manyerizm
maoist 2021
OBASTAN VİKİ
Türkiyədə maoçu üsyan
Türkiyədə maoçu üsyan və ya maoçular tərəfindən xalq müharibəsi (türk. Halk savaşı) — 1970-ci illərin əvvəllərində Türkiyə hökuməti ilə maoçu üsyançılar arasında Türkiyənin şərqində davam edən aşağı səviyyəli üsyan. Üsyanın gərginliyi 1980-ci illərin sonu və 1990-cı illərdə azalmış, daha böyük Türkiyə–PKK münaqişəsi fonunda kənarda qalmışdır. Aşağı səviyyəli silahlı hücumlar maoçu üsyançı qruplaşmalar tərəfindən həyata keçirilməkdə davam edir. Bu qruplaşmalar arasında ən əhəmiyyətliləri Türkiyə Kommunist Partiyası/Marksist–Leninistin silahlı qanadı Türkiyə Fəhlə və Kəndlilərin Qurtuluş Ordusu (TFKQO), həmçinin Maoçu Kommunist Partiyasının silahlı qanadları Xalq Qurtuluş Ordusu (XQO) və Xalq Partizan Qüvvələridir (XPQ). 24 aprel 1972-ci ildə İbrahim Qaypaqqayanın başçılıq etdiyi radikal qrup tərəfindən Türkiyə Kommunist Partiyası/Marksist–Leninist (TKP/ML) təsis edilmişdir və onlar xalq müharibəsi elan etmişdilər. Buna baxmayaraq, bir il sonra Qaypaqqaya həbs edilmiş, işgəncələrə məruz qalmış və öldürülmüşdür. Partiya 1978-ci ildə ilk konfransını keçirmiş və partizan müharibəsi planını təsdiqləmişdir, lakin silahlı üsyan ideyası nəzəri olaraq qalmış və çox az irəliləyiş əldə edilmişdir. 17 may 1985-ci ildə TKP/ML İstanbulda milyonlarla televiziya tamaşaçısına axşam xəbərlərinin saundtrekini əvəz edərək təbliğat mesajı vermişdir. TKP/ML-nin hərbi qanadı olan Türkiyə Fəhlə və Kəndlilərin Qurtuluş Ordusu (TİKKO) 1970-ci illərin sonu və 1980-ci illər boyu əhalisi Maoist partizan müharibəsini qisas kimi görən Tunceli vilayətində silahlı və partizan hərəkətləri həyata keçirib.
Maoçu Kommunist Partiyası (Türkiyə)
Türkiyə Maoçu Kommunist Partiyası (türk. Maoist Komünist Partisi; MKP) Türkiyədə marksist–leninist–maoçu üsyançı təşkilat. Türkiyədi maoçu təşkilatların ən əhəmiyyətlisidir. İbrahim Qaypaqqayanın mirasını qoruyur. Onun iki silahlı qanadı var: Xalq Partizan Qüvvələri (Partizan Halk Güçleri və ya PHG) və Xalq Qurtuluş Ordusu (Halk Kurtuluş Ordusu və ya HKO ). MKP İnqilabçı İnternasionalist Hərəkatının bir hissəsi idi və Balkanlar Kommunist və İşçi Partiyalarının Konfransında iştirak edirdi. == Strukturu == Partiyanın iki silahlı qanadı var: kənd yerlərində Xalq Qurtuluş Ordusu və şəhərlərdə Xalq Partizan Qüvvələri. Maoçu Gənclər Birliyi (türk. Maoist Gençlik Birliği) MKP-nin gənclər təşkilatıdır. Maoçu Qadınlar Birliyi (türk.
Maoçuluq
Maoçuluq və ya maoizm — adını Mao Tszedundan alan, kapitalizmin Avropadakı kimi bir inkişaf seyri izlemediği Uzaq Şərq cəmiyyətlərinə xas Marksizmin praktikası olaraq ifadə edilə bilər. Maoizm, Marksizm-Leninizm siyasət elminin 3. keyfiyyət mərhələsidir və çöllərdə şəhərləri əhatə edərək proletar diktatorluğuna çatmağın tək qızıl açarıdır. Maocuların minimum proqramlarında isə , müstəqilliyin təmin edilməsi və feodalizmin təmizliyi vardır. Asiya tipi istehsal tərzi olaraq ifadə edilən və Şərq cəmiyyətlərinə xas olan bu vəziyyət Avrupa'dakinden fərqli bir mülkiyyət quruluşlanmasının bir nəticəsidir. Avropada torpaq sahibi Lordlar olduqları bölgədə Kralın səlahiyyətlərini paylaşar öz bölgələrində müstəqil hərəkət edərkən Asiya cəmiyyətlərində belə bir vəziyyət görülməz , mərkəzi avtoritet güclü quruluşunu davam etdirə bilmək üçün torpağı bəzi kəslərə mülk olaraq devretmez , ancaq torpağın istifadə haqqını bəzi şərtlər altında təhvil verər . Beləcə ölkə torpaqlarının hamısı dövlətə ya da eyni mənanı gəlmək üzrə mərkəzi nüfuza asılıdır. Belə bir mülkiyyət quruluşlanmasının nəticəsi olaraq Asiya cəmiyyətlərinin istehsal quruluşu Avropadakı istehsal yapısınından farklılaşmıştır Mao bu ikili quruluş içərisində Marksizmin həyata keçirilməsi və sosialist iqtidarın qurula bilməsi üçün Asiya cəmiyyətlərinə fərqli bir təşkilatlanma tətbiq etmişdir. Mao dövründə Çin əhalisinin əhəmiyyətli bir hissəsi köylüydü . İşçi sinfi isə bir neçə böyük şəhərdə çox məhdud sayda mövcud idi.

Digər lüğətlərdə