moğol
moher
OBASTAN VİKİ
Moğollar (icma)
Moğollar (fars. مغول‎; hind. मुग़ल/مغل‎) — orta əsrlərdə Moğolustandan Hindistana gəlmiş türk-monqol mənşəli xalqların nümayəndələri. Onlar əsasən Pakistan və Şimali Hindistanda yaşayırlar. "Moğol" adı monqol deməkdir.
Moğollar (xalq)
Moğollar (monq. могол) — Əfqanıstanda yaşayan monqol mənşəli kiçik xalq. Bir qismi monqol dilinin arxaik dialektində, qalanları isə dari dilində danışır. Dindarları müsəlmandır. Жуковская Н. Л. Моголы // Народы мира: Историко-этнографический справочник / Глав. ред. Ю. В. Бромлей; Институт этнографии АН СССР имени Н. Н. Миклухо-Маклая. — М.: Советская энциклопедия, 1988. — С. 305—306. Кисляков В. Н. Хазарейцы, аймаки, моголы (к вопросу об их происхождении и расселении) // Советская этнография.
Böyük Moğollar impereiyası
Böyük Moğol İmperiyası (fars. گورکانیان‬‎, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت‬, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند‎, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1859-cu illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Moğollar (musiqi qrupu)
Moğollar, 1967-ci ildə İstanbulda qurulmuş türk rok qrupu. Murad Səs və Əziz Azmet tərəfindən qurulan qrup 1960-1970-ci illərdə buraxılan albomları ilə şöhrət qazanır və Anadolu rokun inkişafında önəmli rol oynayır. İlk 45lik valları “Eastern love/Artıq çox gec” 1967-ci ilin fevralında çıxdı. Eyni il Qızıl mikrafon yarışmasına qatıldılar və “Ilgaz” adlı mahnı ilə üçüncü oldular. 1969-cu ildə musiqilərinə Anadolu Pop adını verdilər. 1970-ci ilin sonunda Parisə getdilər və burada CBS firması ilə çalışdılar. 1971-ci ildə çıxardıqları "Academie Charles Cros" albomu Böyük Val mükafatına layiq görüldü. Daha sonra Türkiyədə Barış Manço, Cem Karaca və Selda Bağcan kimi müğənnilərlə ortaq işlər gördülər. Qrup 1972-ci ildə dağıldı. 1992-ci ildə bir televiziya proqramında Moğolları görərək təsirlənən Ləman dərgisinin rəssamlarından Kaan Ertem “Moğallar təkrar bir araya gəlsin” imza kampaniyası keçirdir və kampaniya daxildi 4000-dən çox imza toplayır.
Moğolların Qəndəhar mühasirələri
Moğolların Qəndəhar mühasirələri — Səfəvi−Moğol müharibəsi (1649-1653) zamanı moğol qüvvələri 3 dəfə Qəndəharı mühasirəyə almışdır. 3 mühasirədə moğollar üçün uğursuzluqla nəticələnmiş və Səfəvi ordusu qalib gəlmişdir.Beləliklə, moğolların Qəndəharı ələ keçirmə istəkləri baş tutmamışdır. XVII əsrin ortalarında Səfəvi imperiyası ilə Moğol imperiyası arasında ərazi münaqişələri meydana çıxdı. Bu münaqişələrin meydana çıxdığı ərazilər müasir Əfqanıstan ərazilərini təşkil etməkdədir. Kabul və Qəndəhara nəzarət edən dövlətin bütün regiona nəzarət etdiyi hesab edilirdi. 1630-cu illərdə Qəndəhar şəhərini idarə edirdisə, moğollar da Kabil şəhərini idarə edirdilər. Münaqişəyə yol açan əsas dəyişiklik isə 1638-ci ildə baş verdi. Beləki, Səfəvlərin Qəndəhardakı hakimi Əli Mərdan xan öz dövlətinə xəyanət edərək moğollara sığındı və şəhərin idarəetməsini onlara verdi. Bundan sonra iki imperiya arasında münasibətlər pozuldu. This event provoked further tensions between the two empires.

Digər lüğətlərdə