MUXTAR

прил. автономный (пользующийся, обладающий автономией). Muxtar respublika автономная республика, muxtar vilayət автономная область, muxtar mahal автономный округ, muxtar müəssisə автономное предприятие
MUĞAYAT
MUXTARİYYƏT
OBASTAN VİKİ
Şirəlican Muxtar
Şirəlican Muxtar (1991, Sincan-Uyğur Muxtar Rayonu) — Çində atıcılıq vəzifəsində oynayan və hazırda Çinin "Nancinq Manki Kinqs" klubunda oynayan uyğur əsilli Çinli basketbolçudur. Elit üç nöqtə atıcı və ətraf müdafiəçisidir, hazırda bütün zamanların 10-cu üç xal lideridir. Şirəlican 11 il "Sincan Uçan Pələnglər"-lə oynadı və 2009–2011-ci illərdə ardıcıl üç Böyük Finalın və 2016–17 mövsümündə ilk çempionluqlarının vacib bir hissəsi oldu. O, "Sincan Uçan Pələnglər"-in ən simvolik oyunçusu və bütün zamanların ən yaxşı "Uçan Pələngləri" üçün məşhur bir iddiaçı kimi qəbul edilir. == Karyera == Şirəlican Muxtar Sincan Uçan Pələnglərin ilk komandasına yüksəldi və 2008–09 mövsümündə Çin Basketbol Birliyində debüt etdi. O, komandanın 2008–09, 2009–10 və 2010–11 mövsümlərində ardıcıl üç dəfə Böyük Finala getməsinin vacib bir hissəsidir və komandanın elit bir ətraf müdafiəçisi rolunu oynayırdı. Mövsümlər boyunca elit üç nöqtə atıcı oldu və hal-hazırda 10-cu bütün zamanların üç xal lideridir. 2016–2017 mövsümündə Şirəlican oynadığı 45 normal mövsüm oyunundan 30-na başladı və oyunda ortalama 30.0 dəqiqə iştirak etdi. Ayrıca, oyunda ortalama 8.5 xal, 3.0 ribaunt, 2.2 üç göstərici, 1.8 top atma və 1.7 asist etdi. "Sincan Uçan Pələnglər" üçün ilk CBA çempionatında əhəmiyyətli bir rol oynadı.
Əhəd Muxtar
Əhədulla Muxtar oğlu Qənbərov (1937, Kakalos, Astara rayonu – 1998) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi yaradıcılığa, poeziyaya meyillənib. Əsərləri dövri mətbuatda 1950-ci illərin sonlarından işıq üzü görməyə başlayıb. “Şəfəq seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) adlı şeir kitabları çap olunub. “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri (1967-1979), məsul katib (1979-1998) vəzifələrində çalışıb. Boleslav Prusun “Firon”, Georgi Markovun “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri Azərbaycan dilinə tərcümə edib. == Həyatı == Əhəd Muxtar 1937-ci ildə Astara rayonunun Kokolos kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk kitabı "Şəfəq seli" 1969-cu ildə çap olunub.
Muxtar
Muxtar — Azərbaycan kişi adı və təxəllüs. Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor. Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri Muxtar İbadov — aktyor, inzibatçı. Yaşayış məntəqələri Muxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Muxtar (Xocalı)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş kənd Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşmiş olmuşdu. Muxtar kəndi 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Muxtar (Əsgəran)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş kənd Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşmiş olmuşdu. Muxtar kəndi 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Muxtar Abdullayev
Muxtar Nağı oğlu Abdullayev (1896, Nuxa – 13 oktyabr 1937, Bakı) — Nuxa (Şəki) şəhər sovetinin sədri, repressiya qurbanı. == Haqqında == 16.08.1937-ci ildə "vətən xaini" kimi həbs olunub. Kommunist partiyanın rəhbərlərindən biri kimi "Stalin güllələnmə siyahi"nda idi. 13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən "vətən xaini" kimi I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. 20 ildən sonra, 6 iyun 1957-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiya ona bəraət verildi. Ailə tərkibi: həyat yoldaşı :Həyat Abdullayeva, oğlanları Məmməd — 13 yaş, Əhməd — 9, Firidun — 5 yaş,Rafiq, qızları :Zümrüd - 17 yaş, Yaqut - 15 yaş, Barat — 10 yaş, Qüdrət — 8 yaş,Rəna — 6 aylıq.
