MÜKƏMMƏL

совершенный, полный, превосходный, безукоризненный, отменный, первоклассный
MÜKƏLLƏFİYYƏT
MÜKƏMMƏLLƏŞDİRİLMƏK
OBASTAN VİKİ
Mükəmməl Dünya
Mükəmməl Dünya (ing. Absolute World və ya Merilin Monro Towers) 2012-ci ildə Kanadanın Mississauc şəhərində tikilmiş göydələnlər. Bina Fernbruk Ev və Şəhər İnkişaf Qrupu (FHCDG) tərəfindən tikilib. 5 göydələndən ibarətdir, əsas və məşhur olan iki göydələnin mərtəbə sayı 56 və 50-dir. 28 noyabr 2006-cı ildə Mississauc Şəhər Dizayn Mükafatlarının verilməsi mərasimində Mississauc şəhər mayoru Eyzel MakKolin gələcəkdə Bernhemtrop Road və Hurontario küçəsində tikilməli olan və şəhərin simvoluna çevriləcək binanın layihəsinin hazırlama müsabiqəsini elan etdi. Müsabiqədə 70 ölkədən 600-ə yaxın iştirakçı qatıldı. 6 finalçının adı 30 yanvar 2007-ci ildə saat axşam 12:00-da Torontodakı BCE Sarayında açıqlandı. Lari Besli, plan direktoru, Vankuver. Kolin Fourniyer, Memarlıq Məktəbi professoru, London Sol Vassermul, Toronto Klaud LaKombb, EI Richmond memarı, Toronto Maykl Spatsiani, MSAi, Toronto Dani Salvatore, Fernbrook şirkətinin prezidenti Sam Kriqnano və Paulo Stellato Fed Sacekki, Binanın planın komissarı, Mississauc. Nikolas Boyarski, Böyük Britaniya Mişel Roykind, Meksika Roland Rom Koltoff, Kanada Sebastyan Messer, Böyük Britaniya Ma Yansonq, Çin Tarek Əl-Xatib, Kanada Finalçıların hər biri Mississaucun ən hündür və 50 mərtəbədən yüksək olacaq bina layihəsi üçün qonarar ödədi.
Mükəmməl rəqabət
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir. Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxış Çox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq.
Hanna. Mükəmməl silah
Hanna. Mükəmməl Silah – 2011-ci ildə Joe Wrightın çəkdiyi bir döyüş-macəra filmidir. Film 2011-ci ilin 8 aprelində ABŞ-də, 6 mayında İngiltərədə və 26 mayında Almaniyada nümayiş olunmuşdur. == Rollarda == Saoirse Ronan, rolu Hanna Heller Eric Bana, rolu Erik Heller Cate Blanchett, rolu Marissa Wiegler Jessica Barden, rolu Sophie Aldo Maland, rolu Miles Tom Hollander, rolu Isaacs Olivia Williams, rolu Rachel Jason Flemyng, rolu Sebastian Michelle Dockery, rolu False Marissa Vicky Krieps, rolu Johanna Zadek Martin Wuttke, rolu Knepfler (Mr. Grimm) Sebastian Hulk, rolu Titch == Süjet xətti == Ağıllı və hər şeylə maraqlanan 16 yaşlı bir uşaq olan Hanna (Saoirse Ronan) atası Erikə çox bağlı və sadiqdir. Hanna, Finlandiyanın şimalındakı balta görməmiş meşələrdə soyuqqanlı bir ölüm maşını, bir qatil olaraq yetişdirilmişdir. Keçmiş bir CIA agenti olan atası, ona ovçuluq, özünümüdafiə sənətini öyrətmiş, həmçinin ona heç bir məktəbə göndərmədən evdə təhsil vermişdir. Atası sayəsində yaşıdlarından tamamilə fərqlənən və bütün yeniyetmə uşaqlardan fərqli olaraq böyüdülən Hanna, indi ilk sui-qəsdini həyata keçirmək üçün müəllimi tərəfindən Avropaya göndərilir. Yolda, hədəfinə istiqamətlənmiş şəkildə bir usta qatil kimi irəliləyən Hanna, xaricdəki dünyanın özü və ailəsi üçün qurduğu planlardan xəbərsizdir. Başına gələn müxtəlif hadisələr nəticəsində hədəfinə yaxınlaşdıqda, varlığı ilə bağlı suallarla qarşılaşmağa başlayır.
