mühəndis-fizik

mühəndis-fizik
mühəndis-elektrotexnik
mühəndis-geokimyəvi
OBASTAN VİKİ
Fizik
Fizik — fiziki kainatın bütün maddə və enerjisinin qarşılıqlı əlaqəsini başa düşmək üçün ixtisaslı alim. Fiziklər öz sahələrinin bir çox şöbələrində bütün böyük miqyası əhatə edən təbii hadisələrin geniş sprektrini öyrənirlər. Fiziklərə ümumiyyətlə təbii hadisələrin əsas səbəbləri və ya kökü və adətən riyazi münasibətlərlə öz anlayış çərçivəsi maraqlıdır. "Fizik" ifadəsi Vilyam Uel tərəfindən 1840-cı ildə İnduktiv Elmlər Fəlsəfəsi (ing. The Philosophy of the Inductive Sciences) kitabında yeni ifadə kimi işlədilmişdir. == Fəxri adlar və mükafatlar == Fiziklərin layiq görüldüyü ən yüksək fəxri ad İsveç Kral Elmlər Akademiyası tərəfindən 1901-ci ildən bəri verilən Fizika üzrə Nobel mükafatıdır.
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
Hərbi mühəndis
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Aleksandr Popov (fizik)
Faiq Əhmədov (fizik)
Həsən Abdullayev (fizik)
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti. Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. == Həyatı == Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
Kərim Məmmədov (fizik)
Kərim Pənah oğlu Məmmədov (d.1916 indiki Ucar rayonu,Danabatan kəndi-20 noyabr 1987,Bakı,Azərbaycan Respublikası) — fizika-riyaziyyat elmləri doktoru,professor,1941-1945-ci illər müharibəsi iştirakçısı. == Həyatı və təhsili == K.P.Məmmədov 1916 –cı ildə Ucar rayonunun Ənvər Məmmədxanlı kəndində(keçmiş Kirovkənd) anadan olmuşdur.Doğma kəndində 7-illik təhsil aldıqdan sonra Bakıda Rabitə-Elektrik Texnikumunu bitirmiş və 1934-ci ildə Bərdə rayonunun rabitə qovşağında ilk əmək fəaliyyətinə başlamışdır.Kərim müəllim 1936-cı ildə Azərbacan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olmuş,1941-ci ildə indiki Bakı Dövlət Universitetinin izika-riyaziyyat fakültəsini bitirib SSRİ EA Geologiya İnstitutunun Azərbaycan filialında başlamışdır. Faşizmlə SSRİ arasında başlayan müharibədədə iştirak etmək üçün Sovet Ordusu sıralarına qatılmışdır. K.P.Məmmədov 1946-cı ildə Ordu sıralarından tərxis olunub Bakida,Qubkin adına Geodeziya İnstitutunda aspiranturaya qəbul olunur və Moskva Dövlət Universitetinin Rentgenoqrafiya laboratoriyasına ezam edilir. 1950-ci ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıdan Kərim müəllim Fizika-Riyaziyyat institutunun Rentgenoqrafiya laboratoriyasında baş elmi vəzifəsinə qəbul edilir. == Əmək və elmi fəaliyyəti == Rentgen şuaları vasitəsi ilə maddənin tədqiqi Azərbaycanda əsasən Neft-Kimya İnstitutunda geologiya-mineralogiya elmləri doktoru,professor A.Z.Verdizadə tərəfindən başlanmışdır.1946-ildə onun təşəbüsü ilə Fizika İnstitutunda da Rentqenquruluş təhlili laboratoriyası yaradilmişdir.1950-ci ildə Fizika-riyaziyyat elmləri namizədi K.P.Məmmədovun Rentgenquruluş təhlili laboratoriyasının rəhbəri təyin edilməsi ilə dərin elmi əhəmiyyət daşıyan mövzular üzərində tədqiqatlara başlandı. K.P.Məmmədov Moskvada Rentgenoqrafiya laboratoriyasında işləyərkən kub şəkilli kristallarda rentqen süalarının səpilməsinə atomun anizatropluğunun təsirini tədqiq etmiş,aldığı nəticələr əsasında da namizədlik dissertasiyasını yazıb müdafiə etmişdir. "Kubik kristallarda atom form-faktorunun anizotropluğu" onun namizədlik işi olmuşdur. == Elmi fəaliyyət istiqamətləri == Bakıda isə Kərim müəllim elmi rəhbəri S.O.Konobayevskinin təklifi ilə Moskvada başladığı tədqiqatlarını davam etdirmişdir. O,kub şəkilli alüminium və almaz kristallarını tədqiq edərək kristal qəfəsində tltktron sıxlığının paylanma mənzərəsini müəyyənləşdirilmiş və buradan kimyəvi əlaqənin təbiətini aydınlaşdırmışdır.Məlum edilmişdir ki, Al atomu üçün elektron sıxlığının paylanması bircinsliliyə yaxın olur ki, bu metal əlaqəsi üçün səciyyəvidir,Almaz kristalında isə elektronların atom ətrafında paylanma anizatropiyasının müşahidə edilən kəskin dəyişməsi onda möhkəm yomopolyar əlaqənin səciyyəvi olduğunu göstərmişdir.
