müdafiə

is. défense f ; protection f ; ~ nazirliyi ministère m de la Défense ; hava hücumundan ~ défense antiaérienne ; ~ etmək défendre vt ; protéger vt ; ~ mövqeyi position f de défense ; ~ silahları armes f pl défensives

müctəhid
müdafiəçi
OBASTAN VİKİ
ABŞ Müdafiə Nazirliyi
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (ing: United States Department of Defense, USDOD, DOD, DoD) — Birləşmiş Ştatların Silahlı Qüvvələrinə cavabdeh olan bir dövlət nazirliyidir. 18 sentyabr 1947-ci ildə yaradılmışdır və qərargahı ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Pentaqondur. Müdafiə Nazirliyinə cavabdeh olan şəxsə Müdafiə naziri deyilir (ing: Secretary of Defense az: Müdafiə katibi). ABŞ-nin hazırkı Müdafiə naziri Mark Esperdir. Müdafiə naziri birbaşa prezidentə hesabat verir. Müdafiə Nazirliyi; ABŞ Quru Qoşunları Dairəsi, ABŞ Hərbi Dəniz Qüvvələri Dairəsi, ABŞ Hərbi Hava Qüvvələri Dairəsi, Milli Təhlükəsizlik Agentliyi və ABŞ Müdafiə Kəşfiyyatı Xidmətindən ibarətdir.
ABŞ Müdafiə naziri
ABŞ Müdafiə naziri (ing: Secretary of Defense of the United States of America; az: Amerika Birləşmiş Ştatları Müdafiə Katibi) ABŞ Müdafiə Nazirliyinin rəhbəridir . Müdafiə naziri ölkənin müdafiə siyasətinə cavabdehdir və ABŞ Silahlı Qüvvələrində ABŞ Prezidentindən sonra ikinci vəzifəli şəxsdir və Nazirlər Kabinetində ən vacib dörd nazirlikdən biridir. Müdafiə naziri Birləşmiş Ştatlar prezidenti tərəfindən təyin edilir və Birləşmiş Ştatlar Senatı tərəfindən təsdiqləndikdən sonra vəzifəsinə başlayır. bugünkü Müdafiə naziri vəzifəsinin icrasına 23 iyul 2019 tarixindən etibarən başlamış Mark Esperdir.
Abşeronun Müdafiə Sistemi
Abşeronun Müdafiə Sistemi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı 1919-cu ilin yayında Bakı ətrafında həyata keçirilmiş hərbi-istehkam tədbirləridir. Məqsəd ölkənin şimal sərhəddindəki müdafiə xəttini möhkəmləndirmək, düşmənin paytaxta daxil olmasının qarşısını almaq idi. Bunun üçün Bakı ətrafında müdafiə qurğularının yaradılması, Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu zamanı şəhər ətrafında qazılmış səngərlərin bərpası və təkmilləşdirilməsi, tikanlı məftil zolağının düzəldilməsi, Abşeronun müxtəlif məntəqələri arasında telefon rabitəsini qurulması nəzərdə tutulmuşdu. Abşeronun müdafiə sisteminin yaradılmasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə (1919) uyğun olaraq Bakıya gəlmiş gürcü hərbi istehkamçıları da iştirak edirdilər. Abşeronun müdafiə mövqeləri Badamdar-Masazır gölü- Novxanı xətti boyunca yerləşdirməklə 7 dayaq qrupundan ibarət idi: Badamdar qrupu Atəşgah qrupu Aralıq qrupu Şubanıdağ qrupu Xırdalan qrupu Göl qrupu Novxanı qrupu. Bütün bu mövqelərin müdafiə imkanlarının artırılması üçün lazımi qüvvə və vəsait də ayrılmışdı. Bütünlükdə, 64 ədəd pulemyot, 16 ədəd top nəzərdə tutulmuşdu. Bunlardan əlavə, dəniz sahilinin qorunması üçün 6 ədəd top ayrılmışdı. Denikinin hücum təhlükəsi aradan qalxdığı və 1920 ilin yazında Qarabağda erməni təcavüzü başladığı üçün Abşeronun müdafiəsinə xüsusi qüvvələr ayrılmasımümkün olmadı Şimal sərhəddi boyunca və Bakı ətrafındakı qüvvələr Qarabağda erməni qoşunları ilə mübarizəyə səfərbər olunduğundan, Aprel işğalı (1920) zamanı Abşeronun müdafiə sistemini işə salmaq və təcavüzkarlara müqavimət göstərmək mümkün olmamışdır.
