Üç muşketyor
Üç muşketyor(fr. Les Trois Mousquetaires)— Aleksandr Düma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış roman. Bu romanda XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və Qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edilir. Dartanyan başlıqda göstərilən üç muşketyordan biri deyil, muşketyorlar onun dostları olan, hamı bir nəfər üçün, bir nəfər hamı üçün ("tous pour un, un pour tous") şüarı ilə yaşayan ayrılmaz dostlar Atos, Portos və Aramisdir.
Dartanyanın hekayəsi İyirmi il sonra və Vikont de Brajelon:On il sonra romanlarında davam edir. Düma tərəfindən yazılmış bu üç roman birlikdə Dartanyanın romansları kimi tanınır.
Üç muşketyor ilk dəfə 1844-cü ilin mart iyul ayları arasında Fransanın Əsr (fr. Le Siècle) qəzetində ardıcıl formada nəşr olunub.
Aleksandr Düma Üç muşketyoru yazdığı vaxtlarda qılıncoynatma ilə məşğul olub və Cozef Çarlemont (fransız ordusunda ixtisaslı qılıncoynatma təlimçisi olub) Çarlz Lekour və Mişel Casseuxun Savate və Kan de Kombat dərslərində iştirak edib.
Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur.