məzarlı

məzarlı
məzarqazan
məzarlıq
OBASTAN VİKİ
Amerika etüdləri. Arlinqton məzarlığı (film)
Farkaşreti məzarlığı
Farkaşreti məzarlığı (mac. Farkasréti temető) — Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. 1894-cü ildə istifadəyə verilən məzarlıq Budapeştin görməli yerlərindən biri sayılır. Burada bir çox tanınmış macar əsilli aktyorlar, aktrisalar, rəssamlar, opera müğənniləri, musiqiçilər, heykəltəraşlar, memarlar, yazıçılar, şairlər dəfn edilmişdir. Bundan başqa məzarlıqda bir çox alim, akademik, elm xadimlərinin məzarları mövcuddur. Buradakı məzarlar əksərən diqqətəlayiq heykəllərlə bəzədilmişdir. 1950-ci ildə məzarlığın ətrafında park salınmış, 1980-ci illərdə isə morq salonu və yeni şapel inşa edilmişdir. Tikinti məşhur macar memar İmre Makoveçin planları əsasında həyata keçirilmişdir. Macarıstanda kommunist hakimiyyəti zamanı Kerepeşi məzarlığında dəfn mərasimlərinə məhdudiyyət qoyulması, buranı ölkənin əsas məzarlığına çevirdi. Farkaşreti Budapeşt şəhərinə 3 km məsafədə yerləşir.
Feriköy Məzarlığı
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq. Məzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar. 2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb. Şəmsəddin Sami - alban əsilli türk yazıçı və tədqiqatçı Əli Sami Yen - türk futbolçu Keriman Xalis Ece Tamer - Türkiyənin ilk "Dünya Gözəli" Turqut Özatay - türk aktyor Ahmet Mete Işıkara - türk alim Əhməd bəy Ağaoğlu - dövlət xadimi Difai təşkilatının qurucusu Xəlil bəy Xasməmmədli - Azərbaycanın ilk ədliyyə naziri. Xosrov bəy Sultanov - Azərbaycanın ilk müdafiə naziri. Qulam Mirzə Şərifzadə - 1919-1920-ci illərdə Azərbaycan Dövlət teatrının direktoru. Sürəyya Ağaoğlu - Türkiyənin ilk qadın millət vəkili.
Fluntern məzarlığı
Fluntern məzarlığı - İsveçrənin Sürix şəhərində yerləşən qəbiristanlıq.
Kerepeşi məzarlığı
Kerepeşi məzarlığı (mac. Kerepesi úti temető or Kerepesi temető) — Macarıstanın Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. Bura Macarıstan tarixində indiyə kimi qorunub saxlanılmış ən qədim məzarlıqlardan biridir. 1847-ci ildə qurulan Kerepeşi məzarlığı Keleti dəmir yolunun yaxınlığında, Yojefvaroşun çölünə yerləşir. Bura Budapeşt şəhərinə 2 km-lik məsafədə yerləşməsinə baxmayaraq şəhərin daxili məzarlığı sayılır. Kerepeşi məzarlığı təxminən 56 hektarlıq ərazini əhatə edir və Avropanın ən böyük milli sərdabələrindən biridir. Məzarlıqda ilk dəfn mərasimi 1849-cu ildə açılışından 2 il sonra həyata keçirilmişdir. Həmin gündən bir çox macar dövlət adamları, yazarlar, heykəltaraşlar, elm adamları, sənətçilər burada dəfn edilmişdir. 1885-ci ildə məzarlıq “Şərəfli torpaq” elan edilmişdir. Buradakı ən qədim məzar 1855-ci ildə vəfat etmiş Mixali Vöröşmartiyə aiddir.
