maqnetizm

maqnetizm
maqnetitli
maqneto 2021
OBASTAN VİKİ
Maqnetizm
Maqnetizm — fiziki fenomen olub, maqnit, maqnitləşmiş obyektlər və hərkətli elektrik yükləri arasında qüvvə münasibətini əks etdirir. Bu münasibət bir tərəfdən bu obyektlər tərəfindən yaradılan, digər tərəfdən onların özlərinə təsir edən maqnit sahəsində baş verir. Maqnetizmin yaranma formaları ümumi şəkildə elektrik yüklərinin hərəkətinə və ya elementar hissəciklərin maqnit momentinə gətirilir. Maqnetizm fizikada elektromaqnetizmin tərkib hissəsidir. Maqnit sahəsi ilə qarşılıqlı münasibətinə görə maddələr bölünürlər: Maqnitə aid olmayanlar Diamaqnitlər, bunların molekulaları maqnit momentinə malik deyillər. Paramaqnitlər, sıfır olmayan lokal maqnit momentlərinə malikdirlər. Onlar sahə boyunca istiqamətlənirlər. Uzaq maqnit dərcəsinə malik olan maddələr: Ferromaqnitlər, maqnit sahəsində mikroskopik kiçik ölçüdə onların atom və molekulaların maqnit momentləri yaranır Antiferromaqnitlər, bu materiallarda maqnit sahəsinin təsiri nəticəsində kristalda bir-birinin əksinə yönəlmiş qəfəslər yaranır, nəticədə onlar sıfır maqnitləşmə yaradırlar.
Yer maqnetizmi
Yer maqnetizmi və ya geomaqnetizm — Yerin və yerətrafı kosmik fazanın maqnit sahəsidir. Yer maqnetizmi geofizikanın bir bölməsidir və geomaqnit sahəsinin fəzada paylanması, zamandan asılı olaraq dəyişməsini, Yerdə həmçinin yuxarı atmosferdə onunla əlaqədar geo-fiziki prosesləri öyrənir.

Digər lüğətlərdə