MƏS

I
сущ. чувяк, чувяки (мягкие туфли без каблуков)
II
прил. чувячный
MƏRZLƏTMƏK
MƏSAFƏ
OBASTAN VİKİ
Dırnıs məscidi
Dırnıs məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşən məscid. == Tarixi == Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Тavan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında isə 3 böyük pəncərə var. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920–21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür.
Elxan Məsumov
Məsumov Elxan Əsgər oğlu — azərbaycanlı rejissor və ssenari müəllifi. == Həyatı == Elxan Məsumov 20 oktyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-1974-cü illərdə Bakının 125 saylı məktəbində orta təhsil alıb. Bununla yanaşı 8 illik musiqi təhsili də almışdır. 1974-1979-cu illərdə Mirzağa Əliyev adını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tofiq Kazımovun kursunu qırmızı diplomla bitirib. Tələbəlik illərində Məmməd Səid Ordubadinin "Qılnc və qələm", Yusif Səmədoğlunun "Qətl günü", İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" və s. əsərləri tamaşaya qoymuşdur. 1979-cü ildə Şəki Dövlət Dram teatrında Sabit Rəhmanın "Yalan" pyesini diplom işi kimi səhnələşdirmişdir. Daha sonra təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində rejissor köməkçisi kimi çalışmağa başlamışdır. 1981-1985-ci ildə Moskvada öz təhsilini davam etdirmişdir.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Ermənistanda olan məscidlər
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Ermənistandakı məscidlərin siyahısı

Evklid Məsafəsi
Evklid məsafəsi Evklid fəzasında iki nöqtə arasındaki parçanın uzunluğudur. Evklid məsafəsi Pifaqor teoremindən istifadə edərək nöqtələrin Karteziyan koordinatları vasitəsilə hesablana bilər, buna görə bəzən bu məsafə həm də Pifaqor məsafəsi adlandırırlar. Bu adlar qədim yunan riyaziyyatçıları Evklid və Pifaqorla əlaqəlidir, baxmayaraq ki, Evklid məsafələri ədədlər olaraq təmsil etmirdi və Pifaqor teoremindən istifadə edilərək məsafənin hesablanmasına bağlantı 18-ci əsrə qədər qurulmamışdı. Nöqtə olmayan iki obyekt arasındakı məsafə, adətən iki obyekt arasındakı nöqtə cütləri arasındakı ən kiçik məsafə olaraq təyin olunur. Bir nöqtədən bir xəttə olan məsafə kimi, müxtəlif növ obyektlər arasındakı məsafələrin hesablanması üçün düsturlar mövcuddur. Müasir riyaziyyatda məsafə anlayışı mücərrəd metrik fəzalara qədər ümumiləşdirilmiş və Evklid məsafəsindən başqa digər məsafələr tədqiq edilmişdir. Statistikada və optimallaşdırmadaki bəzi tətbiqlərdə məsafənin özü yerinə Evklid məsafəsinin kvadratı istifadə olunur. == Məsafə formulları == === Birölçülü === Həqiqi ədəd oxu üzərindəki istənilən iki nöqtə arasındaki məsafə həmin nöqtələrin koordinatlarının ədədi fərqinin mütləq qiymətinə bərabərdir. Belə ki, əgər p {\displaystyle p} və q {\displaystyle q} həqiqi ədəd oxu üzərindəki iki nöqtədirsə, onda bu nöqtələr arasındaki məsafə bu şəkildə verilir: d ( p , q ) = | p − q | . {\displaystyle d(p,q)=|p-q|.} Eyni qiyməti verən, lakin daha yüksək ölçülərə daha asanlıqla ümumiləşdirilə bilən daha mürəkkəb bir düstur: d ( p , q ) = ( p − q ) 2 .
Eyyub ağa məscidi
Əyyub ağa məscidi — Ağstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən məscid. Məscidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynovdur. == Məscid haqqında == Məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır.