Kütləvi məzarlıq
Kütləvi məzarlıq - dəfn edilmədən öncə təyin edilə bilən və ya bilinməyən bir neçə cəsəddən ibarət məzarlıq. BMT kriminal kütləvi məzarlığı dəfn ərazisində qətl edilmiş üç və daha çox qurbanın olduğu yer kimi qəbul etsə də, yekdilliklə qərar verilmiş konkret bir izah yoxdur. Kütləvi məzarlıqlar, adətən, çox insan öldükdən və ya öldürüldükdən sonra sanitariya narahatlığı səbəbindən cəsədləri tez zamanda basdırmaq üçün yaradılır. Baxmayaraq ki, kütləvi məzarlıqlar müharibə və cinayət kimi böyük münaqişələrdə ortaya çıxır, müasir dünyada belə məzarlıqlardan aclıq, epidemiya və təbii fəlakətlərdən sonra da istifadə edilir. Fəlakətlərdən sonra infeksiya və xəstəliklərin yayılmasının qarşısını almaq üçün kütləvi məzarlıqlar yaradılır. Belə hallarda tez-tez fərdi orqanların düzgün müəyyənləşdirilməsinə və atılmasına imkan yaradan sosial infrastrukturun sıradan çıxması olur.
Məzarlıq
Qəbiristanlıq və ya məzarlıq — ölülərin dəfn edildiyi ümumi ərazi. Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub. İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur.
Per-Laşez məzarlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Quba kütləvi məzarlığı
Quba kütləvi məzarlığı — 2007-ci ilin aprelində Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən tapılmış kütləvi məzarlıq. Məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın kənarında yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində Daşnaksütun partiyasının silahlı dəstələri, Bakı kommunasına tabe olan, Hmazaspın başçılığı ilə təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirib, 122 kəndi tamamilə ümumilikdə isə 167 kəndi dağıdıb talan edib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir. Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.
Türkiyə Dövlət məzarlığı
Türkiyə dövlət qəbiristanlığı — Türkiyənin dövlət başçıları ilə Atatürkün silahdaşlarının (Türkiyə Qurtuluş Savaşı zamanı ən azı diviziya komandiri olmuş 61 komandanın) məzarlarının yerləşdiyi, 1988-ci ildə istifadəyə verilmiş "abidə-park" xüsusiyyətindəki qəbiristanlıq. Ankarada, Atatürk Meşə Fermasının ərazisində yerləşir. 536 min kvadrat metrlik sahədə yerləşən və 356 min kvadrat metri yaşıl sahə olan park, xalqa açıqdır. Məzarlıq Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən idarə olunur.
Təyyarə məzarlığı
Təyyarə məzarlığı ABŞ-də Arizona səhrasının ortasında, 1050 hektarlıq ərazini əhatə edən bir məzarlıqdır. Bura ABŞ Hava Qüvvələrinin əvvəllər istifadə etdiyi təyyarələri saxladığı və "Sümük Anbarı" adlandırdığı təyyarə məzarlığıdır. Bu məzarlıqda istifadəyə yararlı olabiləcək on minlərlə ehtiyat hissəsinin olduğu düşünülür. Təxmini hesablamalara görə bu məzarlığın ümumi dəyəri 35 milyard dollardır.Əhatə etdiyi ərazi isə 1300 stadioni ərazisinin cəminə bərabərdir.Bu böyük ərazidə 4800 təyyarə və 350 mindən artıq ehtiyat hissə var. Rəsmi adı 309 AMARG olan fabrikdə 2005-ci ildə 19 mindən artıq hissə istifadəyə yararlı vəziyyətə gətirilmiş və beləliklə də 568 milyon dollar qənaət edilmişdir. Bu nəhəng anbarın müştərisi əlbəttə ki, təkcə ABŞ deyil.ABŞ bu anbardan bəzi ölkələrə ehtiyat hissələri,hətta təyyarələr satıb. Belə bir anbar üçün bu cür ərazinin seçilməsi də təsadüfi deyil. Çünki bu əraziyə yağış az yağır, rütubət isə demək olar ki yoxdur və bu da polad və metal hissələrin daha uzunömürlü olmasına şərait yaradır.
