malalatdırmaq
malayca
OBASTAN VİKİ
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Malay Federasiyası
Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri Pinanq və Malakka) . Paytaxtı — Kuala Lumpur. == Tarixi == 1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu . Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu. Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər. 31 avqust 1957-ci ildə Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu . . 1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər , 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu . == İstinadlar == == Xarici keçidlər == Colonial administration records (migrated archives): Malaya at The National Archives (Pg. 52) The UK Statute Law Database: Federation of Malaya Independence Act 1957 (c.
Malay arxipelaqı
Malay arxipelaqı (malay və ind. Kepulauan Melayu) — dünyanın ən böyük arxipelaqı. Arxipelaq özündə Böyük Zond, Kiçik Zond, Molukka, Filippin və bir çox kiçik adalar qruplarını birləşdirir. Bir sıra səbəblərdən Yeni Qvineya bu siyahıya aid edilməyərək Okeaniyaya aid edilir.. Ən böyük adaları — Kalimantan — 743 330 km² və Sumatra — 473 000 km². Ən çox əhalisi olan ada — Yavadır — 140 milyon nəfər. Malay arxipelaqı Sakit okean okeanda yerləşir Adalarda 330 vulkan var, onların 100-ü fəaliyyətdədir. Ən məhşuru Krakatau vulkanıdır. Malay arxipelaqında İndoneziya (demək olar ki bütünlüklə), Malayziya (bir hissəsi), Bruney, Şərqi Timor və Filippin kimi dövlətlər yerləşir.
Malay ayısı
Malay ayısı (lat. Helarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi.
Malay dili
Malay dili Avstroneziya dilləri arasında ən önəmli dildir.Bu dil Malayziyada (Malayziya dili adıyla), İndoneziyada (İndoneziya dili adıyla), Bruneydə (Melayu Bruney adıyla) və Sinqapurda (Bahasa Melayu(Malay dili) adıyla milli dil və Sinqapurun dörd rəsmi dillərindən biri) rəsmi dildir.Bu dil 40 milyon insan tərəfindən yerli olaraq danışılan bir dildir.
Malay-Muynak (Uçalı)
Malay-Muynak (başq. Малай-Муйнаҡ, rus. Маломуйнаково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 45 km, ən yaxın dəmiryol stansiyasından (Şartım stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Malay-Polineziya dilləri
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Birləşmiş Malay Milli Təşkilatı
Birləşmiş Malay Milli Təşkilatı (BMMT) - (malay dilində:Pertubuhan Kebangsaan Melayu Bersatu) — Malayziyada iri siyasi partiya. Uzvlərinin sayı - 2,4 mln. nəfər. Milli burjuaziya, iri sənayeçilər və torpaq sahiblərinin siyasi partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının əsası 1946-cı ildə qoyulmuşdur . Banisi - Dato Onn. 1952-1974-cü illərdə İttifaq partiyasının tərkibinə daxil olmuşdur. Malayların milli partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının proqramının müəllifi Abdul Rahman 1951-ci ildə partiyanın rəhbəri seşildi . 1952-ci ildə Malayziyanın Çin Assosiasiyası (MÇA) ilə siyasi ittifaqı yarandı və BMMT-MÇA koalisiyası paytaxta keçirilən bələdiyyə seçkilərində yerlərin 1/12 hissəsini qazanmışdır . 1954-cü ilin oktyabrında BMMT-MÇA ittifaqına Malayziyanın Hindistan Konqresi (MHK) də birləşdi və ölkənin iri milli icmalarının (malayların, çinlilərin və hindlilərin) maraqlarını təmsil edən İttifaq partiyasının yaradıldığı elan olundu. 1957-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra İttifaq partiyası hakim partiya oldu.
