MÜLHİDLİK
MÜMTƏHİNƏ
OBASTAN VİKİ
Mülk
Mülk — (ərəb) Orta Əsrlərdə şərtsiz torpaq mülkiyəti. İqtadan fərqli olaraq mülk irsən keçən torpaq mülkiyəti idi. Xilafətin genişlənməsi zamanı ərəblər onlara müqavimət göstərən mülkədarların torpaqlarını müsadirə edib, öz əskərlərinə iqta kimi verirdilər, ərəblərlə anlaşan mülkədarların mülkləri isə öz sahiblərinin mülkiyətində saxlanırdı. Mülkədarlar, iqtadarlar kimi çox vaxt hərbi mükəlləfiyyət daşıyırdılar. Məsələn hüquqi baxımdan Teymurlənglə şirvanşah I İbrahimin münasibətləri vassal-süzeren münasibətləri idi, Şirvan İbrahimin mülkiyətində qalırdı, bununla belə o Teymurun siyasi hakimiyətini qəbul edirdi ona qoşunla və təchizatla yardım etməli idi. Mülkiyyət hüququ 1. Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır. 2. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
Mülk (Miyanə)
Mülk (fars. ملك‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (93 ailə).
Mülk Rac Anand
Mülk Rac Anand – hind yazıçısı, alim, ictimai xadim. Mülk Rac Anand Pəncab (1925) və London (1929) universitetlərini bitirmişdir. Beynəlxalq Sülh mükafatı laureatı (1953), Pəncab Universitetinin professorudur (1962). M.R. Anand ingilis dilində yazmışdır. Mütərəqqi hind yazıçıları cəmiyyətinin təşkilatçılarından olmuşdur (1936). Bəzi hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. O, Asiya və Afrika ölkələri yazıçıları ilə sovet əlaqə komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir (1966). “Toxunulmaz” (1935) “Kuli” (1936) “Yol” (1961) “Qəhrəmanın ölümü” (1963) “Sübhün çöhrəsi” (1964) “Toxunulmaz” (1935) “Kuli” (1936) romanları insanların zülmə, istibdada qarşı azadlıq mübarizəsinə həsr olunmuşdur.
Kafi-ül Mülk (Şəbüstər)
Kafi-ül Mülk (fars. کافی‌الملک‎, Kâfi ol Molk) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,340 nəfər yaşayır (415 ailə).
Nizamül Mülk
Nizamül Mülk, tam adı Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk (Ərəbcə: نظام الملك، ابو علي الحسن الطوسي / Nizāmu'l-Mulk Abū ʿAli al-Hasan at-Tūsī; Farsca: خواجه نظام‌الملک طوسی / Hace Nizāmulmulk Tūsī; 1018[…], Tus, Qəznəvilər dövləti – 14 oktyabr 1092, Səhnə, Böyük Səlcuq İmperiyası) — Səlcuq Dövlətinin vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi, farssiyasətçisi, tarixi şəxsiyyət. Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb. Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda "ilk kövrək addımları" barədə "Vəzirin tərcümeyi-halı" adlı bir kitabda yazılır: "Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: "Ey Həsən, yaman kökəlibsən". Sonra nəyi varsa əlindən alıb deyərdi: "Sən katibsən, qələmin sənə bəsdir". Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı". Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s.
Nəsirul Mülk
Nəsirul Mülk(17 avqust 1950)—Pakistan İslam Respublikasının 21-ci baş naziri.Həmçinin Pakistanın 7-ci vasitəçi baş naziri.Vəzifə 18 avqust,2018-ci ildə İmran Xana təhvil edilib. Nasirul Mulk, 17 avqust 1950-ci ildə Khat Pakhtunkhwa Swat turistik bölgəsində anadan olmuşdur. atası Kamran Xan 1973-1977-ci illər arasında Senatda senator vəzifəsini icra edən bir siyasətçi idi. Kiçik qardaşı Şüja-ul-Mulk 2003-2009-cu illər arasında senator olaraq da vəzifə yerinə yetirmişdi. İctimai işçi, başqa bir qardaşı Rafil-ul-Mulk isə Svatın keçmiş bələdiyyə başçısı idi. Abbottabad Xalq Məktəbində orta məktəbi bitirdikdən sonra, Mulk 1970-ci ildə Gözəl İncəsənət sahəsində BA dərəcəsini aldığı Cahanzeb Kollecinə daxil oldu. Eyni il Pişəvər Universitetində hüquq təhsili almaq üçün qeydiyyatdan keçdi. Eyni zamanda hüquq təhsillərini də yaxşı başa vurdu. , universitet müəllimləri onu "istedadlı və parlaq bir tələbə" kimi qeyd etdilər. 1972-ci ildə Peşəvar Universitetindən hüquq bakalavr dərəcəsi almışdır.