Məmməd Məmmədov (fizik)
Məmməd Məmmədov (tam adı: Məmməd Şeyxəli oğlu Məmmədov; 15 mart 1934 – 9 aprel 2016) — fizika-riyaziyyat. 15 mart 1934-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan EA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamış, 1960-cı ildə isə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezam olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1971-ci ildə dosent, 1991-ci ildə isə professor elmi adını almışdır. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir: 1982-1984 illərdə xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə isə axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1986-cı ildə Şərəf nişanı Ordeni, 2000-ci ildə isə Əməkdar müəllim adı ilə təltif olunmuşdur. 2016-cı ildə Bakıda vəfat etmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-1963-cü illərdə aspiranturada oxuyub.
Məmməd Mənmədov (fizik)
Məmməd Məmmədov (tam adı: Məmməd Şeyxəli oğlu Məmmədov; 15 mart 1934 – 9 aprel 2016) — fizika-riyaziyyat. 15 mart 1934-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan EA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamış, 1960-cı ildə isə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezam olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1971-ci ildə dosent, 1991-ci ildə isə professor elmi adını almışdır. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir: 1982-1984 illərdə xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə isə axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1986-cı ildə Şərəf nişanı Ordeni, 2000-ci ildə isə Əməkdar müəllim adı ilə təltif olunmuşdur. 2016-cı ildə Bakıda vəfat etmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-1963-cü illərdə aspiranturada oxuyub.
Məmməd Əliyev (fizik)
Məmməd Rəhim oğlu Əliyev (rus. Мамед Рагимович Алиев; 25 oktyabr 1940, Maştağa – 4 mart 1988, Moskva) — professor ,fizika-riyaziyyat elmləri doktoru , molekulyar fizikanın bir çox sahələrinə elmi töhfələr bəxş etmiş azərbaycanlı Sovet fiziki. Onun elmi nailiyyətləri arasında molekulda mərkəzdənqaçma genişlənmə sabitinin tapılması metodunun kəşfi, dinamik effektlərin düzgün şərhini təklif etməsi və s. yer alır. Məmməd Əliyev 1940-cı ilin 13 oktyabr tarixində Bakıda müsəlman ailəsində anadan olmuşdur (atası-Rəhim Əliəkbər oğlu Əliyev, anası-Gövhər Hilal qızı, dayısı-kimya elmləri doktoru, professor Ağarəfi Ağayev). Məmməd 17 yaşında Bakı şəhəri,Maştağa qəsəbəsində yerləşən 128 saylı tam orta məktəbi bitirmiş, 1957-ci ildə Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o, fizika-riyaziyyat ixtisasları üzrə təhsil almışdır. 1961-ci ildə Moskva Dövlət Universitetində aspirant təhsilini davam etdirmiş və doktor dərəcəsini almışdır. Daha sonra Rusiya Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən Spektroskopiya İnstitutunda ömrünün sonunadək çalışmışdır. O,1972–1986-cı illər ərzində Çexiyanın paytaxtı Praqada keçirilən ümumittifaq konfranslarında fəal iştirak etmiş və əldə etdiyi mühüm elmi nəticələrə görə Çexiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.
