu) CH3(CH2)14COOH — təbiətdə ən çox yayılmış birəsaslı karbon turşusudur (yağ turşusu). Palmitin turşunun duzlarına və efirlərinə palmitatlar deyilir. == Təbiətdə mövcudluğu == Palmitin turşusu, əksər heyvan və bitki yağlarının qliseridlərinin tərkibinə daxildir, məsələn: pequi toxumu yağı (48.4%), palma yağı (40-50%), süd yağı (22-39%), pequi meyvə pulpa yağı ( 41,2%), qara qəhvə yağı (34,5%), donuz yağı - 30%, baobab yağı (25,4%), ərik ləpəsi yağı (3-7%). Heyvan orqanizmlərində palmitin turşusu asetil-CoA-dan alınan yağ turşularının sintezinin son məhsuludur. == Alınması == Palmitin turşusu alına bilər: yağların sabunlaşması və ya parafinlərin oksidləşməsi nəticəsində əldə edilən yağ turşularının qarışığını rektifikasiya və ya fraksiyalı kristalizasiya etməklə setil spirtini soda kireçlə 270 ° -ə qədər qızdırdıqda (Dyuma və Stas) С16H33ОH + О2 = C15H31COOH + H2О olein (elaid) turşusu kalium hidroksid ilə əridildikdə (Warentrapp) СН3(СН2)7СН=СН(СН2)7СООН + Н2О + О = C15H31COOH + СН3COOH (sirkə turşusu) 2-oktodekanonun nitrat turşusu ilə oksidləşməsindən (Kraft) CH3(CH2)15-CO-CH3 + 3О = C15H31COOH + СН3COOH (sirkə turşusu) Paniks reaksiyasından C15H31J + KCN = KJ + C15H31-CN; C15H31-CN + 2Н2О = C15H31COOH + NН3 == Tətbiqi == Palmitin turşusu stearin (stearin turşusu ilə qarışıq), yuyucu vasitələr və kosmetika, sürtkü yağları və plastifikatorların istehsalında istifadə olunur. == Mənbə == Merck Index, 12th Edition, 7128. Sigma-Aldrich Co., Palmitic acid. Retrieved on 2014-06-02. CID 985 from PubChem Palmitic acid at Inchem.org "Palmitic acid". Seidell, Atherton; Linke, William F. (1952).
Panqam turşusu
Vitamin B15 və ya Panqam turşusu — ilk dəfə 1950-ci ildə öküzün qaraciyərinin ekstraksiyasında vitamin B15 müşahidə olunmuşdur. Elə buna görə də, panqam sözü yunanca pan – hər yerdə, qami – toxum sözündən götürülmüşdür. Hal-hazırda tibbdə panqam turşusundan bir sıra xəstəliklərin – maddələr mübadiləsində, xüsusilə, transmetilləşmə reaksiyasında istifadə edilməsinə baxmayaraq, insanda B15 vitamini ilə əlaqədar nə avitaminoz, nə də hipervitaminoz halı müşahidə olunmamışdır. Panqam turşusunun preparatı bəzi oksigen aclığında və qaraciyərin yenidən yağlanmasında yaxşı təsir göstərir. Kimyəvi nöqteyi-nəzərdən panqam turşusu qlükon turşusunun dimetilləşməsilə əmələ gətirdiyi efirdən ibarətdir: Vitamin B15-in bioloji rolu hələ tam öyrənilməmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə xolin, xolinfosfatid və kreatinin biosintezində B15 vitamini metil qruplarının mənbəyi rolunu oynayır. İnsan üçün B15 vitamini mənbəyi rolunu qaraciyər, bitkilərin toxumu, maya və s. oynayır. İnsanın B15 vitamininə olan gündəlik tələbatı hələ müəyyən edilməmişdir. == Ədəbiyyat == Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev.