Forelin Məskunlaşdığı Yer (1977)
Forelin məskunlaşdığı yer (film, 1977)
Fəhlə Məsələsinə dair Məşvərət Şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Fəhlə məsələsi (AXC)

Fəlsəfə məsələləri (jurnal)
Fəlsəfə məsələləri (rus. «Вопросы философии») — elmi-nəzəri və fəlsəfi jurnal. 1947-ci ilin iyul ayından Moskvada nəşr olunur.
Fəthiyə məscidi
Teodoks Pammakaristos Monastırı (Yunanca: Θεοτόκος ἡ Παμμακάριστος, azərb. “Həzrəti Məryəm ana”‎) və ya Fəthiyyə Məscidi İstanbulun Fateh regionunun Çarşamba ərazisində yerləşən bir məsciddir. Əslində, XIII əsrin sonlarında Bizansın tanınmışlarından biri olan Mihail Glabas Tarkaniotes tərəfindən kilsə kimi inşa edilmişdir. Konstantinopolun tutulmasından sonra 1454-cü ildən başlayaraq patriarxlıq olaraq istifadə edilmişdir. 1601-ci ildəki İran müharibələri zamanı Gürcüstan və Azərbaycanın işğalından sonra işgalın xatirəsi olaraq məscidə çevrilmişdir. Fəthiyyə məscidi məscidə çevrilərkən kilsənin apsisi dağıdılaraq qiblə istiqamətində bir mehrabla əvəzlənmiş, minarə və mədrəsə tikilmişdir. Respublika dövründə bir muzeyə çevrildi, içindəki mozaika və fresklər 1955-ci ildə Amerika Bizans İnstitutu tərəfindən tapıldı və sonradan tikilən tağ sökülmüş və əvvəlki vəziyyətinə uyğun olaraq sütunlarla əvəz edilmişdir. 1960-cı illərdə yenidən məscid kimi açılmışdır. Məscidin divarları daş və kərpic qarışığıdır. Yunan yazıları xarici divarlarda və binanın içindəki mozaikalarda müşahidə olunur.
Gileyli məscidi
Giləhli məscidi
Giləhli məscidi
Giləhli məscidi və ya Gileyli məscidi — Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilmiş tarixi məsciddir. Gilək məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilmişdir. 1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Bundan sonra məscid xalq arasında "Hacı Şəmsəddin bəy məscidi" adı ilə tanınmağa başlayır. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Giləhli məscid də Ümumdünya İrsinə daxildir. == Tarixi == 20-ci əsrin əvvəllərində Gilək məscidinin yaxınlığında, torpaq altından onun kitabəsi tapılıb. Sonradan kitabə məscidin yaxınlığında bulağın üstünə quraşdırılıb. 1936-cı ildə isə Ələsgərzadə bu kitabəninin foto şəkilini çəkərək, onun haqqında jurnalda yazıb.Sonralar da həmin xəbər və foto-şəkil bir neçə dəfə elmi nəşrlərdə dərc olunub.
Gəncədəki məscidlərin siyahısı
Gəncədə Cümə məscidi və məhəllə məscidləri.
Hacı Heybət məscidi (Fatmayı)
Hacı Heybət məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tikili == XVII əsrdə Hacı Heybət adlı bir şəxs tərəfindən tikilib. Məscidin sahəsi 236 m²-dir. Məsciddə eyni vaxtda 110 nəfər nəfər namaz qıla bilər. Tikili L hərfi formasına malikdir. Həyətində yardımcı tikililər vardır.