Muxtar Abduyev
Muxtar Abduyev - Azərbaycan alimi, kənd təsərrüfatı elmləri doktoru (1966), professor (1971). == Həyatı == Muxtar Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbini, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məkətbini bitirmişdir. M. Abduyev 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə "Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluğunun dinamikası" mövzusunda dissertasiya müdafiə ederək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. 1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar müsbət nəticəsini vermişdir. Abduyev ilk dəfə olaraq "Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri" mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor dərəcəsi verilmişdir. 16 iyul 1979-cu ildə vəfat etmişdir. == Fəaliyyəti == M. Abduyev 1954-1956-cı illərdə kiçik elmi işçisi, 1956-1968-ci illərdə baş elmi işçi vəzifələrində, 1968-1979-ci illərdə isə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə müavin vəzifəsində çalışmışdır. M. Abduyev həmçinin Azərbaycan SSR EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvi kimi respublikada elmi-tədqiqat işlərinin təşkilində və inkişafında fəal iştirak etmişdir.
Muxtar Auezov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir. == Həyat və fəaliyyəti == Qazaxıstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir. О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır.
Muxtar Avşarov
Muxtar Həsən oğlu Avşarov (15 fevral 1914, İrəvan – 6 dekabr 2004, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə köçüb. Amma orada çox qala bilmədiyindən ailə əvvəlcə Bakıya, sonra Gəncəyə köçüb. 1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmadığından boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir.
Muxtar Aymaxanov
Muxtar Rabatoviç Aymaxanov — (qaz. Мұхтар Рабатұлы Аймаханов, 1 yanvar 1967-ci il təvəllüdlü) - Yuri Qaqarin adına Kosmonavtlar Tədqiqat İnstitutu dəstəsinin sınaq kosmonavtı. Milliyyətcə qazax olan Aymaxanov 2012-ci ildən — Rusiya kosmonavt korpusuna yazılmaq və kosmik uçuşlar həyata keçirə bilməsi üçün Qazaxıstan Respublikasının vətəndaşlığını dəyişdirərək Rusiya Federasiyası vətəndaşlığını qəbul edir. Kosmik uçuşlarda təcrübəsi yoxdur, kosmonavtlar korpusunun ixtisaslaşması və təkmilləşdirilməsi qrupunda təlim keçir. S. I. Vavilov adına Təbiət və Texnologiya Elmləri Tarixi İnstitutunun elmi işçisidir. == Həyatı == SSRİ, Qazaxıstan SSR-in Qızılorda vilayətinin, Cosalı kəndində anadan olmuşdur (indiki Qazaxıstan Respublikası, Qızılgül vilayəti). Məktəbdə oxuyarkən Alma-Ata uçan klubunda uçuş təlimini keçir. 1988-ci il Çerniqov Ali Hərbi Aviasiya Məktəbini bitirib "pilot-mühəndis" ixtisasına yiyələnir. 1988-ci ildən bəri SSRİ Silahlı Qüvvələrinin Hava Qüvvələri sıralarında, daha sonra Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrində ehtiyat kapitanı olaraq xidmət etmişdir. 1993-1998-ci illərdə hərbi xidmətdən ayrıldıqdan sonra Qazaxıstan Fond Birjasında, Orta Asiya Depozit Sistemi Altın-Kazna ASC, Terminal LLP, MAAGBOL LLP-də çalışıb.
Muxtar Babayev
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının və COP29-un prezidenti. == Həyatı == Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb.
Muxtar Bisavad
Muxtar Bisavad Kərpalı oğlu — şair. == Həyatı == Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır. Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.
Muxtar Dadaşov
Muxtar Baba oğlu Dadaşov (11 sentyabr 1913, Bakı – 7 may 1998, Bakı) — Azərbaycan rejissoru, kinooperator, ssenarist, Azərbaycan SSR xalq artisti (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980). == Həyatı == Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir. 7 may 1998-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir.