Mülk (Zəngəzur)
Mülk — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 16–18 km şimal-qərbdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı Stepan Zelinskinin siyahısında "Mülkəçap" kimi qeydə edilmişdir. Toponim ərəb dilində "mülkiyyət, mal-mülk, malikanə", "torpaq sahəsi, malikanə, daşınmaz əmlak" mənasında işlənən "mülk" sözü əsasında əmələ gəlmişdir. Kənddə 1914-cü ildə 90 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 48 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı XX əsrin 30-cu illərin axırlarında kənd ləğv edilmişdir.
Mülk (dəqiqləşdirmə)
Mülk
Özəl mülk
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Saray Mülk Xanım
Saray Mülk Xanım (özb. Saroymulkxonim, 1341 və ya 1343, Teymurilər dövləti – 1405 və ya 1406, Səmərqənd) — Teymurilər imperiyasının qurucusu Teymurun ikinci həyat yoldaşı. Atası Çağatay xanlığının xanı Qazan xan Çingiz xanın soyundan gəlir. Saray Mülk Xanım ilk evliliyini Əmir Hüseynlə etməsinə baxmayaraq, Əmir Hüseynin Teymurun əsgərləri tərəfindən öldürülməsi nəticəsində Çingiz xan ailəsi ilə qohumluğa xüsusi əhəmiyyət verən Teymur Saray Mülk Xanım ilə evlənmişdir. Teymur bu evlilikdən sonra Çingiz xan soyuna kürəkən olduğu üçün gürgan olaraq anılmışdır. Bu evlilikdən uşaqları olmamışdır. Bundan başqa, imperiyanın sonrakı iki hökmdarı olan Şahrux və Uluq bəyə də təhsil və tərbiyə vermişdir. Səmərqənddəki XIV əsrin ən önəmli binalarından biri Teymurun möhtəşəm məscidinin qarşısındakı Xanım mədrəsəsi idi. Mədrəsə Saray Mülk Xanım tərəfindən 1397-ci ildə tikdirilmişdir. Saray Mülk Xanım bir çox əsər də tikdirmişdir, lakin bu günə təkcə Xanım mədrəsəsi çatmışdır.
Seyfəl-mülk (opera)
Seyfəl-mülk ― 1915-ci ildə Məşədi Cəmil Əmirov tərəfindən yazılmış opera. Librettosu Mirzə Əbdülqədir Vüsaqi tərəfindən yazılıb. Opera ilk dəfə 1915-ci ildə Gəncədə nümayiş etdirilib. Bir il sonra isə Tiflisdə Tiflis Opera Teatrında Sidqi Ruhullanın rejissorluğu ilə səhnəyə qoyulub. Burada rolları, Məcid Behbudov, Bülbül və Malıbəyli Həmid və digərləri ifa ediblər. Həmin dövrün afişalarına əsasən operanın dirijoru Məşədi Cəmil Əmirov olub. 1916-cı il ərzində opera təkcə Tiflisdə yox eləcə də Qafqazın digər şəhərlərində də səhnəyə qoyulub.
