Meyari-təriqət
Meyari-təriqət — bu əsər Seyid Yəhya Bakuvinin yazdırdığı təriqət ədəbidir.
Əsər haqqında bizə məlumat verən Ömər Fuadi əsəri bizə aşağıdakı kimi təqdim edir: "Seyid Yəhya Bakıda xalqı irşad edərkən Anadoluda irşada qabil bir çoxlarının olduğuna vaqif olub, eli-lədun və mərifətullahın orada qüvvət tapacağını, onların vasitəsilə bir çox insanın irşad olunacağını Allahın feyzi və ilhamı ilə bildirmişdir. O, olduğu yerdən durub, Anadoluya doğru üzünü tutmuş və oranın irşadı üçün dua etmişdir. Anadoludan gəln bir çox kimsə ona mürid olmuşdur."
Şeyx Şaban Vəlinin söylədiyi bir rəvayətdə qırxadək elmi təbəqədən olan şəxsin Anadoludan gələrək, Seyid Yəhyanın təriqətinə daxil olduqları bildirilir. Bu qırx alim-dərviş Seyid Yəhyanın icazəsi ilə hədis kitablarını araşdırmış, sünnə, müstəhab və ədəbə dair xüsusiyyətləri müəyyənləşdirib , Meyari-təriqət adı ilə dərvişlərin riayət edəcəkləri qaydalara dair bir əsər yazmışlar.
Tədqiqatçılar qeyd edirlər ki, ehtimal ki, bu yazlan təriqətnamə ərəb dilində olmuşdur. Sonradan sufi böyükləri tərəfindən türkcəyə tərcümə edilərək oxudulmuşdur. Hələlik məlum olan isə Seyid Yəhyanın yazdırdığı adı keçən "Meyar" silsiləsində ilk dəfə Ömər Fuadı tərəfindən türk dilinə tərcümə edilmişdir. Meyarii-təriqətin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanası, Əsəd əf.,25418-dədir.