Muxtar Rüstəmov
Muxtar Rüstəmov (tam adı:Rüstəmov Muxtar İbrahim oğlu; 19 mart 1931, Ordubad, Naxçıvan MSSR) — Geologiya-minerologiya elmlər doktoru,Azərbaycan Respublikası Əməkdar mühəndisi == Həyatı == Rüstəmov Muxtar İbrahim oğlu 19 mart 1931-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. === Təhsili === 1954-cü ildə Azәrbaycan Dövlәt Neft və Sənaye Universitetində geoloji-kəfiyyat fakültəsini bitirib. 1957-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1955-1961-ci illərdə Naxçıvan Muxtar Respublikasında xüsusi geoloq və baş geoloq, 1961-1976-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunda baş elmi işçi, 1976-ci ildən həmin institutun Petrologiya laboratoriyasının müdiridir. Geotektonika, geodinamika; Petrologiya, vulkanologiya sahəsində tədqiqatlar aparmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 205, xaricdə çıxmış elmi əsərlərinin sayı 107, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 12-dir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2 - müəliflik şəhədətnamısi və poliqorskit-pilolit gilləri Naxçıvan çökəkliyində, köklü qızıl Əlincəçay hövzəsində kəşfidir. === Əsas elmi nailiyyətləri === Qırışıqlıq zonanın paleomezokaynozoy maqmatizmin etapları təyin edilmiş, petrofondu, petrogenezisi və pleyt- tektonik tipləri müəyən olunmuşdur. Toleit basalt, şoşonit, latit , traxit və teşenit suxurları Azərbaycanda ilk dəfə aşkar edilmişdir. Maqmatizm ilə tektonikanın qarşılıqlı münasibətini müəyyən etməklə yanaşı Qafqazda ilk dəfə kaldera strukturları kəşf edilmiş və onların fizik-maqmatik sistemlər yaratması isbat olubmuşdur.
Muxtar Səqəfi
Muxtar ibn Əbu Übeyd Səqəfi (təq. 622, Taif, Hicaz – 3 aprel 687, Kufə, İraq) — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı. == Haqqında nəql olunan kəlamlar == Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.) Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: "Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir." O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı. "Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi". İmam Sadiq (əleyhis-salam) buyurur: "Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar." "Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı." Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: "Allah Muxtara xeyir əvəzi versin!" Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.
Muxtar respublika
Muxtar respublikalar suverenliyinə görə dövlətlərin təsnifatında federal dövlətlər kimi təsnif edilirlər: suveren hüquqlar, üstün bir suveren güc vasitəsi ilə konstitusiya ilə idarə edilə bilən, ancaq xarici münasibətlər istisna olmaqla, öz sərhədləri daxilində suveren səlahiyyətlərini həyata keçirə bilən və respublika xüsusiyyətinə malik olmaları, dolayı yolla sahib olduqları hakimiyyəti qanunlar verməklə yerinə yetirən dövlətlərdir. Unitar bir dövlətin demək olar ki, bütün keyfiyyətlərinə malikdirlər. Ümumiyyətlə, sərhədləri etnik fərqliklər nəzərə alaraq müəyyən edilmişdir. Bəzi muxtar respublikaların öz konstitusiyaları da ola bilər. Rusiya respublikalarının timsalında bu ölkələrin xüsusiyyətləri və quruluşları aydın şəkildə başa düşülə bilər.
Muxtar vilayət
Muxtar vilayət — SSRİ-də və bəzi digər əyalətlərdə dövlət muxtariyyətinin bir forması (məsələn, Qərbi Bosniya Muxtar Vilayəti, Kri Muxtar Vilayəti). Postsovet ölkələrindən muxtar vilayətlər hazırda Rusiyada (Yəhudi Muxtar Vilayəti) və Tacikistanda (Dağ-Badaxşan Muxtar Vilayət) mövcuddur. Muxtar vilayətlərə bəzən İspaniyanın muxtar regionları da deyilir. == Tarixi == Muxtar vilayətlər RSFSR (və daha sonra - SSRİ) ərazisində Oktyabr inqilabından sonra əksəriyyəti rus olmayan əhalisi olan ərazilərdən (ittifaq respublikalarında - əsasən titul olmayan əhali ilə) meydana çıxmağa başladı. Əvvəlcə muxtar vilayətlər, bölgələr, respublikalar (ASSR) ilə birlikdə müstəqil subyektlər idilər, daha sonra əyalətlərlə birlikdə ərazilərə birləşdirilməyə başladılar. Sonradan, muxtar vilayətlərin çoxu respublikalara çevrildi və 1936-cı ilin dekabrında yenidən müstəqil subyektlər oldular.