Ziya-ül Mülk körpüsü
Ziya-ül Mülk körpüsü — Naxçıvan Muxtar Respublikasının Araz çayı üzərində tarixi-memarlıq abidəsi. Culfa yaxınlığında, Araz çayının dağın ətəyinə toxunaraq, burulğan halda döndüyü yerdə yonulmuş daşdan inşa olunmuşdur. Körpünün salınması ilə hazırda xarabaları qalmış qədim şəhərin böyük İpək yolu üzərində mühüm mərkəz kimi əhəmiyyəti artmışdır. Olduqca möhkəm, son dərəcə hamar və gözəl görünüşə malik körpünün iki yüksək və geniş tağı olmuşdur. Onlardan birinin eni 60 arşın (gəz), digərinin eni isə 55 arşın idi. Xeyli hündür olan körpünün hər iki tərəfində daşdan darvaza var idi. Tağlardan birinin altından karvansaray kimi istifadə edilirdi. Körpünün salınma texnikası mahir mühəndisləri də heyran qoyurdu. Hazırda Ziya-ül Mülk körpüsünün yalnız 5 dayağı qalmışdır. Birinci istisna olmaqla, bütün dayaqlar pis vəziyyətdədir.
Dövlət Mülki Aviasiya Agentliyi (Azərbaycan)
Dövlət Mülki Aviasiya Agentliyi — Azərbaycan Respublikasında mülki aviasiya sahəsində fəaliyyətin tənzimlənməsinə cavabdeh olan dövlət orqanı. Dövlət Mülki Aviasiya Administrasiyası Prezidentin 29 dekabr 2006-cı il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan ərazisindəki mülki aviasiyanın tənzimlənməsi və təkmilləşdirilməsi və beynəlxalq aviasiya ilə əməkdaşlığın inkişafı məqsədi ilə yaradılıb. Prezidentin 12 yanvar 2018-ci il tarixli sərəncamı çərçivəsində Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyinə Dövlət Mülki Aviasiya Agentliyi olaraq verildi. Dövlət Mülki Aviasiya Agentliyi, müvafiq şöbəsi tərəfindən müəyyən edilmiş Əsasnaməni, Azərbaycan Konstitusiyasını, Prezidentin fərman və sərəncamlarını, habelə Azərbaycan Nazirlər Kabinetinin qərar və fərmanlarını, beynəlxalq mülki aviasiya təşkilatlarının tələblərini, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət nəzarəti və mülki aviasiya tənzimləməsini həyata keçirir. Agentlik digər müvafiq rəhbərliklər, özünüidarəetmə orqanları, qeyri-hökumət və xarici təşkilatlarla, eləcə də hüquqi şəxslər ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Agentliyin fəaliyyəti öz müstəqil balansında təşkil edilmişdir. Dövlət mülkiyyətinə, Azərbaycan Dövlət gerbinin əks olunduğu möhürə və ştamplara, Azərbaycan və İngilis dillərində blanklara malikdir. Agentlik büdcəsini bank hesabları vasitəsi ilə idarə edir. Dövlət büdcəsi və bəzi mənbələr agentliyin maddi-texniki bazasını maliyyələşdirir. Dövlət Mülki Aviasiya Agentliyinin xərcləri də dövlət büdcəsindən maliyyələşdirilir.
Dövlət mülkiyyəti
Dövlət mülkiyyəti — istehsal vasitələri və məhsulları da daxil olmaqla, mülkiyyət, tam olaraq dövlətin mülkiyyətindədir və ya ortaq və ya ortaq mülkiyyət əsasında. Dövlət müxtəlif mülkiyyət formalı səhmdar cəmiyyətlərində səhmlərə sahib ola bilər, bundan əlavə dövlət öz funksiyalarının həyata keçirilməsi üçün zəruri olan hər hansı bir əmlaka sahib ola bilər. SSRİ-də dövlət mülkiyyəti mülkiyyətin ən yüksək forması hesab olunurdu və sosialist dövlətinin iqtisadi sisteminin əsasını təşkil edirdi, əmr-inzibati iqtisadiyyatın əsasını təşkil edirdi. Xüsusi, yerli özünüidarəetmə mülkiyyəti ilə yanaşı mövcud olan, müəyyən iqtisadi obyektlər üzərində dövlətin sərəncamvermə, sahibolma və idarəetmə hüquqlarının məcmusunu əhatə edən mülkiyyət növü. Ölkənin bütün vətəndaşları eyni dərəcədə bu mülkiyyətin sahibləridir. Bunu dövləti təmsil edən orqan idarə edir. Ölkədə torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətidir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, dövlət bankları dövlət tərəfindən təşkil edilmiş ticarət və kommunal müəssisələrinin, başqa müəssisələrin əmlakı, şəhərlərin mənzil fondunun bir qismi, məktəblər, xəstəxanalar, eləcə də dövlətin vəzifələrinin həyata keçirilməsi üçün lazım olan başqa əmlak dövlət mülkiyyətidir. Bazar iqtisadiyyatlarında dövlət varlıqları çox vaxt səhmdar şirkətləri kimi idarə olunur və idarə olunur, hökumətin şirkətin bütün hissəsinə və ya nəzarət payına sahibdir. Bu forma tez-tez dövlətə məxsus bir müəssisə olaraq adlandırılır.
