mühəndis-geokimyəvi
mühəndis-geoloq
OBASTAN VİKİ
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
Geoloji kəsiliş
Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Geoloji planalma
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir.
Geoloji proseslər
Geoloji proseslər — Yerin daxilində və yer qabığında strukturların, yer səthi relyefin dəyişilməsinə, süxurların və mineralların parçalanmasına, onların əmələ gəlməsinə, yatım şəraitinin dəyişilməsinə səbəb olan proseslər.
Geoloji xəritə
Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir. Topoqrafik xəritə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Çöküntülər (geoloji)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Hərbi mühəndis
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Asiyanın geoloji quruluşu
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir. Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.
Azərbaycanın geoloji quruluşu
Blok (geoloji termin)
Blok (geoloji termin) - tektonikada Yer qabığının stabil və ya bütöv kütləsilə hərəkət edən, yarıqlarla hududlanmış, iri ölçülü (yuzlərlə km2-dən min km2-dək) sahəsi. Blok planda üçbucaqlı, dördbucaqlı, poliqonal, habelə pazvari, prizmatik şəkildə olur. Daha böyük ölçülü bloklar mozaik quruluşlu qırışıqlıq vilayətlərində və plaformaların özülündə müşahidə edilir. Çox vaxt blok hüdudlayan yarıqlar, adətən, anomal fiziki sahələr (qravitasion pillələr, xətti maqnit anomaliyaları) şəklində izlənilir. Bloklar arası qovuşma zonası tektonik tikiş və ya pozulma zonası olub bəzən maqmatik cismlərlə zəngin olur. Tektonika Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. Kolloidlər Diffuziya Elektrolit Gillər Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Naxçıvanın geoloji quruluşu
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir.
Qalxan (geoloji termin)
Qalxan və ya Sipər –platformanın kristallik, iri müsbət strukturu. Q. daxilində kristallik süxurlardan təşkil olunmuş, qırışıq əsas səthə çıxır. Q. adətən yer qabığının qalxmış hissəsinə uyğun gəlir. Termin birinci dəfə Avstriya geoloqu E. Züss (1885) tərəfindən təklif edilmişdir.
Şimali Amerikanın geoloji tarixi
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
Azər Qasımzadə (mühəndis)
Azər Ərəstun oğlu Qasımzadə (Kasimzade Azer Arastun oğlu; 23 fevral, 1955, Bərdə, Azərbaycan SSR) — texniki elmlər doktoru, Türkiyənin Ondoqquz May Universitetinin Mühəndislik Fakültəsinin professoru. Qasımzadə Azər Ərəstun oğlu 1955-ci il fevralın 23-də Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1972-ci ildə Şuşada Ü.Hacıbəyli adına 1 saylı orta məktəbi qızıl medalla bitirib, 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu “Sənaye və mülki tikililəri konstruktoru” ixtisası üzrə ali təhsilini bitirib. 1980—1983-cü illərdə A.Qasımzadə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun inşaat mexanikası kafedrasının aspiranturasında oxumuş və 1983-cü ildə Moskvada texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildə həmin ali məktəbdə elmi işi müdafiə edərək texniki elmlər doktoru adına layiq görülmüşdür. 1986—1988-ci illərdə Moskva İnşaat Mühəndisləri Universitetinin “İnşaat Mexanikası” kafedrasında elmi təcrübə keçərək, doktorant və təsərrüfat hesablı elmi layihənin icraçısı olmuşdur. 1991-ci ilde Amerika Birləşmiş Ştatlarının New Jersey Institute of Technology Universitetinin, “İnşaat və Ətraf Mühəndisliyi” bölməsində və Prinston Universitetinin “İnşaat mühəndisliyi və Əməliyyatların Tədqiqi” bölməsində elmi mübadilədə olub. 1978-ci ildə təyinatla SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin “Dənizneftqaz” Elmi-Tədqiqat və Layihə İnstitutunun dəniz qurğuları şöbəsinə göndərilib və orada mühəndis—konstruktor kimi işləyib, Xəzər, Azov və Qara dənizlərdəki yataqların hesablama-layihə, maket və modelləşdirmə sahəsindəki tədqiqatlarda iştirak edib. 1980—1983-cü illərdə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu ilə müqavilə əsasında Moskva İnşaat Mühəndisləri İnstitutunda neft-qaz hasilatı sənayesi üçün dəniz platformalarının üst hissələrinin hesablanmasının etibarlılığı tədqiqatlarını davam etdirib. 1983-cü ildə namizədlik dissertasiyasının müdafiəsindən sonra A.Qasımzadə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun hesablama mərkəzinin avtomatlaşdırılmış layihələndirmə sistemləri şöbəsində işini davam etdirib və əvəzçilik əsasında İnşaat Mühəndisləri İnstitutunda mühazirələr oxuyub.
Balabəy Əlibəyov (mühəndis)
Əlibəyov Balabəy İsa oğlu (1910, Lənkəran, Lənkəran qəzası – 1988) — texnika elmləri doktoru, professor Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935–1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954–1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977–1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. Əlibəyov B. İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Devid Bredli (mühəndis)
Devid Bredli (ing. David Bradley; 4 yanvar 1949, Sietl, Vaşinqton) — peşəkar İT mühəndislərdən biri. O, "IBM PC" kompüteri üzərində çalışan on iki mühəndisdən biri olub. Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır. "IBM" şirkətinin aparıcı mühəndisi olan Devid Bredli şirkətin bir çox əsas layihələrində iştirak edib və onun karyerasının böyük hissəsi "IBM"lə bağlı olub. D.Bredli "PowerPC" prosessorları əsasında işləyən kompüterlərin istehsalçılar qrupuna da rəhbərlik edib. O, 7 ixtira üçün patent alıb. Devid Bredli 1949-cu il yanvarın 4-də ABŞ-nin Sietl şəhərində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən ən çox texniki fənlərlə maraqlanır, bu sahədə istedadı ilə digərlərindən fərqlənir. Bredli 1971-ci ildə Deyton Universitetində bakalavr dərəcəsi alıb.
Elçin Əliyev (mühəndis)
Elçin Rəşid oğlu Əliyev (25 dekabr 1962, Bakı) – Azərbaycan Triatlon Federasiyasının sabiq prezidenti, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəri, dosent. Elçin Əliyev Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının professor əvəzi vəzifəsində çalışmışdır. Elçin Əliyev 2004–2008-ci illərdə Amerika Ticarət Palatasının İKT komitəsinin sədri, 2005–2007-ci illərdə Xəzər İnteqrasiya Biznes Klubunda İT və rabitə ilə bağlı məsələlər üzrə prezident, 2009–2010-cu illərdə NATO-nun elmi proqramında həmdirektor vəzifələrində çalışmışdır. O, 2004-cü ildən SINAM şirkətinin prezidenti, 2002-ci ildən isə Azərbaycanın İnternet Cəmiyyətinin sədr müavini vəzifəsini daşıyır. О безопасности передачи данных в распределенных информационных сетях // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.21–25. Стратегия информатизации в Азербайджане // Известия НАНА сер. Физ.техн.
Fəxrəddin Məmmədov (mühəndis)
Fəxrəddin Sadıq oğlu Məmmədov — professor, Yaxın Doğu Universitetinin prorektoru, Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri. Fəxrəddin Məmmədov 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır. Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur. 1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, Əlcəzair və Mərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır. 1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 1995–2000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur. P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet.
Hidayət Rüstəmov (mühəndis)
Həsən Hüseynov (mühəndis)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Kamil Məmmədov (mühəndis)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.

Digər lüğətlərdə