MUXTAR

прил. автономный (пользующийся, обладающий автономией). Muxtar respublika автономная республика, muxtar vilayət автономная область, muxtar mahal автономный округ, muxtar müəssisə автономное предприятие
MUĞAYAT
MUXTARİYYƏT
OBASTAN VİKİ
Muxtar
Muxtar — Azərbaycan kişi adı və təxəllüs. Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor. Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri Muxtar İbadov — aktyor, inzibatçı. Yaşayış məntəqələri Muxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Mirzə Muxtar
Mirzə Muxtar Ağa Mirzə Əli Əsgər oğlu Məmmədov (ən tezi 1841 və ən geci 1859, Şuşa, Şuşa qəzası – təq. 16 yanvar 1929, Bakı) — Azərbaycanın ilk peşəkar aktyorlarından və Şuşada Azərbaycan teatrının yaradıcılarından biri, xanəndə, pedaqoq, musiqişünas. Mirzə Muxtar 1870–1883-cü illərdə Şuşada bir sıra tamaşaları səhnələşdirmiş, Gəncə və Tiflisdə müəllimlik etmiş, 1899-cu ildən isə Bakıda fərqli teatr truppalarında çıxış etmişdir. O, "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm" operalarında müxtəlif rolların ilk ifaçısı olmuşdur. Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Atası Mirzə Əli Əsgər Qarabaği xanəndə, tarzən və kamança ifaçısı olmuş, Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüşdür. Mirzə Muxtar ilk təhsilini elə atasının yanında almış, muğamları ondan öyrənmişdir. Onun doğum ili müxtəlif mənbələrdə 1841, 1842, 1852 və 1859 kimi verilmişdir. Mirzə Muxtar əvvəlcə mədrəsədə, iki il sonra isə türk-rus (rus-tatar) mütərəqqi məktəbində təhsil almış, fars və rus dillərini mənimsəmişdir. Yeniyetmə yaşlarından Azərbaycan və fars dillərində lirik şeirlər, qəzəllər müəllifi kimi tanınmışdır.
Muxtar Auezov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir. Qazaxıstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir. О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır.
Muxtar Avşarov
Muxtar Həsən oğlu Avşarov (15 fevral 1914, İrəvan – 6 dekabr 2004, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə köçüb. Amma orada çox qala bilmədiyindən ailə əvvəlcə Bakıya, sonra Gəncəyə köçüb. 1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmadığından boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir.
Muxtar Aymaxanov
Muxtar Rabatoviç Aymaxanov — (qaz. Мұхтар Рабатұлы Аймаханов, 1 yanvar 1967-ci il təvəllüdlü) - Yuri Qaqarin adına Kosmonavtlar Tədqiqat İnstitutu dəstəsinin sınaq kosmonavtı. Milliyyətcə qazax olan Aymaxanov 2012-ci ildən — Rusiya kosmonavt korpusuna yazılmaq və kosmik uçuşlar həyata keçirə bilməsi üçün Qazaxıstan Respublikasının vətəndaşlığını dəyişdirərək Rusiya Federasiyası vətəndaşlığını qəbul edir. Kosmik uçuşlarda təcrübəsi yoxdur, kosmonavtlar korpusunun ixtisaslaşması və təkmilləşdirilməsi qrupunda təlim keçir. S. I. Vavilov adına Təbiət və Texnologiya Elmləri Tarixi İnstitutunun elmi işçisidir. SSRİ, Qazaxıstan SSR-in Qızılorda vilayətinin, Cosalı kəndində anadan olmuşdur (indiki Qazaxıstan Respublikası, Qızılgül vilayəti). Məktəbdə oxuyarkən Alma-Ata uçan klubunda uçuş təlimini keçir. 1988-ci il Çerniqov Ali Hərbi Aviasiya Məktəbini bitirib "pilot-mühəndis" ixtisasına yiyələnir. 1988-ci ildən bəri SSRİ Silahlı Qüvvələrinin Hava Qüvvələri sıralarında, daha sonra Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrində ehtiyat kapitanı olaraq xidmət etmişdir. 1993-1998-ci illərdə hərbi xidmətdən ayrıldıqdan sonra Qazaxıstan Fond Birjasında, Orta Asiya Depozit Sistemi Altın-Kazna ASC, Terminal LLP, MAAGBOL LLP-də çalışıb.
Muxtar Babayev
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti. Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb.
Muxtar Bisavad
Muxtar Bisavad Kərpalı oğlu — şair. Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır. Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.
Muxtar Dadaşov
Muxtar Baba oğlu Dadaşov (11 sentyabr 1913, Bakı – 7 may 1998, Bakı) — Azərbaycan rejissoru, kinooperator, ssenarist, Azərbaycan SSR xalq artisti (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980). Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir. 7 may 1998-ci ildə vəfat etmişdir. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir.
Muxtar Hacıyev
Muxtar Hacı oğlu Hacıyev (dekabr 1876, Fərəhli, Qazax qəzası – 21 aprel 1938, Bakı) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (1921–1922). Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulmuşdur. 1897-ci ildən Bakıda fəhlə işləmişdir. Repressiya qurbanı olmuşdur. 1938-ci ildə ölmüşdür. Muxtar Hacıyev Hümmət Partiyasının üzvü, 1904-cü ildən etibarən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Muxtar Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olmuşdur. Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparmışdır. 1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək vermiş və qəzada Hümmət Partiyasının yerli şöbəsinin yaradıcılarından olmuşdur.
Muxtar Hüseynzadə
Muxtar Hüseyn oğlu Hüseynzadə (21 mart 21, 1900-cu il - 1985-ci il) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi. Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cu il martın 21-də Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olmuşdur. Onun gözünü açıb gördüyü və ilk uşaqlıq illərini keçirdiyi İranın vəziyyəti çox ağır idi. Muxtarın atası Hüseyn kişi böyük savadı olmasa da, çox maarifpərvər adam olduğu üçün oğlunu savadlı görmək istəyirdi, buna görə də 1910-cu ildə onu molla məktəbinə qoymuşdu. Getdikdə vəziyyətinin ağırlaşdığını görən Hüseyn kişi öz ailəsi və qardaşı Tağı ilə birlikdə minlərlə iranlı kimi Zaqavqaziyaya köçməyə qərar verir. 1913-cü ildə Muxtar Hüseynzadə ailəsi ilə birlikdə Quzey tərəfə gəlir. Əvvəlcə atası ilə birlikdə mis mədənində fəhlə işləyir. 1917-ci ildə o, Tiflis şəhərinə gəlir və müxtəlif yerlərdə fəhlə işləyir. O, savadını artırmaq üçün arzuladığı şəraiti məhz Gəncə şəhərinə köçdükdən sonra tapır. Bu dövrdə Azərbaycanda savadsızlığın ləğvi kursları yaradılırdı.