Xocavənd rayonunda kütləvi məzarlıqlar
Xocavənd rayonunda kütləvi məzarlıqlar — Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş Azərbaycan hərbçilərinə aid olan, 2022-ci ildə Xocavənd rayonu ərazisinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın nəzarətinə qaytarılan hissəsində aşkar edilmiş kütləvi məzarlıqlar. Azərbaycan hakimiyyətinin məlumatına görə, məzarlarda 1990-cı illərdə Ermənistan qoşunları tərəfindən edam edildiyi iddia edilən Azərbaycan hərbçilərinin qalıqları aşkar edilmişdir. Dəfnlər şahidlərin ifadəsi əsasında və ya qazıntı və təmir-tikinti işləri zamanı aşkar edilmişdir. Edilli kəndindəki məzarların birində əl-ayağı bağlı şəkildə edam edilmiş 12 hərbçinin qalıqları aşkar edilmişdir. Onların kəllə sümüklərindəki güllə izləri güllələndiklərini təsdiq edirdi. Xocavənd rayonunda ilk kütləvi məzarlıq 2022-ci ildə, fevralın sonunda Edilli kəndində aşkar edilmişdir. Onun yeri Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən toplanmış bəyanatlar və materiallar əsasında müəyyən edilmişdir. Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılovun verdiyi məlumata görə, aparılan işlər zamanı kütləvi məzarlıqda 15–20 nəfərin qalıqları aşkar edilmişdir. İsmayılovun sözlərinə görə, ərazilər minalardan təmizlənərkən aşkarlanması planlaşdırılan digər kütləvi məzarlıqlar barədə də Dövlət Komissiyasında məlumat var. 2022-ci il oktyabrın əvvəlində Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi-məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova bildirmişdir ki, Edilli kəndində azərbaycanlı hərbçilərin qalıqlardan ibarət 3 kütləvi məzarlıq aşkar edilmişdir.
Zahirəddövlə məzarlığı
Zahirəddövlə məzarlığı — Tehran ostanının Dərbənd kəndində olan məzarlıq. Şəmiranat bölgəsinin Təfriş şəhərinin yaxınlığında yerləşir. Həmçinin, bir çox etnik azərbaycanlı məşhur şairlər və alimlər burada dəfn edilmişdir.
Bəqi məzarlığının dağıdılması
Bəqi məzarlığı (ərəb: مقبرة البقیع) Səudiyyə Ərəbistanın Mədinə şəhərində Məhəmməd peyğəmbərin məqbərəsinin cənub-şərqində yerləşən bir qəbirsanlıqdır. Bu məzarlıq müsəlmanların ik qəbirsanlığıdır və orada Məhəmməd Peyğəmbərin xanımları, imamlar, səhabələr və bir sıra tanınmış şəxslər dəfn edilib. Məzarlığın dağıdılması müsəlman dünyasında ciddi tənqidlərə səbəb olub. Bəqi mızarlığı tarixdə iki dəfə dağıntılara məruz qalıb. Birinci dəfə 1806-cı ildə ilk Səudiyyə Dövlətinin Ərəbistan Yarımadasında genişlənməsi zamanı baş verib. Belə ki, adıçəkilən krallığın vuran əli olan Dəriyyə Əmirliyinin ordusu və ona dəstək verən vəhhabi təriqətinin üzvləri Mədinə şəhərini ələ keçirəndən sonra Bəqi məzarlığında olan bütün türbələri, ziyarətgahları və baş daşılarını dağıdıblar. Onlar qəbirlərin yerlə bir edilməsi işinin Allaha şərik qoşmağın günah olması ilə əlaqələndiriblər. Məzarlıq ikinci dəfə 1926-cı ildə yəni İkinci Səudiyyə Krallığının yaranması dövründə Mədinə şəhəri yenidən ələ keçirilən zaman dağıdılıb. Bəzi müsəlman ölkələrində hicri-qəməri tarixi ilə şəvval ayının 8-i Bəqi məzarlığının dağıdılması faciəsi kimi qeyd edilir. Bu məzarlıqda Məhəmməd Peyğəmbərin xanımları və övladları, eləcə də şiələrin dörd imamı, Peyğəmbərin bir neçə əmisi və əmisi uşaqları, Osman ibn Əfvan da daxil olmaqla bir sıra səhabələr və və Şeyx Şamil kimi məşhur tarixi şəxslər dəfn edilib.