Malay-Polineziya dil ailəsi
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Malay pələngi
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Malay qavialı
Malay qavialı (lat. Tomistoma schlegelii) — sürünənlər sinfinə, timsahlar dəstəsinə daxil olan Tomistoma cinsinin yeganə nümayəndəsi. Tomistoma adı yunan dilindən gəlir. τόμος — iti və στόμα — ağız; növün adının ikinci hissəsi isə schlegelii sözüdürki, bu da hollandiyalı zooloq Herman Şlegelin (1804–1884) şərəfinə verilir. Təsnifatçılar Tomistoma cinsinin və Tomistominae yarımfəsiləsinin hansı fəsiləyə mənsub olduqlarına qərar verə bilmirdilər. Belə ki, morfoloji quruluşlar əsasında Əsl timsahlara, molekulyar və genetik metodlar əsasında isə qaviallara aid edilir. == Arealı və yaşayış yerləri == İndoneziyada (Sumatra, Kalimantan, Yava adalarında, ehtimal ki, Sulavesidə), Malayziyada (Malay yarımadası, Kalimantan) və Vyetnamda (bəlkə də nəsli kəsilmişdir) yayılmışdır. Taylandda 1970-ci ildən bəri nəsli kəsilmiş olaraq sayılır. Malay qavialının populyasiyaları olduqca azdır. Şirin su göllərində, lal axan çaylarda və bataqlıq ərazilərdə yaşayır.
Malay yarımadası
Malakka (tay แหลมมลายู, malay Tanah Melayu, birm. မလေး ကျွန်းဆွယ်, həmcinin Malay yarımadası (tay คาบสมุทรมลายู, malay Semenanjung Tanah Melayu)) — Cənub-Şərqi Asiyada yerləşən iri yarımadalardan biri. Qərbdən Andaman dənizi və Malakka boğazı, şərqdə isə Cənubi Çin dənizi, Siam körfəzi ilə əhatələnir. Hind-Çin yarımadasınln cənub qutaracağında yerləşir. Yarımadanın cənubunda Asiya materikinin ən ucqar cənub nöqtəsi olan Piay burnu yerləşir. Uzunluğu şimaldan cənuba 1300 km, sahəsi 190 min km², şimal sərhəddi Kra bərzəxindən keçir və eni 44 km təşkil edir. Orta hissədə hündürlük 2190 m (Taxan) təşkil edir. Ərazisi Myanma, Tailand və Malayziya kimi ölkərinin tərkibinə daxildir. Şimal-qərbdə Myammanın cənub hissəsi, şimal hissəsi Tailand, cənub hissəsi isə Malayziyanın ərazisini təşkil. Yarımadadan cənubda Sinqapur adası yerləşir.
Adi malay ayısı
Adi malay ayısı (lat. Helarctos malayanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin malay ayısı cinsinə aid heyvan növü. Öz cinsinin yeganə nümayəndəsidir. == Xarici görünüş == Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Onun uzunluğu 1.5 m keçmir (üstəlik 3—7 sm-lik quyruq). Ayaqları qrərində hündürlüyü 50-70 sm, çəkisi 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna malikdirlər. Üstəlik olduqca güçlüdürlər. Dırnaqları itidir.
Azərbaycan–Malayziya münasibətləri
Azərbaycan–Malayziya münasibətləri — Azərbaycan Respublikası ilə Malayziya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin aprel ayının 5-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Səfyar Musayev olmuşdur. 4 mart 2016-cı il tarixindən Mahir Aslanov işçi qrupunun rəhbəridir.
Bruney–Malayziya münasibətləri
Bruney–Malayziya münasibətləri — Bruney sultanlığı və Malayziya arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 266 km təşkil edir. == Tarixi == Borneyonun şimalında ilk dövlət qurumları b.e.ə X əsrdə meydana gəlmişdir. X—XII əsrlərdə böılgə malay imperiyasından asılı vəziyyətdə olmuşdur. XVI əsrdən XIX əsrin ortalarına kimi Byuney sultanlığının ərazisi olmuşdur. 1891-ci ildə Borneoda yerləşən ingilis və holland müstəmləkəlləri arasında sərhəd müəyyən edilir. 16 sentyabr 1963-cü ildə uzun sürən danışıqlardan sonra Federativ Malayziya elan edilir. Bruney Şərqi Malayziyaya daxil olmaqdan imtina edir. 1970-ci illərdə iki ölkə arasınmda münasibətlər pisləşoir. Bunun əsəs səbəblərindən biri Bruneydə qadağan olunmuş Bruney Xalq Partiyasının 8 üzvünün Malayziyada siyasi sığınacaq alması olur.