Hacı Mustafa Rəsulovun mülkü
Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən tikilmiş bina. 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb. Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır. Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb. Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.
Hacı Quluların mülkü
Hacı Quluların mülkü — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Üç mərtəbəli saray tipli evin inşasına 1849-cu ildə İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmışdır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi. Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir. Şuşanın Çuxur məhəlləsindəki bu mülk İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlu tərəfindən 1849-cu ildə inşa etdirilib. Bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha sonra, ticarətlə məşğul olur. Sonralar Şuşanın varlı tacirlərindən birinə çevrilir və əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu.
Hass (torpaq mülkiyyəti)
Hass (osman. خاص, ərəb. خاص‎; mənası – "xüsusi") — Osmanlı imperiyasında mütləq şəxsi hərbi xidmətlə əlaqəli olmayan böyük bir torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir hassdan illik gəlir 100 min akçadan çox olmuşdur. Hass sahibi bəy idi. Hökumət hərbi yürüş təşkil edərsə, bəy hər 5 min akça gəliri olan bir cəbəli verirdi.
Həsən Mülkülü
Həsən Mülkülü (1904, Aşağı Mülkülü – 6 aprel 1994, Aşağı Mülkülü, Tovuz rayonu) — Şair. Hüseynov Həsən Hüseyn oğlu 1904-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onun atası Hüseyn kişi sadə kəndli olsa da, söz xiridarı idi. Babası Nəcəf, əmisi Məmmədcəfər isə el-obada aşıq kimi tanınırdı. Güzəranın ağırlığı üzündən məktəb təhsili görməyən, oxuyub-yazmağı öz gücünə öyrənən Həsənin sözlə ilk ülfəti də ailə mühitində yaranır. Qocaman el sənətkarı 1994-cü il aprel ayının 6-da dünyasını dəyişib, Aşağı Mülkülü kənd qəbiristanlığına – ömür-gün yoldaşı Məleykə xanımın və nakam oğlu şair Əziz Məftunun yanına köçdü. Qənirə Paşayeva, "Bülbül kimi gül aşiqi", "Ozan dünyası" jurnalı, № 3(10) 2012.
Mirzə Mülküm xan
Mirzə Mülküm xan (1834, Yeni Culfa – 1908, Roma) — erməni əsilli İran diplomatı, publisisti, siyasətçisi. Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda bir erməni ailəsində dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda «Fəramuşxanə» adlı təşkilat qurmuşdur. «Qanun» qəzetini nəşr edən Mülküm xan müasir bir cəmiyyət qurmaq məqsədi güdürdü. Millətçilik onun təfəkküründə mərkəzi yer tutmurdu. Fəqət onun fəaliyyətləri fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur. Mirzə Mülküm xanın hədəfi İranda qərb cəmiyyətlərinin analoqu olan bir cəmiyyət qurmaq idi və millətçilik bu nəzəriyyənin sadəcə bir ünsürü idi. Mirzə Mülküm «şeyx və vəzir» formasında iki cür millətçilikdən, ənənəvi və müasir millətçilikdən danışırdı. Onun fikrinə görə ənənəvi millətçiliyin təməlini din təşkil edir və ənənəvi millətçiliyin siyasi və ictimai səviyyədə təmsilçisi molla və şeyxdir. Müasir millətçiliyin təməlini isə dil təşkil edir və təmsilçisi nazirdir.
