matqab 2021
matriarxat
OBASTAN VİKİ
Matra
Matra (Avstriya. Mátra) — Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Matra (dəqiqləşdirmə)
Matra — Şimali Avstriyada dağdır. Matra (şirkət) — Mərkəzi Fransada yerləşən keçmiş avtomobil və müdafiə sənayesi şirkəti idi. Matra (Formula-1 komandası) — 1965-ci ildə yaradılmış fransız avtomobil yarış komandası idi.
Matra (şirkət)
Matra (fr. Mécanique Aviation TRAction) — Mərkəzi Fransada yerləşən keçmiş avtomobil və müdafiə sənayesi şirkəti idi. Şirkət 1964-cü ildə yaradılmış və 1994-cü ildə ləğv edilərək Lagardère Qrupun bir hissəsinə çevrilmişdir.
Matra elektrik stansiyası
Matra elektrik stansiyası (mac. Mátrai Erőmű Zrt.) ― RWE-yə məxsus boz kömür üzərində işləyən elektrik stansiyası. O, Macarıstanın Matra şəhərinin dağları vadisində yerləşir. Onun quraşdırılmış gücü genişləndirilə bilən 950 meqavatta bərabərdir. Bura böyüklüyünə görə Pakş AES-dən sonra Macarıstanın ikinci ən böyük stansiyasıdır, ölkənin elektrik enerjisinin təxminən 15%-ni təmin edir. İstehsal idxal olunan yanacaqlardan deyil, yerli mənbələrdən tam təmin olunduğundan milli enerji sektorunun vacib sütunu sayılır. 2012-ci ildə Matra təxminən 8.4 milyon ton boz kömür istehsal etdi. 203 metr hündürlüyündə olan baca Macarıstanda 8-ci ən hündür tikilidir. == Tarixi == Elektrik stansiyası 40 ildən çox fəaliyyət göstərir. Boz kömür Visonta və Bükkabran karxanalarında çıxarılır.
Matra (Formula-1 komandası)
Matra (fr. Mécanique Avion TRAction) — 1965-ci ildə yaradılmış fransız avtomobil yarış komandası idi. Komanda Fransanın Champagne-sur-Seine (1965–1967), Romorantin-Lanthenay (1967–1969) və Vélizy-Villacoublay (1969–1979) əyalətlərində yerləşdirilmişdi. 1979-cu ildə Pejo tərəfindən satın alınaraq Automobiles Talbot adlandırıldı. == Yarış tarixi == Matra, 1960-cı ildə Avropa və Fransa çempionatında, Formula 3 və Formula 2 yarışlarında, monokoka əsaslanan MS5 modeli ilə uğur qazanmışdır. Komanda Formula 1 yarışlarına 1968-ci ildən qatılmağa başladı, nə zaman ki, Stewart komanda üçün ciddi rəqib idi. Matra komandası Parisin cənub-qərbində yerləşən Vézizy-Villacoublay əyalətində yaradılıb. Komandaya məxsus avtomobilin ən yenilikçi xüsusiyyəti aviasiya strukturlu yanacaq tanklarının istifadəsi idi. Bu onu digər şassilərdən daha yüngül 15 kg (33 lb) edirdi. 1970-ci ildə FIA (Beynəlxalq Avtomobil Federasiyası) bu texnologiyanın təhlükəli olduğunu hesab edərək istifadəsinə qadağa qoydu.
Matrakçı Nasuh
Nasuh bin Qaragöz bin Abdullah əl-Bosnavi (türk. Nasuh bin Karagöz bin Abdullah el-Visokavi el-Bosnavî, serb-xorv. Serbo-Croatian: Matrakčija Nasuh Visočak; 1480 – 1564) — miniatür sənətinin mahir ustası, tarixçi və riyaziyyatçı. Əsil adı Nasuh bin Karagöz bin Abdullah el-Bosnavi olsa da, tarix mənbələrində Matrakçı Nasuh kimi göstərilmişdir. Matrakçı Nasuh 1480-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ölüm tarixi haqqında müxtəlif fikirlər vardır. Katib Çələbi Matrakçı Nasuhun ölüm tarixi kimi 1533-cü ili göstərsədə, sonradan bu rəqəm öz təsdiqini tapmamışdır. Nasuh əfəndinin 1564-cü ildə vəfat etməsi barədə bəzi fikirlərdə vardır, ancaq fikirlərdə rəsmən təsdiqlənməmişdir. Matrakçı Nasuhun şəxsi həyatı barədə tarix mənbələrində məlumat azdır. Babasının əslən xristian olduğu, Osmanlı əsgərləri tərəfindən zorla müsəlmanlaşdırlması barədə əsaslı iddalar vardır.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.

Digər lüğətlərdə