Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbru
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Hafiz Əbru
Hafiz Əbru adı ilə tanınan, XIV–XV əsr tarixçi və coğrafiyaçısı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfi. Xorasanlı Hafiz Əbru həm də dövrünün mahir şahmatçılarından idi. == Hafiz Əbrunun həyatı == Hafiz Əbrunun həyatı və fəaliyyəti haqqında bir o qədər də çox məlumat sahibi deyilik. Onun həyatı və əsərləri haqqında V. V. Bartold, İ. Y. Kraçkovski, A. Krımski, E. Braunun, X. Elliotun, X. Bayani, M. Xərəvi, Ç. Stori, Z. Safa və bir çox başqa tədqiqatçıların əsərlərində göstərilən faktlar əsasında və müxtəlif orta əsr mənbələrindən götürülən məlumatlar əsasında məlumat alırıq. Onun doğulduğu yer Herat şəhəri hesab edilir. Təhsilini Həmədanda alıb. Əsərlərində özünü Abdullah ibn Lütfullah ibn ər-Rəşid Behdaddini adlandırır. Bartold öz tədqiqatlarında belə nəticəyə gəlmişdi ki, onun əsl adı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfidir. Hafiz Əbrunun təxəllüsü ilə bağlı müxtəlif fikirlər var. "Hafiz" sözünün 2 mənası var: ya bu şəxs Quranın mətninin əzbər bilir, ya da 100.000 hədis bilir (Məhəmməd peyğəmbərin əməlləri barədə hədslər və peyğəmbərimiz tərəfindən deyilən hədislər).
Ebru
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Ebru Cündübeyoğlu
Ebru Cündübeyoğlu — Türkiyə teatr və kino aktrisası. == Həyatı == Uludağ Üniversitetinin iqtisadiyyat fakültəsinin məzunudur. Aktrisalığa bəzi özəl teatrlardan başlamışdır. 1997-ci ildə film çəkilişlərinə başlayan Cündübeyoğlu, "Deli Yürek" serialında "Vəkil Ayşegül" rolu ilə geniş tamaşaçı sevgisini qazandı. TRT və özəl televiziya kanallarının seriallarına, filmlərinə çəkilir. Radio aparıcısı Güçlü Mete ilə evlidir, Duru Mete adlı bir qızı var. == Rol aldığı teatr tamaşaları == Deliler Çalıkuşu Kibarlık Budalası Yalandan Kim Ölmüş Fehim Paşa Konağı == Filmoqrafiya == 1997: Gülüm 1999: Deli Yürek 2002: Koçum Benim 2003: Çınaraltı 2004: Omuz Omuza 2006: Gizli Patron 2007: Kuzey Rüzgarı 2007: Şöhret Okulu 2008: Yalancı Romantik 2011: Kalbim Seni Seçti 2011-2013: Avrupa Avrupa 2012: Yalan Dünya (qonaq aktrisa) 2014: Galip Derviş Pelin Öztürk (Konuk Oyuncu) 2015: Kocan Kadar Konuş 2015-2106: Evli ve Öfkeli 2018: Gülizar == Maraqlı faktlar == Boyu : 174 santimetrdir == İstinadlar == == Xarici keçidlər == Diziler.com : Ebru Cündübeyoğlu Ebru Cündübeyoğlu Resmi İnternet Sitesi.
Ebru Gündeş
Ebru Gündeş (türk. Ebru Gündeş; 12 oktyabr 1974, İstanbul) — Türkiyə müğənnisi, aparıcı və aktrisa. == Həyatı == Ebru Gündeş 1974-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Dərzi işçisi ikən Neşe Demirkat ilə tanış olan Ebru Gündeş, Koral Sarıtaş ilə Selçuk Tekayın olduğu Marş Musiqi Yapım ilə razılaşır (1991). Albom hazırlıqlarına başlamadan əvvəl təxminən 1 ay Emel Sayına vokalistlik etmişdir. 2010-cu ilin fevral ayında azərbaycanlı iş adamı Reza Zarrabla evlənmiş və 15 oktyabr 2011-ci ildə Alara Zarrab adında qız övladı dünyaya gətirmişdir. 19 illik fəaliyyəti boyunca 13 albom buraxmış və bir çox mükafata layiq görülmüşdür.
