Məhdud

1) əhatə olunmuş, dövrələnmiş, hüdudlanmış; 2) kiçik, əhəmiyyətsiz, az, cüzi. Məsələn, məhdud miqdarda, vəsait məhduddur; 3) məlumatı, biliyi az, dünyagörüşü dar. Məsələn, məhdud adam.
Məcmuə
Məxəz
OBASTAN VİKİ
Məhdud dövlət
Məhdud dövlət və ya məhdud hökumət — siyasi fəlsəfədə heç bir qüvvəyə malik olmayan dövlətin və ya hökumətin onun konstitusiyasında təsbit edilmiş qanunlarla gücləndirilməsi və ya məhdudlaşdırılmasını nəzərdə tutan fikir. Bu, liberalizm tarixindəki açar anlayışlardandır. ABŞ Konstitusiyası ABŞ federal hökumətinin konstitusiyada qeyd edilmiş qüvvədən əlavə hər hansı bir qüvvəyə malik olmadığını qeyd edir. Konstitusiyanın onuncu düzəlişində açıq şəkildə bildirilir ki, spesifik olaraq federal hökumətə verilməmiş qüvvə xalq və ştatlar üçün saxlanılır. ABŞ bu hökumət formasından istifadə edən ən tanınmış nümunələrdəndir. ABŞ-nin məhdud dövləti yoxlama və balans sisteminə bölünür ki, dövlət daxilindəki qollar bölüşdürülmüş məsuliyyətləri olsun və digərindən üstün bir şöbə mövcud olmasın. "Magna Carta" və ABŞ Konstitusiyası dövlət gücünü məhdudlaşdırılmaşında böyük əhəmiyyət kəsb edir. Məhdud dövlət termininin ən erkən istifadəsi XVI əsrin axırlarına, kral I Ceymsin hakimiyyət dövrünə təsadüf edir. Məhdud dövlətin tətbiqi fərdi azadlığın dövlət müdaxiləsindən qorunmasını əhatə edir.
Məhdud yurisdiksiya
Məhdud yurisdiksiya və ya xüsusi yurisdiksiya — məhkəmənin yalnız müəyyən məsələlər üzrə, məsələn, müflisləşmə, ailə hüququ və s. məsələlər üzrə yurisdiksiyaya malik olmasını bildirir. Ümumi yurisdiksiyalı məhkəmələrdən fərqli olaraq, məhdud yurisdiksiyalı məhkəmələrə konstitusiya və ya qanunla belə səlahiyyətlər verilir. Məhdud yurisdiksiyalı məhkəmələr baxılan iş üzrə xüsusi səlahiyyətli məhkəmə olduqlarını göstərməlidirlər. Bunun əksinə, ümumi yurisdiksiyalı məhkəmələrin isə yalnız şəxsə görə yurisdiksiyalarının olduqlarını sübut etmələri kifayət edir.
Məhdud Məsuliyyətli Cəmiyyət
Məhdud Məsuliyyətli Cəmiyyət (ing. Private limited company) — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan "MM" adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi
Avropada adi silahlı qüvvələr haqqında Müqavilə (AASQHM) — Avropada adi silahların məhdudlaşdırılması müqaviləsi. "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya etsə də, müqaviləyə əməl etməmişdir. 2007-ci ilin aprelin 26-da isə Moskva AASMM-dəki iştirakına və bu müqavilənin şərtlərinə əməl olunmasına birtərəfli moratorium tətbiq etmişdir. Latviya, Litva və Estoniya isə ümumiyyətlə, AASMM-ə qoşulmayacaqlarını bəyan etdilər. AASMM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. Azərbaycan AASMM-i imzaladı və proses ratifikasiya mərhələsinə qədər yüksəldi. Lakin Dağlıq Qarabağ münaqişəsi və ərazilərinin bir hissəsinin erməni işğalında olması ilə əlaqədar rəsmi Bakı müdafiə potensialı ilə bahəm, döyüş hazırlığı səviyyəsini sürəkli olaraq yüksək səviyyədə saxlamaq məcburiyyətində qaldığından, bununla bağlı üzv dövlətlərə, sonra da NATO-ya dəfələrlə müraciət etmişdir.
Azadlığın məhdudlaşdırılması
Azadlığın məhdudlaşdırılması — İttiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.
