molyusk
Mon-dö-Marsan
OBASTAN VİKİ
Moment
Moment — mexanikada tətbiq nöqtələri və istiqamətləri eyni oxdan meyillənən eyni qiymətli qüvvələr tərəfindən yaradılan fırlanma təsiridir. Qüvvələrin istiqamət xətləri arasındakı məsafəyə qüvvə qolu deyilir. Momentin qiyməti qüvvə ilə onun qolunun hasilinə bərabərdir. Momentin xüsusi halı olan dönmə momenti fırlana bilən cismə təsir edir. Bunu düzxətli hərəkət edə bilən cismə qüvvə təsiri ilə də müqayisə etmək olar. Bu zaman qüvvənin təsirindən cism fırlanma oxu ətrafında dönərək təcillənir. Dönmə momentinin vahidi N . m {\displaystyle N.m} -dir. O bu düsturla tapılır: M → = r → × F → {\displaystyle {\vec {M}}={\vec {r}}\times {\vec {F}}} – Moment vektoru Moment = Qol x Qüvvə Dömnə momentinin istiqaməti təsir edən qüvvəyə perpendikulyar olub sağ əl qaydası ilə tapılır. Əgər sağ əl ilə qüvvə vektorunu tutsaq və yuxarıya qaldırılmış baş barmaq bununla üst-üstə düşərsə onda dolanmış barmaqlar momentin istiqamətini göstərmiş olarlar.
Grab the Moment
Grab the Moment (azərb. Anı tut‎) — Norveçin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Norveçli duet JOWST və Aleksandar Valmann "Grab the Moment" mahnısı ilə Norveçi Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi və sözləri Yoakim Uid Stin (JOWST) və Conas MakDonnell tərəfindən bəstələnmişdir.
In This Moment
In This Moment — Amerikan Alternativ metal qrupu. == Tarixi == 2005-ci ildə Maria Brink və gitarist Chris Howorth tərəfindən yaradılmışdır. Daha sonra qrupa zərb alətləri üçün Jeff Fabb, gitarist Blake Bunzel ilə bas gitarist Josh Newell qrupa qatıldı. Qrup ilk demo sinqllarını MySpace, musiqi şəbəkəsin də yaymağa başladı. In This Moment-in ilk studio albomu "Beautiful Tragedy" 2007-ci ildə bıraxıldı. Bir sonrakı il isə qrupun ikinci studio albomu "The Dream" adlı albom diskləri ABŞ-də geniş şəkildə satılmağa başladı. 2010-ci ildə isə "A Star-Crossed Wasteland" adlı albomları çıxdı. Bu albomdan sonra In This Moment 2012-ci il avqustun 14-də "Blood" adlı albomları bıraxıldı.
Moment maqnitud şkalası
Moment maqnitud şkalası (ing. Moment magnitude scale) — zəlzələ əsnasında yaranan enerjini ölçməyə yarayan sistem. Bu şkala 1979-cu ildə Thomas C. Hanks və Hiroo Kanamori tərəfindən yaradılıb və Rixter şkalasının yerini alıb . Moment maqnitud ( M w {\displaystyle M_{\mathrm {w} }} ) ölçüsüz bir rəqəmdir və riyazi formulu aşağıdakı kimidir: M w = 2 3 ( log 10 ⁡ M 0 N ⋅ m − 9.1 ) = 2 3 ( log 10 ⁡ M 0 d y n ⋅ c m − 16.1 ) {\displaystyle M_{\mathrm {w} }={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {N} \cdot \mathrm {m} }}-9.1\right)={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {dyn} \cdot \mathrm {cm} }}-16.1\right)} Düsturdakı M 0 {\displaystyle M_{0}} seysmik momentdir və istinad moment olaraq nyuton metr ([N · m]) istifadə edilir. [mənbə göstərin] Loqarifm bir miqyas olan moment maqnitud şkalasında ​1 vahid artım, alınan enerjinin 101.5 = 31.6 dəfə artmasına bərabərdir. Eynilə, 2 vahid artım, alınan enerjinin 103 = 1000 qat artması deməkdir. Yuxarıda göstərilən düsturdakı sabitlər elə seçilmişdir ki moment maqnitud şkalasının Rixter şkalası (Richter), ML kimi digər şkalalarla yaxın dəyərlər verir.