Mükəmməl (film, 1985)
Mükəmməl (Perfect) — 1985-ci ildə çəkilmiş amerikan romantik dram filmi. Adam Lavrens uğurlu jurnalistdir, məqalələri maraqla oxunur. Çox böyük şirkət rəhbəri olan Makkenzidən müsahibə almaq üçün Koliforniyaya uçur və orada fərqli bir məqalə yazmaq fikrinə düşür. Bu məqalə gimnastika salonlarının qadın və kişilərin ortaq görüşmə yerlərinə çevrilməsi və əxlaqsız yer olmaları haqqında olmalı idi. Ancaq məqalə üçün getdiyi salonda gimnastika müəllimi işləyən Ceniyə vurulur. Amma münasibətləri heç də stabil deyildi. Adam kluba üzv olur və klub üzvlərini burada yaşadıqları sevgi macəralarından danışmaları üçün razı salır. Bəzi qızlar (məsələn, Linda və Sali) bu barədə danışmaqda həddində artıq səmimi olurlar. Sonrakı gedişatda Adam işi və sevgisi arasında qalır. Adam çox sensasiya doğuracaq məqalə yazmır.
Mükəmməl rəqabət bazarı
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir. Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxış Çox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq.
Qeyri-mükəmməl rəqabət
Qeyri-mükəmməl rəqabət — iqtisadi nəzəriyyəyə görə, bazar quruluşunun mükəmməl rəqabət şərtlərinə cavab vermədiyi bir vəziyyətdir. Qeyri-mükəmməl rəqabət formalarının aşağıdakı təsnifatı yaygındır: Yalnız bir satıcının olduğu inhisar (məsələn, qaz təchizatı bazarı); Az sayda satıcının olduğu oliqopoliya (məsələn, mobil xidmətlər bazarı); Bənzər mallar istehsal edən bir çox satıcının olduğu inhisarçı rəqabət eyni zamanda bir qədər fərqlidir (fərqləndirmə meyarı satıcının yeri də ola bilər); Yalnız bir alıcının olduğu Monopsoniya (məsələn, ağır silah bazarı); Az sayda alıcının olduğu Oliqopsoniya. Qiymətlər və ya mallar haqqında məlumatların yetərli olmadığı, yəni bazar mühitinin qeyri-şəffaf olduğu bazarlarda qeyri-kamil məlumatlar da ola bilər. Несовершенной конкуренции теория // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Робинсон Дж.Экономическая теория несовершенной конкуренции. — М.: Прогресс, 1986.
Kiçik mükəmməl şeylərin xəritəsi
Kiçik mükəmməl şeylərin xəritəsi (ing. The Map of Tiny Perfect Things) — 2021-ci ildə ekranlara çıxan ABŞ filmi. == Süjet == İki gənc zaman döngəsində ilişib qalıb — eyni günü təkrar-təkrar yaşayırlar. == Rollarda == Kyle Allen — Mark Ketrin Nyuton — Margaret Jermaine Harris — Henry Anna Mikami — Phoebe Josh Hamilton — Daniel Cleo Fraser — Emma Jorja Fox — Greta Al Madrigal — Mr.
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı (Ermənistan)
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı Ermənistan Respublikasının dövlət mükafatıdır. == Mükafat proseduru == Medal aşağıdakı kriteryalara görə verilir: Qanunun və asayişin təşviqində nümayiş etdirilən cəsarət və ya fədakarlıq, İctimai asayişin qorunmasında nümayiş etdirilən cəsarət və ya fədakarlıq, Cinayətlə mübarizədə göstərilən cəsarət və ya fədakarlıq, Xidməti vəzifələrini yerinə yetirərkən cəsarət nümayiş etdirmiş, vətəndaşlıq borcunu yerinə yetirərkən şücaət göstərmiş, Xüsusi tapşırıqların nümunəvi yerinə yetirilməsinə görə. == Geyinmək qaydası (Hərbi üsul) == Medal döş qəfəsinin sol tərəfinə taxılır, əgər "Hərbi xidmətlərə görə" medalı varsa — ondan sonra == Medal ilə təltif olunanlar == Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyəti dövründə (9 aprel 2008-ci ildən) 2-si ölümündən sonra olmaqla 65 nəfər medala layiq görülüb.
“İctimai asayişin mükəmməl mühafizəsinə görə” medalı (Ermənistan)
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı Ermənistan Respublikasının dövlət mükafatıdır. Medal aşağıdakı kriteryalara görə verilir: Qanunun və asayişin təşviqində nümayiş etdirilən cəsarət və ya fədakarlıq, İctimai asayişin qorunmasında nümayiş etdirilən cəsarət və ya fədakarlıq, Cinayətlə mübarizədə göstərilən cəsarət və ya fədakarlıq, Xidməti vəzifələrini yerinə yetirərkən cəsarət nümayiş etdirmiş, vətəndaşlıq borcunu yerinə yetirərkən şücaət göstərmiş, Xüsusi tapşırıqların nümunəvi yerinə yetirilməsinə görə. Medal döş qəfəsinin sol tərəfinə taxılır, əgər "Hərbi xidmətlərə görə" medalı varsa — ondan sonra Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyəti dövründə (9 aprel 2008-ci ildən) 2-si ölümündən sonra olmaqla 65 nəfər medala layiq görülüb.

Digər lüğətlərdə