MASA

I
сущ. стол. Yazı masası письменный стол, dəyirmi masa круглый стол, danışıqlar masası arxasına əyləşmək сесть за стол переговоров, masa arxasında oturmaq сидеть за столом, masa arxasından durmaq встать из-за стола
II
прил. настольный. Masa lampası настольная лампа
MARZAN
MASABƏYİ
OBASTAN VİKİ
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Masa (bürc)
Masa (lat. Mensa) — göyün cənub yarımkürəsində zəif görünən bürc.
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Altılı Masa
Altılı Masa — CHP, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası və Gələcək Partiyası tərəfindən 12 fevral 2022-ci ildə keçirilən ilk toplantıda qurulan siyasi birlik. İYİ İYİ Partiyanın Baş katibi Uğur Poyraz, Millət Alyansının seçki prosesi zamanı ittifaq olduğunu, seçki prosesi geridə qaldıqdan sonra isə işbirliyinə çevrildiyini açıqladı. Altılı masa Milli İttifaqdan ayrı müstəqil bir qurumdu. 26 yanvar 2023-cü ildə Altılı masa 11-ci iclasından sonra ilk dəfə olaraq özünü "Millət İttifaqı" olaraq elan etdi. Millət İttifaqı 30 yanvar 2023-cü ildə Ankarada Ortaq Siyasət Anlaşma Memorandumunu ictimaiyyətlə paylaşdı. == Gücləndirilişmiş parlament sistemi == Siyasi partiyaların altı masalı üzvləri 2022-ci il fevralın 28-də gücləndirilmiş parlament sisteminə keçidlə bağlı bəyannamə yayaraq anlaşma memorandumu imzalayıblar. Memorandumun mətnində seçki baryerinin 3%-ə endirilməsi, ən azı 1% səs toplayan partiyalara xəzinədarlıq yardımı, çanta hüquq praktikasına son qoyulması, prezidentin veto hüququnun götürülməsi və səlahiyyət müddətinin uzadılması 7 il təhsil kurikulumunda hökumətə, hökümətə etimadsızlıq sualı vermək səlahiyyətini tanımaq, tədrisə gender bərabərliyi kurslarının əlavə edilməsi kimi vədlər vardır.
Qobustanın masa dağları
Qobustanın masa dağları - Azərbaycan Respublikasının nadir relyef formalarından biri də yalnız Şərqi Qobustanın hüdudları daxilində bu günümüzə qədər gəlib çıxmış masa dağlarıdır. Onlar sıldırım və sərt yamaclı oval (dairəvi) formalı və ya uzadılmış ellipsoid görünüşlü, yastı zirvəli yüksəkliklərdir. Masa dağlarının zirehli zirvə­ləri və ya “üst taxtaları” eopleystosenə (orta-üst abşeron) aid sıx qabıqlı əhəng­daşılarının subhorizontal laylarından formalaşmışdır; onlar bir vaxtlar Qobustan ərazisini tamamilə örtmüş və gec dördüncü dövrün şaquli hərəkətləri ilə bağlı olan denudasion proseslərin təsiri altında yuyulmuş yastı düzənliyin qalıqları­dır. Bakı şəhərindən cənubda, Xəzər dənizi sahilinin yaxınlığında ucalan Böyükdaş və Kiçikdaş yüksəklikləri də masa dağları sırasına aid edilir. “Üst taxtaların” kənarlarından uçub tökülmüş müxtəlif ölçülü əhəngdaşı qırıntıları­nın masa dağlarının yamaclarında qalaqlanması nəticəsində qəribə ahəngdarlıq yaradan qaya ansamblları, taxça, kaha və zağalardan ibarət “qayalar dənizi”-nin bənzərsiz landşaftı yaranmışdır. Bu və yaxınlıqda yerləşən Cingirdağ, Şonqardağ və Şıxqaya masa dağ­larının qaya və mağaralarında daş əsri və sonrakı dövrlərə aid çoxlu artefaktları – ibtidai insanın yaşayış məskənləri, qayaüstü təsvirlər, qəbirlər və i.a. aşkar edil­mişdir. Ən qədim petroqliflər yeni eradan əvvəl 10-8-ci minilliklər, ən ge­c­ləri isə orta əsrlərə aid edilir. Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları, Yazılı təpəsi və ətraf ərazilər də daxil olmaqla, 1967-ci ildə burada “Qobustan” Dövlət Tarix-İncəsənət Qoruğu yaradılmışdır. Qoruğun ərazisində yerləşən qədim mə­dəniyyət abidələri UNESCO-nun ümumdünya mədəniyyət və təbiət irsi ob­yekt­ləri sıra­sında yer almış bəşəriyyətin ən qiymətli abidələri siyahısına salın­mışdır.