Aktiv müdafiə sistemi
Aktiv müdafiə sistemi, zirehli döyüş maşınlarını hücumlardan müdafiə etmək üçün tətbiq olunan bütün sistemlərə verilən addır. İki növ aktiv müdafiə sistemi var. == Aktiv müdafiə sistemi nədir == Konseptual olaraq aktiv müdafiə sistemləri; yerüstü döyüş vasitəsi ilə fiziki təmasdan əvvəl təhlükənin aşkarlanması və dayandırılmasıdır. Bu sistemin nəzəri olaraq başlıqlı tank əleyhinə sursatlara, RPG-lərə, tankdan atılan HEAT döyüş başlıqlarına, tankdan atılan KE mərmisinə, minaatan mərmilərinə və müxtəlif ölçülü bombalara qarşı effektiv ola biləcəyi bildirilir. Lakin bu sistemin yaxın gələcəkdə digər passiv və ya reaktiv müdafiə sistemlərini tamamilə əvəz etməsinin mümkün olmadığı düşünülür. Bu sistemlə dayandırıla və ya məhv edilə bilməyən təhdidlər (kiçik çaplı döyüş sursatları, minalar, hissəcik effektli sursat və ya bombalar, yaxın partlama və zərbələrin səbəb olduğu qəlpə effekti) digər müdafiə sistemləri ilə aradan qaldırılmalıdır. Aktiv müdafiə sistemləri istifadə etdikləri müdafiə mexanizminə görə iki qrupa ayrılır: Soft-kill (yayındırma, qarışdırma məqsədləri üçün) Hard-kill (təhdid sursatını məhv etmək üçün) == Soft-kill == Soft-kill müdafiə konsepsiyası, bulud və hissəciklərlə yerüstü döyüş maşının ətrafında yayındırıcı/gizlədici pərdələr yaratmaqla və ya istilik (infraqırmızı) və lazer başlıqlı döyüş raketlərinə qarşı yayındırıcı/çaşdırıcı siqnallardan istifadə edərək (lazer/infraqırmızı qarışdırıcı) yerüstü döyüş maşınına istiqamətlənmiş təhdidin hədəfindən yayındırılması yolu ilə zərərsizləşdirilməsinə əsaslanır. Soft-kill sistemi yerüstü döyüş maşınına istiqamətlənmiş təhdidin müəyyənləşdirilməsini təmin edən lazer və elektro-optik infraqırmızı sensorlar, duman və ya hissəcik bombası (chaff/flare/decoys) buraxıcıları və atəşə nəzarət bölməsindən ibarətdir. Əlavə olaraq lazer və infraqırmızı idarə olunan raketlərin yayındırıcı/çaşdırıcı siqnallarla hədəflərindən kənarlaşdırılması prinsipi ilə işləyən lazer və ya infraqırmızı qarışdırıcılar da Soft-kill aktiv müdafiə sistemlərinə daxildir. === Tarixi === İlk dəfə olaraq Rusiya tanklarının Çeçenistandakı əməliyyatlarda Çeçen döyüşçülərinin istifadə etdiyi raketlərə qarşı təsirsiz qalması ilə dizayn edilmişdirlər.
Amsterdamın müdafiə xətti
Amsterdamın müdafiə xətti (nid. Stelling van Amsterdam) — Amsterdam ətrafında 135 km uzunluğunda istehkam halqası. Toçkolyo tərəfindən layihələndirilən istehkam müharibə dövründə asanlıqla suyun altında qala biləcək, eləcə də mərkəzi və düzənlik hissələrdən 10–15 km aralıda yerləşən 42 qaladan ibarətdir. Su basqını üçün təxminən 30 sm dərinlik nəzərdə tutulmuşdu, hansı ki bu ölçü qayıqların keçməsinə imkan vermirdi. Xəttin 1 km-dəki binalar, zəruri olduqda yandırılması və maneələrin aradan qaldırılması məqsədilə taxtadan hazırlanmışdı. Amsterdamın müdafiə xətti 1880-1920-ci illərdə inşa edilmişdir. Xəttin tikintisinin bitməsi ilə eyni vaxtda təyyarə və tankın icad olunması qalaları istifadəsiz vəziyyətə gətirdi. Hazırda qalaların bir çoxu həm bələdiyyə şuralarının, həm də təbiət departamentlərinin nəzarəti altındadır. Ərazi ictimaiyyətə açıqdır. Sentyabr ayının ikinci şənbə günü keçirilən Memarlıq abidələri günündə isə giriş ödənişsizdir.
Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi — Azərbaycan Ordusu ilə əlaqəli Azərbaycan dövlət qurumu. Nazirlik Azərbaycanı xarici təhdidlərə qarşı müdafiə etmək, ərazi bütövlüyünü qorumaq, müharibə aparmaq və Xəzərin Azərbaycan sektoruna və hava məkanına nəzarət etməkdən məsuldur. Müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və ya vəzifədən azad edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi. Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi.
Müdafiə
Müdafiə — Silahlı Qüvvələrin müdafiə xarakterli hərbi əməliyyatlarını nəzərdə tutan fəaliyyəti. Rəqibin hücumunun qarşısını almaq, strateji əraziləri, mövqeləri və obyektləri əldə saxlamaq və hücuma keçmək üçün şərait yaratmaq üçün istifadə edilir. Müdafiə rəqib mövqelərin atəş zərbələrinə atəş zərbələri (nüvə muharibəsində nüvə zərbələri) ilə cavabı, quru, hava və dənizdən hücumun qarşısının alınmasını, düşmənin mövqeləri ələ keçirməsinin qarşısının alınmasını və hücuma keçən canlı qüvvə və texnikasının darmadağın edilməsini nəzərdə tutur. Müdafiə strateji, taktiki və operativ əhəmiyyətli ola bilər. Müdafiə əvvəldən hazırlanır və ya düşmən tərəfin hücumu zamanı təşkil edilir. Müdafiə əks tərəfin hücumunun qarşısının alınması ilə yanaşı hücum elementlərini də özündə birləşdirir. Bu əks cavabın verilməsi, əks hücumun həyata keçirilməsi, düşmənin mövqelərinin və bazasının dağıdılması və onun fəallığının aşağı salınması formasında ola bilər. Qədim dövrdə və orta əsrlərdə müdafiə üçün qalalardan və qəsrlərdən istifadə edilirdi. XIV—XV əsrlərdən etibarən orduların odlu silahlarla təchiz edilməsi ilə əlaqədər səhra müdafiə istehkamlarının qurulmasına başlandı. Torpaq istehkamlardan rəqibə atəş açmaq və onun atəşindən qorunmaq üçün isifadə edilirdi.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Müdafiə (futbol)
Müdafiə — futbolda vəzifəsi rəqib komandanın qapıya qol vurmasını əngəlləməkdir. == Libero == Libero, futbolda müdafiə ilə qapıçı arasında iştirak edən və süpürücü vəzifəsi boynuna götürən oyunçulara verilən ad. Azərbaycanca müdafiə ilə yarımmüdafiəçi arasında oynayan oyunçular üçün də ön libero termini istifadə edilməkdədir. Bu oyunçular əksəriyyətlə bir növ müdafiəçi xüsusiyyətlərinə malikdilər. Yüksək yarımmüdafiə oyunçularından ya da topu oyuna daxil edə bilərək müdafiə oyunçularından seçilir. == Mərkəz müdafiəçilər == Mərkəz müdafiəçilərinin vəzifəsi ,əsasən, orta hücumçuların qol vurmağının qarşısını kəsməkdir. Mərkəz müdafiəçiləri tez-tez başla oynamaq və yüksək boyları ilə qol vurmaq imkanına malik olduqları üçün küncdən zərbə və ya sərbəst vuruşda rəqibin cəza xətrinə gəlirlər. Belə oyunçulardan Fabio Kannavaronu, Paolo Maldinini, və Karles Puyolu misal gətirmək olar. == Cinah müdafiəçiləri == Cinah müdafiəçiləri əsasən hücuma qatılmaqlarıyla seçilirlər. Onların əsas cəhətləri sürət və dözümlükləriylə seçilirlər.
Müdafiə (hərbi)
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Müdafiə (şahmat)
Müdafiə — Şahmat termini. Hücum hərəkatına müqvimət göstərmək.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. == Tarixi == 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Müdafiə divarı
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Raketdən müdafiə
Rakdən müdafiə — düş mən döyüş raketlərinin aşkarlanması, izlənməsi, dayandırılması və məhv edilməsi ilə əlaqəli bir sistem, silah və ya texnologiyadır. Əvvəlcə nüvə başlıqlı qitələrarası ballistik raketlərə (ICBM) qarşı müdafiə olaraq hazırlanmış və daha sonra daha qısa mənzilli qeyri-nüvə taktiki raketlər daxil olmaqla genişləndirilmişdir. Bu cür hava hücumundan müdafiə sistemləri ABŞ, Rusiya, Çin, Hindistan, İsrail və Fransa tərəfindən hazırlanmışdır.