Muxtar Həmzəyev
Muxtar Həmzəyev — Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının rəhbəri, psixologiya elmləri doktoru, professor. Həmzəyev Muxtar Əliş oğlu 1929-cu ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. Əhmədli kənd yeddi illik kənd məktəbində təhsil aldıqdan sonra Laçın şəhərindəki pedaqoji məktəbi 1948-ci ildə fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. 1948-1952-ci illərdə həmin institutun Dil və Ədəbiyyat fakültəsinin məntiq və psixologiyası şöbəsində təhsil alıb. 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Pedaqoji İnstitutunun elmi şurasında müvəffəqiyyətlə müdafiə edərək,psixologiya ixtisası üzrə Pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdər. 1969-cu ilin aprel ayında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Azərbaycan Dili Orfoqrafiya və Durğu İşarələrinin mənimsənilməsi psixologiyası məktəbdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək o dövrdə Azərbaycanda ən gənc psixologiya elmləri doktoru olmuşdur. 11 İyun 1971-ci il tarixdə Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya kafedrası üzrə professor elmi adına layiq görülmüşdür. 1970-ci ildə Azərbaycanın “Qabaqcıl maarif xadimi”döş nişanı, 1989-cu ildə “Əmək veteranı”medalı,1990-cı ildə “İşdə əla müvəffəqiyyətinə görə”döş nişanı ilə təltif olunmuşdur.Akademik M.Mehdizadə mükafatının laureatıdır. Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.
Muxtar Kazımoğlu
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017). Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M. K. İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
Muxtar Maniyev
Muxtar Maniyev (4 aprel 1935, Bakı, Azərbaycan SSR – 22 dekabr 2016, Bakı) — Azərbaycan Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq artisti. Ömür də kino kimidir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib. Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.
Muxtar Məmmədov
Muxtar İsgəndər oğlu Məmmədov (14 may 1901, Qaradağlı, Şuşa qəzası – 31 mart 1980, Ağdam) — Sosialist Əməyi Qəhrəmanı. Məmməd Məmmədovun qardaşıdır. Muxtar İsgəndər oğlu Məmmədov 14 may 1901 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Muxtar Məmmədov 1932–1940 illərdə Ağdamın Telman adına kolxozda, Qərvənd və Boyəhmədli kənd istehlak cəmiyyətində işləmiş, 1941–1960 illərdə kolxoz sədri olmuş, 1960–1980 illərdə Telman adına kolxozun aqranomu vəzifəsində çalışmışdır. Muxtar Məmmədov Azərbaycan Kommunist Partiyasının XVIII–XXII qurultaylarının nümayəndəsi olmuşdur. Muxtar Məmmədova 1951 ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir. Azərbaycanın tanınmış alimlərindən filologiya elmləri namizədi, dosent Vəli Məmmədov, iqtisad elmləri namizədi, dosent Nəvai Məmmədov Muxtar Məmmədovun övladlarıdırlar. Muxtar Məmmədov 31 mart 1980 ildə vəfat etmişdir.
Muxtar Qasımlı
Muxtar Qasımlı (23 fevral 1993, Bakı – 2 oktyabr 2020, Füzuli rayonu) — Fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür. Subay idi. Fitnes üzrə Azərbaycan çempionatı — 2019 Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Muxtar Qasımov
Muxtar Qasımov (10 yanvar 1958, Kəbirli, Jdanov rayonu – 16 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Muxtar Qasımov 10 yanvar 1958-ci ildə Jdanov rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Ağdam səhər 5 saylı məktəbi 1974-cü ildə bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdam rayonuna qayıdıb həkim kimi hospitalda çalışmışdır. Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır.
Muxtar Rüstəmov
Muxtar Rüstəmov (tam adı:Rüstəmov Muxtar İbrahim oğlu; 19 mart 1931, Ordubad, Naxçıvan MSSR) — Geologiya-minerologiya elmlər doktoru,Azərbaycan Respublikası Əməkdar mühəndisi Rüstəmov Muxtar İbrahim oğlu 19 mart 1931-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. 1954-cü ildə Azәrbaycan Dövlәt Neft və Sənaye Universitetində geoloji-kəfiyyat fakültəsini bitirib. 1957-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirib. 1955-1961-ci illərdə Naxçıvan Muxtar Respublikasında xüsusi geoloq və baş geoloq, 1961-1976-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunda baş elmi işçi, 1976-ci ildən həmin institutun Petrologiya laboratoriyasının müdiridir. Geotektonika, geodinamika; Petrologiya, vulkanologiya sahəsində tədqiqatlar aparmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 205, xaricdə çıxmış elmi əsərlərinin sayı 107, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 12-dir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2 - müəliflik şəhədətnamısi və poliqorskit-pilolit gilləri Naxçıvan çökəkliyində, köklü qızıl Əlincəçay hövzəsində kəşfidir. Qırışıqlıq zonanın paleomezokaynozoy maqmatizmin etapları təyin edilmiş, petrofondu, petrogenezisi və pleyt- tektonik tipləri müəyən olunmuşdur. Toleit basalt, şoşonit, latit , traxit və teşenit suxurları Azərbaycanda ilk dəfə aşkar edilmişdir. Maqmatizm ilə tektonikanın qarşılıqlı münasibətini müəyyən etməklə yanaşı Qafqazda ilk dəfə kaldera strukturları kəşf edilmiş və onların fizik-maqmatik sistemlər yaratması isbat olubmuşdur.
Muxtar Səqəfi
Muxtar ibn Əbu Übeyd Səqəfi (təq. 622, Taif, Hicaz – 3 aprel 687, Kufə, İraq) — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı. Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.) Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: "Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir." O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı. "Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi". İmam Sadiq (əleyhis-salam) buyurur: "Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar." "Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı." Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: "Allah Muxtara xeyir əvəzi versin!" Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.