Dəlləkli (Masallı)
Dəlləkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 160 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Dəmirçi (Masallı)
Dəmirçi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəmirçi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1918 nəfərdir (2009). == Din == Kənddə Dəmirçi kənd məscidi dini icması fəaliyyət göstərir.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Hişkədərə (Masallı)
Hişkədərə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2744 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsinin adındakı hişqə talış dilindəki "quru", "susuz" və Azərbaycan dilində dərə komponentlərindən ibarət olub, mənası Qurudərə kəndidir. == İnfrastrukturu == Kənddə XIV əsrə aid Nəzirə Xanım türbəsi, iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi, tunc dövrünə aid Qazaxantəpə, Qosatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları vardır. Hişkədərə və eləcə də Masallı tarixinin güzgüsü 1952-ci ildən kəndimizdə fəaliyyət göstərən Tarix-Diyarsünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Bütün bunlar Tarix-Diyarşünaslıq muzeyində muhafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur. == Şəkilləri == == Həmçinin bax == Jindi Kıncıvo Monidigah == İstinadlar == == Xarici keçidlər == Masallı Rayonu Hişkədərə Kənd Məscidi Dini İcmasının "facebook" səhifəsi.
Hosono Masabumi
Hosono Masabumi (yaponcaː 細野 正文; 15 oktyabr 1870, Niiqata prefekturası – 14 mart 1939, Yaponiya) — "Titanik" gəmisi batarkən xilas olan və gəmidə batanlarla qalmadığı üçün öz ölkəsində ostrakizmə (yunan sözü olub geniş mənada "ictimai qınaq", "təmizlənmək" mənasındadır) və ya murahaçibuya (村八分) məruz qalan yaponiyalı. == Haqqında == Hosono Masabumi 15 oktyabr 1870-ci il tarixində Yaponiyada anadan olub. Yaponiyanın nəqliyyat nazirliyində işləyən 41 yaşlı dövlət qulluqçusu Hosono 1910-cu ildə Rusiya İmperiyasına, buradakı yerli dövlət dəmiryolu nəqliyyatı sistemi ilə tanış olmaq üçün ezamiyyətə göndərilir. Hosono Yaponiyaya Avropa və Amerikadan qayıtmalı olur. Bir müddət o, Londonda qalır. 1912-ci il aprelin 10-da Hosono Southamptonda [saʊθˈ(h)æmptən] (Həmpşir, İngiltərə) 2-ci sinif bileti ilə "Titanik" gəmisinə minir. Aprelin 14-dən 15-nə keçən gecə, gəminin bort nəzarətçisi onu oyadaraq təxliyə xəbərini çatdırır. Olduğu yerdən, yəni ikinci sinif otağından artıq suya buraxılan xilasedici qayıqlara minmək üçün Hosono çata bilməyəcəkdi. Ona görə də nəzarətçi ona üçüncü sinif sərnişinləri üçün nəzərdə tutulan göyərtəyə getməyi təklif edir. Hələ xilasedici qayıqlara ancaq qadınlar və uşaqların minə bildiyi dramatik vəziyyətdə Hosono 10-cu (bəzi mənbələrə görə 13-cü) qayığa minə bilir.
Həsənli (Masallı)
Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2731 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və infrastrukturu == Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali-şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.
