MAHAÇ-QALA

махач-кала (порт на каспийском море)
MAĞUL
MAHAL
OBASTAN VİKİ
Mahaç Nurəddinov
Mahaç Nurəddinov (15 dekabr 1977) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Mahaç Nurəddinov Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Mahaç Nurəddinov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Rusiya nümayəndəsi Alexander Maletin ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 5:14 hesabı ilə məğlub olan Mahaç Nurəddinov turnirdə mübarizəsini dayandırdı və Sidney Olimpiadasını 17-ci pillədə başa vurdu.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Köhnəqala (qala)
Köhnəqala, Yezidabad qalası və ya Naxçıvanqala— Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir. == Tarixi == Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957–1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III–II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632–51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.
Murtuz qala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Narın-Qala
Narınqala və ya İçqala — Dərbənd qalasının mərkəzini təşkil edən islamdan əvvəlki dövrə aid qədim qəsrdir. Sasanilər imperiyasının Kaspi qapısını bağlayan qoşa qala divarları vasitəsilə Xəzər dənizi ilə əlaqələndirilmişdir. Abidə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qalanın adının mümkün tərcümələrindən biri "Günəşli qala" kimi qeyd edilir. Digər məlumata görə, qala Sasani şahının qızının şərəfinə "Narın" – "incə", "gözəl" adlandırılmışdır. Dərbənd, Böyük Qafqaz dağlarının Xəzər dənizinə yaxınlaşaraq 3 km-lik ensiz düzən formalaşdırdığı Böyük Qafqaz keçidinin ən zəif müdafiə olunan ərazisində yerləşir. Dərbənd qalası Cənubi Qafqaz (xüsusilə Qafqaz Albaniyası) və Ön Asiya xalqlarınıköçəri türk xalqlarının hücumlarından qoruyan nəhəng müdafiə sisteminin bir hissəsidir. Müdafiə sisteminə Narınqala ilə yanaşı Dərbənd qala divarları, Dağ barısı, Gilgilçay səddi, Beşbarmaq səddi və Çıraqqala da daxildir. Qərb tərəfdən Dərbənd divarları Narınqala qəsrinə birləşir, qəsrin inşa edilməsinə kimi, həmin hündür təpə ərazisində düşmənin yaxınlaşmasını bildirən tonqallar qalanırdı. Dərbənd qalasının inşasına VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvanın göstərişi ilə Calqan vadisində başlanılmışdır.
Qala-Arı
Qala-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Ovalvari formaya malik olan ada, qərbədən şərqə doğru uzanır. Səthi hamardır. Qərbində yerləşən dil su altında qalmışdır.
Qala-Köreyş
Qala-Köreyş — orta əsrlərdə böyük feodal mülkünün Kaytaq üsmiliyinin paytaxtı. Qala-Köreyş kəndinin əsas görməli yerləri arasında məscid (XI əsrə aid), şeyxlərin məqbərəsi və karvansara var. XVIII-XIX əsrlərdə Dağıstan ovalığının inkişafı ilə Qala-Köreyşin əhəmiyyəti azalmağa başladı və 1930-cu illərdə Sovet hakimiyyəti altında olan ərazidən sakinləri çıxarılmağa başlandı. Ziyarətgaha çevrilmiş bir qəbiristanlığı var. XII-XIX əsrlərdə hökmdarları bu qəbiristanlıqda dəfn edirdilər. İndi Qala-Köreyş, dağın zirvəsindən enən terrasları olan qədim binaların labirintidir, burada bərpa edilmiş bir muzey və Kaytaq üsmiliyi türbəsi də var. Ərəblərin gəlişindən əvvəl kənd Üsmülüy adlanırdı, sığınacaqlı ərazidə yerləşirdi və güclü möhkəmləndirilmişdi. Əfsanəyə görə, yalnız kənd tərəfindən hər il seçilən ağsaqqallar məclisinə tabe olan azadlığı sevən camaat- dağlılar yaşayırdı. İslamlaşma və Köreyşlilərin bu kəndə köçürülməsindən sonra kənd Köreylilərin qalası kimi tərcümə olunan "Qala-Köreyş" adını daşımağa başladı. Qala-Köreyşdə bir qala və müdafiə qüllələri var idi.
Qala (Dərbənd)
Qala - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Sakinləri etnik azərbaycanlılar, darginlər, ağullar, tabasaranlılar və ləzgilərdən ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,610 nəfər azərbaycanlı yaşamaqda idi.