Muxtar respublika
Muxtar respublikalar suverenliyinə görə dövlətlərin təsnifatında federal dövlətlər kimi təsnif edilirlər: suveren hüquqlar, üstün bir suveren güc vasitəsilə konstitusiya ilə idarə edilə bilən, ancaq xarici münasibətlər istisna olmaqla, öz sərhədləri daxilində suveren səlahiyyətlərini həyata keçirə bilən və respublika xüsusiyyətinə malik olmaları, dolayı yolla sahib olduqları hakimiyyəti qanunlar verməklə yerinə yetirən dövlətlərdir. Unitar bir dövlətin demək olar ki, bütün keyfiyyətlərinə malikdirlər. Ümumiyyətlə, sərhədləri etnik fərqliklər nəzərə alaraq müəyyən edilmişdir. Bəzi muxtar respublikaların öz konstitusiyaları da ola bilər. Rusiya respublikalarının timsalında bu ölkələrin xüsusiyyətləri və quruluşları aydın şəkildə başa düşülə bilər.
Muxtar vilayət
Muxtar vilayət — SSRİ-də və bəzi digər əyalətlərdə dövlət muxtariyyətinin bir forması (məsələn, Qərbi Bosniya Muxtar Vilayəti, Kri Muxtar Vilayəti). Postsovet ölkələrindən muxtar vilayətlər hazırda Rusiyada (Yəhudi Muxtar Vilayəti) və Tacikistanda (Dağ-Badaxşan Muxtar Vilayət) mövcuddur. Muxtar vilayətlərə bəzən İspaniyanın muxtar regionları da deyilir. Muxtar vilayətlər RSFSR (və daha sonra - SSRİ) ərazisində Oktyabr inqilabından sonra əksəriyyəti rus olmayan əhalisi olan ərazilərdən (ittifaq respublikalarında - əsasən titul olmayan əhali ilə) meydana çıxmağa başladı. Əvvəlcə muxtar vilayətlər, bölgələr, respublikalar (ASSR) ilə birlikdə müstəqil subyektlər idilər, daha sonra əyalətlərlə birlikdə ərazilərə birləşdirilməyə başladılar. Sonradan, muxtar vilayətlərin çoxu respublikalara çevrildi və 1936-cı ilin dekabrında yenidən müstəqil subyektlər oldular.
Muxtar İbadov
Muxtar Şəhmir oğlu İbadov (7 Fevral 1955 - 23 Sentyabr 2013) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989). Muxtar İbadov 1955-ci il fevral ayının 7-də Balakən rayonunun Ağkilsə kəndində dunyaya gozunu acmişdir. Təsilini Zaqatala rayonu 2 saylı internat məktəbində almışdır. Sonradan Azərbaycan Dovlət İncəsənət Universitetinə daxil olmuşdur. Burada bir çox dahi sənətkarlardan dərs almış, sənətin incəliklərinə sahib olmuşdur. Şəki dram teatrına təyinatı çıxan gənc aktyor burada əldə etdiyi uğurlar, gostərdiyi sənətə gorə Əməkdar artist dərəcəsinə qədər yüksəlmişdir. Muxtar İbadov bir çox tamaşalara, səhnələrə quruluş vermiş, dahi yazıçıların əsərlərinin baş qəhrəmanıni oynamışdır. Bunlara nümumə olaraq İblis, Knyaz, Napoleon, Dərviş Parisi partladır, Aldanmış kəvakib və sair. Ailəli idi. 2 uşağı var, 3 nəvəsi.
Muxtar İmanov
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017). Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M. K. İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
Muxtar Şaxanov
Muxtar Şaxanov (d.2 iyul 1942, Otrar, Qazaxıstan) — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri, Qazaxıstan Parlamentinin üzvü, "Zalyn" jurnalının baş redaktoru. Qazaxıstan da, eləcə də dünyada Aral dənizinin mühafizəsi ilə bağlı ictimai məlumatlılığın artırılması ilə əlaqədar məqalələri ilə məşhurdur. Mr. Mukhtar Shakhanov, Kazakh ambassador to Kyrgyzstan, Visit the Kansai Soka School System. To Remember Jeltoksan Lessons.
Muxtar Əbülyazov
Muxtar Əbülyazov (qaz. Мұхтар Қабылұлы Әблязов; 16 may 1963, Vannovka[d], Çimkənd vilayəti) — Qazaxıstanın enerji,ticarət və sənaye naziri (1998-1999). BTA bankının prezidenti.Və Qazaxıstan Seçim Partiyasının lideri.O, eyni zamanda Qazaxıstanda energetika, sənaye və ticarət naziri vəzifəsini tutmaqla yanaşı, dövlətə məxsus KEGOC-un (Qazaxıstan Elektrik Şəbəkə Əməliyyat Şirkəti) keçmiş rəhbəri idi.Ablyazov sədr vəzifəsini icra edərkən BTA Bankdan 6 milyard dolları mənimsəməkdə ittiham olunur..2015-ci ildə Lyon bir Fransa məhkəməsi ekstradisiya qərarı verdi.Bununla birlikdə, 2016-cı ilin dekabrında Fransanın Ali məhkəməsi, Dövlət Şurası (Fransa)) Rusiya Siyasi hüquq pozuntusu səbəbi ilə ekstradisiya əmrini ləğv etdi.Ardınca Ablyazov Fleury-Mérogis Həbsxanasından azad edildi və hazırda Parisdə, Fransada yaşadığı güman edilir.İngiltərə Ali Məhkəməsi Ablyazov barəsində iki dəfə həbs qərarı çıxardı; ən son 25 İyul 2019, və 2012-ci ildə çıxarılan məhkəmə qərarına hörmətsizliyə görə məhkəmə qərarı ilə 22 aya qədər uzadıldı. Ablyazov, Qazaxıstan Sovet İttifaqının tərkibində olduğu bir vaxtda, Cənubi Qazaxıstan vilayətinin Vannovka kəndində anadan olmuşdur. Atası Qabyl Ablyazov, (1935-ci il təvəllüdlü) mühəndis işləyib və texniki məktəbdə müəllim olub. Anası Rauza Tolebergnova, (1940-cı il təvəllüdlü) kitabxanaçı idi. Uşaq ikən kitab oxumağı və şahmat oynamağı çox sevirdi. Ablyazov, məmləkətindəki Lomonosov Regional School adlı bir rusdilli məktəbdə oxuyurdu, burada hər sinifdə üstün idi. Gecə də qismən bir kənd təsərrüfatında yükləyici kimi çalışırdı. 17 yaşında Ablyazov nəzəri və professor olmaq istədi.
