mina qatı

ру слой эмали en enamel layer de Lackschicht fr couche de vernis es capa de laca it strato di lacca
mikrodalğanın ötürülməsi
minalama, minalanma
OBASTAN VİKİ
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Ozon qatı
Ozon təbəqəsi — Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!". 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktorun" rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Qatı xəmrə
Qatı xəmrə – nəmliyi 48-50%, son turşuluğu: kəpəkli çovdar unundan hazırlandıqda 13-180N, kəpəksiz çovdar unundan hazırlandıqda isə 11-140N, “kürəciyin suyun üzünə çıxmasına” görə qaldırma qüvvəsi 18-25 dəq. olan qatı konsistensiyalı yarımfabrikatdır (fazadır).. Qatı xəmrə əvvəlcə becərmə dövründə, sonra istehsalat dövründə hazırlanır. Becərmə dövründə qatı xəmrə yalnız bir dəfə hazırlanır, sonrakı istehsalat dövründə isə təkrar istehsal olunaraq təzələndirilir və bu yolla fəal vəziyyətdə saxlanılır. Becərmə dövründə qatı xəmrə üç fazada hazırlanır: I fazada – mayalı xəmrə, II fazada – aralıq xəmrə, III fazada – əsas xəmrə. I fazanın xəmrəsi üç variantda hazırlanır. Birinci variantda mayaların və süd turşulu bakteriyaların təmiz kulturalarından, ikinci variantda quru laktobakterindən, üçüncü variantda isə əvvəl hazırlanmış istehsalat xəmrəsindən (yetişdirilmiş xəmrədən) və preslənmiş mayalardan istifadə edilir. I fazanın xəmrəsini hazırlamaq üçün mayaların və süd turşulu bakteriyaların təmiz kulturaları, yaxud əvvəl hazırlanmış istehsalat xəmrəsi və preslənmiş mayalar müəyyən miqdarda su və un ilə yoğrulur, qıcqırmağa qoyulur. Müəyyən qıcqırma müddətindən sonra I fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və II fazanın xəmrəsi alınır. Müəyyən qıcqırma müddətindən sonra II fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və III fazanın xəmrəsi alınır.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
Mina (ad)
Mina — ad. Mina Mazzini — səhnə adıyla Mina olan italyan müğənni.
Mina (diş)
Mina — dişi örtən parlaq qabiqdır Mina ən möhkəm hüceyrədir. Bu, onun tərkibinin 95%-nin qeyri-üzvi madələrdən təşkil olunması ilə izah olunur. Mina təbəqəsini tərkibində su 2-3%-dir ki, bu da digər orqanlardan ən az göstəricidir. Onu möhkəmliyi 397.6 kq/mm2-na çatır. Bu, ancaq almazın möhkəmliyindən bir qədər aşağıdır. Dişin mina qatının qalınlığı yerinə görə müxtəlifdir və 2 mm-ə qədər ola bilir.
Mina (dəqiqləşdirmə)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Mina dağı — Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Mina (diş) — dişlərdə xüsusi təbəqə.
Mina (obraz)
Mina Harker
Mina Harker (ing. Mina Harker) — Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Mina Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Mina Kösə
Mina Vasili oğlu Kösə (19 avqust 1933 – 25 noyabr 1999) — Qaqauz şairi. Qaqauz ədəbiyyatında didaktik şeirləri ilə tanınmışdır. Ömrünün çoxunu doğulub boya-başa çatdığı kənddəki məktəbdə öyrətmənliklə keçirən şair, bir ara məktəb direktorluğu, kolxoz-sovxozlarda partiya təşkilat katibi, Karaçoban adına Beşalma Tarix-Etnoqrafiya Muzeyinin direktoru da işləmişdir. Kişinyov Dövlət Universitetinin tarix fakültəsini bitirən Mina Kösənin ilk şeirləri 1959-cu ildə "Bucaktan sesler" toplusunda çap edilmişdir. 1973 ildə isə şairin "Kısmet" (Xoşbəxtlik) adlı ilk kitabı işıq üzü görmüşdür. Sovet təbliğatına ürəkdən inanan və xalqların xoşbəxtliyini kommunizmin dünyada qalib gələcəyinə, Sovet dövlətinin xalqları əsarətdən qurtaracağına ümid bəsləyən şair ömrünün sonunadək bu mövzuya sadiq qalmışdır. Moldova Yazıçılar Birliyinin üzvü olmuş Mina Kösə "Kardaşlık" (1975), "Zapax zemli" (1979), "Topraan yrek düülmesi" (Torpağın ürək döyünməsi, 1983), "Xazır ol" (Hazır ol, 1986), "Umutlar" (1988), "Dattım ömürden" (1991), "Sabansaarın gün" (1993) kitablarını çap etdirmişdir.
