Material Ehtiyatları

istehsal mərhələsində istifadə olunan material dəyərlərinin ehtiyatıdır.
Material Dəyərləri
Material Ehtiyatlarının Dönərlilik Əmsalı
OBASTAN VİKİ
Material
Material — hər hansı bir əşyanın hazırlanmasında tətbiq olunan və ya hər hansı bir prosesə təsir edə biləcək maddə və ya maddələr birləşməsidir. Sonuncu halda material köməkçi və ya israf olunan materiallara bölünürlər. Qida, yanacaq və dərmanlar material sayılmırlar, çünki istismar prosesində onlar kimyəvi reaksiyaya girirlər və qismən və ya tamamilə yox olurlar. Qazları da çox vaxt materiallardan çıxarırlar. Materialın sürüncəkliyi — bərk cismin sabit yük və ya sabit mexaniki gərginlik altında zamandan asılı baş verən deformasiyasıdır. Bütün bərk cisimlər bu və ya digər şəkildə sürüncəklik xassəsinə malikdir. Metalların və digər materialların sürüncəkliyinin sistematik tədqiqi XX əsrin əvvəllərinə, əsasən də 40-cı illərinə təsadüf edir. Bu vaxtlar texnikanın inkişafı ilə əlaqədar buxar və qaz turbinləri pərlərinin, reaktiv mühərrik və raketlərin, müxtəlif konstruksiyaların disk elementlərinin sürüncəklik məsələlərinin həlli çox vacib idi. Detalların uzun müddət yüksək temperatur şəraitində yükə davamlı olmaları üçün yeni materiallar tələb olunurdu. Hesab edilirdi ki, sürüncəklik yalnız yüksək temperaturda baş verə bilər.
Dövlət Material Ehtiyatları Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: təbii materiallar (kvars, sumbata, korund, təbii almaz) və süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz). Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır. Təbiətdə rast gələn süxurlar və minerallar (kvars, sumbata, korund və almaz) aiddir. Kvars iri kristallı silisium 4-oksiddən ibarət olub aşağı kəsmə xassələrinə malikdir. Qum itiləyiciləri, bülöv daşları və pardax sumbata kağızı hazırlanmasında istifadə olunur. Sumbata və təbii korund alüminium oksidi kristallarından və (AL2O3) qatqılardan (sumbatada 25-30%, korundda 95%-ə qədər) ibarətdir. Sumbata qara və qara-boz, korund isə qəhvəyi rəngdədir.
Ağac (material)
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Gips (material)
Gips — inşaat materialı. Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Kompozit material
Kompozit material (kompozisiya materialı və ya birləşmə materialı da deyilir) əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətləri olan iki və ya daha çox tərkibli materialdan hazırlanmış və birləşdirildikdə əvvəlkindən fərqli xüsusiyyətlərə sahib bir məmulat istehsal edən bir materialdır. Kompozit materialları bir neçə komponentdən ibarət olan materiallardır. Adatən, kompozit material plastik bazadan (matrisadan) və ona əlavə möhkəmlik, sərtlik, yüngüllük və s. verən gücləndirici doldurucudan ibarət olur. İstifadə olunan materiallardan, onların miqdarından və istiqamətindən asılı olaraq kompozitlərin xüsusiyyətləri istənilən xassələri əldə etmək üçün dəyişə bilər.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Aqroiqlim ehtiyatları
Aqroiqlim ehtiyatları — dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir. Müxtəlif torpaq – iqlim şəraitinə malik olan ərazilərdə çoxsaylı tədqiqatçıların apardığı coğrafi və bioloji tədqiqatlar göstərir ki, havanın orta sutkalıq temperaturunun yazda O°C-dən yuxarı keçməsi ilə bir sıra bitkilərdə ilkin vegetasiya elementləri müşahidə edilir, payızda isə temperaturun həmin həddən aşağı keçməsi ilə bitkilərdə qış sakitliyi dövrü başlayır. Dağlıq ərazilərə doğru getdikcə ərazinin hündürlüyündən, yamacların makro- və eləcə də mikro istiqamətindən asılı olaraq temperaturun 0o-dən keçməsi tarixləri dəyişir. Yüksək dağlıq ərazidə (3000 m-ə qədər) havanın temperaturunun 0o-dən yuxarı keçməsi mayın ortalarına qədər baş verir.