Sosial müdafiə
Sosial müdafiə — insanın fəaliyyətinə minimum təminatı təmin edilməsi üçün cəmiyyət və onun müxtəlif strukturları tərəfindən həyata keçirilən tədbirlər sistemi.
Müdafiə büdcəsi
Hərbi büdcə və ya hərbi xərclər, həmçinin müdafiə büdcəsi — dövlət tərəfindən silahlı qüvvələrin və ya müdafiə məqsədləri üçün vacib olan digər üsulların artırılması və saxlanması üçün ayrılmış maliyyə resurslarının məbləği. 2022-ci ilə qədər qlobal hərbi xərclər 2,3 trilyon ABŞ dollarını ötmüşdür. ABŞ-nin hərbi büdcəsi 877 milyard dollardır və o, bu sahədə liderdir. == Maliyyələşdirilmə == Hərbi büdcələr çox vaxt bir ölkənin ona qarşı təhdid ehtimalını və ya təxribat etmək istədiyi təcavüzün həcmini nə dərəcədə güclü şəkildə qəbul etdiyini əks etdirir. Bu, həm də qarşıdan gələn maliyyə ili üçün nə qədər maliyyələşmənin təmin edilməsi barədə fikir verir. Büdcənin ölçüsü həm də ölkənin hərbi fəaliyyəti maliyyələşdirmək qabiliyyətini əks etdirir. Faktorlara həmin ölkənin iqtisadiyyatının ölçüsü, həmin quruma qarşı digər maliyyə tələbləri və həmin qurumun hökumətinin və ya xalqının bu cür hərbi fəaliyyəti maliyyələşdirməyə hazır olması daxildir. Daxili hüquq-mühafizə orqanlarına və əlil veteranların reabilitasiyasına edilən xərclər ümumiyyətlə hərbi xərclərdən xaric edilir. Hərbi xərclərin bir ölkənin iqtisadiyyatına və cəmiyyətinə təsiri və hərbi xərcləri müəyyən edən şeylər siyasət elmində və iqtisadiyyatda diqqət çəkən məsələlərdir. Bu mövzularla bağlı mübahisəli tapıntılar və nəzəriyyələr mövcuddur.
Müdafiə (dəqiqləşdirmə)
Bu sözün aşağıdakı mənaları vardır: Müdafiə — hərbi əməliyyatlar növü. Müdafiə — nəyinsə hücumdan qorunması və ya düzgün sayılan mövqenin isbat edilməsi.
Müdafiə Mahmudov
Müdafiə Cəmil oğlu Mahmudov (1945, Qızıl Şəfəq, Sisian rayonu – 21 yanvar 2024) — Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru. == Həyatı == M. Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968–1969) vəzifəsində işləyib. 1980–1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat kafedrasında dosent, 2009–2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında dosent vəzifəsində işləyib. "Ali texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri" (2009) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun "Ali və orta ixtisas təhsilinin nəzəri problemləri" şöbəsində baş elmi işçi (2013–2014), "Müəllim hazırlığı kurikulumu" şöbəsinin müdiri (2014–2015) vəzifələrində işləyib. 2015-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının professoru olub. Dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabların və 200-ə yaxın elmi məqalənin müəllifidir. "Ukrayna-Azərbaycan dostluq körpüləri", "Dnepropetrovsk Milli Universitetinə sədaqətli xidmətinə görə" medallarına və Ukrayna Milli Elmlər Akademiyasının akademiki V. İ. Mossokovski adına fəxri medala layiq görülüb. 2020-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Özünü müdafiə
Özünümüdafiə və ya zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir. == Fiziki == Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər. === Silahsız === Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünü müdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır. === Silahlı === Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər.
