MƏKRLİLİK
MƏQAM
OBASTAN VİKİ
Məktub
Məktub — xəbər, vacib məlumat çatdırmaq üçün ənənəvi vasitədir. İnsanlar arasında informasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur. Məktublar müxtəlif formalarda — daş üzərində, ağac qabığı üzərində, kağız üzərində, elektron (e-mail) formada və s. olurlar. Dünyadakı ən böyük məktub XVI əsrdə 10 m uzunluğu, 7 m eni olan perqament üzərində yazılan, Səfəvi şahı tərəfindən Türk sultanı Sultan Süleymana göndərilən hesab olunur. Bu məktub Ankara Milli Muzeyində (Ankara Etnografya Müzesi) saxlanılır. Müraciət hissəsi (başlıq). Məktubun ünvanlandığı şəxsə xitabı əhatə edir; Ümumi hissə. Hal-əhval tutulur, yazan özünün vəziyyəti haqda məlumat verir; Fərqləndirici hissə. Bu hissə məktubun əsasını, məzmununu əhatə edir.
Açıq məktub
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.
Elektron məktub
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Məktub (albom)
Məktub - Azərbaycan musiqiçisi Qara Dərvişin 2017-ci ildə işıq üzü görən albomu.
Məktub (mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Məktub ölçüsü
Məktub ölçüsü – ABŞ-də, Kanadada, Meksikada və bəzi başqa ölkələrdə istifadə olunan standart kağız ölçüsü: 8.5x11 düym (216x279 mm) bərabərdir. Şimali Amerikadan kənarda istifadə olunan və beynəlxalq standart olan A4 formatına (210×297 mm) yaxındır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dostuma Məktub (1992)
Kinolent Bakıdan İsrailə köçüb getmiş yəhudi millətindən olan Azərbaycan vətəndaşlarına şəhərimiz haqqında söhbət açır. Film "Stark Enterprayz İnk."-in iştirakı ilə "Fuda" Firmasının sifarişi ilə çəkilmişdir.
Korinflilərə ikinci məktub
Korinflilərə ikinci məktub — Həvari Pavelin Korinflilərə yazdığı 2-ci məktub. Əhdi-Cədidin səkkizinci kitabıdır. Sinay palimpsestinin əsas mətnini təşkil edir.
Oğurlanmış məktub (hekayə)
Oğurlanmış məktub — amerikalı yazıçı Edqar Allan Po tərəfindən yazılmış qısa hekayədir. Xəyali Ogüst Düpeni əhatə edən üç detektiv hekayənin üçüncüsüdür. Digər ikisi "Rue Morquedəki Cinayətlər" və "Marie Roqetin sirri"dir. Bu hekayələr müasir detektiv hekayəsinin erkən öncüsü olaraq qəbul olunur.
Dostuma məktub (film, 1992)
Kinolent Bakıdan İsrailə köçüb getmiş yəhudi millətindən olan Azərbaycan vətəndaşlarına şəhərimiz haqqında söhbət açır. Film "Stark Enterprayz İnk."-in iştirakı ilə "Fuda" Firmasının sifarişi ilə çəkilmişdir.
Göndərilməmiş məktub (film, 1959)
«Göndərilməmiş məktub» (rus. Неотправленное письмо) — rejissor Mixail Kalatozovun 1959-cu ildə çəkdiyi film. Filmdə sovet geoloq qrupunun faciəvi taleyindən bəhs olunur. İnnokenti Smoktunovski — Konstantin Sabinin Tatyana Samoylova — Tanya Vasili Livanov — Andrey Yevgeni Urbanski— Sergey Stepanoviç "Göndərilməmiş məktub" filmi haqqında (rus.) О фильме «Неотправленное письмо» Arxivləşdirilib 2018-07-12 at the Wayback Machine [1] Фильм «Неотправленное письмо» в онлайн-кинотеатре «Мосфильма» Фильм «Неотправленное письмо» на сайте Кино-Театр.ru «Неотправленное письмо» — Internet Movie Database saytında. Постер фильма на французском языке «Неотправленное письмо»] в онлайн-кинотеатре «Мосфильма» Фильм «Неотправленное письмо» на сайте Кино-Театр.ru (rus.) «Неотправленное письмо» — Internet Movie Database saytında.
Məktub (Miri Yusif mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Atama məktub
Atama məktub (almanca: ) - Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır. 1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır. Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır.
Atama məktub (hekayə)