Balıq ehtiyatları
Balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi. Ayrı-ayrı dəniz növlərinin ehtiyatları bir-biri ilə əlaqəli və kompensasiya yolları ilə "yüksələ və düşə" bilər. Məsələn, 1960-cı illərdə Atlantik okeanında mavi marlin şüaüzgəclisinin ovunda azalma müşahidə olunmuşdur. Bunun əvəzinə, yelkəntikən balıqların ovunda artım müşahidə olunmuşdur. Daha sonra 1970-ci illərin sonundan 1980-ci illərin sonlarına qədər yelkəntikən balıqların ovunda azalma yaşanmış, qılınc balıqlarının ovunda artım baş vermişdir. Nəticədə, marlinin ümumi ovlanma səviyyəsi kifayət qədər sabit qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Begg GA, Friedland KD and Pearce JB (1999) "Stock identification and its role in stock assessment and fisheries management: an overview." Fisheries Research, 43:1–8. Booke HE (1999) "The stock concept revisited: perspectives on its history in fisheries" Fisheries Research, 43 (1–3): 9–11. DOI:10.1016/S0165-7836(99)00063-6 Cadrin SX, Friedland KD and Waldman JR (2004) Stock Identification Methods : Applications in Fishery Science.
Göl ehtiyatları
Qızıl ehtiyatları
Qızıl ehtiyatları — dövlət pul qurumlarının nəzarəti altında yüksək likvidli aktivlər . Pul qızılından və xarici valyuta fondlarından, xüsusi çəkilmə hüquqlarından, BVF-dəki ehtiyat mövqeyindən ibarətdir. Xarici valyutada olan fondlara aşağıdakılar daxildir: nağd xarici valyuta; müxbir hesablardakı qalıqlar, o cümlədən qızılda bölünməmiş metal hesablar; 1 ilədək ilkin vadəsi olan əmanətlər, o cümlədən - qızıl depozitlər, əks geri satın alma müqavilələri çərçivəsində verilən kreditlər, * * xaricdəki mərkəzi banklarla, Beynəlxalq Hesablaşmalar Bankı və ən azı uzunmüddətli kredit reytinqi olan digər qeyri-rezident kredit təşkilatları ilə. "Fitch Ratings" və "Standard & Poor's" reytinq agentliklərinin təsnifatına görə "A" (və ya "Moody's" reytinq agentliyinin təsnifatına görə "A2"); "Fitch Ratings" və "Standard & Poor's" reytinq agentliklərinin təsnifatına əsasən "AA-" dan aşağı olmayan borc qiymətli kağızları (və ya borc qiymətli kağızları emitentləri) reytinqi olan qeyri-rezidentlər tərəfindən buraxılmış borc qiymətli kağızları »), Qeyri-rezidentlərə orijinal ödəmə müddəti 1 ilə qədər olan digər maliyyə tələbləri. Əvvəllər dövlət ehtiyatları qızılla yaradılmışdı, lakin Bretton Woods konfransı nəticəsində Amerika Birləşmiş Ştatları, ABŞ dolları və qızıla çevrilmə öhdəliyi ilə ABŞ dollarına dünya valyutası olaraq dəstək verdi. Qızıl Standartdan sərbəst konversiyaya keçmə müddətində ABŞ dolları qızılla birlikdə dünya pulu növünə çevrildi. Ardından, 1971-ci ildə Bretton-Vuds sisteminin çökməsindən sonra, ABŞ dollarının qızıla çevrilməsindən imtina etdi, lakin qlobal əməliyyatlarda ABŞ dollarının üstünlük payını nəzərə alaraq, ABŞ dolları əsas ehtiyat valyutası olaraq qalır və əksər mərkəzi banklar böyük valyuta saxlamağa davam edir ABŞ dollarındakı beynəlxalq ehtiyat həcmi. Dünyadakı beynəlxalq ehtiyatların valyuta quruluşundakı dəyişiklik göstərir ki, XX və XIX əsrin əvvəllərində ABŞ və Böyük Britaniya valyutalarını ən çox möhkəmləndirdilər. Yalnız avronun yaradılması ilə Avropanın aparıcı kontinental ölkələri Rusiyanın fəal şəkildə qarşı çıxdığı bu qədər həddindən artıq möhkəmlənmə meylinə müqavimət göstərə bildilər. Qeydlər: Çin məlumatları üç ayda bir yeniləyir.
Rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları— Rekreasiya ehtiyatlarına (istirahət) rekreasiya və turizmin təşkili üçün istifadə edilə bilən,nadir tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlər daxildir.Rekreasiya ehtiyatları dörd əsas qrupa ayrılır.Onlardan birincisi olan rekreasiya-müalicə ehtiyatlarına müalicə əhəmiyyətli mineral sular aiddir. İkinci qrupa rekreasiya-sağlamlıq sahələri daxil edilir.(çimərliklər). Üçüncü qrupa rekreasiya-idman mərkəzləri, məsələn, dağ-xizək idman mərkəzləri aid edilə bilər.Rekreasiya-tanışlıq obyektlərinə tarixi abidələr daxildir. Bir çox hallarda rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: 1. Təbii rekreasiya-turizm ehtiyatları istirahət,müalicə və turizm üçün istifadə edilir. Onlara okeanlar,dənizlər,çaylar və göllərin sahilboyu əraziləri,dağlar meşə massivləri,mineral suların mənbələri aiddir. Belə təbii landşaftlara yaxın istirahət,idmanla məşğul olmaq,ov etmək,balıq tutmaq üçün əlverişli imkanlar vardır. 2. Mədəni-tarixi obyektlərə tarixi, arxeoloji,şəhərsalma,arxitektura,incəsənət abidələri daxildir.Bu qrupa aid olan abidələrə Londonda Vestminster, Moskvada Kreml,Romada Kolizey,Hindistanda Tac-Mahaldır.
Əmək ehtiyatları
Əmək ehtiyatları — əmək bazarında işçi qüvvələrin ehtiyatları. Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
İstehsal ehtiyatları
İstehsal ehtiyatları — müəssisənin qəbul etdiyi, lakin hələ iş yerinə köçürülməmiş ehtiyatlar. Böyük Rusiya Ensiklopediyasının məlumatına görə, istehsal ehtiyatları müəssisəyə daxil olmuş, lakin hələ də iş yerlərinə köçürülməmiş xammal, materiallar, alınmış yarımfabrikatlar və komponentlər, yanacaq, alətlər və digər istehsal vasitələridir. Ehtiyatlar təbii və pulla ölçülən maddi ehtiyatların bir hissəsidir.
Kömür (qrafik material)
Qrafik material olan kömürlə çəkilmiş rəsm sənəti; Qurğuşun, kömür, qrafit kimi rəsm alətləri ilə çəkilmiş şəkildir. Təbiətdə olan bir çox materialına görə ən qədim sənət sahələrindən biridir. Təsviri sənətlərdə təhsilə və işə başlamaq üçün qrafik alət olan kömürlə çəkilmiş dizayn işlərindən istifadə edilir. Bununla birlikdə, Kömürlə çəkilmiş şəkillər özü bir sənət qolu olmuşdur. Ölçü şəkilə fərqli rənglər əvəzinə eyni rəngin fərqli tonları ilə verilir. Mənzərə, interyer, natürmort və abstrakt əsərlər kömür ilə çəkilə bilinsə də, daha çox portret şəklində istifadə olunur. Portretlərdə kömür və yağlı boya əvvəllər olduğu kimi bədii və ticarət dəyərini qoruyur. Eyni zamanda, digər texnikalardan daha asan və daha ucuz olması bu sahədəki həvəskar tədqiqat eskizlərini artırmışdır. Müxtəlif bədii baxışlara baxmayaraq kömür realizmin ən qalıcı texnikasıdır. Rəssamların fərqli üslublarına baxmayaraq, ən fərqli üslublar; ştrixləmə, cızma-qara, tonlamaq və kölgələndirmək.
