müqəvva
müqta 2021
OBASTAN VİKİ
Həsən bəy Müqimi
Həsən bəy Müqimi — XVII əsr Azərbaycan şairi. == Hayatı == Həsən bəy Qaraqoyunlu elinin Baharlı oymağındandır. Şəkəroğlu soyundan olan Həsən bəy şair idi. Müqimi təxəllüsü ilə şeir yazırdı. XVII əsrdə yaşamışdı. Onun haqqında Məhəmmədəli Tərbiyət yazır: "Həsən bəy Şəkəroğlu adı ilə məşhurdur. Ata tərəfindən onun qohumluğu Baharlı tayfası böyüklərindən olan Əlişəkər bəyə və ana tərəfindən isə qohumluğu Cahanşah padşaha çatır. O, şeirşünaslıqda, xətşünaslıqda və musiqi elmində bacarıqlı, əxlaq rəftar cəhətdən tərifə layiq bir şəxs olmuşdur. Bəzi hallarda şeir qoşmuş və Müqimi təxəllüs etmişdir.("Həft iqlim"). Həsən bəy Müqimi Əkbər padşahın zamanında hicri qəməri 997 (1588)-ci ildə Hindistana getmiş və bu zaman Dəkənə bir dövlət işi üçün göndərilmiş, onunla qohumluğu olan Əbdürrəhman xan xanixananın yanında qulluq etmək ona tapşırılmışdır.
Müqimovlar
Müqimovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Müqimovlar nəsli Qarabağın Şuşa şəhərində yaranıb. Nəslin şəcərəsi XVIII əsrdə Şuşa şəhərində yaşamış Müqim ağadan başlayır. Mədrəsə təhsili almış Müqim ağa məhəllələrinin dini işlərinə nəzarət edirdi. Mоlla Müqim ağanın İman ağa, Qurban ağa adlı oğlanları vardı. Mahmud bəy Müqimov — xeyriyyəçi. Ənvər Çingizoğlu, İmanbəyovlar (Müqimovlar), “Soy” dərgisi, 2 (7), 2007. səh.3-9. Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Zərdabi LTD", 2012. səh.50-65.
Əhməd bəy Müqimov
Əhməd bəy Müqimov (1899, Şuşa rayonu – 1946, Şuşa, DQMV) — Qarabağın tanınmış xeyriyyəçi və himayədarlarından biri. Əhməd bəy Qarabağda, Şuşada anadan olmuşdur. O, Qarabağın tanınmış Müqimovlar soyuna mənsubdur. Bu nəslin ulu babası Müqim ağadır. Müqim ağa XVIII əsrdə Şuşa şəhərində yaşamışdır. Mədrəsə təhsili almış Müqim ağa məhəllələrinin dini işləri ilə məşğul olmuşdur. Molla Müqim ağanın İman ağa və Qurban ağa adlı oğlanları vardı. İman ağa Molla Müqim ağa oğlu 1772-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdır. Sonra təhsilini Təbriz şəhərində davam etdirmişdir.

Digər lüğətlərdə