Bulbophyllum malayanum
Bulbophyllum blepharistes (lat. Bulbophyllum blepharistes) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Assamdan Qərbi Malayziyaya qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum malayanum J.J.Sm. Cirrhopetalum blepharistes (Rchb.f.) Hook.f. Cirrhopetalum longiscapum Teijsm. & Binn. Cirrhopetalum spicatum Gagnep. Phyllorchis blepharistes (Rchb. f.) Kuntze Phyllorchis longiscapa (Teijsm.
Bumiputra (Malayziya)
Bumiputra və ya Bumi Putra (Cavi: بوميڤوترا) - Malayziyada malay etnik qrupuna, Qərbi Malayziyada yaşayan oranq əsli qrupları və Şərqi Malayziyada yaşayan bir sıra etnik qruplara aid olan insanları digərlərindən fərqləndirmək üçün istifadə olunan termin. Bumiputra sözü iki sözün "Bhumi" (yer, torpaq) və "Putra" (oğul, övlad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bumiputralar üçün Malayziyada bir sıra güzəştlər tətbiq olunmuş və onlar ölkənin digər sakinlərindən üstün hesab olunurlar.
Corctaun (Malayziya)
Corctaun Pinanq (ing. George Town) — Malayziyada şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi. == Əhalisi == Əhalisi 174,3 min nəfərdir (2007; aqlomerasiyada 1,7 mln. Əhalisinin sayına görə Kuala-Lampur paytaxt aqlomerasiyasından sonra ölkənin 2-ci şəhəri). == Coğrafiyası == Pinanq adasının şərq hissəsində, Malakka boğazı sahilində yerləşir. Qərbi Malayziyanın mühüm nəqliyyat mərkəzidir. Malakka yarımadası ilə körpü (1985; Cənub-Şərqi Asiyada ən uzun –13,5 km– körpülərdən biri), avtomobil və dəmiryol əlaqəsi var. Dəniz portu (yük dövriyyəsinə görə ölkədə 3-cü). Beynəlxalq aeroportdur (Pinanq-Bayan-Lepas).
Helarctos malayanus
Adi malay ayısı (lat. Helarctos malayanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin malay ayısı cinsinə aid heyvan növü. Öz cinsinin yeganə nümayəndəsidir. == Xarici görünüş == Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Onun uzunluğu 1.5 m keçmir (üstəlik 3—7 sm-lik quyruq). Ayaqları qrərində hündürlüyü 50-70 sm, çəkisi 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna malikdirlər. Üstəlik olduqca güçlüdürlər. Dırnaqları itidir.
Malayziya Hava Yolları reys 17
Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib.
Malayziya Hava Yolları reys 370
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.
Malayziya Həmkarlar İttifaqları Konqresi
Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir. == Tarixi == Malayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır. Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır. == Fəaliyyəti == Konqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır. Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb.
Malayziya Milli Kosmik Agentliyi
Malayziya Milli Kosmik Agentliyi (Malay dili: Agensi Angkasa Malaysia, ANGKASA)- Malayziyanın milli kosmik agentliyidir. Agentlik 2002-ci ildə yaradılıb. Onun nizamnaməsinə kosmik texnologiyaların işlənməsi və tətbiqi üzrə kompleks və əlaqələndirilmiş səylər vasitəsilə ölkənin kosmik proqramını yeniləşdirmək, stimullaşdırılması və gücləndirilməsi məqsədləri daxildir.