Azərbaycanda su ehtiyatları
Azərbaycanda su ehtiyatları−Azərbaycanda 8359 çay var, onlardan ikisinin (Kür və Araz çaylarının) uzunluğu 500 kilometrdən artıqdır. Daha 22 çayın uzunluğu 101–500 km arasında, 40 çayın uzunluğu 51–100 km, 107 çayın uzunluğu isə 26–50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayı hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər Dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,36 km/km2 -dir. Azərbaycanın əsas transsərhəd çayları (21 çay) Kür, Araz, Qanıxçay, Qabırrıçay, Samurçay, Astaraçay çayları və Kür, Araz çaylarının qollarını təşkil edən, kiçik çaylardır. Respublikanın su obyektlərində — çaylarda, göllərdə və su anbarlarında stasionar hidroloji müşahidələr Milli Hidrometeorologiya Departamenti tərəfindən 59 hidroloji məntəqədə aparılır. Həmin məntəqələrdə təlimata uyğun olaraq su obyektlərinin vəziyyəti, suyun səviyyəsi, temperaturu, su sərfləri, dalğalanma və su rejiminin başqa elementləri üzərində standart hidroloji müşahidələr aparılır. Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir.
Azərbaycanın isti ehtiyatları
Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir Ərazinin isti ehtiyatları. Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir.
Qazaxıstanın əmək ehtiyatları
Qazaxıstanın əmək ehtiyatları — Qazaxıstan Respublikasında iqtisadi cəhətdən aktiv əhali sayındadır (Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin Statistika Komitəsi 2016-cı ildən bəri "işçi qüvvəsi" terminindən istifadə edir). 2017-ci ilin iyul ayı etibarilə Qazaxıstanda iqtisadi cəhətdən fəal əhali 9.032.075 nəfərdi (ümumi əhalinin təqribən 49% -i), bunlardan 8.515.900 nəfəri ("özünəməxsus işləyənlər" də daxil olmaqla) məşğul, 437.000 nəfəri isə işsizdir. İyul 2017-ci il tarixinə rəsmi işsizlik nisbəti 4.9% -dir. Çoxsaylı mütəxəssislər həqiqi işsizlik nisbətlərinin çox aşağı olduğunu iddia edirlər. Müstəqil iqtisadçı Rəhim Oşakbayevin hesablamalarına görə Qazaxıstanda həqiqi işsizlik 15% -ə çatır . Eyni göstəricilər "Strateji" ictimai fondunun sosioloqu Serik Beisembayev tərəfindən verilir; tədqiqatçıya görə, qeyri-rəsmi işləyənlərin üst və alt təbəqələri var. Birincilər şüurlu şəkildə qeyri-rəsmi bazarı seçirlər, əhalinin sosial cəhətdən həssas qruplarına aid deyillər və potensial olaraq qanuni əsaslarla işlədiklərindən daha yüksək əmək haqqı alırlar. Qeyri-rəsmi işləyənlərin aşağı təbəqəsi son dərəcə həssasdır; ixtisas çatışmazlığı və ya digər səbəblərdən qanuni əsaslarla iş tapa bilmirlər. Qeyri-rəsmi sektorda ümumiyyətlə az maaşlı işlərlə qarşılaşırlar. Təhsilin aşağı keyfiyyəti problemi var, gənclər arasında aparılan sorğular zamanı insanların iki ali təhsilli olduqları, amma diplom alaraq öz ixtisası üzrə işə düzələ bilmədikləri üçün taksi sürücüsü kimi işlədikləri hallar olmuşdur.