Pelarqon turşusu
Pelarqon turşusu (Nonan turşusu) CH3(CН2)7COOH—birəsaslı doymuş karbon turşusudur. Yağlıtəhər, soyutduqda vərəqvari-kristal kütlə şəklində donan, 12,5o C-də əriyən; tqay.= 253–254 oC olan mayedir. Pelarqon turşusunun duzları və anionları pelarqonatlar adlanır. == Təbiətdə tapılması == Pelarqon turşusu təbiətdə uçucu Pelargonium roseum yağında, yem çuğundurunun və kartofun sivuş yağında efir şəklində, yapon voskunda (mumunda), az miqdarda qoxumuş piylərin (olein turşusunun oksidləşmə məhsulu kimi), neftin tərkibində mövcuddur. == Alınması == Pelargon turşusu olein turşusunun ozonolizi, sonra reaksiya məhsulunun hava və ya O2 ilə oksidləşməsi ilə əldə edilir; sintetik yağ turşularının C5-C9, C7-C9 və C9-C10 fraksiyalarından distillə yolu ilə ayrılır; doymamış undesil turşusunu az miqdarda su əlavə olunan kalium hidroksidi ilə əridərək alınır: СН3—(СН2)7—СН=СH—СООН + 2КOH = СН3—(СН2)7—COKO + CH3—COKO + H2 Reaksiya sonunda əmələ gələn pelargon turşusu duzu xlor turşusu ilə parçalanır və sərbəst pelargon turşusu aşağı təzyiq altında distillə edilir. Pelargon turşusu həmçinin müvafiq normal oktil sianid nitrilinin C8H17CN sabunlaşdırılması ilə əldə edilir və olein və stearin turşularının azot turşusu ilə oksidləşməsi zamanı, eləcə də bəzi digər hallarda əmələ gəlir. == Tətbiqi == Pelarqon turşusu poliefir alkid qətranlarının, boyaların, stablizatorların istehsalında tətbiq olunur. Onun əvəzediciləri biostimulyatorlar kimi, efirləri isə — ətirli maddələr kimi, (məsələn etilpelargonat qızılgül qoxusuna malikdir) istifadə edilirlər. == Mənbə == Lide, D. R. (Ed.) (1990). CRC Handbook of Chemistry and Physics (70th Edn.).
Poliakril turşusu
Poliakril turşusu (polikarboksietilen) akril turşusunun polimeridir. Polimer akril turşusunun sulu məhlulda və ya üzvi həlledicilərdə radikal polimerləşmə yolu ilə alınır (proses ekzotermikdir). == Xassələri == Poliakril turşusu və onun duzları şüşəli kövrək rəngsiz polimerlərdir. Turşu üçün şüşələşmə temperaturu 106 °C,onu natrium duzu üçün - 230 °C (müqayisə üçün polimetakril turşunun şüşələşmə temperaturu 228 °C, onun natrium duzu - 310 °C) təşkil edir. Turşu qızdırıldıqda, əsasən tsiklik anhidrid halqalarının meydana gəlməsi ilə anhidridləşmə, temperatur 250 °C -dən yuxarı olarsa, dekarboksilləşmə və tikilmə baş verir. == Həllolma == Poliakril turşusu dioksan, metanol, etanol, formamid, DMF -də asanlıqla həll olur; monomerində, asetonda, dietil eterində, karbohidrogenlərdə həll olmur. Poliakril turşusu zəif polielektrolitdir; duzsuz sulu məhlulda pKa = 4.8 və yarı neytrallaşdırma nöqtəsində pKa = 6.8 neytrallaşma dərəcəsinin artması ilə demək olar ki, xətti olaraq artır. Poliakril turşunun sulu məhlulunun özlülüyü neytrallaşma dərəcəsinin artması ilə artır. Turşu və onun duzlarının sulu məhlulları üçün polielektrolit effekti xarakterikdir. Poliakril turşunun sulu məhlulları katyon polimerlərin, səthi aktiv maddələrin və bəzi dərmanların məhlulları ilə qarışdırıldıqda həll olmayan komplekslərin əmələ gəlməsi mümkündür.
Pomidor turşusu
Pomidor turşusu - sirkəyə (turşuya) və duza qoyulmuş pomidor. Azərabycan mətbəxində geniş istifadə olunur. == Hazırlanma qaydası == Pomidor turşusu pomidor, duz, şəkər tozu, çətirli şüyüd, qara qarağat yarpağı, albalı yarpağı, xren kökü yaxud yarpağı, qara istiot və sudan hazırlanır. Yuyulmuş və saplaq tərəfdən deşilmiş zədəsiz, yetkin və böyüklükləri bənzər pomidorlardan hazırlanır. Bu ona görə edilir ki, pomidorların üzərinə qaynar su töküləndə, qabıqları partlamasın. Bundan sonra pomidorlar ədviyyatla birlikdə bankalara yığılır. Duzlu məhlul hazırlanır, qaynadılır, bankalara tökülür, qapağı qoyulmaqla 5 dəqiqə saxlanılır. Sonra bu məhlul bankalardan qazana tökülərək təkrar qaynadılır və yenidən bankalara doldurulur. Bankaların ağzı bağlanılır, baş üstə çevrilib, odeyalla örtülür. Məhsul adi temperaturda, anbarda saxlanır.