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1978, Ankara)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Ebru sənəti
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Ebru Acer
Ebru Acer (2002, Yeniməhəllə ilçəsi) — türk masa tennisçisi, Avropa çempionu. O, Türkiyənin Paralimpiya Oyunlarında iştirak etmiş ilk para masa tennisi idmançısıdır. Acer 2024 Paris Paralimpiya Oyunlarında mübarizə apararaq bürünc medal qazanmışdır.
Əbu
Əbu Dücanə
Irn-Bru
Irn-Bru (azərb. Ayn-Bru‎) — 1901-ci ildə Şotlandiyada yaradılmış sərinləşdirici içkilər istehsal edən A.G. Barr şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == Tarixi == 1901-ci ildə Şotlandiyanın Folkirk şəhərində, hazırlanmış yeni sərinləşdirici alkoqolsuz içkinin adı "Iron Brew" (azərb. Dəmir içki‎) qoyulur. Hal-hazırda Irn-Bru dünyanın 45 ölkəsində istehsal olunur.
Əbu Cəhl
Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə – 13 mart 624, ərəb. أبو جهل‎) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur. Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir. Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4]. Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır.
Əbu Cəndəl
Əbu Cəndəl (Məkkə, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, həmçinin Abdullah ibn Süheylin qardaşı və Qureyş natiqi Süheyl ibn Əmrin oğlu olur. 624-cü ildə Bədr döyüşündən əvvəl İslamı qəbul edir. Bunu qəbul edə bilməyən atası Süheyl ibn Əmr tərəfindən zəncirlənir. Hüdeybiyyə müqaviləsi günü müsəlmanların yanına qaçır. Müqavilənin şərtlərindən biri olan geri qayıtma şərtinə görə onu Məkkə heyətini təmsil edən atası geri Məkkəyə aparır. Sonra yenidən qaçaraq Qırmızı dəniz sahilində bir mövqeyə yerləşir. Məkkədən qaçanlar müqavilənin şərtlərinə uyğun olaraq Mədinəyə gedib müsəlman cəmiyyətinə sığına bilməzdilər. Onların çoxu Qırmızı dənizin Sifülbəhr adlanan yerində toplanırdı.
Əbu Dücanə
Əbu Dücanə (bilinmir, Mədinə – 634, ərəb. أَبو دجانة سماك بن أوس‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mədinədə anadan olub. Əslən Xəzrəc qəbiləsindəndir. Məkkəli müsəlmanların Mədinəyə köçməsindən əvvəl İslamı qəbul etmişdir. O, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı o, tez-tez başına qırmızı lent bağlıyar və rəqibləri qarşısında döyüşlərdən əvvəl özünü göstərirdi. Uhud döyüşündə həyatını təhlükəyə ataraq Məhəmməd peyğəmbəri müdafiə etmiş və ağır yaralanışdır. Xəlifə Əbu Bəkrnin dövründə mürtədlərlə vuruşurdur. O, “yalançı peyğəmbər” Müsaylimə ilə döyüşdə həlak olmuşdur.
Əbu Firas
Əbu Firas Həmdani ( ərəb. أبو فراس‎), tam adı ilə Əbu Firas ibn əl-Haris ibn Səid ibn Həmdan əl-Həmdani (ərəb. أبو فراس الحمداني‎ ; 932, Mosul – 4 aprel 968[…], Homs) — X əsr ərəb şairi və dövlət xadimi. Həmdani aristokrat ailəsinə mənsub idi. Bizansa qarşı müharibələrdə iştirak etmiş, iki dəfə əsir götürülmüş və fidyə qarşılığında azad edilmişdir. O, döyüşlərin birində həlak olmuşdur. Əbu Firasın lirikasında cəngavər xüsusiyyətləri, döyüşkənlik və sevgiliyə pərəstiş üstünlük təşkil edir. Ərəb poeziyasında ilk dəfə səhər nəğməsi motivinə malikdir. Elegiyalarda əsirlikdən gələn mesajlar vermiş, anasına, yurduna və ölkəsinə olan sevgisini böyük qüvvə ilə ifadə etmişdir. Onun poeziyasının dili sadədir.
