MƏNSUBİYYƏT
MƏNŞƏLİ
OBASTAN VİKİ
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi (alm. Der Ursprung der Familie, des Privateigenthums und des Staats‎) — Fridrix Engelsin əsəri. == Məzmunu == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində onun tarixinin dialektik-materalist təhlili verilir, qəbilə quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinfi münasibətlərin meydana gəlməsi prosesi göstərilir, ailə formalarının təkamülü tədqiq olunur, sinfi hökmranlıq silahı olan dövlətin mənşəyi izah edilir və mahiyyəti açılır, sinifsiz cəmiyyətə – kommunizmə keçilməsi ilə dövlətin məhv olmasının labüdlüyü əsaslandırılır. Əsər 9 fəsildən ibarətdir. 1–2-ci fəsillərdə qəbilə quruluşunadək insanların həyat şəraitinin təhlili, sinifli cəmiyyətdə ailə-nikah münasibətlərinin inkişafınınn tədqiqi, burjua ailəsinin tənqidi verilir. 3–9-cu fəsillərdə sinifli cəmiyyətdən əvvəlk cəmiyyətin əsas özəyi olan qəbilə quruluşunun xüsusiyyətlərindən bəhs edilir, ibtidai "kommunizm" xarakterizə olunur. Fridrix Engels qəbilə quruluşunun dağılmasını izləyərək, cəmiyyətin qəbilə quruluşunu onun inkişafının yüksək mərhələsində sarsıdan, sonra isə sivilizasiyaya keçməklə əlaqədar olaraq, onu tamamilə aradan qaldıran iqtisadi şərtləri tədqiq etmişdir. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsü və onun məhsuldarlığının artması ilə özgə əməyinin məhsullarını mənimsəmək imkanlarının necə yarandığını, insanın insan tərəfindən istismarının və cəmiyyətin düşmən siniflərə parçalanmasının, bunun nəticəsində isə istismarçılar sinfinin məzlum sinfi əzmək silahı olan dövlətin necə meydana gəldiyini göstərmişdir. Fridrix Engels dövlətin müxtəlif konkret formalarını nəzərdən keçirərək onların sinfi təbiətini açıq göstərir, burjua dövlətinin sonrakı inkişaf meyllərini araşdırır. == Yazılması və nəşri == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabı 1884-cü ildə yazılmış və nəşr olunmuşdur.
Azərbaycan mənşəli sözlər
Azərbaycan mənşəli sözlər — müxtəlif dövrlərdə Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsilə digər dillərə keçən sözlər. Azərbaycan sözləri digər dillərərə həmin dillərdə danışan xalqların Azərbaycan dilinin daşıcıları ilə sıx mədəni-tarixi, sosial-iqtisadi və ticari əlaqələrin nəticəsində keçirdilər. Azərbaycan mənşəli sözlər rus, gürcü, erməni, Nax-Dağıstan (ləzgi, avar, lak və s.) və İran (fars, tat, talış, kürd və s.) dillərində yer alıb. == Ədəbiyyat == Əsgərova Q. İ. Dünya dillərində Azərbaycan mənşəli sözlər // Filologiya məsələləri. — Bakı, 2015. — No 4. Асланов Г. Н. Функционирование азербайджанских элементов в русском языке // Научные труды Азербайджанского педагогического института русского языка и литературы. — 1979. — № 1. — С. 19–27.
Bitki mənşəli toksinlər
Fitotoksinlər — bitki mənşəli toksinlər. Fitotoksikologiya bitkilərin bioloji sitemlərdə zərərli təsirlərə səbəb olan toksik birləşmələrini öyrənən elm sahəsidir. İnsanlar və heyvanların bitkilərlə zəhərlənməsi müxtəlif səbəblərdən baş verə bilər. Zəhərli bitkilərin təsadüfən qəbul edilməsi Digər zəhərli orqanizmlərlə ,məs:zəhərli göbələklərlə qarışdırılması Bitkinin tərkibindəki az miqdarda toksiki birləşmələrin müəyyən həssas insanlarda təsirliliyi Mikotoksinlərlə kirlənmiç ərzaqların qəbulu. Bitkinin coğrafi yayılması səbəbi ilə torpağın tərkinbindəki toksiki birləşmələri udması.
Dünyanın mənşəyi
Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır. == Tarixi == === Modelin müəyyənləşdirilməsi === Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi. 1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Fransız mənşəli Roma papalarının siyahısı
Roma papalarından on altısı fransız mənşəlidir, onların hamısı Papa taxtında orta əsrlərin ikinci yarısında hakimiyyətdə olmuşlar. Yeddi Avinyon papası yalnız fransızlar olmuşdur (Siyahıda 10-dan 16-yadək) Müqəddəs taxtda oturan Roma papaları arasında fransızlar italyanlardan sonra sayca ikinci yerdədirlər.