Muxtar Əfəndizadə
Əfəndizadə Muxtar İsmayıl oğlu (1 yanvar 1880, Şəmsabad, Ərəş qəzası – 1975, Bakı) — şərqşünas, alim. Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınıb. Muxtar Əfəndizadə 1880-ci ilin yanvar ayında Ağdaş rayonunun Şəmsabad kəndində bir müdərris (mədrəsə müəllimi) ailəsində anadan olub. Altı yaşında ikən atası Hacı İsmayıl Əfəndini itirən kiçik Muxtar anası Zeynab Kərim Əfəndi qızının himayəsində yaşayıb. Uzun müddət (1886–1904) Azərbaycanın müxtəlif mədrəsələrində (Ağdaş, Şamaxı, Quba, Bakı) təhsil alan Muxtar Əfəndizadə hələ 8 yaşında ikən hafiz adını alıb. 1904–1905-ci illərdə o, Qubada "Üsuli-cədid" məktəbi açıb və bir il sonra, 1906-cı ilin axırlarında maarifçilik fəaliyyətini davam etdirmək üçün öz vətəni Ağdaşa qayıdıb. Hələ gənc ikən Muxtar Əfəndi Ağdaşda maarifçiliyin inkişafında müstəsna rol oynayıb. Həmin dövrdə "Yaşlılar üçün kurs" (1906), "Nəşri-maarif" (1906), "Darülirfan məktəbi" (1906), qiraətxana (1906), teatr (1908), "Səadət" qız məktəbi (1909) onun ağır zəhmətinin nəticəsində yaranıb. 1909–1910-cu illərdə açılan və "Rus-tatar məktəbi" kimi məşhur olan qədim tədris ocağı da Muxtar Əfəndinin zəhmətinin bəhrəsi idi. Bütün elmlərə dərindən yiyələnən Muxtar Əfəndi Azərbaycanın əksər rayonlarında onun özünün köməyi ilə açılan mədrəsələrdə müvəffəqiyyətlə dərslər keçirdi.
Elman Muxtarov
Elman Muxtarov (12 dekabr 1994, Goranboy) — Azərbaycanı təmsil edən güləşçi. == Karyerası == Elman Muxtarov 2009-cu ildə Serbiyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bir il sonra, 2010-cu ildə Elman Muxtarov Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Elman Muxtarov qrup mərhələsinin birinci görüşdə Belarus nümayəndəsi Andrey Pihazu ilə üz-üzə gəldi. Həmin görüşdə Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (3:0, 3:0). Növbəti görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Yohan Rodriqez Banqela oldu. Bu görüşdə də Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (2:0, 5:1). Bununla da Elman Muxtarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Nurbəy Haqqulov oldu. Final görüşündə də qalib gələn tərəf Elman Muxtarov oldu — 2:0 (3:0, 4:0).
Fatma Muxtarova
Fatma Səttar qızı Muxtarova (14 (26) mart 1893, Urmiya – 19 oktyabr 1972, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1940). Gürcüstan SSR əməkdar artisti (1936). == Həyatı == Fatma Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçmüşdür. Atası Abbas Rzayev o, 3 yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurmuşdur. 1910-cu ildə yeni ailə Saratovda məskunlaşdı. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanırdı. Onu Saratovda "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" olaraq tanıyırdılar. Fatma qazandığı pulların hamısını evə verirdi. O, pul yığmağa başlayır və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ — 1000 rubl toplaya bilir.
Fədakar aktyor. Muxtar Maniyev (film, 2015)
Fədakar aktyor. Muxtar Maniyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyevin 80 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Koroğlu", "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Var olun qızlar...", "Nəsimi", "Ömrün səhifələri", "Xoşbəxtlik qayğıları", "Qərib cinlər diyarında", "Qızıl uçurum", "Yol əhvalatı", "Gümüşü furqon", "Bəyin oğurlanması", "İşarəni dənizdən gözləyin", "Ölsəm... bağışla", "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət..." filmlərinin kadrlarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Elşən Bədəlov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Videomateriallar: Həsən Cəbrayılov, Cavid Babayev Rejissor assistentləri: Samir Məlikov, Mikayıl Əjdəroğlu Musiqi tərtibatı: Əliabbas Qasımov Geyim: İradə Həyatova İnzibatçı: Etibar Almazov Mətni oxudu: Ədalət Məmmədov Redaktor: Səyavuş Məmmədov === Rollarda === Almaz Amanova Hüseynəli Ağayev Rəhim Hümbətov === Filmdə iştirak edənlər === Muxtar Maniyev (aktyor, xalq artisti) Adil İsgəndərov (şəkil; teatr və kino rejissoru, aktyor) Hüseyn Seyidzadə (arxiv; kinorejissor) Arif Babayev (şəkil; rejissor, aktyor) Şamil Mahmudbəyov (şəkil; kinorejissor) Əlisəttar Atakişiyev (şəkil; kinorejissor, operator, ssenarist, rəssam) Muxtar Dadaşov (şəkil; operator, rejissor, ssenarist, aktyor) Rasim Ocaqov (şəkil; kinorejissor, kinooperator) Oqtay Mirqasımov (şəkil; rejissor, ssenarist, prodüser) Eldar Quliyev (şəkil; rejissor, ssenarist, aktyor) Tofiq İsmayılov (şəkil; kinorejissor, kinodramaturq, nasir) Fikrət Əliyev (şəkil; rejissor, ssenari müəllifi, aktyor) Əbdül Mahmudov (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Cahangir Mehdiyev (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Ceyhun Mirzəyev (şəkil; rejissor, aktyor) Yuli Qusman (şəkil; ssenari müəllifi.
Fəxrəddin Muxtarov
Fəxrəddin Muxtarov — Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament üzvü, 2010-2015-ci illərdə Dnepropetrovski, hazırda isə Poltava Radasının deputatı. == Həyatı == Fəxrəddin Muxtarov 1965-ci ildə Amasiya rayonun anadan olmuşdur. 1988-ildə Dağlıq Qarabağ münaqişəsindən sonra, ailəsi ilə birlikdə Ermənistanın Amasiya rayonundan Ukraynaya köçməli olur. Ali təhsilini Dnepropetrovsk Aqrar Universitetində almışdır. === Ailəsi === Ailəlidir, üç oğlu və bir qızı var. Oğlu Ələddin Muxtarov Azərbaycan Dillər Universitetində təhsil alır, qızı isə Ukrayna Universitetinin idarəetmə fakültəsini bitirib. == Əmək fəaliyyəti == Ukraynaya gəldiyi ilk vaxtlardan kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Torpaqların hamısını icarəyə götürürdü. Təsərrüffatında işlətdiyi texnikanın hamısı özünün idi. Əsasən xammal istehsalı ilə məşğul olurdu.