Malayziya Xarici İşlər Nazirliyi
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
Malayziya coğrafiyası
Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Avrasiya materikinin cənub nöqtəsi olan Piay burnu da Malayziyadadır. Ölkə ərazisi iki hissədən ibarətdir: Qərbi Malaziya (Malay yarımadasında yerləşir) və Şərqi Malayziya (Kalimantan adasının şimal hissəsi). == Coğrafi mövqeyi == Malaziyanın sahəsi 329 847 km²-dir (böyüklüyünə görə dünyada 66-cı yerdə). Şimaldan Tayland, cənubdan Sinqapur, eləcə də Kalimantan adasında cənubdan İndoneziya, şimaldan isə Bruneylə həmsərhəddir. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Malaziya ensiz damba vasitəsi ilə Sinqapurla birləşdirilib. Ölkə Vyetnam və Filippinlə dəniz sərhəddinə malikdir. Malaziyanın yarımada hissəsi Sumatra adasından Malay boğazi ilə ayrılır. Malay boğazı dünyanın ən önəmli dəniz yollarından biri hesab olunur.
Malayziyanın dövlət quruluşu
Malayziyanın dövlət quruluşu - 1957-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Malayziya dünyada federal konstitusiyalı seçkili monarxiya formasında idarəetmə üsuluna malik yeganə ölkədir. Milli bayramlar olan müstəqillik günü (1957) 31 avqustda, federasiyanın yaranması günü isə (1963) 16 sentyabrda qeyd olunur. Malayziyanın konstitusiyası 31 avqust 1957-ci ildə qəbul edilmiş və bu günə qədər ona bir sıra dəyişikliklər edilmişdir. == İnzibati ərazi bölgüsü == Qərbi və Şərqi Malayziya olmaqla 2 bölgəyə ayrılan Federasiya, inzibati cəhətdən 13 ştatdan və 3 federal ərazidən ibarətdir. Qərbi Malayziya (Malaya) 11 ştatı (Coxor, Kedah, Kelantan, Malakka, Negeri-Sembelan, Paxanq, Perak, Perlis, Pulau-Pinanq, Selanqor və Trenqany) və Malakka yarımadasında yerləşən 2 federal ərazini (Putradcaya və paytaxt Kuala-Lumpur), Şərqi Malayziya isə 2 ştatı (Sabax və Saravak) və Kalimantan adasında yerləşən 1 federal ərazini (Labuan) özündə birləşdirir. == Dövlət başçısı == Dövlət başçısı olan Ali Rəhbər (hökmdar) və onun müavini - köməkçisi Malayziya Federasiyasının Hökmdarlar Şurası tərəfindən, Qərbi Malayziya bölgəsinə aid olan ştatların doqquz irsi hökmdarının (sultanlıqlar) arasından 5 illik müddətə seçilir. Sultanlıqlar birlikdə Qubernatorlar Şurasını təşkil edir. Digər ştatların qubernatorları isə Şurada yalnız məşvərətçi səsə malikdirlər. Ali Hökmdar (Yanq di-Pertuan Aqonq), statusuna görə Federasiyada bütün yüksək vəzifəli şəxslərin fövqündə durur və heç bir məhkəmə qarşısında məsuliyyət daşımır.
Malayziya–Türkiyə münasibətləri
Malayziya—Türkiyə münasibətləri — Malayziya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. Malayziyanın Ankarada səfirliyi və Türkiyənin Kuala Lumpurda səfirliyi yerləşir. Hər iki ölkə ÜTT və İƏT-in üzvüdür və hər ikisi regional güc hesab olunur. == Tarixi == Ölkələr arasındakı münasibətlər Malay sultanlıqları və Osmanlı İmperiyası dövründən bəri mövcuddur. 19-cu əsrdən bəri, ölkələr arasındakı münasibətlər ayrılmaz olaraq qaldı və İstanbula dəfələrlə səfər edən Sultan Əbu Bəkirın dövründə şəxsi əlaqələrin yaradılması ilə daha da möhkəmləndi. 1890-cı ildəki ziyarətlərindən birində qardaşı ilə birlikdə türk qadınları ilə evləndi. Bu evliliklər yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, eyni zamanda qarışıq nikahların ortaya çıxmasına səbəb oldu, bunun nəticəsində, məsələn, Ünqku Əbdül Əziz dünyaya gəldi. Müasir Türkiyə ilə Malayziya arasında əlaqələr 1964-cü ildə, demək olar ki, müasir Malayziya dövlətinin qurulmasından dərhal sonra quruldu. 2014-cü ildə Malayziya Baş naziri Najib Tun Razak ikitərəfli münasibətləri genişləndirmək və sərbəst ticarət müqaviləsi imzalamaq üçün Türkiyəyə səfər etdi. Nəticədə, strateji əməkdaşlıq və sərbəst ticarət haqqında müqavilələr imzalanmış deyil, viza şərtləri da ləğv edilmişdir.