Mina Mazzini
Mina (25 mart 1940, Busto Arsizio, İtaliya) — italiyalı müğənni, aktrisa və televiziya aparıcısıdır. Sənətçi 3 oktava səsə sahibdir. 25 mart 1940-cı ildə İtaliyanın Lombardiya bölgəsində fəhlə ailəsində anadan olmuşdur. 1958-ci ildə liseyi bitirdikdən sonra, mühasibat ixtisası üzrə ali təhsil almışdır. 1958-c ildə yaz tətilində ailəsi ilə birlikdə istirahət edərkən, ailəsini əyləndirmək üçün "Un'anima tra le mani" mahnısını ifa etdi. Klubun sahibi Sergio Bernardini onu səhnəyə çıxartmaq üçün əlindən gələni edirdi. Həmin ilin sentyabr ayında Happy Boys-un bek-vokalçısı olaraq səhnəyə çıxdı və bununlada peşəkar karyerasına başlamışdı. 1958-ci ilin sentyabr ayında "Rivarolo del Re" teatrının 2500 nəfərlik salonda konsert vermişdir. İlk sinqlı "Non partir"/"Malatia"-nı təqdim etmişdir. Həmin il "Be Bop A Lula"/"When" sinqlını da təqdim etdi.
Mina Qazi
Mina Qazi, Xanım Mina (d. 1908 - ö. 17 fevral 1998, Mehabad, İran ), Qazi Məhəmmədin (Mehabad Respublikasının prezidenti) sələfinin həyat yoldaşı idi.
Mina Quliyeva
Quliyeva Mina Əliqulu qızı — Alim, pedaqogika elmləri namizədi, fransız dili tədrisi metodikası problemlərinin tədqiqatçısı, tədqiqatçı alim. 1925-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Mina Əliqulu qızı Quliyeva, yüksək “müəllimə” adı ilə tanınırdı. Atası, Əliqulu Quluzadə Azərbaycan dili müəllimi idi. Orta təhsilini əsasən, Bakının 16 nömrəli rusdilli məktəbində almışdı. 1946-cı ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji Institutunun xarici dil fakultəsinin fransız dili şöbəsini əla qiymətlərlə, o vaxt ən yüksək hesab edilən “Stalin təqaüdü” ilə, iki ixtisas üzrə (“Orta məktəb Fransız dili müəllimi” və “Hərbi tərcüməçi”) bitirdi. Institutu hərbi tərcüməçi kimi bitirdikdən sonra ona leytenant rütbəsi və hərbi bilet verildi. Mina xanım uzun illər respulikanın ali məktəbləri: V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Müəllimlər Xarici dillər İnstitutunda, M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fransız dili müəllimi vəzifəsini və eyni zamanda müxtəlif illərdə kafedra müdiri, dekan, prorektor vəzifələrini də icra etmişdir. Mina xanım 1953-cü ildə Pedaqoji elmlər namizədi dərəcəsi, 1965-ci ildə Fransız dili kafedrasının dosenti adını almışdır. Işlədiyi illər ərzində təhsilini təkmilləşdirmək məqsədi ilə və Respublika ziyalısı kimi Moskva, Paris, Strasburq, Dakar və digər şəhər və ölkələrdə olmuşdur.
Mina Sandvoll
Mina Sandvoll (ing. Mina Sundwall; 23 oktyabr 2001, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. Sandvoll 24 oktyabr 2001-ci ildə Nyu-York şəhərində anadan olmuşdur.[mənbə göstərin] İlk dəfə aktrisa olaraq 2012-ci ildə "Celebrity Ghost Stories" qorxu teleserialının 4-cü mövsümündə görünmüşdür. 2014-cü ildə "Law & Order: Special Victims Unit" filmində çıxış etmişdir. 2015-ci ildə isə romantik komediya-dram janrında "Maggie's Plan", triller janrında "Freeheld" və qorxu janrında "#Horror" filmlərində yer almışdır. 2018-ci ilin aprel ayında buraxılan Netflix serialı "Lost in Space"də Penni Robinson rolunu canlandırmışdır.
Mina Tanaka
Mina Tanaka (d. 28 aprel 1994) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 14 qol vurub.
Mina dağı
Mina dağı – Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Dini kitablarda bu dağın adına rast gəlinir. Bu kitablarda deyilir ki, İbrahim Peyğəmbər (ə.s) oğlu İsmaili Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Həcc ziyarətinə gedən zəvvarlar zilhiccənin 10-12-də Minada qalırlar. Həcc ziyarətinin rükünlərindən olan böyük, orta və kiçik cəmərələrə daş atma, eləcə də qurban kəsmə əməllərini burada yerinə yetirirlər.
Mina gəmisi
Mina gəmisi — minaları təmizləmək üçün hazırlanmış kiçik bir hərbi gəmidir. Onun əsas vəzifəsi müxtəlif mexanizmlərdən istifadə edərək nəqliyyat təhlükəsizliyi üçün su yollarının təhlükəsizliyini təmin etmək məqsədilə dəniz minalarının yaratdığı təhlükələrə qarşı mübarizə aparmaqdır.