Gülbəniz Muxtarova
Gülbəniz Muxtarova (tam adı: Gülbəniz Siyavuş qızı Muxtarova) (22 sentyabr 1974, Mingəçevir) — AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası” laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru, dosent. == Ümumi məlumatlar == Gülbəniz Siyavuş qızı Muxtarova 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1991-ci ildə Mingəçevir şəhər 7 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1992-1997-ci illərdə Türkiyə Respublikası Ankara şəhərində Qazi Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini bitirmiş, 1998-1999-cu illərdə Akademik Y.Məmmədəliyev adına NKPİ-də «Katalitik krekinq və piroliz» laboratoriyasında kimyaçı vəzifəsində işləmişdir. 1999-2001-ci illərdə Qazi Universitetinin Kimya Fakültəsinin magistr pilləsini bitirmiş və eyni zamanda 1999-2001-ci illərdə Ankara şəhərində Özəl Bilgi kollecində kimya müəlliməsi işləmişdir. G.S.Muxtarova 2003-cü ildə Y.Məmmədəliyev adına NKPİ-də kimyaçı vəzifəsində işə başlamış, 2004-cü ildə kiçik elmi işçi, 2005-ci ildə elmi işçi, 2010-cu ildə böyük elmi işçi vəzifəsini icra edən, 2012-ci ildə böyük elmi işçi, 2012-ci ilin iyul ayında aparıcı elmi işçi vəzifəsini icra edən, 2013-2017-ci illərdə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2018-ci ildən “Neftlərin tədqiqi və yağların alınma texnologiyası” laboratoriyasının müdiri vəzifəsinə təyin edilmişdir. G.S.Muxtarova 2010-cu ildə «Ağır neft qalıqlarının müxtəlif qazların atmosferində suspenzləşmiş katalizator əlavələrinin iştirakı ilə termokatalitik krekinqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2014-cü ildə dosent elmi adını almışdır. G.S.Muxtarova 2012-ci ildə NKPİ-də keçirilmiş “Gənc alimlərin ən yaxşı elmi-tədqiqat işləri” nominasiyası üzrə müsabiqədə 1-ci yerə layiq görülmüş və mükafatlandırılmışdır. 2017-ci ildə «Təbii alümosilikatlar və onların (Ni, Co) metallarla modifikasiyalarından alınmış katalizatorların iştirakı ilə qudronun hidrokrekinqi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2019-cu ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Neftin emalını dərinləşdirmək məqsədilə ilk dəfə olaraq Bakı neftlərindən alınan ağır neft qalıqlarının – mazutun suspenzləşdirilmiş yüksəkdispersli müxtəlif katalizatorların iştirakı ilə CO2 və N2 mühitində termokatalitik, H2 mühitində hidrokrekinq prosesləri işlənib hazırlanmış və beləliklə də ağır neft xammallarından – mazutdan yüksək çıxımla açıq rəngli (benzin və dizel fraksiyaları) neft məhsulları alınmış, mazutun hidrokrekinqdən alınmış benzin fraksiyasından yüksək keyfiyyətli benzin almaq məqsədilə riforminq prosesi aparılmış, mazutun Ni, Mo tərkibli müxtəlif duzların iştirakı ilə hidrokrekinqi, polimer tullantılarını ağır neft qalıqları ilə birgə (vakuum qazoylu, mazut) emala cəlb etməklə yüksək ekoloji təmiz motor yanacaqlarının alınması üçün onların effektiv emal texnologiyası və səmərəli utilizasiya üsulu işlənib hazırlanmışdır.
Hüseyn Muxtarov
Hüseyn Muxtarov (11 iyul 1914, Məşhəd, Xorasan – 1980) — Türkmənistan dramaturqu. == Həyatı == Hüseyn Muxtarov 11 iyul 1914-cü ildə Qacarlar dövlətinin Xorasan əyalətinin Məşhəd şəhərində anadan olub. 1953-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1954–1966-cı illərdə Türkmənistan SSR Kinematoqraflar ittifaqının sədri olub. Hüseyn Muxtarov 1980-ci ildə vəfat edib.
Jidou Əl Muxtar
Jidou Əl Muxtar (d. 8 iyul 1985; Nuaкşot, Mavritaniya) — Mavritaniyanı təmsil edən yüngül atlet (sprinter). Jidou Əl Muxtar Mavritaniyanı 2012 və 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Jidou Əl Muxtar 1985-ci ilin 8 iyul günündə Mavritaniyanın paytaxtı Nuaкşot şəhərində anadan olub. == Karyerası == Jidou Əl Muxtar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında Əl Muxtar 200 metr məsafəyə qaçış yarışlarında 22.94 nəticə göstərdi və 8-ci yeri tutdu. Jidou Əl Muxtar növbəti Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Əl Muxtar bu səfər 100 metr məsafəyə qaçışda qüvvəsini sınadı və 11.44 saniyə nəticə ilə 7-ci yeri tutdu. Jidou Əl Muxtar London və Rio-de-Janeyro Olimpiadasının açılış mərasimlərində Mavritaniyanın dövlət bayrağını apardı.
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası və ya Kabarda-Balkar MSSR — keçmiş Sovet İttifaqında Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar respublikası idi və əvvəlcə Dağ Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. Bölgə 16 yanvar 1922-ci ildə Dağ MSSR və 1 sentyabr 1921-ci ildə Kabarda-Balkar Muxtar Vilayətindən ayrıldı. 5 dekabr 1936-cı ildə muxtar respublika oldu. 30 yanvar 1991-ci ildə Kabarda-Balkar MSSR dövlət suverenliyini elan etdi. İndi Rusiya Federasiyasının federal subyekti olan Kabarda-Balkariya respublikasıdır. Kabarda-Balkar MSSR Sovet İttifaqının mövcud olduğu dövrdə başqa heç bir suveren dövlətlə həmsərhəd deyildi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası kimi, Kabarda-Balkar MSSR də iki millət tərəfindən bölüşdürüldü. Hər iki muxtar respublika Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibindədir və ruslar etnik çoxluğu təşkil edir. == Tarix == Rus, Osmanlı və Səfəvi imperiyaları bölgənin Rusiya nəzarətində olduğu 17–19-cu əsrlər arasında bölgə üçün mübarizə aparırdı. Bölgə oktyabr inqilabından sonra, 1921-ci ildə Rusiya Vətəndaş Müharibəsi dövründə Dağ Muxtar Sovet Sosialist Respublikasına qoşuldu.
Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikası
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası və ya Kabarda-Balkar MSSR — keçmiş Sovet İttifaqında Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar respublikası idi və əvvəlcə Dağ Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. Bölgə 16 yanvar 1922-ci ildə Dağ MSSR və 1 sentyabr 1921-ci ildə Kabarda-Balkar Muxtar Vilayətindən ayrıldı. 5 dekabr 1936-cı ildə muxtar respublika oldu. 30 yanvar 1991-ci ildə Kabarda-Balkar MSSR dövlət suverenliyini elan etdi. İndi Rusiya Federasiyasının federal subyekti olan Kabarda-Balkariya respublikasıdır. Kabarda-Balkar MSSR Sovet İttifaqının mövcud olduğu dövrdə başqa heç bir suveren dövlətlə həmsərhəd deyildi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası kimi, Kabarda-Balkar MSSR də iki millət tərəfindən bölüşdürüldü. Hər iki muxtar respublika Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibindədir və ruslar etnik çoxluğu təşkil edir. == Tarix == Rus, Osmanlı və Səfəvi imperiyaları bölgənin Rusiya nəzarətində olduğu 17–19-cu əsrlər arasında bölgə üçün mübarizə aparırdı. Bölgə oktyabr inqilabından sonra, 1921-ci ildə Rusiya Vətəndaş Müharibəsi dövründə Dağ Muxtar Sovet Sosialist Respublikasına qoşuldu.
Kabarda muxtar vilayəti
Kabarda Muxtar Vilayəti RSFSR -də 1921 -ci il sentyabrın 1- dən 1922 -ci il yanvarın 16 -dək mövcud olmuş inzibati-ərazi vahididir. İnzibati mərkəzi Nalçik şəhəridir. == Tarixi == Muxtar Kabarda vilayəti 1921-ci il sentyabrın 1-də Dağlı MSSR -in Kabarda dairəsindən yaradılmışdır . 1922-ci il yanvarın 16-da Kabardin Muxtar Dairəsi Dağ MSSR -in Balkar dairəsi ilə Kabarda-Balkar Muxtar Vilayətinə birləşdirildi. Bölgəyə 4 rayon daxildir: Baksanski - yaşayış məntəqələri: Kamennomostskoye, Sarmakovo, V. Ashabovo, N. Ashabovo, Zayukovskoe, Qızburun 1-ci, Kuba, Şəriət, Karaqaçevo, Qızburun 3-cü, Altud, Şıx-Yzmailovskoye, Kişpek, Köhnə qala, Qızburun 2-ci, N. Kurkuzhinskoye, Zalukokoazhe, Baksan, Kr. Nalçik - yaşayış məntəqələri: Nalçik şəhəri, Novopoltavskoye, Leçinkay, Çegem 1, Çegem 2, Şaluşinski, Nartan, Kenje, Novo-İvanovskoye, Baksano-Kurskoye, Volnoye və Aleksandrovskaya koloniyası; Urvanski - kəndlər: Starı Çerek, Urvanski, Psıqansu, Jemtala, Kaxun, Auşiger, Staro-Uruhski, Köhnə Lesken, Lesken 2, Uruxski, N. ‑Çerek, Arqudan, Prişibskaya, Kotlyarevskaya, Aleksandrovskaya; Malo-Kabardinski - kəndlər: Planovskoye, V. ‑Kurpskoe, Donskoe, Xamidie, N. ‑Kurpskoye, Arik, Terekskoye, Akbaş, Barren, Kizlyarskoye, Gnadenburg, Rozdelnoye, Suxotsky Xutor.
Kabardin-Balkar Muxtar Respublikası
Kabarda-Balkar Respublikası (rəsmi), Kabarda-Balkariya (rus. Кабардино-Балкарская Республика, kab.-çərk. Къэбэрдей-Балъкъэр Республикэ, qaraç.-balk. Къабарты-Малкъар Республика) — Rusiya Federasiyası subyektlərindən biri. Şimali Qafqazda, Böyük Qafqaz sıra dağlarının şimal ətəklərində, şimalında Rusiya Federasiyası, şərqində Şimali Osetiya, cənubunda Gürcüstan, qərbində Qaraçay-Çərkəz respublikaları yer almaqdadır. == Coğrafiyası == Respublikanın ərazisi 12.5 min kvadrat kilometrdir . Böyük Qafqaz sıradağlarının ən yüksək təpəsi olan Elbrus dağı Qaraçay-Çərkəz Respublikası ilə hüdud təşkil edir. 5.633 metr yüksəkliyindəki Elbrus dağı ən böyük yüksəklikdir. Bu sıra dağlar 3.000 metrdən sonra buzlarla örtülüdür. Şimala doğru alçalan ərazi orta bölgədə 1000–3000 metr hündürlüyündə yaylalara, daha şimalda Terek çayı və qollarının meydana gətirdiyi geniş düzənliklərə çevrilir.
Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası
Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikası və ya Kabarda-Balkar MSSR — keçmiş Sovet İttifaqında Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar respublikası idi və əvvəlcə Dağ Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. Bölgə 16 yanvar 1922-ci ildə Dağ MSSR və 1 sentyabr 1921-ci ildə Kabarda-Balkar Muxtar Vilayətindən ayrıldı. 5 dekabr 1936-cı ildə muxtar respublika oldu. 30 yanvar 1991-ci ildə Kabarda-Balkar MSSR dövlət suverenliyini elan etdi. İndi Rusiya Federasiyasının federal subyekti olan Kabarda-Balkariya respublikasıdır. Kabarda-Balkar MSSR Sovet İttifaqının mövcud olduğu dövrdə başqa heç bir suveren dövlətlə həmsərhəd deyildi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası kimi, Kabarda-Balkar MSSR də iki millət tərəfindən bölüşdürüldü. Hər iki muxtar respublika Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibindədir və ruslar etnik çoxluğu təşkil edir. == Tarix == Rus, Osmanlı və Səfəvi imperiyaları bölgənin Rusiya nəzarətində olduğu 17–19-cu əsrlər arasında bölgə üçün mübarizə aparırdı. Bölgə oktyabr inqilabından sonra, 1921-ci ildə Rusiya Vətəndaş Müharibəsi dövründə Dağ Muxtar Sovet Sosialist Respublikasına qoşuldu.
Kamal Muxtarlı
Kamal Camal oğlu Muxtarlı (3 oktyabr 1958, Qax – 27 dekabr 2020) — Qax Rayon İcra Hakimiyyətinin başçısı, Qax Şəhər Bələdiyyəsinin üzvü, Qax Şəhər Sovetinin üzvü və sədri. == Həyatı == Kamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1975–1978-ci illərdə Qax konserv zavodunda fəhlə işləmişdir. 1978–1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1980–1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir. 1993–1995-ci illərdə Turan İstehsal-Kommersiya firmasının direktoru işləmişdir. 1995-ci ilin yanvar ayından Qax Peşə Liseyinin direktoru olmuşdur. Kamal Muxtarlı 27 dekabr 2020-ci ildə vəfat etmişdir. O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir.