Nadir Abdullayev (fizik)
Abdullayev Nadir Allahverdi oğlu (1 noyabr 1955, Bakı) — azərbaycanlı alim, Fizika üzrə elmlər doktoru, AMEA Fizika İnstitutunun dosenti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı. Abdullayev Nadir Allahverdi oğlu 1 noyabr 1955-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1979–1981-ci illərdə hərbi qulluğunu çəkib. 1981-ci ildə AMEA Fizika İnstitutuna kiçik elmi işçi kimi qəbul olunub. 1985-ci ildə "Laylı kristalların istilikdən genişlənməsinin xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2010-cu ildə "Güclüanizotrop kristallarda fonon proseslərinin və yükdaşıyıcıların lokallaşma effektlərinin xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2015 ildə laboratoriya rəhbəri vəzifəsinə seçilib. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. Elmi əsərlərinin sayı-180 Xaricdə dərc olunan əsərlərinin sayı-60-dan çox Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı -51 Kadr hazırlığı-3 Elmi-pedaqoji fəaliyyəti-4 Klassik laylı kristalda – qrafitdə lay müstəvisində mənfi istilikdən genişlənmənin və istilikkeçirilməsində "istilik anomaliyasının" "membran" effekti əsasında izahı verilmişdir.
Namiq Əhmədov (fizik)
Əhmədov Namiq Abduləvvəl oğlu (1949, Nuxa) — fizika-riyaziyyat elmləri doktoru (1991). Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1975-ci ildən indiyə qədər Bakı Dövlət Universitetində çalışır.
Nazim Məmmədov (fizik)
Nazim Məmmədov (Nazim Timur oğlu Məmmədov; 5 noyabr 1953, Bakı) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2017), AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi. Nazim Məmmədov noyabrın 5-i 1953-cü ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra əsasən keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutu (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutu (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutularında (Novosibirsk) işləyib. Nazim Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. O, 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. 2014-cü il iyulun 1-də Nazim Məmmədov AMEA-nın müxbir üzvü seçilib. 2015-cil aprelin 30-da Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi vəzifəsin icra edib. Mayın 2-si 2017-ci ildə o, Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib. Elmi əsərlərinin sayı- 368 Xaricdə dərc olunan əsərlərinin sayı- 283.
Nikolay Andreyev (fizik)
Nikolay Andreyev – rus fiziki, Rusiyada akustikanın banisi. SSRİ EA akademiki (1953). Sosialist Əməyi Qəhrəmanı (1970). Moskva Ali Texniki məktəbində, Moskva və Höttingen Universitetlərin də oxumuş, Bazel Universitetini bitirmişdir (1909). 1940-cı ildən SSRİ EA Fizika İnstitutunda, 1954-cü ildən isə SSRİ EA Akustika İnstitutunda işləmişdir. Əsərləri rəqslər nəzəriyyəsinə, fiziki və texniki akustikaya aiddir. Hərəkətdə olan mühitdə səsin yayılma nəzəriyyəsini ilk dəfə Andreyev vermişdir. Andreyev pyezoelektrik, telefon nəzəriyyəsi və musiqi akustikası sahəsində mühüm tədqiqatlar aparmışdır. 3 dəfə Lenin ordeni ilə təltif edilmişdir.
Oqtay Səmədov (fizik)
Səmədov Oqtay Əbil oğlu (5 aprel 1952, Xol Qarabucaq, Neftçala rayonu) — Azərbaycan alimi. AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2017), professor, fizika-riyaziyyat elmləri doktoru. Oqtay Səmədov 1952-ci il aprelin 5-də Neftçala rayonunun Xol Qarabucaq kəndində müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə Salyan şəhəri Nizami adına 2 nömrəli orta məktəbi, 1975-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlayan O. Səmədov 1975–1979-cu illərdə Xolqarabucaq kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1979-cu ildə Radiasiya Problemləri İnstitutunun "Seqnetoelektriklərin radiasiya fizikası" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. Oqtay Səmədov 1980-ci ildə Radiasiya Problemləri İnstitutunun aspiranturasına daxil olmuş, 1988-ci ildə "Spontan polyarizasiya olunmuş kristallarda faza keçidlərinin dielektrik və piroelektrik xassələrinin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Professorun sonrakı elmi fəaliyyəti TlInS2 və TlGaSe2 kristalları əsasında yaradılmış relaksor seqnetoelektriklərin fiziki xassələrinin tədqiqinə həsr olunmuş və bu sahədə böyük praktik əhəmiyyətə malik olan elmi nəticələr əldə olunmuşdur. 2006-cı ildə bu mövzuda doktorluq dissertasiyasını müdafiə edən O. Səmədovun tədqiqatlarında ifratkeçirici birləşmələr alınmış və bu birləşmələrin ifratkeçiricilik temperaturu müəyyənləşdirilmişdir. Radiasiyanın ifratkeçiricilik temperaturuna və xüsusi müqavimətinə təsiri öyrənilmişdir.