Hacı Heybət məscidi (İçərişəhər)
Hacı Heybət məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memаr Hаcı Heybət Əmirəli оğlu tərəfindən tikilmişdir. == Haqqında == Kiçik оlub yаşаyış məhəllələrinin cərgəsinə dахildir. Plаndа dördbucаq şəklindədi. Kvаdrаt fоrmаlı vestibüldən, xidməti оtаqdаn və tахçаlı ibаdət zаlındаn ibаrətdir. Məscidin memаrlıq-kоnstruktiv quruluşu yerli üslublаrın sаrsılmаzlığını qоruyаrаq və оnlаrа sаdiq qаlаrаq dаş qübbələrdən və çаtmа fоrmаlı tаğlаrdаn ibаrətdir. Sаdə ifаdə оlunmuş tаclı giriş və "Qurаn" məzmunlu, eləcə də memаr hаqqındа məlumat verən epiqrаfik yazı məscidin yüksək dəyərini göstərir. İbаdət zаlının interyerində, künclərin birində memаrın və onun həyаt yоldаşının məzаrı yerləşir.
Hacı Hüseynqulu məscidi
Hacı Hüseynqulu məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə kəndində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Ordubadın Gənzə kəndinin mərkəzində yerləşir. Ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilmişdir. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, XX əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib.
Hacı Qayıb məscidi
Hacı Qayıb məscidi — 1898-ci ildə tikilmiş və İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hacı Qayıb məscidi 1898-ci ildə Hacı Qayıbın sifarişi ilə İçərişəhər ərazisində Mirzə Mənsur, 41 ünvanında tikilib. Məhəmməd məscidi yaxınlığında yerləşir və binanın baş fasadı cənub-qərbə baxır. Məscid klassik üslubdadır, bir mərtəbəlidir və minarəsi yoxdur. Fasadın cənub-şərq divarında Mirzə Mənsur küçəsi tərəfdə yerləşən portalının divarı üzərində kitabə mövcud olub. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.
Hacı Qiyasəddin məscidi
Şah Abbas məscidi və ya Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Tarixi abidə kimi qorunur. == Tarixi == Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə 1683–84-cü ilə uyğundur. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t.
Hacı Rüfai bəy məscidi
Hacı Rüfai bəy məscidi — Naxçıvanda XVIII əsr tarix memarlıq abidəsi.
Hacı Rəhim Əfəndi məscidi
"Hacı Rəhim Əfəndi məscidi — Azərbaycanın Göyçay rayonunun Qaraman kəndində məscid == Tarixi == Məscid tikintisinə 1898-ci ildə başlanılmış, 1900-cü ildə tamamlanmışdır. Məscidin tikilmə tarixçəsi belədir: Əslən Göyçayın Alhoud kəndindən olan Hacı Rəhim Əfəndi səfər edir. O, buradakı möhtəşəm məscidləri, ibadət evlərini görüb, öz doğma yurdunda məscid tikdirmək qərarına gəlir. O, vətənə qayıdır və kənd camaatının köməkliyi ilə Qaraman kəndində məscidin tikintisinə başlayır. Nəhayət kənd camaatı və şəxsən onun iştirakı ilə məscidin təntənəli açılışı olur. Məscidin açılmasında onun əsas məqsədi müsəlmanlar üçün ibadət evi yaratmaq, habelə uşaqlara ilahiyyatdan və ümumiyyətlə, islam elmlərindən bilik vermək idi. Lakin çox təəssüf ki, Hacı Rəhim Əfəndinin tikdirdiyi və öz memarlıq üslubu ilə Göyçay qəzasında yeganə olan bu məscid sovetlər dövründə bərbad hala salınıb. Belə ki, o, anbar kimi istifadə olunaraq uzun müddət baxımsız vəziyyətdə qalıb. Yalnız möhkəm memarlıq keyfiyyətinə görə məscid tamamilə uçub-dağılmamış, bu günə gəlib çatmışdır. Məscidin 16 metr hündürlüyü olan minarəsi də var.
Hacı Sultanəli məscidi
Hacı Sultanəli məscidi — XX əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Bakı şəhərində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === İlk dövrlər === Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin vəsaiti hesabına inşa edilib. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə isə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin hündürlüyü 23 metr minarəsinin hündürlüyü isə 35 metrdir. Məscidin əvvəlcə minarəsi olmayıb.
Hacı Sultanəli məscidi (Bakı)

Digər lüğətlərdə