Polkovnikə məktub yoxdur
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Anaya məktub (film, 1980)
Anaya məktub qısametrajlı sənədli filmi rejissor Nicat Feyzullayev tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları ifa edirlər. Filmdə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan həmyerlilərimizdən bəhs edilir. Son illər Sovet İttifaqının ən yaxşı ali məktəblərinə respublikamızdan oğlan və qızların qəbulu on dəfə artmışdır. İndi SSRİ-nin 152 ali məktəbində 3300-dən çox azərbaycanlı gənc 244 ixtisas üzrə təhsil alır. Onların 800-dən çoxu Moskvanın 42 ali məktəbində 136 ixtisasa yiyələnir. Filmdə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan həmyerlilərimizdən bəhs edilir. Ssenari müəllifi: Eyvaz Eyvazov Rejissor: Nicat Feyzullayev Operator: Ələkbər Muradov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Polkovnikə məktub yoxdur (povest)
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Sizə məktub var (1998)
Sizə məktub var (ing. You've Got Mail) — rejissor Nora Efronun filmi. Co Foks və Ketlin Kelli Manhettendə — Vest-Saydda yaşayırlar və bir-birilərilə internet vasitəsilə danışırlar. Onlar subay deyillər, lakin nəsə onları bir-birinə cəlb edir. Bir gün məlum olur ki, onlar bir-birinə rəqib olan iki yanaşı kitab mağazalarının rəhbərləridirlər. Bunu ilk olaraq anlayan Co, Ketlinə heç bir şey demir. Və bu virtual məktublaşmaları sonadək davam etdirir... Filmin büdcəsi 65 mln. dollara yaxındır. Kinoşünas Ayaz Salayevin iddiasına görə ("525-ci qəzet", 7 oktyabr, 1999) bu filmin ssenarisi Azərbaycan yazıçısı Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub.
Sizə məktub var (film, 1998)

Happier Than Ever: Los-Ancelesə sevgi məktubu
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu (ing. Happier Than Ever: A Love Letter to Los Angeles) — Robert Rodriges və Patrik Ozbornun rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı konsert filmi. Filmdə müğənni-bəstəkar Billi Ayliş "Happier Than Ever" albomundan bütün 16 treki canlı olaraq Hollivid-boulda (ing. Hollywood Bowl) ifa edib. Baş tutan çıxışda onu qardaşı Finneas O'Konnell və Los-Anceles flarmoniyası müşayiət edib.
Kəmal üddövlə məktubları
Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat. Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publisistik işi sayılır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, "Kəmalüddövlə məktubları" bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir. Axundov 1857-ci ildə köhnə müsəlman əlifbasını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni bir əlifba layihəsi tərtib etmişdir. Bu layihəni müsəlman ölkələrində qəbul etdirmək məqsədilə o, 1863-cü ildə İstanbula getmiş, layihəni Türkiyənin baş naziri Fuad paşaya təqdim etmişdir. Layihə baş nazirin göstərişi ilə "Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə"də müzakirə edilmiş, lakin qəbul olunmamışdır. Türkiyədən qayıtdıqdan sonra "Kəmalüddövlə məktubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlamış,1865-ci ildə isə tamamlamışdır. O, 1866-cı ildə əsəri yaxın dostu Mirzə Yusif xanla birlikdə fars dilinə,1874-cü ildə isə görkəmli şərqşünas Adolf Berje ilə rus dilinə çevirmiş və çap etmək uğrunda çalışmışdır, lakin yazıçı bu istəyini həyata keçirə bilməmiş, arzusu gözündə qalmışdır.
Kəmalüddövlə məktubları

Məktuba Cavab (1944)
Məktuba cavab — İsmayıl Əfəndiyevin musiqili kinooçerk janrında filmi. Film musiqili oçerk səpgisindədir. Buraya səhnələşdirilmiş epizodlar da daxil edilmişdir. 416-cı Azərbaycan diviziyasının döyüşçüləri cəbhədən kinostudiyanın işçilərinə məktub göndərirlər. Döyüşçülər xahiş edirlər ki, respublikanın əmək nailiyyətləri, arxanın qəhrəmanlıq işləri barədə onlara xəbər versinlər. Kinostudiyanın işçiləri bu məktuba cavabı kinonun dili ilə göndərməyi qərara alırlar. Kinokamera bizi məktublarına cavab olaraq iki qutu kinolent almış döyüşçülərin hərbi hissəsinə aparıb çıxarır. Əsgərlər öz doğma vətənləri Azərbaycanın iqtisadi, mədəni vəziyyəti ilə tanış olurlar. Filmdə arxa cəbhədə zəhmətkeşlərin qəhrəmanlığı, neftçilərin fədakarlığı əks etdirilir. Ekranda Azərbaycan Dövlət Konservatoriyasının uşaq orkestri, saz çalanlar ansamblı, mahnı və rəqs ansamblı bir-birini əvəz edir, xalq artisti Bülbül çıxış edir, Azərbaycan radio komitəsinin xor kollektivi bəstəkar Cahangir Cahangirovun "416-cı" mahnısını oxuyur, istehsalatda olan "Arşın mal alan" bədii filmdən bir epizod göstərilir.
Məktuba cavab (film, 1944)