Qala (Kronin)
Qala (ing. Hatter's Castle) — Arçibald Kroninin ilk dəfə 1931-ci ildə nəşr edilmiş ilk romanı. Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. Əsər Tələt Ələkbərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2019-cu ildə Bakı Kitab Klubunda 404 səhifədə nəşr edilib. "QALA (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Qala (Nəmin)
Qala (fars. قلعه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (11 ailə).
Qala (Qürvə)
Qala (fars. قلعه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 4,029 nəfər yaşayır (995 ailə). Əhalisini kürdlər təşkil edir.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Qala (Sultaniyə)
Qala (fars. قلعه‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (83 ailə).
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qala (dəqiqləşdirmə)
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış istehkam. Qala (Dərbənd) — Dağsıtan Respublikasının Dərbənd rayonunda kənd. Qala (Rutul) — Dağsıtan Respublikasının Rutul rayonunda kənd. Qala (Astara, İran) Qala (Qürvə) Qala (Xəzər) — Xəzər rayonunda qəsəbə. Qala (Əzizbəyov) — İkinci Qala — Qala bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Qala (film, 2008) — 2008-ci ildə çəkilmiş tammetrajlı Azərbaycan filmi. Qalaçay — Qala (Kronin) Qala (stansiya) — Bakı-Mərdəkan dəmiryolu xətti üzərində stansiya.
Qala (Əzizbəyov)
Qala — Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qala Bərzənd
Qala-Bərzənd və ya Bərzənd – Orta çağ Azərbaycan məntəqəsi, Qala-Bərzənd kimi tanınır.Bugünkü Germi şəhərinin yaxınlığında yerləşir. Bərzənd qalası Ərdəbil vilayətində, Muğan mahalında yerləşirdi. Əl-Yaquta görə Ərdəbildən 14-15 fərsəng şimalda Bolqarçayın sahilində qərar tuturdu. Bəzz, Ərdəbil, Muğan və Varsana gedən dörd yol ayrıcında idi. Bərzənd sonralar burda yerləşdiyi qaladan dolayı Qəleyi-Bərzənd adlanırdı. Bərzənd Xürrəmilər hərəkatı dönəmində Ərəblərin düşərgəsi olmuşdu. Əz – Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı.
Qala Gənc
Qala Gənc — İranın Kirman ostanının şəhərlərindən və Qala Gənc şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,560 nəfər və 2,443 ailədən ibarət idi.
Qala Rəisi
Qala Rəisi — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Çarusa bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,604 nəfər və 491 ailədən ibarət idi.
Qala Tol
Qala Tol— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,604 nəfər və 1,704 ailədən ibarət idi.
Qala Xoca
Qala Xoca- İranın Xuzistan ostanının şəhərlərindən və Əndika şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 801 nəfər və 179 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyari elinin Şəhəni oymağından ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Qala aviabazası
Qala aviabazası — Azərbaycan Respublikasının Xəzər rayonunda, Bakıdan şərqdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada əsasən hərbi helikopterlər üçün nəzərdə tutulmuşdur. Aerodrom inzibati cəhətdən Xəzər rayonunun Qala qəsəbəsindən 5 km cənub-şərqdə yerləşir. SSRİ dönəmində hərbi məqsədlər üçün istifadə edilirdi. Burada 482-ci qırıcı aviasiya polku yerləşirdi. Sonrakı dönəmlərdə HHMQ xidmət etmişdir. 1949-cu ilin iyul ayından 1952-ci ilin iyul ayına kimi burada 518-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Uçuşlar YK-9U və MiQ-15 təyyarələri ilə həyata keçirilmişdir. 1980 - 1992 illərdə burada 300-cü qarışıq aviyasiya eskadrilyası fəaliyyət göstərirdi. Hazırda isə Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasındadır.
Qala bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qala gavuru
Qala gavuru (Kale gavuru) - İraqda yaşayan xristian inanclı türkmanlar. Kərkükda təxminən 30 min qala gavuru yaşayır. Mənşəyləri Peçeneq, (Xristian Oğuz) Uz, Qıpçaq və Oğuz xalqlarına əsaslanır.
Qala məhəlləsi
Qala məhəlləsi (Naxçıvan) — Azərbaycanın Naxçıvanda məhəllə