Büdcə məhdudiyyəti
Büdcə məhdudiyyəti — mikroiqtisadiyyatda (İstehlakçının davranış nəzəriyyəsində) istifadə olunan, istehlak xərclərini onun gəlirləri və (və ya) iqtisadi malların ilkin ehtiyatları ilə məhdudlaşdırmaq kimi başa düşülən iqtisadi (büdcə) məhdudiyyətlər nəzərə alınmaqla qəbul edilə bilən alternativlər (istehlak dəstləri) dəstinin alt hissəsini ifadə edən konsepsiya. == Formal tərifi == X {\displaystyle X} (qəbul edilə bilən alternativlər (istehlak dəstləri), p {\displaystyle p} iqtisadi malların qiymətlərinin mənfi olmayan bir vektoru, R {\displaystyle R} istehlakçının gəliri olsun. Sonra büdcə çoxluğu p x l e q s l a n t R {\displaystyle px\ leqslantR} bərabərsizliyinin təmin edildiyi X {\displaystyle X} alternativlər çoxluğu olaraq təyin olunur, yəni: B ( p , R ) = { x ∈ X | p x ⩽ R } {\displaystyle B(p,R)=\{x\in X|px\leqslant R\}} Büdcə məhdudluğu ilkin mal ehtiyatı ilə əlaqəli ola bilər x 0 {\displaystyle x_{0}} , yəni bu halda gəlir yalnız bəzi ilkin hissələrin satışından əldə edilə bilər. Sonra büdcə çoxluğu aşağıdakı kimi müəyyən edilir: B ∗ ( p , x 0 ) = { x ∈ X | p x ⩽ p x 0 } = { x ∈ X | p ( x − x 0 ) ⩽ 0 } {\displaystyle B^{*}(p,x_{0})=\{x\in X|px\leqslant px_{0}\}=\{x\in X|p(x-x_{0})\leqslant 0\}} Yəni alışların dəyəri satışların dəyərini aşmır. Təbii olaraq birləşdirmək də mümkündür, yəni gəlir həm xarici ola bilər, həm də ilkin ehtiyatlarla əlaqələndirilə bilər. == Xüsusiyyətləri == Hər şeydən əvvəl büdcə dəstlərinin boş olmadığı qəbul edilir. Büdcə çoxluğu B ( p , R ) {\displaystyle B(p,R)} üçün bunun üçün kifayətdir ki, R {\displaystyle R} gəlirinin ən azı bir etibarlı dəsti, yəni R > inf x ∈ X p x {\displaystyle R>\inf _{x\in X}px} əldə etmək üçün tələb olunan minimumdan böyük olmasıdır. Büdcə çoxluğu B ∗ ( p , x 0 ) {\displaystyle B^{*}(p,x_{0})} vəziyyətində bu şərt yalnız başlanğıc vektorunun əvvəlcə qəbul edilən X {\displaystyle X} çoxluğuna aid olması deməkdir. Büdcə çoxluğu qapalıdır, məhdudlaşdırılır və qabarıqlıq qoyulur. Məhdudiyyət üçün qiymət vektorunun sıfırdan çox olması rəsmi olaraq (və kifayətdir) lazımdır (yəni bütün qiymətlər müsbət olmalıdır).
Büdcə məhdudiyyətləri əyrisi
Büdcə məhdudiyyətləri – alıcının verilmiş gəlir səviyyəsində ala biləcəyi əmtəə və xidmətlərin kombinasiyalarını (paketlərini) əks etdirir. İnsanlar həmişə daha çox fayda əldə etmək məqsədi güdür, amma məxaric imkanları gəlirlərlə məhdudlaşdığından, insanlar arzuladıqlarından daha az istehlak edirlər. Əlbəttə insanlar gündəlik həyatlarında minlərlə məhsul arasında seçimlə üzləşirlər. Sadəlik üçün iki əmtəə (X, Y) alan istehlakçının qarşılaşdığı vəziyyəti təhlil edək. Fərz edək ki, istehlakçı ayda 1 000 manat maaş alır və gəlirinin hamısını X və Y əmtəələrinə xərcləyir. X və Y əmtəələrinin bir vahidinin qiyməti müvafiq olaraq 10 və 2 manatdır. Şəkil 1-də istehlakçının ala biləcəyi X və Y əmtəələrinin müxtəlif kombinasiyaları göstərilib. A nöktəsində istehlakçı 100 ədəd x əmtəəsi aldığı halda Y əmtəəsindən ala bilmir. B nöktəsində isə bunun əksidir: Y əmtəəsi 500 ədəd, X əmtəəsi 0 ədəd. C nöktəsi isə bu xəttin ortasında yerləşir və istehlakçı hər bir əmtəənin alınmasına 500 manat xərcləyir: Y- 250, X- 50.
Giriş/çıxış məhdudlaşdırması
Giriş/çıxış məhdudlaşdırması (en. input/output-bound (I/O-bound) ~ ru. ограничение по вводу-выводу ~ tr. giriş/çıkış sınırlı) – saxlanma qurğusunda (diskdə) uzunmüddətli oxuma və yazma əməliyyatları səbəbindən kompüterin mikroprosessorunun işinin ləngiməsi halı. Maşın o zaman giriş-çıxış məhdudlaşdırmasında olur ki, yerinə yetirilən iş tez-tez yazılmış informasiyaya müraciət olunmasını tələb edir, ancaq verilənlərin ötürülməsi kanalı və ya saxlama qurğusu mikroprosessorun işləmə sürəti ilə müqayisədə çox yavaşdır. Məsələn, mikroprosessor diskdə yazılmış böyük verilənlər bazasında tez dəyişiklik edə bilir, ancaq, əgər oxuma-yazma sürəti nisbətən yavaşdırsa, kompüter giriş-çıxış məhdudlaşdırılmasında olur. Əgər yalnız giriş və ya yalnız çıxış informasiyasının mikroprosessora çatdırılmasını məhdudlaşdırırsa, onda kompüter, sadəcə, giriş və ya çıxış məhdudlaşdırmasında olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məhdudiyyət yoxlaması
Məhdudiyyət yoxlaması (en. limit check) – proqramlaşdırmada: müəyyən informasiyanın məqbul məhdudiyyətlərə uyğunluğunu yoxlamaq üçün test. Məsələn, verilmiş massivin elementlərindən savayı bütün yaddaşı yeniləyən (yenidən yazan) proqram bu massivə daxil olmayan bütün verilənləri silir. Buna görə də məhdudiyyət yoxlaması proqramlarda tez-tez istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaş məhdudiyyəti
Yaş məhdudiyyəti — kütləvi mədəniyətdə istehsal olunan verilişlərə, filmlərə və kompüter oyunlarına reytinq sistemi ilə birgə qoyulan dövlət siyasətidir. Bir çox Amerika və Avropa ölkələrində televiziyada 23:00–03:00 saatları arasında göstəriləcək filmlərdən əvvəl yaş məhdudiyyəti cədvəli qoyulur.

Digər lüğətlərdə