mövqe tutmaq

mevzilenmek

mövqe
mövsüm
OBASTAN VİKİ
Coğrafi mövqe
Yer səthində hər hansı bir məntəqənin və ya ərazinin bu məntəqədən və ərazidən kənarda yerləşən ərazi və ya obyektə nisbətən tutduğu mövqedir. Coğrafi mövqe hər şeydən əvvəl məntəqənin və ərazinin coğrafi enliyi və uzunluğu ilə müəyyən edilir ki, buna riyazi coğrafi mövqe deyilir. Coğrafi mövqe fiziki-coğrafi obyektlərə (materiklərə, dağlara, okeanlara, dənizlərə, çaylara, göllərə və s.yə) görə tutduğu mövqeyinə nisbətən götürülür. İqtisadi və siyasi coğrafiyada Coğrafi mövqe dedikdə ölkənin, rayonun, yaşayış məntəqəsinin və ya digər bir obyektin başqa iqtisadi-coğrafi ( o cümlədən nəqliyyat yollarında, təsərrüfat mərkəzlərinə və s.-yə) və fiziki-coğrafi obyektlərə, habelə bir ölkənin o biri ölkəyə və ya başqa ölkələrə görə tutduğu mövqe nəzərə alınır.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Yanal koital mövqe
Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər. Bu pozaya girmək üçün qadın partnyorun üstdə olması və kişi partnyorun penisinin üstdəki qadınının vaginasına daxil olması lazımdır və bundan sonra: Kişi sol əli ilə qadının sağ ayağını yumşaq bir formada yuxarı qaldırır. Kişi dizini çarpayıdan qaldırmadan sol dizini yüngülcə əyməyə başlayır. Bunun yerinə o, sol dizini əyərkən çölə doğru sürüşdürərək sol daxili budunu tavana doğru açır. Daha sonra, sol ayağını sağ dizinin altından keçənə qədər yuxarı və çölə doğru sürüşdürür. Bu vaxt qadın sola tərəf əyilərək ağırlığını sol dizinin üstünə yükləyir. Bu isə öz növbəsində, qadına qaldırmış olduğu sağ ayağını arxasında düzəltməyə və partnyorunun əyilmiş sol ayağına yerləşdirməyə imkan verir. Bu zaman penisin vaginadan sürüşərək çıxmamasına xüsusi diqqət göstərilməlidir. Ayaqlar dəyişdirildiyi zaman qadın kişinin sinəsinə doğru əyilməlidir.