Malayziya–Türkmənistan münasibətləri
Malayziya–Türkmənistan münasibətləri — Türkmənistan və Malayziya arasında beynəlxalq əlaqələr. Malayziyanın Aşqabadda səfirliyi vardır həmçinin, Türkmənistanın Kuala Lumpurda səfirliyi yerləşir. == İqtisadi əlaqələri == Hazırda həm Malayziya, həm də Türkmənistan ikitərəfli əlaqələri, xüsusən də iqtisadi əlaqələr sahəsində genişləndirməyə çalışırlar. Hər iki tərəf aralarında daha sıx əlaqələrin qurulması üçün bir sıra sənədlər imzaladılar. Bundan əlavə, bir sıra Malayziya şirkətləri iki ölkə arasında turizm və infrastrukturun inkişafına maraq göstərdilər. 2012-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov digər Malayziya firmalarını Türkmənistandakı iş imkanlarını araşdırmağa dəvət etdi. Malayziya şirkəti Petronas 1996 -cı ildən etibarən ölkə daxilində fəaliyyət göstərir. Malayziya da halal qida ticarəti ilə yanaşı iki ölkə arasındakı ümumi ticarət sahəsini də genişləndirməyə çalışır. 2013-cü ildə dövriyyə 2012-ci ildə 11,68 milyon dollar, 2011-ci ildə 24,27 milyon dollar ilə müqayisədə 33,13 milyon dollar idi. 2010-cu ildə iki ölkənin ticarət həcmi 2009-cu ildəki 205.61 milyon ABŞ dolları ilə müqayisədə cəmi 28.90 milyon ABŞ dolları idi.
Malayziya–Özbəkistan münasibətləri
Malayziya-Özbəkistan münasibətləri — Malayziya və Özbəkistan arasındakı beynəlxalq münasibətlərdir. Malayziyanın Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfirliyi vardır. Özbəkistanın isə Malayziyanın böyük şəhərlərindən biri olan Ampanq Jayada səfirliyi vardır. Hər iki ölkə də xoş beynəlxalq münasibətlərə sahibdirlər. == Tarixi == Özbəkistanla Malayziya arasında ilk dəfə 1992-ci ildə ikitərəfli diplomatik əlaqələr qurulmuş, 1993-cü ildə Daşkənddə Malayziya səfirliyi açılmışdır. 1992-ci ildən Özbəkistan prezidenti olan İslam Kərimov ən uzun xarici səfərində Malayziya və İndoneziya kimi Cənub-Şərqi Asiya ölkələrini ziyarət etmişdir. == İqtisadi münasibətlər == Hər iki ölkə iqtisadi, investisiya əməkdaşlığını neft, təbii qaz, təhsil və turizm sahələrində inkişaf etdirir. Bir çox Malayziyalı investor Özbəkistanda iş görməyə başlamışdır. Malayziya və Özbəkistan Dostluq Dərnəyi (MAUFA), iki ölkə arasındakı 20 illik dostluq münasibətindən sonra 2012-ci ildə qurulmuşdur. Assosiasiya təhsil turizmi, tələbə inkişafı, informasiya və kommunikasiya texnologiyaları sahələrində də birgə layihələr yaradır.

Digər lüğətlərdə