Rasim Məmmədov (fizik)
Məmmədov Rasim Qara oğlu (1 iyun 1950, Nərimanlı, Basarkeçər rayonu) – fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Məmmədov Rasim Qara oğlu 1 iyun 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə Nərimanlı kənd orta məktəbini "Qızıl medal"la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olub. 1971–1972-ci illərdə Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam etdirib və ali təhsilini "Fərqlənmə diplomu" ilə başa vurub. 1972–1974-cü illərdə zabit olaraq Sovet Ordusunda xidmət etmişdir. 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Radiofizika ixtisası üzrə aspiranturasında oxuyub. 1983-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2004-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. Hazırda BDU-nun Fizika fakültəsi Elmi Şurasının sədridir, BDU Elmi Şurasının üzvüdür, BDU nəzdindəki D.02.012 doktorluq Dissertasiya Şurasının sədr muavinidir, Fizika fakültəsi Elmi Praktiki Seminarının rəhbəridir, "Bakı Universiteti Xəbərləri" jurnalının redaksiya heyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. 130 elmi məqalə, 35 elmi-publisist məqalə, 1 monoqrafiya, 3 kitab və 5 patent, 50-dən artıq elmi məruzəsi dərc edilib.
Rauf Hüseynov (fizik)
Rauf Rüstəm oğlu Hüseynov (4 mart 1940, Bakı) — Azərbaycan fiziki; Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014). Rauf Hüseynov 4 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Bakı Dövlət Universitetinin Fizika fakültəsində müxtəlif ixtisas və ümumi fizika kurslarından dərs deyib. Rauf Hüseynov "Yarımkeçiricilərin və dielektriklərin fizikası" ixtisası üzrə "Kristalda eksiton spektrinin dayanıqsızlığı ilə bağlı olan elektron faza keçidi" mövzusunda namizədlik dissertasiyası, "Güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə və yarımkeçirici strukturlarda Kulon qarşılıqlı təsir və kollektiv hadisələr" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 30 iyun 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. AMEA Fizika İnstitutu nəzdində İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvüdür. R.R.Hüseynov, L.V.Keldış. " Kristalın elektron spektrinin eksiton dayanıqsızlığı halında faza keçidin növü haqqında". R.R.Hüseynov.
Rövşən Xəlilov (fizik)
Rəşad Rəhimov (fizik)
Rəşad Rəhimov (tam adı: Rəşad Nizaməddin oğlu Rəhimov; 27 dekabr 1948) — fizika üzrə elmlər doktoru. Rəşad Rəhimov 1948-ci il dekabrın 27-də Şəki şəhərində doğulmuş, 1966-cı ildə Şəki şəhər 11 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1983-cü ildə "İnSb-İn2GeTe bərk məhlullarda elektron və fonon prosesləri" mövzusunda namizədlik dissertasiyası, 2010-cu ildə "III-V qrup yarimkeçirici birləşmələr əsasinda bərk məhlullarda və evtektik kompozitlərdə elektron, fonon proseslərin xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə Dosent adını almışdır. 1. InSb-In2GeTe bərk məhlulun zona quruluşunda kvazilokal səviyyələrin müəyyən edilməsi; 2. III-Y qrup elementləri əsasında üçqat və dördqat bərk məhlullarda fononların rezonans səpilməsinin müəyyən edilməsi; 3. III-Y qrup elementləri və 3d keçid metalları əsasında evtektik kompozitlərdə eksperimental olaraq metal qatmalar ətrafında fazalararası zonanın aşkar olunması; 4. kinetik parametrlərdə yaranan anizotropluqda fazalararası zonaların əhəmiyyətli rolunun göstərilməsi; 5. GaSb-FeGa1.3<Co> əsasında termostabil tenzomüqavimətlərin yaradılması; 6. 80–700K temperatur bölümündə bərk cisimlərin temperatur keçiriciliyini ölçmək üçün "işıq impulsu ilə qızdırma" metodu əsasında "Alfa" cihazının hazırlanması. Elmi məqalələrin sayı-140 Beynəlxalq konfranslarda iştirakının sayı-50 Xaricdə çıxmış elmi əsərlərinin sayı-26 İxtiraların sayı-1 Kadr hazırlığı- 2 fəlsəfə doktoru Qrant və layihələrdə iştirakı 1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST. CLGN 978434 2. AMEA Fizika İnstitutu və Belarus Fundamental Tədqiqatlar Fondu ilə birgə layihə, grant Т10Аz-15 3. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı №EİF-2011–1(3)/82/05/1 1. The GaSb-CoGa1.3 eutectic composite as a promising material for tensometry, Moldavian Journal of the Physical Sciences, Vol.