Kareliya Muxtar Sovet Sosialist Respublikası
Kareliya Muxtar Sovet Sosialist Respublikası, SSRİnin tərkibində mövcud olmuş muxtar respublika. Paytaxtı Petrozavodsk şəhəri olmuşdur. Xələfi Kareliya Respublikasıdır.
Koryak muxtar dairəsi
Koryak muxtar dairəsi (kory. Чав’чываокруг) — 1 iyul 2007 ilə qədər Rusiyanın uzaq şərqində yerləşən federal ərazi. Hazırda Kamçatka diyarının ərazisinə daxildir və Koryak dairəsi adlanır. Əvvəllər şimaldan Çukotka Muxtar Dairəsi və Maqadan vilayəti, cənubdan isə Kamçatka vilayəti ilə sərhəd olmuşdur. İnzibati şərkəzi Palana qəsəbəsi olmuşdur. == Tarixi == İnzibati ərazi 10 dekabr 1930-cı ildə yaradılmışdır 22 iyul 1934 ildə Kamçatka vilayətinə birləşdirilir. İlk əvvələr ayrı izibati dairə olmuş və Dalnevostov Federal dairəsinə daxil edilmişdi. 23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi Koryak muxtar dairəsi ilə Kamçatka vilayətlərinin birləşdirilməsi olmuşdur. Əhali səs vermədə bu təşkili qəbul etmişdir.
Kosova ve Metohiya muxtar vilayəti
Kosova ve Metohiya muxtar vilayəti (serbcə Аутономна Покрајина Косово и Метохија / Autonomna Pokrajina Kosovo i Metohija; , qısa olaraq— Косме́т (Kosovo və Metohiya sözlərindən) — Serbiyada inzibati vahid. 2006-cı ildə Serbiya və Çernoqoriya və 2003-cü ildə Yuqoslaviya Federal Respublikasının dağılmasından əvvəl həmin dövlətlərdə Serbiya tərkibində muxtariyyət kimi gedirdi. 1990-cı ildə Kosovo sosialist muxtar diyarının dağılmasından sonra yarandı. Faktiki olaraq Kosovo və Metohiyanın ərazisinin böyük hissəsinə 1990-cı ildən de-fakto mövcud olan və qismən tanınan Kosovo Respublikası nəzarət edir. == İnzibati bölgüsü == Kosova ve Metohiya muxtar vilayətin sahəsi 10 939 km², bu Serbiyanın ümumi ərazisinin 12,4% -ni təşkil edir. Kosovo Respublikasının inzibati bölgüsü 7 dairədən ibarətdir, muxtar vilayəti isə ondan fərqli olaraq 5 dairəyə bölünüb: Kosovo (3 117 km² və 10 bələdiyyə), Peç (2 450 km² və 5 bələdiyyə), Prizren (1 910 km² və 4 bələdiyyə), Mitroviça dairəsi (2 050 km² və 6 bələdiyyə), Kosovo-Pomoravski dairələri (1 412 km² və 4 bələdiyyə). Vilayətin tərkibində 1449 yaşayış məntəqəsi yerləşir. Onlardan 26-sı şəhər tipli yaşayış məntəqələridi.
Kosovo və Metohiya muxtar vilayəti
Kosova ve Metohiya muxtar vilayəti (serbcə Аутономна Покрајина Косово и Метохија / Autonomna Pokrajina Kosovo i Metohija; , qısa olaraq— Косме́т (Kosovo və Metohiya sözlərindən) — Serbiyada inzibati vahid. 2006-cı ildə Serbiya və Çernoqoriya və 2003-cü ildə Yuqoslaviya Federal Respublikasının dağılmasından əvvəl həmin dövlətlərdə Serbiya tərkibində muxtariyyət kimi gedirdi. 1990-cı ildə Kosovo sosialist muxtar diyarının dağılmasından sonra yarandı. Faktiki olaraq Kosovo və Metohiyanın ərazisinin böyük hissəsinə 1990-cı ildən de-fakto mövcud olan və qismən tanınan Kosovo Respublikası nəzarət edir. == İnzibati bölgüsü == Kosova ve Metohiya muxtar vilayətin sahəsi 10 939 km², bu Serbiyanın ümumi ərazisinin 12,4% -ni təşkil edir. Kosovo Respublikasının inzibati bölgüsü 7 dairədən ibarətdir, muxtar vilayəti isə ondan fərqli olaraq 5 dairəyə bölünüb: Kosovo (3 117 km² və 10 bələdiyyə), Peç (2 450 km² və 5 bələdiyyə), Prizren (1 910 km² və 4 bələdiyyə), Mitroviça dairəsi (2 050 km² və 6 bələdiyyə), Kosovo-Pomoravski dairələri (1 412 km² və 4 bələdiyyə). Vilayətin tərkibində 1449 yaşayış məntəqəsi yerləşir. Onlardan 26-sı şəhər tipli yaşayış məntəqələridi.
Krım Muxtar Respublikası
Krım Muxtar Respublikası (rus. Автономная Республика Крым; ukr. Автономна Республіка Крим; krımtat. Qırım Muhtar Cumhuriyeti) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir. == Əhalisi == 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir. Onlardan 1.233.451 nəfəri şəhərlərdə, 732.087 nəfəri isə kəndlərdə yaşayır. === Milli tərkibi === == İnzibati quruluşu == Krım Muxtar Respublikası 14 rayondan və 10 respublika tabeli şəhərdən ibarətdir. Yarımadada yerləşən Sevastopol şəhəri Krım Muxtar Respublikasına daxil deyil.
Krım Muxtar Respublikası bayrağı
Krım Muxtar Respublikası bayrağı (ukr. Прапор Криму, rus. Флаг Крыма) — 24 sentyabr 1992-ci ildən Krım Muxtar Respublikası bayrağı.