Avropa Müdafiə Birliyi
Avropa Müdafiə Birliyi müqaviləsi və ya Paris müqaviləsi , 27 may 1952-ci ildə Avropaya inteqrasiya tərəfi olan 6 ölkənin — Benilüks ölkələri, Fransa, İtaliya və keçmiş Qərbi Almaniyanın imzaladığı, lakin heç vaxt təsdiqlənməmiş bir razılaşmadır. Razılaşma, ortaq Avropa silahlı qüvvələri ilə yanaşı Avropa Müdafiə Birliyi qurmalı idi. Saziş Fransa parlamentindən təsdiq ala bilmədi və heç vaxt İtaliyada parlamentə təqdim edilmədi. Buna görə heç vaxt qüvvəyə minmədi. Bunun əvəzinə, Qərbi Almaniya, 1948-ci ildə Qərb Birliyi və NATO-nun da fəaliyyətsiz varisi olan — Qərbi Avropa Birliyinə qəbul edildi. Razılaşma, ABŞ-nin Qərbi Almaniyanı yenidən silahlanmağa çağırmasından sonra 1950-ci ildə o zamankı Fransa baş naziri René Pleven (fr. René Jean Pleven) tərəfindən təklif olunan Pleven planı ilə başladı. Qərbi Almaniyanın NATO-ya üzv olmaq təklifinə alternativ olaraq ortaq bir Avropa müdafiə infrastrukturunun yaradılması Alman hərbi potensialının Şərq bloku ilə mümkün bir qarşıdurmada istifadə edilə bilməsi demək idi. Şuman bəyannaməsində Almaniyanın öz başına bir müharibə başlaya biləcək iqtisadi gücə çatmasının qarşısını almaq məqsədi daşıdığı kimi, Pleven planı və Avropa Müdafiə Birliyində Almaniyanın yenidən müharibə başlama riskini sıfıra endirməyi hədəfləyirdi. == Planlaşdırılan təşkilat == Avropa Müdafiə Birliyi (AMB) ortaq büdcəsi, ortaq silahları, mərkəzi təchizatı sistemi və qurumları olan milli ünsürlərə bölünmüş ortaq bir Avropa ordusunu da özü ilə gətirə bilərdi.
Azərbaycan müdafiə nazirləri
Azərbaycan müdafiə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın müdafiə nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın müdafiə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır. == Siyahı == Müstəqillik 18 oktyabr 1991-ci il tarixində yenidən əldə edildikdən sonra təyin olunan nazirlər siyasi partiya üzvlüyü olan prezident tərəfindən təyin olunsalar da, hər biri bitərəf olmuşdur. Ümumiyyətlə, Azərbaycan hökumətlərində daxili işlər, müdafiə və müdafiə sənayesi nazirləri postlarını bitərəf siyasətçilər tutmuşdur.
Bakının Müdafiə Sistemi
Bakının müdafiə sistemi — 1919-cu ilin yayında Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Bakı şəhərinin qurudan və dənizdən müdafiəsinin təşkili üçün həyata keçirilmiş hərbi tədbirlər sistemi. == Təşkili == Bakı istehkamçılar hissəsinin rəhbərliyi altında aparılırdı. Bakı ətrafında 14 müdafiə mövqeyi yaradılmışdı. Onlardan ilk yeddisi Abşeron yarımadasının müdafiə xətti boyunca qurulmuşdu. Bakının müdafiəsi üçün Biləcəri, Böyükşor — Razin dağı və Əhmədli yüksəkliyindən keçən xətt boyunca qurulmuş mövqelər Abşeron yarımadasının müdafiə mövqelərinin davamı kimi nömrələnmişdi. 8-ci dayaq qrupu Biləcəridə, 9-cu qrup Dərnəgüldə, 10-cu Keşlədə, 11-ci Güvüldağda, 12-ci Əhmədlidə, 13-cü Sultan (Zığ) burnunda, 14-cü isə Nargin adasında yerləşdirilmişdi. Bu qrupların hər biri üçün 2 piyada bölüyü, 8 ədəd pulemyot və 2 ədəd top ayrılmışdı. Dayaq qrupları üçün s əngərlər qazılmış, onların arasında əlaqələr yaradılmış, atəş mövqeləri düzəldilmiş və ətrafında tikanlı məftillərdən maneələr qurulmuşdu. Bakı ətrafının müdafiə xəttinin ümumi uzunluğu 40 verstə qədər idi. == Dənizdən müdafiə sistemi == Bakının dənizdən müdafiəsinin təşkili üçün aşağıdakı tədbirlər həyata keçirilirdi: dənizdən Bakıya girəcək marşrutlann müşahidəsi; Bakı hüdudlarının dənizdən qorunması üçün artilleriya müdafiəsinin təşkili; Bakı buxtasında dəniz polisinin yaradılması.