Əbu Fukeyhə
Əbu Fukeyhə — Məhəmməd peyğəmbərin səhabəsi. İslamı qəbul edən ilk şəxslərdən olan Əbu Fukeyhə Səfvan ibn Üməyyənin qulu idi. Bu səbəbdən o, Məkkə dövründə digər qul müsəlmanları kimi ağır işgəncələrə məruz qalmışdır. Onu Əbu Bəkr satın alıb azad etmişdir. O, Həbəşistana hicrət edən ikinci dəstəyə qoşulur. Buradan Mədinəyə gedir və Bədr döyüşündən əvvəl vəfat edir.
Əbu Huzeyfə
Əbu Huzeyfə (581, Məkkə – 633, ərəb. أبو حذيفة‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Atası Məkkənin və bütpərəstlərin qabaqcıl simalarından biri olan Utbe bin Rəbiədir. O, həm də “qara ciyər yeyən qadın” kimi məşhur olan Hind binti Utbanın bacısıdır. Əbu Huzeyfə atasının bütün maneələrinə baxmayaraq müsəlman olur. Rəvayətlərdə onun 44-cü müsəlman şəxs olduğu bildirilir. O, həm də Məkkə dövründə yazıb-oxumağı bacaran 17 nəfərdən biri idi. Sehlə binti Süheyl ilə evlənir və Həbəşistana iki hicrətdə iştirak edir. Sonra Məkkəyə qayıdır və hicrətə qədər orada qalır. Bədr, Uhud və Xəndək döyüşlərində və digər bütün hərbi əməliyyatlarda iştirak etmişdir.
Əbu Rafi
Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي‎) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır. Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir.
Əbu Səyyaf
Əbu Səyyaf (ərəb. جماعة أبو سياف; Cama'ah Abu Sayyaf, Camaa Abu Sayyaf), həmçinin Əl-Hərəkətul-İslamiyyə kimi tanınan, Filippinin Mindanao və Basilan adalarında fəaliyyət göstərən bir neçə silahlı islami-terrorçu separatçı qruplardan biridir. Onun lideri İsnilon Tothoni Hapilion 2014-cü il iyulun 23-də İŞİD xilafəti Əbu Bəkr əl-Bağdadiyə beyət edib.
Əbu Səəlbə
Əbu Səəlbə (ərəb. أبو ثعلبة‎) — Məhəmmədin səhabələrindən biri və sünni müsəlmanlar arasında ən məşhur hədis mənbəyi olan Səhihi-Buxaridə nəql edilən hədis ravisi.
Əbu Davud
Əbu Davud və ya tam adı ilə əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني‎, 817, Sistan – 888, Bəsrə, İraq, Abbasilər xilafəti) — mühəddis, "Sünəni-Əbu Davud" hədislər toplusunun müəllifi. Onun tam adı əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistanidir. Əbu Davud 817-ci ildə İranın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən Sistan şəhərində anadan olmuşdur. O, Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Azd qəbiləsindən olan ərəb idi. İslamın yayılmağa başlaması ilə azdların bir hissəsi Ərəb xilafətinin müxtəlif yerlərində məskunlaşmağa başlamışdılar. Əbu Davudun əcdadı İmran Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində vuruşaraq həlak olmuşdur. Bəsrədə yaşayırdı. Əbu Davud hədis toplamaq üçün Xorasan, İraq, Misir, Suriya, Hicaz və xilafətin başqa yerlərində olmuşdur. İlk səyahətinə çıxanda iyirmi yaşından az idi.
Əbu Lulu
Firuz ən-Nihavəndi, bilinən adı ilə Əbu Lulu (ərəb. أبو لؤلؤة‎, fars. فیروز نهاوندی‎; Nahavənd, Həmədan ostanı və ya Kaşan, İsfahan ostanı – 3 noyabr 644, Mədinə və ya Kaşan, İsfahan ostanı) — Ömər ibn Xəttabı öldürən fars əsilli qul. Sasani ordusunda xidmət edən general olmuş, lakin 636-cı ildə Qadisiyyə döyüşündə Sasanilərin məğlubiyyəti nəticəsində əsir düşmüşdür. Firuz əsir alındıqdan sonra Muğirə ibn Şubeyə qul olaraq verilir. Firuz döyüş qabiliyyəti ilə yanaşı, mahir dülgər və sənətkar olmuşdur. Əbu Lulu Ömərin yanına gələrək sahibi Muğirə ibn Şubenin ondan daha çox pul aldığını söyləyir və bunun azaldılmasını istəyir. Ömər nə etdiyini soruşduqda Firuz miniatürcü, dülgər və dəmirçi olduğunu bildirir. Onun peşəsini eşidən Ömər maaşının yüksək olmadığını deyir. Onun dülgər olduğunu öyrənən Ömər Firuzə dəyirman tikməyi tapşırır.