Kalinovka (Masallı)
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Kitao Masanobu
Santo Kyoden (山東 京伝, 13 sentyabr 1761, Kiba[d], Tokio – 27 oktyabr 1816) – Edo dövründə yaşamış Yaponiya yazıçısı, ukiyo-e sənətçisi, illüstrator, antikvar və mağaza sahibi. Əsl adı İvase Samuru (岩瀬 醒) olan Kyoden yaradıcılığında Kitao Masanobu (北尾 政寅) təxəllüsündən istifadə etmişdir. Əsasən kibyoşi və şarebon janrlarında yazsa da, kokkeybon, hanaşibon, qokan və yomihon janrlarında da əsərlər yaratmışdır. Bütün həyatını Edo şəhərində keçirmişdir. == Şəxsi həyatı == 1761-ci ildə Edo şəhərində bir lombardın oğlu kimi dünyaya gəlmişdir. Ev və terakoya təhsili almışdır. 29 yaşında Yoşivara rayonundan olan Okiku ilə evlənsə də, həyat yoldaşı 4 il sonra ölmüşdür. 1800-cü ildə ikinci dəfə evlənmiş, bu dəfə də həyat yoldaşını Yoşivara kurtizankaları arasından seçmişdir. İkinci həyat yoldaşı Yuri 1818-ci ildə ölmüşdür. Cütlüyün heç vaxt uşağı olmamışdır.
Kəlbəhüseynli (Masallı)
Kəlbəhüseynli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1315 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi kəbləhüseynli (Kərbəlayi Hüseyn şəxs adı ilə bağlıdır) nəsli tərəfindən salındığı üçün belə adlandırılmışdır. Oykonim Kəlbəhüseynli variantında da qeydə alınmışdır.
Ləngan (Masallı)
Ləngan — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 525 nəfərdir. == Toponimiyası == Biləsuvar çayının sahilində, Lənkəran ovalığında yerləşən bu kəndin əsasını XIX əsrdə Lənkəran qəzasında yaşayan Sığıncağ, Mollahəsənli, Xoşçobanlı və Ləngan tirələrinə ayrılan təklələrin Ləngan tirəsinə mənsub ailələr qoyduğu üçün kənd onların adı ilə adlandırılmışdır.
Lənkəran-Masallı seçki dairəsi
Masao Uçino
Masao Uçino (21 aprel 1934 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 3 qol vurub.
Masarena Candulfo
Masarena Candulfo (d. 3 noyabr 1993; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Masarena Candulfo Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Masarena Sans
Masarena Sans (20 noyabr 1996, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Masarena Sans Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Masarik Universiteti
Masarik Universiteti (çex. Masarykova univerzita; lat. Universitas Masarykiana Brunensis) — Çexiyanın Brno şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1919-cu ildə qoyulmuşdur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Masaru Uçiyama
Masaru Uçiyama (d. 14 aprel 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masaru İbuka
Masaru İbuka (井深 大, İbuka Masaru, 11 aprel 1908, Nikko, Yaponiya imperiyası[…] – 19 dekabr 1997[…], Tokio, Yaponiya) – Yaponiya biznesmeni və mühəndisi. == Həyatı == Masaru İbuka 11 aprel 1908-ci ildə Yaponiyada Tokio şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Masaru İbuka "Sony" şirkətinin qurucularından biridir. Masaru İbuka azyaşlı uşaqların tərbiyəsi və tədrisi üzrə yenilikçi konsepsiya yaratmış, uşaqların erkən inkişafına aid "Uşaq bağçası çox gecdir" adlı kitabın yazmışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Masato
Masato — Yaponiya adı. Masato Morişiqe — Yaponiya futbolçusu. Masato Kudo — Yaponiya futbolçusu.
Masato Kudo
Masato Kudo (6 may 1990, Suqinami, Tokio, Yaponiya – 21 oktyabr 2022, Miyazaki[d], Miyazaki, Yaponiya) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 2 qol vurub.
Masato Morişiqe
Masato Morişiqe (d. 21 may 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib, 2 qol vurub.