Karbon lifli süni material
Karbon lifli süni material kompozit material olub, karbon liflərinin karbon matrisinə daxil edilməsi ilə əldə olunur. Belə materiallara həm də öz lifləri ilə gücləndirilmiş materiallar deyilir. Lifin növü, onların orientasiyası, həcmi və kompozit materialın hazırlanma üsulu sərbəst seçilə bilər və karbon lifli materialın xassələrinin geniş spektrdə əldə olunmasına imkan yaradır. Karbon lifləri ilə gücləndirilmiş materiallara formavermə, süni materialların hazırlanma üsulu ilə oxşardır. Karbon liflər termiki bərkiyən birləşdirici maddələrdə batirıldıqdan sonra qat-qat dolanır və preslənir. Bu zaman piroliz prosesi baş verir. Birləşdirici maddə kömürləşir. Birləşdirici maddə çəkisini itirir və məsaməli kompozit material alınır (şəkil 1). Bu aralıq material yenidən mayeyə hopdurulur və karbonlaşdırılır. Bu proses bütöv bir material alınana qədər dəfələrlə təkrar olunur.
Dövlət Ehtiyatları Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Birləşmiş Millətlər Təşkilatının Balıq Ehtiyatları Sazişi
Birləşmiş Millətlər Təşkilatının Balıq Ehtiyatları Sazişi (BMTBES) və ya sadəcə Balıq Ehtiyatları Sazişi (formal olaraq Dəniz hüququ haqqında Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1982-ci il tarixli Konvensiyasının müddəalarının həyata keçirilməsinə dair Saziş) — geniş əraziləri əhatə edən və bir sıra dövlətlər üçün iqtisadi və ekoloji narahatlıq doğuran balıqçılıq ehtiyatlarının birgə idarə edilməsini gücləndirmək üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılmış çoxtərəfli müqavilə. 2016-cı ilin dekabrına olan məlumata görə, müqavilə 90 dövlət və Avropa İttifaqının daxil olduğu 91 tərəf tərəfindən ratifikasiya edilmişdir. Balıq ehtiyatları birdən çox eksklüziv iqtisadi zonadan keçir və ya orada olurlar. Saziş 1995-ci ildə qəbul edilmiş, 2001-ci ildə qüvvəyə minmişdir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrləri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrlərinin siyahısı — 28 aprel 1920-ci ildən sonra ölkədə sovet rejimi bərqərar olmuşdur, bu vaxtdan başlayaraq Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Xəzər dənizinin neft və təbii qaz ehtiyatları
Xəzər dənizi böyük həcmdə karbohidrogen ehtiyatlara malikdir. Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır. Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həmdə ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır. Xəzərdə neft hasilatının tarixi çox keçmiş dövrə gedib çıxır. Təxminən 2600 il əvvəl Xəzər sahilində yaşayan insanlar dənizə yaxın yerlərdən çıxan "yanan mayedən" kütləvi şəkildə istifadə edirdilər. Eramızdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndərin İrana hücumu zamanı Xəzər sahilində yaşayan insanlar onun qoşunlarının yerləşdiyi yerə hücum edərək əsgərlərin çadırlarını alışan maye ilə dolu qablarla oda qərq edirdilər. Bundan başqa, qaynar neft qalalarda müdafiə məqsədilə də istifadə olunur, hücum edən düşmən əsgərlərinin üstünə tökürdülər.
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Uşaq-gənclər idman məktəbi (UGİM) — öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamağa və yüksək səviyyəli idmançıların hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə edilməsinə yönəldən məktəbdənkənar, sosial yönlü müəssisə. Azərbaycan Respublikasında UGİM-in açılması bu aşağıdakı şərtlərlə həyata keçirilir: təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması; bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etmək üçün maliyyə vəsaitinin olması; açılması nəzərdə tutulmuş idman növü üzrə ixtisaslı məşqçi-müəllim kadrlarının olması. Vikianbarda Uşaq-gənclər idman məktəbi ilə əlaqəli mediafayllar var.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrlərinin siyahısı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrlərinin siyahısı — 28 aprel 1920-ci ildən sonra ölkədə sovet rejimi bərqərar olmuşdur, bu vaxtdan başlayaraq Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.