Mülkdərə (Hurand)
Mülkdərə (fars. ملك درق‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (23 ailə).
Mülki-Arslan nahiyəsi
XVI əsrdə Naxçıvan ölkəsinə daxil olan nahiyələrdən biri də Mülki-Arslan nahiyəsi olmuşdur. AMEA-nın müxbir üzvü A. Bağırovun fikrincə bu ad Azərbaycan Atabəylər dövlətinin başçısı Müzəffərəddin Özbəyin (1210–1225) oğlu Qızıl Arslanın adı ilə bağlıdır. Tədqiqatçı qeyd edir ki, atasının ölümündən sonra Naxçıvanın hakimi olmuş Qızıl Arslana (1225–1229) məxsus torpaq sahələri və kəndlər "Mülki-Arslan" adlandırılmışdır. Qeyd edək ki, tədqiqatçı bu fikri ifadə edərkən tarixdə daha çox Xamuş ləqəbi ilə qalmış Qızıl Arslanı nəzərdə tutmuşdur. Tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadənn fikrincə də bu ərazinin adının formalaşmasının Atabəylər dövrü ilə bağlı olduğu şəksizdir. Lakin "Mülki-Arslan" sözündəki "Arslan" hissəsinin məhz Qızıl Arslan Xamuşla niyə əlaqələndirilməsi maraq doğurur. Qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Eldənizlər sülaləsində 2 Qızıl Arslan olmuşdur. Bunlardan biri Şəmsəddin Eldənizin Möminə Xatından olan ikinci oğlu Müzəffərəddin Qızıl Arslan (1186–1191), digəri isə Eldənizlərin sonuncu — 5-ci hökmdarı Müzəffərəddin Özbəyin İraq Səlcuqlu Sultanı III Toğrulun qızı Məlikə Xatından olan oğlu Qızıl Arslan Xamuşdur I Qızıl Arslanın daha böyük ərazilərin hakimi və Atabəylər dövlətinin hökmdarı, II Qızıl Arslanın isə xarəzmşahlar və monqollar dönəmində qısamüddətli Naxçıvanın hakimi olması faktını nəzərə alsaq, bu əsaslandırmanı məntiqi qəbul etmək lazımdır. Bu nahiyə şimaldan Məvaziyi-Xatın, şərqdən Dərəşahbuz, cənubdan Naxçıvan nahiyələri, qərbdən Qarabağlar sultanlığı ilə həmsərhəd olmuşdur. Nahiyənin ərazisi, təqribən, 320 km2 -dən artıq olmuşdur.
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Mülki Aviasiya Akademiyası (Almatı)
Mülki Aviasiya Akademiyası — mülki aviasiya uçuşları, istismarı və xidməti işçiləri, habelə mülki aviasiya müəssisələrinin mütəxəssislərinin yenidən hazırlanması və ixtisasartırması üçün mühəndis və texniki işçilər hazırlayan Almatı şəhərində bir ali təhsil müəssisəsidir. Mülki Aviasiya Akademiyası, Qazaxıstan Respublikası və Mərkəzi Asiyada mülki aviasiya uçuşu, texniki və texniki qulluq heyəti üçün yüksək ixtisaslı mühəndis və texniki mütəxəssislər üçün hazırlıq, habelə mülki aviasiya mütəxəssislərinin yenidən hazırlanması və ixtisasartırma təhsili verən yeganə ali təhsil müəssisəsidir. 1937-ci ildə Almatı şəhərində Qazaxıstan Mülki Aviasiya İdarəsinin təlim dəstəsi yaradıldı. 1962-ci ildə UTO KUQA-nın bazasında, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunun bir təlim və məsləhət mərkəzi təşkil edildi. 6 iyul 1995-ci ildə UTO KUQA Başçısı Qres A.M.-nin təşəbbüsü sayəsində Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunun təlim və məsləhət mərkəzi. və texnika elmləri namizədi Maxanova S.R. — "Mülki Aviasiya Akademiyası" təhsil sahəsində qeyri-kommersiya təşkilatı kimi bir ali təhsil müəssisəsi statusunu alır. Akademiyadakı təhsil fəaliyyətləri azaldılmış təhsil proqramlarına uyğun olaraq və distant təhsil texnologiyasından istifadə etməklə əyani şəkildə həyata keçirilir. Təhsil əyalətdə aparılır (yalnız birinci və ikinci kurs), rus və ingilis. Akademiya ayrıca Qırğızıstan, Tacikistan, Fələstin və digər ölkələrin vətəndaşlarına da təlim verir. Əyani və qiyabi şöbələr var.
