ləkəli

sif. tacheté, -e ; entaché, -e, souillé, -e, diffamé, -e, maculé, -e

ləkələnmiş
ləkəsiz
OBASTAN VİKİ
Ləkəli badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. == Yayılması == Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Ləkəli göyək
Ləkəli salamandra
Ləkəli salamandra — salamandralar fəsiləsinə aid olan bir salamandra növü. == Xüsusiyyətləri == Qalın bədəninin uzunluğu 25 sm-ə qədər çatır. Başın ön hissəsi qabarıq olub erkək fərdlərdə anal bölgə daha qabarıqdır. Kürək bölgəsi qara rəngdədir və üzərində sarı, nadir də olsa qırmızı ləkələr olur. Ləkələrin yerləşməsi və forması çox müxtəlifdir. Alt hissəsi qara rəngdədir. == Yaşadığı yerlər == Dağlıq və təpəlik bölgələrdə nəmli meşə və ağaclıqlarda yaşayır. Buralarda yarpaqların altında, ağacaların köklərində, daşlarda, oyuqlarda gizlənir. Əsasən gecə heyvanlarıdır. Gizləndikləri yerlər sudan uzaq olmur.
Ləkəli suiti
Ləkəli suiti (lat. Phoca largha) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Əsasən Şimali Sakit okean ərazisində yaşayırlar. Alyaska, Yaponiya və Rusiya sahil ərazilərinə xasdır. Rəngi işıqlıdır. Aşağı hissələri açıq gümüşü, yuxarı hissəsi isə tünd rəngdə olur. Üzərində kiçik, qəhvəyi və qara rəngli ləkələr olur. Erkəklər 1,7 m, dişilər isə 1,6 m uzunluğa malik olurlar. Çütləşmə zamanı onlar sudan çıxaraq sahildə yerləşim ərazilərinə yerləşirlər. Fevral-mart ayları balalar dünyaya gəlir.
Ləkəli göl
Ləkəli göl (ing. Spotted Lake, oka. Kłlil’xᵂ) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən axarsız duzlu göl. Osoyoos şəhərindən 10 km şimal-qərbdə, Şərqi Similkameen vadisində yerləşir. == Duz və mineral tərkibi == Göldə müxtəlif mineralların yüksək konsentrasiyası var. Göldə maqnezium, kalsium və natrium sulfatların əhəmiyyətli yataqları mövcuddur. Gölün suyu daha səkkiz elementin yüksək konsentrasiyasına malikdir; tərkibində az miqdarda gümüş və titan da var. Yaz aylarında gölün suyunun çox hissəsi buxarlanır və mürəkkəb rəngli mineral yataqları aşkarlanır. Göldə müxtəlif rəngli iri su ləkələri qalır. Ləkənin rəngi mineraldan asılıdır, əksər ləkələr rəngini yayda kristallaşan maqnezium sulfatdan alır.
14-ləkəli parabüzən
14-ləkəli parabüzən (lat. Coccinula 14-pustulata L.) — Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib == Biologiyası == Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib. Yaşadığı təbii zonalarda günəş şüasının bolluğuna uyğun olaraq bəzən qanadüstlüyü tünd və bəzən də açıq ağ-qara, bəzən sarımtıl-qara rəngdə cilvələnmiş olurlar. Çoxlu variasiyalara malikdır ki, bu da onların populyasiyalarında görünür. Əsasən yoncalıqlarda, yabanı otlarda, bostan-tərəvəz sahələrində, az hallarda meyvə kollarında, lap az miqdarda meyvə ağaclarında da rast gəlinir. ən çox albalı, nar və yonca mənənələri ilə, az hallarda torgənəcəyi və tipslərlə (nisbətən çox) qidalanırlar. İl ərzində iki bütöv nəsil verirlər. Birinci nəslin inkişafı mayın 2-ci yarısından başlanır, iyun ayının axırında yekunlaşır. Bundan sonra əksəriyyəti bükülmüş yarpaqlar içərisində, ağacların koğuşunda yay sükunəti (diapauza) keçirirlər. Bunlar da yumurtalarını adətən yarpaqların alt tərəfinə, mənənə koloniyasının arasında qoyurlar.
4-Ləkəli ekzoxomus
4-Ləkəli ekzoxomus (lat. : Exochomus guadripustulatus F.) — Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır. == Biologiyası == Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır. Böcəklə ən çox yaz aylarından başlamış iyunun sonu və iyulun əvvəllərində rast gəlinir. Bu müddət böcəklərin birinci nəsilvermə dövrü hesab olunur. İsti yay günlərində (30oC-dən artıq) bükülmüş yarpaqların içərisində yay diapauza halı keçirirlər. Qışlamalarını qidalandıqları ağacların günəşə tərəf hissəsində qabığın altında keçirirlər. Böcək özü qara rəngdə olub, qanadüstünlüyünün üzərində 4 kiçik ləkəsi var, qısa tükcüklərlə örtülüb. Baş hissə haşiyəlidir, mürəkkəb-fasetli gözləri aydın görünür, geniş xalına malikdir, qara rəngli olub, 9 buğumdan ibarətdir. Qanadüstünlüyündə çiyninə yaxın hissədə qırmızı sarımtıl, uzunsov ləkələr var.
22-Ləkəli tea parabüzəni
22-Ləkəli tea parabüzəni (lat. Thea 22-punctata L. ) — Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. == Biologiyası == Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. Göbələklərdən də imtina etmirlər. Azərbaycan şəraitində il ərzində iki bütöv nəsil verir. İlk yumurtaqoyma aprel ayının sonunda başlayır və may ayının ikinci yarısında başa çatır. İyununn sonunda yumurtaların, sürfələrin və böcəklərin say dinamikası daha yüksək olur. Bir qayda olaraq yumurtalarını aşağı yaruslara qoyurlar. Qışı qidalandıqları sahələrdə xəzəlin və çöplərin altında keçirilər. Nadir hallarda ağacların koğuşunda və qabıq altında qışlayırlar.

Digər lüğətlərdə