Mina lobata
Ipomoea lobata (lat. Ipomoea lobata) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Mina Əhədi
Mina Əhədi (farsca:مینا احدی) — əslən İran azərbaycanlılarından olan siyasi aktivist. Hal-hazırda İran Fəhlə-Kommunist partiyasının Mərkəzi Komitəsinin və Siyasi Büronun üzvüdür. 1956-cı ildə Cənubi Azərbaycanda Əbhər şəhərində anadan olmuşdur. Həyat yoldaşı da siyasi aktivist olmuş və İran İslam Respublikası tərəfindən cütlüyün məxsusi olaraq evlilik ildönümü tarixində edam edilmişdir. Bu hadisə Mina Əhədinin edam hökmünə qarşı sonrakı mübarizəsinin əsas motivasiya qaynağı olmuşdur. O, hal-hazırda Almaniyada yaşayır və işləyir. 2 qız övladı vardır. Mina Əhədi inanc əsaslı qanunlar sisteminə qarşıdır və bütün vətəndaşların bərabər olacağı hüquq sistemini dəstəkləyir. Bundan əlavə Mina Əhədi Edam Əleyhinə Beynəlxalq Komitənin və Daşlama (Rəcm) Əleyhinə Komitənin əsas simasıdır. O, həmçinin Almaniya Keçmiş Müsəlman Mərkəzi Şurasının əsas qurucusudur.
Əbu Mina
Əbu Mina (qibt. ⲁⲃⲃⲁ ⲙⲏⲛⲁ, ərəb. أبو مينا‎ ) — İsgəndəriyyədən təqribən 50 km (31 mil) cənub-qərbdə, Misirdə bir şəhər, monastır kompleksi və xristian ziyarətgah mərkəzi idi. Şəhərin qalıqları 1979-cu ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu günə gəlib çatan çox az qalıq olsa da, böyük bazilikalar kimi ən böyük binaların təməlləri asanlıqla görünməkdədir. Bölgədəki son kənd təsərrüfatı səyləri su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və bu da ərazinin bir sıra binalarının dağılmasına və ya qeyri-sabit vəziyyətə düşməsinə səbəb oldu. Ərazi 2001-ci ildə Təhlükədə olan Dünya irsi siyahısına əlavə edildi. Səlahiyyətlilər ərazidə ən çox təhlükə altında olan binaların altına qum yığmağa məcbur oldular. İsgəndəriyyəli Müqədddəs Mina 3-cü əsrin sonu və ya 4-cü əsrin əvvəllərində şəhid oldu. 5-ci əsrdə və sonrakı müxtəlif hadisələrdə onun dəfn edilməsi və kilsəsinin sonrakı qurulması ilə bağlı bir qədər fərqli versiyalar verilmişdir.
Mina Vitkoits
Mina Vitkoits (a.sorb Mina Witkojc, alm. Wilhelmine Wittka‎;28 may 1893 – 11 noyabr 1975) — şairə, nasir, tərcüməçi, jurnalist və publisist. Aşağı Sorb şairi Mato Kosyk ilə yanaşı, o, Aşağı Sorbca poeziyasının klassiki hesab olunur. Yakub Çişinski adına mükafat laureatı. O, 1893-cü il mayın 25-də Burq şəhərində Fritso Polenets və Marianna Vitkoytsun kəndli ailəsində anadan olub. Ailəsin uşaq olarkən itirib. 1899-1907-ci illərdə Burqda orta məktəbdə oxuyub. 1907-ci ildən Berlində 10 il qulluqçu, çiçəkçi və hərbi sənaye müəssisəsində çalışmışdır. 1917-ci ildə doğma şəhərinə qayıdıb, burada kənd təsərrüfatında muzdlu işçi kimi işləməyə başlayıb. 1921-ci ilin avqustunda o, bir qrup Çex və Yuxarı Sorb ziyalılarla tanış olur və bu, onu Sorblar arasında mədəni fəaliyyətlə məşğul olmağa ruhlandırır.
Qatı yanacaqlı raket mühərriki
Qatı yanacaqlı raket mühərriki — yanacaq və oksidləşdiricisi qatı fazda olan bir raket mühərriki növü. Hərbi raket sistemlərində, peyk buraxma sistemlərində və təhlükəsizlik yastıqlarında istifadə olunur. Çinlilər tərəfindən hazırlanmışdır.
Firudin bəy Mina
Mina Firudin bəy Avşar (?-1819) — azərbaycanlı şair. Firudin bəy Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında yazır: "Fətəli xan Avşar Urməvinin qulamzadələrindəndir. Isfahanda uşaqlığında Fətəli xanın oğlanları Rəşid bəy və Cahangir xanla bir yerdə böyüyüb, boya-başa çatmış, bu ölkədə Dərviş Məcid, Azər, Hatif, Səbahi, Aşiq və Müştaq kimi şeir və ədəbiyyat sevən şəxslərdən tərbiyə alıb, görkəmli şeirşünas və söz ustası olmuşdur. onun bir sıra gözəl məzmunlu və məlahətli şeirləri vardır. Firidun bəy bir müddət İsfəhanda müəllifin ("Nigaristan-Dara əsərinin müəllifinə işarədir) yanında olmuş, daha sonra Azərbaycana, Urmiya şəhərinə gəlib, Hüseynqulu xan Bəylərbəyi Avşarın yanında xidmət etmiş və hicri qəməri 1235 (1819)-ci ildə orda vəfat etmişdir. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: "Şuşa", 2008, 352 səh.
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.