Masatoşi Koşiba
Masatoşı Koşıba (小柴 昌俊, Koşıba Masatoşı, 19 sentyabr 1926[…], Toyohaşi, Ayçi prefekturası – 12 noyabr 2020, Tokio) — 19 sentyabr 1926-cı ildə Toyohaşidə, Yaponiyada doğulan fizikdir. 5 oktyabr 1959-cu ildə Kyoko Kato ilə Tokioda evlənmişdir. 2002-ci ildə Pensilvaniya Universitetindən (ABŞ) Raymond Davis Jr. ilə kosmik neytronları kəşf edərək astrofizikaya verdikləri töhfələrinə görə Fizika üzrə Nobel mükafatını qazandı. Mükafatın yarısını rentgen şüalarının kosmik qaynaqları üzərində etdiyi kəşflə ABŞ Universitetlər Birliyinin idarəçiliyini edən Rikardo Giacconi ilə paylaşmışdır. == Təhsili == == Akademik karyerası == == Uğurları == == İstinadlar == == Xarici keçidlər == M. Koshiba Haberi İng. Masatoshi Koshiba Makaleleri İng.
Masayuki
Masayuki — ad. Masayuki Hisataka — "9-cu dan qara kəmər" sahibi Masayuki Okano — keçmiş Yaponiya futbolçusu. Masayuki (animator) — animator.
Masayuki Hisataka
Masayuki Kukan Hisataka (18 noyabr 1940, Monqolustan) — “9-cu dan qara kəmər” sahibi, Dünya Kosiki Karate Federasiyasının və Yaponiya Kosiki Karate-do Federasiyasının rəhbəri. == Həyatı == Masayuki Hisataka 18 noyabr 1940-cı ildə Mancuriyada anadan olmuş Masayuki Kukan Hisataka üç yaşında ikən karate zalına ayaq basıb, 15 yaşında karate üzrə “üçüncü dan qara kəmər” alıb. Tokio Nihon Universiteti İqtisad fakültəsində oxuyarkən, karate və cüdo dərslərinə hər gün 4–5 saat vaxt ayırıb. Yaponiyanın ən böyük universitetini başa vuran M.Hisataka təxminən bir il şirkətdə işlədikdən sonra Amerika Birləşmiş Ştatları hökumətinin dəvəti ilə karate və cüdonun inkişaf etdirmək üçün bu ölkəyə gedib. 1961–1962-ci ildə o, karate üzrə Yaponiya çempionu olub. 5 il ərzində Yaponiyada iştirak etdiyi bütün turnirlərdə qalib olub. Daha sonra Yaponiyadan ayrılan M.Hisataka ABŞ-də karate və cüdo üzrə dörd il məşqlər təşkil edib. Masayuki Hisataka Baltimorda keçirdiyi məşqlər zamanı, onun zalına tez-tez Brus Li də gəlirmiş. Daha sonra Kanada hökumətinin dəvəti ilə ABŞ-dən köçərək Kanadada çalışıb, Şorinzi-Rü Kenkokan Karate-do Federasiyasını yaradıb. Sensey Hisataka uzun illər Yaponiya Karate Federasiyasının (J.K.F.) idarə heyətində, eləcə də Dünya Karate-do Təşkilatları İttifaqının rəhbərliyində təmsil olunub.
Masayuki Okano
Masayuki Okano (d. 25 iyul 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.
Masazır
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun Masazır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Abşeron rayonunun Masazır kəndi Xırdalan qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Masazır kənd Soveti yaradılmışdır. == Toponimikası == Masazır oykonimi fars dilindəki masse – qum sözündən və məkan bildirən zar şəkilçisindən ibarət olub, "qumlaq, qum olan yer" mənasını bildirir. Yazılı mənbələrdə oykonimin Musazır, Musadır, Mostazxir variantlarına da rast gəlinir. Yerli əhali kəndin adını Məstanzor şəxs adı ilə də bağlayır. == Tarixi == Masazır kəndi 1913-cü ildə Bakı qəzasının Masazır kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə isə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Binəqədi dairəsinə tabe idi. 1929-cu ildə inzibati bölgü islahatlarında qəzalar ləğv edildikdən sonra Masazır Azərbaycan SSR Bakı Şəhər Sovetinin tabeliyinə verilmişdir. 1961-ci il inzibati bölgüsünə görə Masazır kəndi Azərbaycan SSR Bakı şəhəri, Kirov rayonu Xırdalan qəsəbə sovetinin tərkibində olmuşdur. 1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verilmişdir.

Digər lüğətlərdə