Məktubat (kitab)
"Məktubat" – Səid Nursi tərəfindən yazılmış Risale-i Nura daxil olan əsərlərdən biri.
Məktublar kitabı
Məktublar kitabı — VIII əsrdə tərtib olunmuş epistolyar sənədlər toplusu "Qirk tltos" (Məktublar kitabi və yaxud Müraciətlər kitabı) xristianlığın tarixini gözəl əks etdirir. Bu abidə V–VIII əsrlərdə erməni kilsə və dövlət xadimlərinin qonşu dövlətlərin (Qafqaz Albaniyası, İberiya və Sasanilər) dövlət və kilsə başçıları ilə yazışmalarından ibarətdir. Toplunun V–VII əsrlərə aid olan I hissəsi yunanlar, suriyalılar, albanlar və gürcülərin kilsə başçıları ilə olan yazışmalardan ibarətdir. Məktublar kitabı xristianlığın tarixi, Alban Həvvari Kilsəsinin doqmatik mübahisələrinə aid qiymətli mənbə olmaqla yanaşı həm də alban əlifbasının olduğunu sübut edən qiymətli bir əsərdir.
Məktublaşma siyahısı
Məktublaşma siyahısı (ing. mailing list (maillist), ru.список рассылки) - proqramın elektron poçt (ELECTRONIC MAIL) vasitəsilə avtomatik olaraq məktub yolladığı daimi adresatların (abunəçilərin) siyahısı. Məktublaşma siyahılarından, xüsusən, maraqlı insanlar qrupunun nisbətən kiçik olduğu, yaxud geniş publika üçün açıq müzakirələrin durdurulmasının zəruri olduğu xəbər qruplarında (NEWSGROUPS) istifadə olunması daha məqsədəuyğundur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Schechter məktubu
Schechter məktubu və ya Kembric sənədi — Qahirə genizasında Solomon Schechter tərəfindən kəşf edilmişdir. Schechter məktubu kim olduğu bilinməyən bir Xəzər tərəfindən yüksək mövqedəki yəhudiyə yazılmışdır. Bir çox şəxs tərəfindən bu məktubun Konstantinopoldan olan bir Xəzərin Hasday ibn Şapruta yazdığı məktub olduğuna inanır. Geniza kolleksiyasında olan bu məktublar Schechter tərəfindən 1898-ci ildə Kembric Universitetinə bağışlanmışdır. Ancaq kağızların çoxu oxunmaz halda olub, sadəcə iki blok mətin bu günə qədər həyatda qalmağı bacarmışdır. Schechter məktubunda xəzərlərin din dəyişdirmə hadisəsi Xəzər yazışmaları və Kuzariyə görə fərqli izah edilir. Bu məktuba görə, farsların və ermənilərin zülmündən qaçan yəhudilər köçəri xəzərlərə qatılırlar və zamanla assimiliyasiya olurlar. Ardından Sabriel adlı güclü və döyüşçü lider xəzərlərin rəhbərliyinə keçdi. Sabriel uzaqdan da olsa, yəhudi sığınmaçıların nəvələrindən idi və arvadı Serahın da onu fikrindən daşındırması ilə yəhudiliyi seçdi və xalqı da onu izlədi. Məktubda buradan sonrasının böyük bir qismi itmişdir və sadəcə bir neçə ədəd kağız parçası qalmışdır.
Tanserin məktubu
Tanserin məktubu - Sasanilər hökmdarı I Ərdəşirin (224-240) tapşırığı ilə onun vəziri Tanser tərəfindən Mazandaran hakimi Cəşnəsəf şaha yazlmış məktubdur. Məktub böyük tarixi əhəmiyyət daşıyan mənbədir.
Tövsiyə məktubları
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Tövsiyə məktubu

Türk məktubları
Türk məktubları, Qanuni Süleyman dövründə Osmanlı imperiyasında səfir olmuş Avstriya diplomatı Ogier Ghiselin de Busbecqin əsəridir. Busbek Osmanlı ölkəsi, xüsusən də İstanbulla bağlı müşahidələrini Türk məktublarında çatdırır. Əsrlər boyu bu əsər Qərbin XVI əsr Osmanlı imperiyasını tanımasının əsas səbəbi olmuşdur. Busbek Osmanlı imperiyasında olduğu müddətdə diqqətli müşahidələr aparmış və müşahidələrini dostu, macar diplomatı Nikolas Michaulta yazdığı dörd məktubda (üçü İstanbulda olarkən yazılmış) cəmləmişdir. Dini ayrılığın çox vacib olduğu və müharibə narahatlığının hökm sürdüyü bir vaxtda Busbekin Osmanlı imperiyası ilə bağlı müşahidələrinin çox ədalətli olacağını gözləmək olmaz. Məsələn, Busbek İranla müharibələrdən bəhs edir, Osmanlı imperiyası ilə İran arasındakı müharibələrin Avropanı xilas etdiyini iddia edir. Buna baxmayaraq, məktublar o dövrün standartları daxilində kifayət qədər neytraldır. Busbek bəzi tənqidlər səsləndirsə də, xoşuna gələn şeyləri bildirməkdən də çəkinməmişdir. Ordunun nizam-intizamı, türk hamamları və türklərin bədən təmizliyinə verdiyi əhəmiyyət Busbekə təsir etmişdir. Busbek, həmçinin Osmanlı imperiyasında qadınların hüquqi statusundan da təqdirlə danışmışdır.

Значение слова в других словарях