MÜNASİBƏT
MÜNDƏRİCƏ
OBASTAN VİKİ
Qeyri-Münbit Torpaqlarda Pambıq Bitkisi (1972)
Qeyri-münbit torpaqlarda pambıq bitkisi (film, 1972)
Apis (münbitlik allahı)
Apis — Qədim Misir mifologiyasında müqəddəs öküz qiyafəsində, obrazında olan məhsuldarlıq, münbitlik allahı. Memfis şəhəri ona sitayişin mərkəzi idi. Apis Ptaxın və Ranın ruhu hesab edilirdi. Apisin mücəssəməsi xüsusi ağ ləkələri olan qara Öküz idi. Qədim misirlilər inanırdılar ki, Apis-öküzün qaçma ayini tarlaları münbitləndirir. Ptolemeylərin dövründə Osirisin Apislə vahid Serapis allahda birləşməsi baş vermişdir. Apisöküzün ölümü böyük bədbəxtlik hesab olunurmuş. Ölmüş Apisi balzamlayır və Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar.
Torpaq və Onun Münbitliyi (1952)
Elmi-kütləvi filmdir. Kinolent bol məhsul yetişdirmək üçün torpağın erroziyadan və şoranlaşmadan qorunma üsullarından bəhs edir.
Torpaq və onun münbitliyi (film, 1952)
Elmi-kütləvi filmdir. Kinolent bol məhsul yetişdirmək üçün torpağın erroziyadan və şoranlaşmadan qorunma üsullarından bəhs edir.
Torpağın münbitliyi
Torpağın münbitliyi- torpağın bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubət və s. ilə təminetmə və məhsulvermə qabiliyyəti. Torpaqşünaslıq elminin klassik tərifinə görə, münbitlik torpağın bitkinin normal inkişafı və böyüməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə və əlverişli fiziki-kimyəvi mühitlə təmin etmək qabiliyyətidir. Hələ qədim dövrlərdən insanlar torpaqlardan istifadə edərkən onları bitkilərin məhsul vermək qabiliyyəti nöqteyi-nəzərdən qiymətləndirməyə cəhd etmişlər. Ona görə də münbitlik anlayışı torpaqşünaslığın bir elm kimi yaramasından çox əvvəl insanlara məlum idi və istehsal vasitəsi kimi torpağın ən əhəmiyyətli xassəsi hesab olunurdu. Münbitlik haqqında müasir təlimin inkişafı V.R.Vilyamsın adı ilə bağlıdır. O, təbii torpaqəmələgəlmə prosesinin gedişatında torpaq münbitliyinin formalaşmasını və inkişafını hərtərəfli öyrənmiş, torpağın bir sıra xassələrindən asılı olaraq münbitliyin təzahür formalarını nəzərdən keçirmiş, həmçinin münbitliyin artırılmasının əsas prinsiplərini işləmişdir. Münbitlik-torpağı dağ süxurlarından fərqləndirən əhəmiyyətli keyfiyyət xassəsidir. Torpaq və onun münbitlik anlayışları bir-birindən ayrılmazdır. Torpağın münbitliyi təbii torpaqəmələgəlmə prosesinin inkişafının, həmçinin kənd təsərrüfatı istifadəsi zamanı mədəniləşmə prosesinin nəticəsidir.

Значение слова в других словарях