Sabir Hacıyev (fizik)
Sabir Əbdülmənaf oğlu Hacıyev (23 sentyabr 1928, Urud, Zəngəzur qəzası – 24 iyun 2013, Bakı) — fizika üzrə elmlər doktoru (1974), AMEA-nın müxbir üzvü (1983), professor (1975) Sabir Hacıyev 23 sentyabr 1928-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub. 1946-cı ildə Naxçıvan şəhərinin 1 saylı məktəbini bitirdikdən sonra Naxçıvan Dövlət Müəllimlər İnstitutuna daxil olub. 1948-ci ildə Müəllimlər İnstitutunu bitirərək ilk pedaqoji fəaliyyətinə Culfa rayon orta məktəbində başlayıb. Sabir Hacıyev 1951-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1956-cı ildə universiteti Nəzəri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən Sabir Hacıyev Elmi Şuranın qərarı ilə Universitetdə gələcək elmi-tədqiqat fəaliyyətini davam etdirmək üçün Nəzəri fizika kafedrasında saxlanılır. Sabir Hacıyev 1956–1960-cı illərdə Bakı Dövlət Universitetində müəllim, 1960–1968-ci illərdə dosent, 1972–1990-cı illərdə Maddə quruluşu kafedrasının müdiri, 1978–1988-ci illərdə Fizika fakültəsinin dekanı vəzifələrini icra edib. Aspiranturanı 1960-cı ildə bitirən Sabir Hacıyev Lomonosov adına Dövlət Universitetinin professoru A. Sokolov və Azərbaycan Dövlət Universitetinin dosenti A. Muxtarovun rəhbərliyi ilə "Mezonların parçalanmasında polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 1974-cü ildə "Dördfermionlu qarşılıqlı təsirin və bəzi qeyri-elastikli proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1975-ci ildə professor elmi adını alan Sabir Hacıyev 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilib. Sabir Hacıyev Nəzəri fizika bölməsində kvant nəzəriyyəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Onun apardığı tədqiqatlar xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Saleh Hacıyev (fizik)
Saleh Hacıyev — azərbaycanlı fizik. Orta təhsilini Şuşada və Ağdamda alıb. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edilib. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşüb. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirib. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, Alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən Kimya üzrə alıb. Namizədlik işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edilib.
Azər Əhmədov (fizik)
Azər Əhmədov (29 aprel 1964, Puşkin rayonu – 29 dekabr 2023) — Nəzəri Fizika kafedrasının professoru. == Həyatı == Azər Əhmədov 29 aprel 1964-cü ildə Biləsuvar rayonunda həkim, ziyalı ailəsində anadan olub. 1972–1982-ci illərdə Biləsuvar rayonu 1 saylı Nizami Gəncəvi adına orta məktəbində təhsil alıb və orta məktəbi "əla" qiymətlərlə bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1989-cu ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə həmin fakültəni bitirib Elmi Rəhbəri professor Faik Sultanmurad oğlu Sadıxov olmaqla 1992–1995-ci illərdə Fizika fakültəsinin Nəzəri fizika kafedrasının aspirantı olub. 1996-cı ildə namizədlik dissertasiyası müdafiə edərək "Nəzəri fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini, 2016-cı ildə isə doktorluq dissertasiyası müdafiə edərək " 2212.01-Nəzəri fizika" ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsini alıb. 1990–2005-ci illərdə Bakı Dövlət Universiteti Fizika Problemləri ETİ-nin Yüksək Enerjilər fizikası Laboratoriyasında böyuk elmi işçi, 2005–2019-cu illərdə Bakı Dövlət Universiteti Fizika Problemləri ETİ-nin Yüksək Enerjilər fizikası Laboratoriyasında 0.5şt böyuk elmi işçi, 2019-cu ildən Bakı Dövlət Universiteti Fizika Problemləri ETİ-nin Nəzəri Fizika şöbəsində 0.5şt baş elmi işçi, 2007-ci ildən həm də Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasının dosenti vəzifəsində çalışmışdır.2022-ci ildən Nəzəri fizika kafedrasının professoru vəzifəsində çalışmışdır. Bütün bu illər ərzində Azər müəllim intensiv elmi-tədqiqat işləri aparmışdır. Onun elmi tədqiqatı sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası kimi nəzəri fizikanın mürəkkəb sahələrini əhatə edir.