Göbələk mənşəli toksinlər
Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlər. Mikotoksinlərin təsiri ilə yaranan zəhərlənmələrə mikotoksikozislər deyilir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə oxşayırlar. Bu baxımdan onları ayırd etmək çox çətindir. Məs: bəzi mikotoksinlər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafının qarşısını alır. Ümumi götürdükdə isə mikroorqanizmlərə qarşı təsirli olanlar antibiotiklər, yüksək orqanizmlərə qarşı təsirli olanlar isə mikotoksinlər adlanırlar. Mikotoksinləri sintez edən göbələkləri növlərinə və cinslərinə görə ayırd etmək çox çətindir. Beləki, bir mikotoksin müxtəlif göbələk növləri tərəfindən sintez oluna bilər. Eyni zamanda bir göbələk növü də müxtəlif mikotoksinlər sintez edə bilər.
Növlərin mənşəyi
Növlərin mənşəyi (ing. The Origin of Species) — Çarlz Darvin tərəfindən 1859-cu ildə çap olunmuş əsər. 24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan əsər Darvinin 1831-36-cı illər ərzində Biql gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsaslanan bioloji təkamül anlayışı ilə qələmə alınıb. Bununla məşhur Təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır. Kitab çap olunarkən geniş oxucu kütləsi və ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Əsərin 1250-lik tirajla çap olunan ilk kitab nüsxələrinin hamısı elə həmin gündəcə satılmışdı. Darvinin bu əsəri Karl Marks və Fridrix Engels kimi alimlərin də diqqətindən yayınmamışdı.
Etruskların mənşəyi
Etruskların mənşəyi — İtaliya yarımadasında meydana çıxmış etrusk tayfasının haradan bu əraziyə miqrasiya etməsi və onların etnik mənşəyinin hansı qədim cəmiyyətlərə söykənməsi ilə bağlı aparılan tədqiqatlara verilən ümumi addır. Alimlər bu mövzuda vahid konsensusa gələ bilməmişdirlər. Etruskların müasiri olan tarixçilərin irəli sürdüyü mənbələrə əsasən etruskların İtaliya yarımadasındakı yerli arxeoloji mədəniyyətlərdən yaranması (Halikarnaslı Dionisin qeydlərinə əsasən), bu əraziyə Lidiyadan (Herodot) və ya Fessaliyadan (Lesboslu Hellanikə görə Tirenlər) gəlmələri və yaxud Alp dağlarının şimalında yaşayan Retsiyalılara əsaslandıqları (Qaius Plinius Secundusun rəyi) fikirləri irəli sürülmüşdür. Yunan tarixçisi Herodotun yazdıqlarına əsasən, etrusklar Anadolu ərazisində o zamanlar hakimiyyətdə olmuş Lidiya torpaqlarından İtaliyaya miqrasiya etmişdirlər. Bir çox tarixçilər də etrusklarla Anadolu sivilizasiyalarının, xüsusən də Troyanın ənənələri arasında əlaqələrin olduğunu zənn edirlər. Buna görə də etruskların mənşəyinin Kiçik Asiya, yəni Anadolu sivilizasiyalarına əsaslandığı fikrini müdafiə edirlər. Etruskların mənşəyi ilə bağlı Herodotun vermiş olduğu bu məlumatlar müasir tarixçilər və arxeoloqlar tərəfindən "dəniz yolu ilə belə bir miqrasiyanın qeyri-mümkün olması" əsası ilə qəbul edilməmişdir. Ancaq 2004-cü ildə Turin Universitetində Alberto Piazza bu mövzuda genetik tədqiqatlar aparmışdır. O, eramızdan əvvəl VII–III əsrlər arasında yaşamış etrusklara məxsus olan 80 skeletdən DNT nümunələri götürmüşdür. Bu nümunələr etruskların müasir Türkiyənin yerləşdiyi coğrafiyadan İtaliyaya köç etdiyini təsdiqləmişdir.
Kürdlərin mənşəyi
Kürdlərin mənşəyi — Kürdüstan regionunda yaşayan kürd xalqının mənşəyi. == Etimologiyası == Kürd adının əsl mənşəyi haqqında alimlər tərəfindən bir səs çoxluğu qəbul edilməyib, lakin bir nəzəriyyəyə görə, kürd etnonimi Pəhləvi dilində "köçəri" mənasını verən 𐭪𐭥𐭫𐭲, kwrt- sözündən törəmişdir. Fars əsilli -stan (fars. ـستان‎‎) şəkilçisi ölkələr və vilayətlər üçün istifadə edilmişdir. Kürdüstanın qədim adlarından biri də Korduenadır. Kürdüstan qədim dövrlərdə ermənilər tərəfindən Korçayk (erm. Կորճայք), yunanlar tərəfindən Kordini (q.yun. Κορδυηνή), latınlar tərəfindən (Gordyene, Gordiyene), yəhudilər tərəfindən isə Kartigini (ivr. ‏קרטיגיני‏‎) adlandırılmışdır. Kürdüstan bölgə adı olaraq ilk dəfə Edessalı Matfey tərəfindən yazılmış «Erməni salnaməsi» adlı əsərində bir bölgəni təsvir etmək üçün istifadə edilmişdir.

Значение слова в других словарях