Mülki Aviasiyasının 75 illiyi (1938-2013) medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilmiş medal. 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər Maddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
Mülki Hüquqlar Qanunu
1964-cü il Mülki Hüquqlar Qanunu (ing: The Civil Rights Act of 1964) ABŞ-də məktəblərdə, ictimai yerlərdə, işəgötürmədə qaradərililərə qarşı mənfi ayrı-seçkiliyi qadağan edən əlamətdar bir qanun idi. ABŞ-nin o zamankı Prezidenti Lyndon Johnson tərəfindən 2 iyul 1964-cü ildə imzalanaraq qüvvəyə minən bu qanunla, irqçi ayrı-seçkilik qanunsuz edildi. Qanun layihəsi 1963-cü ildə ABŞ Prezidenti John F. Kennedy tərəfindən hazırlanmışdır; lakin Kennedy məruz qaldığı sui-qəsd nəticəsində öldüyünə görə, qanunun qəbul edildiyini görə bilməmişdir. Qanunu imzalayan prezident Lyndon Johnson idi. Şübhəsiz ki, bu qanunun qəbul edilməsində və bu hüquqların əldə edilməsində ən böyük paylardan biri Amerika vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqə məxsusdur. Kinqin 28 mart 1963-cü il tarixində təşkil etdiyi Washingtona İş və Azadlıq Uğrunda Yürüş etirazında etdiyi bir xəyal qurdum nitqi böyük bir təsir bağışlamış və tarixin ən əhəmiyyətli çıxışlarından biri olmuşdur. Bu gün qara-ağ ayrı-seçkiliyi ABŞ-də qanuni səviyyədə mövcud deyil, lakin bəzi radikal qrupların irqçi hərəkatları və davranışları hələ də mövcuddur. 2008-ci ildə ABŞ-nin prezidenti seçilən Barak Hüseyn Obama bu vəzifəni tutan ilk Zənci oldu. Obamaya qarşı da bəzi irqçi reaksiyalar var idi; lakin bu reaksiyalar çox aşağı nisbətdə qalmışdı.
Mülki Müdafiə (1969)
Kinolent düşmən basqınları vaxtı əhalini qorumaq, xalq təsərrüfatının müntəzəm işini təmin etmək və basqının nəticələrini aradan qaldırmaq məqsədilə sülh və müharibə dövrlərində keçirilən ümumdövlət müdafiə tədbirləri haqqındadır. Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqla Planlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir. Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib.
Mülki aviasiya işçilərinin peşə bayramı günü
Mülki aviasiya işçilərinin peşə bayramı günü — Azərbaycanda bayram günü Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı ildə Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilib.
Mülki aviasiya milli məktəbi
École nationale de l'aviation civile (ENAC) Fransanın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya üzrə ixtisaslaşan ictimai universitetdir. O Fransa AEROTECH üzvüdür. Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 mois dans la vie d’un Pilote de ligne: Les secrets du quotidien…, 2020, Amazon, 51p., (ISBN 9798637449200), p. 10 Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 months in the life of an Airline pilot: Daily life secrets …, 2020, Amazon, 77p., (ISBN 9798693699175), p.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki müdafiə (film, 1969)
Kinolent düşmən basqınları vaxtı əhalini qorumaq, xalq təsərrüfatının müntəzəm işini təmin etmək və basqının nəticələrini aradan qaldırmaq məqsədilə sülh və müharibə dövrlərində keçirilən ümumdövlət müdafiə tədbirləri haqqındadır. Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mülki prosessual hüquq
Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının sistemi və hüquq sahəsidir. Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb. Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar: Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür. Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir. Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar: ümumi hissə; xüsusi hissə.

Digər lüğətlərdə