Sword Art Online: Infinity Moment
Sword Art Online: Infinity Moment (ソードアート・オンライン -インフィニティ・モーメント-, Sōdo Āto Onrain: Infiniti Mōmento) — Sword Art Online ranobe seriyasına əsaslanan 2013-cü il istehsalı videooyun. Videooyun Yaponiyada PlayStation Portable platforması üçün 14 mart 2013-cü ildə həm məhdud, həm standart nəşrdə buraxılmışdır. Sikvel oyunu "Sword Art Online: Hollow Fragment" (PlayStation Vita) oyununa bu oyunun bütün məzmunu daxildir. == Geympley == Geympleyin MMORPG oyunlarınkına çox bənzərdir, lakin oyun onlayn deyil. Oyunda silahlar almaq və inkişaf etdirmək, missiyalara getmək, digər personajlarla qrup şəklində döyüşmək mümkündür. Baş qəhrəman Kirito qılınclar və baltalar kimi 10 cür silah gəzdirə bilər. == Məzmun == Oyunun məzmunu orijinal hekayənin birinci arkından sonra baş verən alternativ hekayə haqqındadır. Hitklifi məğlub etmələrinə baxmayaraq Kirito və digər personajlar Sword Art Online oyununun içərisində qalırlar və digər VMMORPG oyunçuları (ikinci və üçüncü arkların personajları Lifa və Sinon kimi) özləri bu oyuna daxil olurlar. == İstehsal == Oyun 14 mart 2013-cü ildə Yaponiyada PlayStation Portable platforması üçün buraxılmışdır. 2014-cü ilin iyununda Bandai Namco Games oyuna yeni oyun modu əlavə etmişdir.
İmpuls momenti
İmpuls momenti — maddi nöqtənin O fırlanma mərkəzinə nəzərən impuls momentinin modulu, onun impulsunun modulu ilə çevrənin radiusu hasilinə bərabərdir, L=pr=mυr. BS-də impuls momentinin ölçü vahidi-1kqm2/san-dir. İmpuls momenti vektotrial kəmiyyətdir və onun istiqaməti sağ yivli burğu qaydasıilə təyin olunur:Burğunun dəstəyini zərrəciyin hərəkəti istiqamətində fırrlatdıqda,onun irəliləmə istiqaməti impuls momenti vektorunun istiqamətini göstərir. Fırlanma hərəkətinin tənliyi ΔL/Δt=M şəklində yazırlar. Burada M zərrəciyə təsir edən qüvvə momentidir. Həmin tənliyə görə,zərrəciyin impuls momentinin vahid zamanda dəyişməsiona təsir edən qüvvə momentinə bərabərdir. M=0 -dırsa ΔL/Δt=0 və L=const. Bu,İmpuls momentinin saxlanma qanunu-dur: Qapalı sistemdə baş verən istənilən proses zamanı onun impuls momenti sabit qalır. İmpuls momentinin saxlanma qanunu fəzanın izotropluğu ilə əlaqədardır. Yəni qapalı sistemi fəzada müəyyən bucaq qədər fırlatdıqda onun fiziki xassələri dəyişmir.
Momentum Hərəkatı
Momentum Hərəkatı (mac. Momentum Mozgalom) — Macarıstanın müxalif mərkəzçi liberal siyasi partiyası. Partiya Avropa üçün Liberallar və Demokratlar Alyansının Avropa partiyasının üzvüdür. Avropa Parlamentinin “Yeniləşən Avropa” qrupunun üzvüdür. “Macarıstan üçün dialoq” sol-yaşıl partiyası kimi Ukraynanı cəsarətlə dəstəkləyir. Momentum Hərəkatı Budapeştin 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda seçkilərdə iştirakına qarşı imza toplamaq üçün uğurlu kampaniyaya başlayıb. Hərəkat 260 min imza toplayıb ki, bu da referendumun təşkili üçün minimum həddi keçib. Bundan sonra, 2017-ci ilin fevral ayının sonunda səlahiyyətli orqanlar ərizəni geri götürüb. Partiya 2017-ci ilin martında təsis edilib. Partiya 2018-ci il aprelin 8-də keçirilən parlament seçkilərində iştirak edib.

Digər lüğətlərdə