Hanna. Mükəmməl silah
Hanna. Mükəmməl Silah – 2011-ci ildə Joe Wrightın çəkdiyi bir döyüş-macəra filmidir. Film 2011-ci ilin 8 aprelində ABŞ-də, 6 mayında İngiltərədə və 26 mayında Almaniyada nümayiş olunmuşdur.
== Rollarda ==
Saoirse Ronan, rolu Hanna Heller
Eric Bana, rolu Erik Heller
Cate Blanchett, rolu Marissa Wiegler
Jessica Barden, rolu Sophie
Aldo Maland, rolu Miles
Tom Hollander, rolu Isaacs
Olivia Williams, rolu Rachel
Jason Flemyng, rolu Sebastian
Michelle Dockery, rolu False Marissa
Vicky Krieps, rolu Johanna Zadek
Martin Wuttke, rolu Knepfler (Mr. Grimm)
Sebastian Hulk, rolu Titch
== Süjet xətti ==
Ağıllı və hər şeylə maraqlanan 16 yaşlı bir uşaq olan Hanna (Saoirse Ronan) atası Erikə çox bağlı və sadiqdir. Hanna, Finlandiyanın şimalındakı balta görməmiş meşələrdə soyuqqanlı bir ölüm maşını, bir qatil olaraq yetişdirilmişdir. Keçmiş bir CIA agenti olan atası, ona ovçuluq, özünümüdafiə sənətini öyrətmiş, həmçinin ona heç bir məktəbə göndərmədən evdə təhsil vermişdir. Atası sayəsində yaşıdlarından tamamilə fərqlənən və bütün yeniyetmə uşaqlardan fərqli olaraq böyüdülən Hanna, indi ilk sui-qəsdini həyata keçirmək üçün müəllimi tərəfindən Avropaya göndərilir. Yolda, hədəfinə istiqamətlənmiş şəkildə bir usta qatil kimi irəliləyən Hanna, xaricdəki dünyanın özü və ailəsi üçün qurduğu planlardan xəbərsizdir. Başına gələn müxtəlif hadisələr nəticəsində hədəfinə yaxınlaşdıqda, varlığı ilə bağlı suallarla qarşılaşmağa başlayır.