"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" yubiley medalı
"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 15 illiyi münasibətilə təsis edilmişdir. == Əsasnaməsi == "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında müdafiə sənayesi fəaliyyətinin təşkili, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Maddə 1.
"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı
"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 15 illiyi münasibətilə təsis edilmişdir. == Əsasnaməsi == "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında müdafiə sənayesi fəaliyyətinin təşkili, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Maddə 1.
"Kiyevin müdafiəsinə görə" medalı
"Kiyevin müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 21 iyun 1961-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri Vladimir Atlantov tərəfindən çəkilib. == Xarici keçidlər == "Медаль «За оборону Киева»". Каталог орденов, медалей, значков СССР. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12/12/2010. Медаль "За оборону Киева".
"Leninqradın müdafiəsinə görə" medalı
"Leninqradın müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 22 dekabr 1942-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ
"Moskvanın müdafiəsinə görə" medalı
"Moskvanın müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 1 may 1944-cü ildə təsis olunmuş SSRİ ordeni. Medalın rəsminin müəllifi Nikolay Moskalyovdur == Sayı == 1 028 600 nəfər şəxs bu medalla təltif olunmuşdur.
"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı
"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının prezidentinin qərarı ilə, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 429-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi. "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. == Təltif edilən şəxslər == "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. == Təltif edən orqan == “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təltif edilir. == Taxılma qaydası == “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı qızılı rəngli, hamar şüalı və səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca AZƏRBAYCAN RESPUBLİKASI sözləri, aşağı qövs boyunca MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində səkkizguşəli ulduz təsvir olunmuşdur. Yazılar və ulduzlar qızılı rəngdədir. Daxili çevrənin üzərində qızılı rəngli fonda üç sətrə bölünməklə MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmış və sözlərin altında snayper tüfəngi təsvir edilmişdir.
"Odessanın müdafiəsinə görə" medalı
"Odessanın müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 22 dekabr 1942-ci ildə təsis olunmuş SSRİ ordeni. Medalın rəsminin müəllifi Nikolay Moskalyovdur == Sayı == 30 000 nəfər şəxs bu medalla təltif olunmuşdur.
"Qafqazın müdafiəsinə görə" medalı
"Qafqazın müdafiəsinə görə" medalı — SSRİ medalı. == Haqqında == “Qafqazın müdafiəsinə görə” medalının təsis edilməsi haqqında SSRİ Silahlı Qüvvələri Rəyasət Heyətinin 1 may 1944-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. “Qafqazın müdafiəsinə görə” medalı Qafqazın müdafiəsinin bütün iştirakçılarına - Qırmızı Ordunun, Hərbi Dəniz Qüvvələrinin və NKVD qoşunlarının hərbi qulluqçularına, eləcə də müdafiədə bilavasitə iştirak etmiş mülki şəxslərə verilib. 1985-ci ilə qədər 870 minə yaxın insan “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir Medalın dizaynının müəllifi rəssam N. İ. Moskalevdir .
"Sevastopolun müdafiəsinə görə" medalı
"Sevastopolun müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 22 dekabr 1942-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ. Medalın rəsmləri Nikolay Moskalyov tərəfindən çəkilib. == Xarici keçidlər == Медаль "За оборону Севастополя".
"Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı
"Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 5 dekabr 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri A. Kuznetsov tərəfindən çəkilib. == Xarici keçidlər == Медаль "За оборону Советского Заполярья".
"Stalinqradın müdafiəsinə görə" medalı
"Stalinqradın müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 22 dekabr 1942-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ. Medalın rəsmləri Nikolay Moskalyov tərəfindən çəkilib. == İstinadlar == == Xarici keçidlər == Медаль "За оборону Сталинграда".
2016 Rusiya Müdafiə Nazirliyi Tu-154 qəzası
2016 Rusiya Müdafiə Nazirliyi Tu-154 qəzası, 25 dekabr, 2016-cı il tarixində Moskva saatı ilı (UTC+3) 05:50-də Tupolev Tu-154 tipli təyyarə ilə Moskvadan Latakiyaya gedən Qızıl Ordu heyətindən 65 musiqiçi, jurnalist və əsgərləri daşıyan təyyarənin qəzası. Rusiya Müdafiə Nazirliyinin ilkin məlumatlarına əsasən Tu-154 təyyarəsindən kimsə xilas oluna bilinməyib. Təyyarədə ümumi olaraq 93 nəfərin olduğu rəsmi olaraq açıqlanmışdır.
