mezolit

sif. arx. is. mésolithe f

meyvəli
mezozoy
OBASTAN VİKİ
Mezolit
Mezolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, boz, sarımtıl, cəhrayı, yaxud qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Şəffaflıq – şüşə, lifli aqreqatlarda–ipəyi; Parıltı – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari: Morfologiya – kristallar: prizmatik, iynəvari; İkiləşmə: həmişə {100} üzrə müşahidə edilir; Mineral aqreqatları: radial-şüalı, incəlifli, sıx və torpaqvari kütlələr, sferolitlər, druzalar. Çox vaxt effuziv süxurların–bazaltların və andezitlərin boşluqlarında qeyd edilir və adətən mezolit-skoletsit zonasında toplanır. Bəzi fonolitlərdə jeodalar şəklində rast gəlir. Siyenitlərdə, manqan və barium mineralları ilə sıx assosiasiyada – hidrotermal damarlarda tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: skoletsit, stilbit, geylandit, tomsonit, lomontit, analsim. Mineralın tapıldığı yerlər: Rusiya, Çexiya, Almaniya, Şotlandiya, İrlandiya, ABŞ, Kanada, Hindistan, Avstraliyada çoxsaylı yerlər. Azərbaycanda mezolitin tapıntıları Naxçıvan MR-nın, Dağlıq Talışın, Kiçik Qafqazın Ağcakənd və Qazax çökəkliklərinin, Gədəbəy, Göy-Göl, Goranboy və Laçın rayonlarının bəzi məntəqələrində qeyd edilmişdir. Azərbaycan mineralları.
Mezolit dövrü
Mezolit (yun. mezos - orta, litos - daş "orta daş")— Daş dövrü mərhələsi, orta daş dövrü. 100 min il bundan əvvəl başlayan soyuqlaşmanı 13 min il bundan əvvəl istiləşmə əvəz etdi; mezolit dovrünün inkişafı bu dövrdə yaşayan insan cəmiyyətlərinin proqresləri ilə müşahidə olunur. İnsanlar arasında münasibətlər, incəsənət, din, ənənə, qanun və qadağalar bu dövrün əsas xüsusiyyətlərindəndir.ox və kaman ixtira edildi, heyvanların daha uzaq məsafədən ovlanmasına imkan yarandı, ovçuluq təsərrüfatından (yığıcılıq, ovçuluq) istehsal təsərrüfatına (əkinçilik və maldarlıq) keçid başlandı; əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlandı, ən qədim əkinçilik məskəni 10 min il bundan əvvəl Ön Asiyada meydana gəldi; heyvanların əhliləşdirilməsinə başlandı; ibtidai heyvandarlığın əsası qoyuldu, yığıcılıqdan əkinçilik, ox və kamanın ixtirası nəticəsində qida ehtiyatı artdı və ibtidai maldarlığın əsası qoyuldu Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı abidələri əsasında öyrənilmişdir. Ox və kamanın yaranması ilə qida ehtiyatı artdı; Ox və kamanın yaranması ilə heyvanları daha asan ovluya bilirdilər; Ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdular; Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdilər; Incəsənətlə məşğul olurdu (qaya üstündə çəkilmiş müxtəlif rəsmlər ovsun, totem, dini ayinlər və ov səhnələri ilə bağlı idi); Axirət dünyasına inanırdılar (dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyurdu); Ox və kaman ixtira edildi; İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.

Digər lüğətlərdə