monadologiya
monaxlıq
OBASTAN VİKİ
Həsən Monax
Həsən Monax (doğum və ölüm tarixləri bilinmir) — 1142–1182-ci illərdə hakimiyyətdə olmuş Xaçın knyazı, sərkərdə. Kürike Baqratuninin qızı Mamaxatunla evlənmiş və altı övladı olmuşdur. Onun hakimiyyətinə Aterk, Ləv qalası, Xaçın qalası və Ablaqaxaç əraziləri daxil idi. Alban Arranşahlari sülaləsindən olan Həsən Monax, Vaxtanq Səkərin oğludur. 1142-ci ildən Xaçın ərazisini idarə etmişdir. 1182-ci ildə hakimiyyəti böyük oğlu Vaxtanq Talavoraza verərək qardaşı Qriqorisin rahib kimi xidmət etdiyi Xudavəng monastırına çəkilmiş və ömrünün sonuna kimi rahib həyatı yaşamışdır. Hələ hakimiyyətdə olduğu dövrdə o, Xudavəng monastırında geniş quruculuq işləri aparmışdı.
Marmota monax
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Monax suitiləri
Monax suitisi
Monax Avel
Monax Avel (rus. Монах Авель) və ya Vasili Vasilyev (rus. Василий Васильев; 18 mart 1757, Tula vilayəti[d], Moskva quberniyası[d] – 29 noyabr 1841, Suzdal, Vladimir quberniyası[d]) — Rusiya pravoslav rahibi, falçısı. O, bəzi mənbələrə görə, XVIII əsrin ikinci yarısında və sonrakı əsrlərdə bir sıra tarixi hadisələri, o cümlədən II Yekaterinadan başlayaraq Rusiya avtokratlarının ölüm tarixlərini və şərtlərini, sosial sarsıntıları və müharibələri proqnozlaşdırmışdır. == Həyatı == Kəndli ailəsindən gəlir. İmperatriça II Yekaterinanın və imperator I Pavelin ölümünün günləri və hətta saatları, Napoleonun Rusiyaya hücumu və Moskvanın yandırılmasını proqnozlaşdırdığına förə dəfələrlə həbs olunmuşdur. Ümumilikdə 20 ilə yaxın həbsxanada yatmışdır. İmperator I Nikolay Pavloviçin əmri ilə Suzdalda Müqəddəs Yevfim monastırında həbs edilmiş və orada vəfat etmişdir. 1875-ci il üçün "Russkaya starina" jurnalında Avelin məktublarından, "Həyatından" və "çox dəhşətli kitablarından" parçalar dərc edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авель.
Monax suiti
Monax suiti (lat. Monachus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Bu cins üç növə bölünür: Monachus monachus|Adi monax suitisi; Monachus schauinslandi|Havay monax suitisi; Monachus tropicalis|Karib monax suitisi. Bu cinsə daxil olan üç növün üçüdə Qırmızı kitaba daxil edilmişdir. Onların sayı olduqca azdır. Monax suitilərinin sayı bəzi mənbələrdə 500–5000, Havay monax suitilərinin sayı isə 700–1000 baş olaraq qiymətləndirilir.
Monax suitilər
Monax suitilər (lat. Monachinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Havay monax suiti
Karib monax suiti
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.
Adi monax suitisi
Adi monax suitisi (lat. Monachus monachus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Türkiyədə (Foça), Yunanıstanda, Tunisdə, Mərakeşdə və İspaniyada yayılmışdır.
Havay monax suitisi
Havay monax suitisi (lat. Monachus schauinslandi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. == Xariçi görünüşü == Uzunluğu 225 sm, rəngi isə tünd qəhvəyi və ya tünd boz-qəhvəyi olur. Dişilər isə nisbətən açıq rəngdə olurlar. Erkəklər bir qayda olaraq dişilərdən iri olur. == Yayılması == Havay suitiləri Havay adalarının şimal-qərbdə yerləşən atol atol adalarında yayılmışdır. Əsasən Kure, Perl end Hermes, Frenç Friqat Şols, Miduey adalarında yaşayırlar. Əvvəllər isə hətta Kayay, Havay, Niihau, Oahu adaları sahilləri ərazisində də yaşayırdılar. 1958–1996-cı illərdə onların sayı 60% azalmışdır. 2004-cü ildə isə onların sayı 1400 başa çatmışdır.
Karib monax suitisi
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.