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (ing. Defense Advanced Research Projects Agency, DARPA) — silahlı qüvvələrin maraqları və istifadə üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarə. DARPA-nın məqsədi ABŞ silahlı qüvvələrinin texnoloji üstünlüyünü qorumaq, ABŞ üçün yeni texniki müharibə vasitələrinin meydana gəlməsinin qarşısını almaq, irəliləyişli araşdırmalara dəstək vermək, təməl tədqiqat və hərbi sahədə istifadə arasındakı boşluğu aradan qaldırmaqdır. == Tarixi == DARPA 1958-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılmasına cavab olaraq təsis edilmişdir. DARPA-ya ABŞ hərbi texnologiyasının inkişaf etdirilməsi tapşırıldı. DARPA şərti hərbi tədqiqat institutlarından asılı olmayaraq mövcuddur və birbaşa Müdafiə İdarəsinin rəhbərliyinə hesabat verir. DARPA-nın təxminən 240 işçisi var (onlardan təxminən 140 nəfər texniki mütəxəssisdir); Təşkilatın büdcəsi təxminən 3 milyard dollardır. Bu rəqəmlər təxmini olaraq verilir, çünki DARPA, podratçı şirkətlərin kiçik, xüsusi seçilmiş kooperasiyaları tərəfindən həyata keçirilən qısamüddətli proqramlara (iki ildən dörd ilədək) diqqət yetirir. Əvvəlcə İdarə ARPA adlandırıldı, sonra 1972-ci ildə DARPA olaraq dəyişdirildi (Müdafiə sözünün əlavə edilməsi ilə), daha sonra 1993-cü ildə yenidən ARPA, və nəhayət 11 mart 1996-cı ildə yenidən DARPA oldu . DARPA paylanmış kompüter şəbəkəsinin ARPANET (sonradan İnternet yaranan), həmçinin BSD (Berkli Universiteti) versiyası UNIX və TCP / IP protokol yığımının maliyyələşdirilməsinə cavabdeh idi.
Akkor (aktiv müdafiə sistemi)
AKKOR, Altay tankını və digər ağır zirehli nəqliyyat vasitələrini ətraf mühitin təhlükələrindən mudauəy üçün ASELSAN tərəfindən inkişaf etdirilən aktiv müdafiə sistemidir. Modul sistemi sayəsində bütün ağır zirehli nəqliyyat vasitələrinə tətbiq olunan sistem, nəqliyyat vasitələrini raketlərdən və idarəolunan tank əleyhinə raketlərdən mühafizə edir.
Alyoxin müdafiəsi
Alyoxin müdafiəsi — şahmatda debüt, e2-e4 Kg8-f6 gedişi ilə başlayır. == Yaranma tarixi == Şahmat praktikasına dünya çempionu Aleksandr Alyoxin tərəfindən daxili edilib. O bu gedişi 1921-ci ildə Budapeştdə Layoş Şteynerə qarşı oynayarkən tətbiq edib..Ancaq bu gediş əvvəl də məlum idi. Gedişin ideyası qara fiqurla oyun və ağ fiqurların piyada mərkəzinə əks-hücumdur. Ağlar bir çox halda üstünlüyə malikdirlər. Ancaq debüt maraq doğurur və yarışlarda tez-tez rast gəlinir. Bu debütün nəzəriyyəsinə Vladas Mikenas, İsaak Boleslavski, Vlastimil Qort, Vladimir Bağırov böyük töhfə vermişlər.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub. 1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb. 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.