Əbu Yusif
Əbu Yusif (ərəb. أبو يوسف‎, d.731 - ö.798) — Sünni fiqh məktəbinin yetirmələrindən İslam dünyasının məşhur alimlərindəndir. Yaqub ibn Yəsar əl-Ənsari Hənəfi məzhəbinin imamı Əbu Hənifədən sonrakı böyük hənəfi fəqihidir. İraq bölgəsinin fəqihi qəbul edilən Yaqub 113/731-ci ildə Kufədə doğulmuşdur. Yusif adlı bir oğlu olduğu üçün Əbu Yusif (Yusifin atası) ləqəbi ilə tanınmışdır. Ailəsi yoxsul olmuş, Əbu Hənifənin köməkliyi ilə elm öyrənməyə başlamışdır. Əta ibn əs-Saib, Məhəmməd ibn İshaq ibn Yəsar və Leys ibn Sad kimi böyük hədis alimlərindən hədis öyrənərək hədis hafizi olmuşdur. Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi, Yahya ibn Səid əl-Aməş kimi fəqihlərdən dərs almışdır. İbn əbu Ləvlanın əhəmiyyətli fiqhi problemlərin həlli zamanı Əbu Hənifənin ictihadlarından istifadə etdiyini gördükdə ondan ayrılaraq Əbu Hənifənin dərslərində davamlı olaraq iştirak etməyə başlamışdır. Onun üsulundan istifadə edərək "mütləq müctəhid" məqamına yüksəlmişdir.
Əbu Hüreyrə
Əbu Hüreyrə (602, Tixama, Məkkə bölgəsi[d] – 679, ərəb. أبو هريرة‎) və ya Əbu Hüreyrə Əbdürrəhman bin Səhr əd-Devsi — Yəmən əsilli səhabələrdən biri. Əsl adı bilinməsə də, müsəlman olmadan əvvəl adının Əbdüləmr, Sükeyn, Əbdüşəms olduğu barədə müxtəlif şayiələr vardır. Sahibsiz pişikləri bəslədiyi və böyütdüyü üçün o, “Pişik atası” mənasını verən Əbu Hüreyrə adı ilə tanınırdı. Yəməndə doğulan Əbu Hüreyrənin doğum tarixi məlum deyil və o, Ezd qəbiləsinin Devs qoluna mənsubdur. 628-ci ildə Məhəmməd Xeybərdə olarkən onun yanına gəlir və müsəlman olur. O, mühasirə zamanı Xeybərin fəthində və ondan sonrakı bütün müharibələrdə iştirak etmişdir. Bu tarixdən ölümünə qədər üç il Məhəmmədin yanından ayrılmamılşdır. Bu səbəbdən də onun ən çox hədis nəql edən səhabə olduğu deyilir. Onun 5375 hədis rəvayət etdiyi təxmin edilir.
Əbu Hənifə
Əbu Hənifə Numan bin Sabit bin Zuta bin Mah (5 sentyabr 699, Kufə, Əməvilər xilafəti[…] – 18 iyun 767, Bağdad, Abbasilər xilafəti, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamın dörd fiqh məktəbindən biri olan Hənəfi məzhəbinin banisi, sünni fiqhinin ən böyük ustadlarından sayılan İslam fiqhi və hədis alimi. Əsl adı "Numan bin Sabit olmuşdur və tərəfdarları tərəfindən "İmam Əzam" ləqəbi ilə anılırlar. Əbu Hənifə 699-cu ildə dövrünün mühüm elm mərkəzlərindən biri olan Kufədə anadan olmuşdur. Atasının adı Sabit, babasının adı Zutadır. Əbu Hənifənin "Hənifə" adını haradan aldığı aydın deyil. Əbu Hənifə adı ərəbcə "qələm atası" deməkdir. Çox güman ki, bu adı onun tələbələri həniflərin atası kimi istifadə etmişlər. Babası Zuta Əfqanıstan ətrafında yaşamış və ərəblərin buranı zəbt etməsi nəticəsində əsir düşmüşdür. O, Teym qəbiləsinin quluna çevrilsə də, sonradan azadlığını əldə etmişdir.
EBU
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.