Krım Muxtar Respublikası gerbi
Krım gerbi (ukraynaca:Герб Автономної Республіки Крим) — Krım Muxtar Respublikası və Krım Respublikasının rəsmi gerbidir. 1992-ci ildən etibarən istifadə olunmasına baxmayaraq, 21 aprel 1999-cu ildə rəsmi olarak qəbul edilmişdir. == Tarixi == 1944-cü ildə Krımın tatar əhalisi almanlarla əməkdaşlıqda ittiham edilərək Krımdan sürgün edildilər. Bundan sonra Krımın muxtariyyəti də ləğv olundu. 1954-cü ildə isə Krım oblastı Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasiətiylə Ukraynaya verildi. Sovet İttifaqı çökməyə başladığı zaman Krımın muxtariyyəti yenidən bərpa edildi. Məhz bu zaman - 1992-ci ildə Krımın gerbi olaraq bu gerbin istifadəsnə başlanıldı. Rəsmi olaraq isə, 1999-cu ildən istifadə edilmişdir. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra muxtariyyət ləğv edilmiş və gerbin istifadəsi faktiki olaraq dayandırılmışdır. == Haqqında == Gerb qırmızı Varyaq qalxanı və sağ pəncəsində mavi inci tutan, sağa dönük gümüşü qrifondan ibarətdir.
Krım Muxtar Respublikası himni
Krım Muxtar Respublikası himni — 18 oktyabr 2000-ci ildən Krım Muxtar Respublikasının himni. KMR Ali Şurası ilə təsdiq olunub. Bəstəkarı Alemdar Karamanov olub, sözlərinin müəllifi Olqa Qolubevadır. Rəsmi himn ancaq rus dilində vardır. == Himnin sözləri == === Rus dilində === Нивы и горы твои волшебны, Родина, Солнце и море твои целебны, Родина. Эту землю мы сохраним И внукам оставим цветущий, как сад, Крым, Цветущий, как сад, Крым! Зори свободы тебя согрели, Родина, Братья-народы тебя воспели, Родина. Эту землю мы сохраним И вместе, крымчане, прославим в веках Крым, Прославим в веках Крым! Славься, Крым! === Ukrayna dilində === Ниви і гори твої чарівні, Батьківщино, Сонце і море твої цілющі, Батьківщино.
Krım Muxtar Sovet Sosialist Respublikası
Krım Muxtar Sovet Sosialist Respublikası (krımtat. Qrьm Avtonomjalь Sovet Sotsialist Respublikasь, Кърым Автономиялы Совет Социалист Республикасы, krımtat. Qırım Muhtar Sotsialist Şuralar Cumhuriyeti) — 18 oktyabr 1921-ci ildən 30 iyun 1945-ci il və 1991-ci il 12 fevral - 26 fevral 1992-ci il tarixlərində mövcud olan Krım yarımadasının ərazisindəki muxtar respublika. Krım Muxtar Sosialist Sovet Respublikası 18 oktyabr 1921-ci ildə RSFSR tərkib hissəsi olaraq təşkil olundu, daha sonra 1936-cı ildə SSRİ konstitusiyasında təstiqləndi. Üstünlük təşkil edən xalqlar: ruslar, krım tatarları, ukraynalılar, almanlar, yəhudilər, yunanlar, ermənilər. 1932-ci ildə onun sahəsi 25,9 min km² idi. Krımın yerli xalqları Respublika Konstitusiyasına görə Krım tatarları və kraimlərdir. 30 iyun 1945-ci ildə bu muxtar respublika 1954-cü il aprelin 26-da Ukrayna SSR-ə verilmiş Krım bölgəsinə çevrilir. 12 fevral 1991-ci ildə Ukrayna SSR-in tərkibində muxtariyyət bərpa edilir (24 avqust 1991-ci ildən - müstəqil Ukrayna dövləti). 26 fevral 1992-ci ildə Krım Respublikası olaraq adlandırılır, 21 sentyabr 1994-cü ildə Krım Muxtar Respublikası olur.
Kırım Muxtar Respublikası
Krım Muxtar Respublikası (rus. Автономная Республика Крым; ukr. Автономна Республіка Крим; krımtat. Qırım Muhtar Cumhuriyeti) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir. == Əhalisi == 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir. Onlardan 1.233.451 nəfəri şəhərlərdə, 732.087 nəfəri isə kəndlərdə yaşayır. === Milli tərkibi === == İnzibati quruluşu == Krım Muxtar Respublikası 14 rayondan və 10 respublika tabeli şəhərdən ibarətdir. Yarımadada yerləşən Sevastopol şəhəri Krım Muxtar Respublikasına daxil deyil.
Kərim xan Muxtarəssəltənə
Kərim xan Muxtarəssəltənə — Qacarlar dövlətinin daxili işlər naziri. == Həyatı == Kərim xan əvvəlcə İran Kazak diviziyasında xidmət etmişdi. Polkovnik Aleksey Domontoviçin komondirliyi dövründə (1879–1882) bu hərbi birləşməyə qatılmışdı. Kərim xan 1894-cü ildə Nizəssəltənə ləqəbini almışdı. Elə həmin ilin payızında Əmir xan Sərdari-Əzəmlə Rusiyaya yollanmışdı. Çar III Aleksandrın təziyyəsində, yeni çar II Nikolayın tacgüzarlığında iştirak etmişdi. Kərim xan Astrabad və Damğanın hakimi olmuşdu. Kərim xan 1895-ci ildə Münəzzəməssəltənə ləqəbinə layiq görülmüşdü. 1897-ci ildə İngiltərəyə yollanmışdı. Bir sıra təşrifatlarda iştirak etmişdi.
Lombardiya muxtariyyət referendumu (2017)
2017 Lombardiya muxtariyyət referendumu — Lombardiya (İtaliyada yerləşən region) regional şurası tərəfindən 22 oktyabr 2017 tarixində keçirilmiş referendum. Referendum İtaliya konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə əsasən, öz ərazi qurumlarına verilməsi üçün əlavə formalar və muxtariyyət şərtləri ilə bağlı region əhalisinin fikirlərini öyrənmək üçün regional şura tərəfindən hazırlanmışdır. Regional əsasnaməsinin 52-ci maddəsində nəzərdə tutulan və heç bir kvorum tələb olunmadığından elektron şəkildə keçiriləcəkdir. == Seçkidən əvvəl səsvermə == == Nəticə == Referendumda 7,897,056 seçici iştirak etmişdi. Lombardiyanın 1,523 bələdiyyəsində 9,224 seçki məntəqəsi var idi. == Həmçinin bax == Lombardiya Regional Şurası Veneto muxtariyyət referendumu (2017) Kataloniya müstəqillik referendumu (2017) == İstinadlar == == Xarici keçidlər == "Referendum per l'autonomia (schede informative)" (italyan). D.C.R. n.

Значение слова в других словарях