Arena (aktiv müdafiə sistemi)
Arena Aktiv müdafiə sistemi (Aktiv müdafiə sistemi), Rusiyanın Kolomna şirkəti tərəfindən yaradılmış ACV sinifindəki avtomobilləri düşmənin yüngül tank əleyhinə raketlərindən, ATGM və döyüş raketləri vasitəsilə həyata keçirdikləri üst hədəf hücumlarından müdafiə etmək üçün inkişaf etdirilmiş əks müdafiə sistemidir. Vasitəyə yaxınlaşan döyüş başlığını aşkar etmək üçün səs dalğası və Doppler radarından istifadə edir. Sonra müdafiə patronlarını atır və yaxınlaşan döyüş başlığını nəqliyyat vasitəsinə çatmadan məhv edir və vasitənin zirehini düşmən atışından mühafizə edir. Sistem, vasitəni qüllənin ön tərəfindən 220–270 dərəcə bir bucaq altında gələn düşmənin döyüş başlıqlarına qarşı mühafizə edir. Sistem, avtomobildən otuzdan qırx metrə qədər uzaqda işə başlayır ki, bu da piyada birliklərinin özlərini tankın ətrafında tamamilə mühafizə edə bilmələrinə şərait yaradır. Ancaq bunu xatırlamağa dəyər. Bu sistem qəlpə hissəcikləri ilə işləyir. Sistem işə salındıqda, səs-küy yaradır, beləliklə nəqliyyat vasitəsinin ətrafındakı piyada qoşunları gizlənə bilirlər. Arena sisteminin istehsalının ən vacib səbəbi 1990-cı illərdə Çeçenistanda baş verən qarşıdurmalarda rus tank zirehlərinin tank əleyhinə silahlara qarşı təsirsiz olması idi. Bir çox rus zirehli avtomobili və BTR-i Çeçen qiyamçılarının istifadə etdiyi RPG-lər tərəfindən məhv edilmişdir.
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi (1919)
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd. == Müqavilənin imzalanması və şərtləri == Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Y.P.Gegeçkori, hərbi nazir N.Ramişvili, hərbi nazirin müavini general-mayor Gedevanov və general Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi: Tərəflər onlardan birinin və ya hər ikisinin müstəqilliynə və ərazi bütövlüyünə yönəlmiş hər hansı bir təcavüzə qarşı sərəncamlarında olan bütün qüvvələrlə birgə çıxış etməyi öhtələrinə götürürdülər. Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar zamanı sərhəd mübahisələrini silah gücünə həll etmək üçün müqavilədə iştirak edən tərəflərin birinə yaxud hər ikisinə hücum edərsə, həmin tərəf vuruşan tərəf kimi tanınır. Sazişə görə, tərəflər bir-birindən ayrı separat sülh bağlamamalı, sərhəd münaqişələrini danışıqlar yolu ilə həll etməli idi. Tərəflər, həmçinin, qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərbi saziş bağlamamağı, hər iki dövlətin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlarda həmrəy çıxış etməyi də öz üzərlərinə götürürüdülər. Ermənistanın da bu sazişə qoşulmaq hüququna malik olması və iki həftə ərzində buna öz münasibətni açıqlaması barədə razılıq əldə olunmuşdu. Ancaq Ermənistan bu sazişə qoşulmadı. == Nəticəsi == Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu
Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. == Tarixi == Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra respublikanın dövlət təsisatlarının təşkilinə başlandı. Sığorta üzvlük haqlarının vaxtında yığılması, pensiya və müavinətlərin ödənilməsinin maliyyələşdirilməsi sistemini təkmilləşdirmək və bu vəsaitin düzgün xərclənməsi üzərində təsirli nəzarəti həyata keçirmək məqsədilə “Azərbaycan Respublikası Pensiya Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 16 dekabr tarixli 503 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 436 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Pensiya Fondu haqqında Əsasnamə” təsdiq edilmişdir. 1992-ci il 16 oktyabr tarixinədək qüvvədə olmuş Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Pensiya Fondu sərbəst maliyyə-bank sistemi olmaqla dövlət pensiya təminatı xərclərini maliyyələşdirirdi və kommersiya fəaliyyətindən əldə etdiyi mənfəət üzrə vergidən, habelə bütün növ rüsum, gömrük və digər tədiyələri ödəməkdən azad idi. "Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 1 iyun 1992-ci il tarixindən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin respublika Pensiya Fonduna, 15%-nin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu. 2004-cü il 1 iyun tarixinədək qüvvədə olmuş “Sosial sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, 1992-ci ildə pensiya fonduna vətəndaşların məcburi haqlarının əmək haqqının 1%-ni təşkil etdiyi müəyyən edilmişdi. Müəssisə və təşkilatların sosial sığortaya ayırmalarına və onların məqsədyönlü xərclənməsinə nəzarəti gücləndirmək, eləcə də əhalinin sosial müdafiəsi sahəsində olan paralelçiliyi ləğv etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 30 sentyabr tarixli 233 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yaradılmışdı.

Digər lüğətlərdə