Muxtar İbadov
Muxtar Şəhmir oğlu İbadov (7 Fevral 1955 - 23 Sentyabr 2013) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Muxtar İbadov 1955-ci il fevral ayının 7-də Balakən rayonunun Ağkilsə kəndində dunyaya gozunu acmişdir. Təsilini Zaqatala rayonu 2 saylı internat məktəbində almışdır. Sonradan Azərbaycan Dovlət İncəsənət Universitetinə daxil olmuşdur. Burada bir çox dahi sənətkarlardan dərs almış, sənətin incəliklərinə sahib olmuşdur. Şəki dram teatrına təyinatı çıxan gənc aktyor burada əldə etdiyi uğurlar, gostərdiyi sənətə gorə Əməkdar artist dərəcəsinə qədər yüksəlmişdir. Muxtar İbadov bir çox tamaşalara, səhnələrə quruluş vermiş, dahi yazıçıların əsərlərinin baş qəhrəmanıni oynamışdır. Bunlara nümumə olaraq İblis, Knyaz, Napoleon, Dərviş Parisi partladır, Aldanmış kəvakib və sair. Ailəli idi. 2 uşağı var, 3 nəvəsi.
Muxtar İmanov
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017). == Həyatı == Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M. K. İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
Muxtar Şaxanov
Muxtar Şaxanov (d.2 iyul 1942, Otrar, Qazaxıstan) — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri, Qazaxıstan Parlamentinin üzvü, "Zalyn" jurnalının baş redaktoru. == Həyatı == == Fəaliyyəti == Qazaxıstan da, eləcə də dünyada Aral dənizinin mühafizəsi ilə bağlı ictimai məlumatlılığın artırılması ilə əlaqədar məqalələri ilə məşhurdur. == Xarici keçidlər == Mr. Mukhtar Shakhanov, Kazakh ambassador to Kyrgyzstan, Visit the Kansai Soka School System. To Remember Jeltoksan Lessons.
Muxtar Əbülyazov
Muxtar Əbülyazov (qaz. Мұхтар Қабылұлы Әблязов; 16 may 1963, Vannovka[d], Çimkənd vilayəti) — Qazaxıstanın enerji,ticarət və sənaye naziri (1998-1999). BTA bankının prezidenti.Və Qazaxıstan Seçim Partiyasının lideri.O, eyni zamanda Qazaxıstanda energetika, sənaye və ticarət naziri vəzifəsini tutmaqla yanaşı, dövlətə məxsus KEGOC-un (Qazaxıstan Elektrik Şəbəkə Əməliyyat Şirkəti) keçmiş rəhbəri idi.Ablyazov sədr vəzifəsini icra edərkən BTA Bankdan 6 milyard dolları mənimsəməkdə ittiham olunur..2015-ci ildə Lyon bir Fransa məhkəməsi ekstradisiya qərarı verdi.Bununla birlikdə, 2016-cı ilin dekabrında Fransanın Ali məhkəməsi, Dövlət Şurası (Fransa)) Rusiya Siyasi hüquq pozuntusu səbəbi ilə ekstradisiya əmrini ləğv etdi.Ardınca Ablyazov Fleury-Mérogis Həbsxanasından azad edildi və hazırda Parisdə, Fransada yaşadığı güman edilir.İngiltərə Ali Məhkəməsi Ablyazov barəsində iki dəfə həbs qərarı çıxardı; ən son 25 İyul 2019, və 2012-ci ildə çıxarılan məhkəmə qərarına hörmətsizliyə görə məhkəmə qərarı ilə 22 aya qədər uzadıldı. == Həyatı == Ablyazov, Qazaxıstan Sovet İttifaqının tərkibində olduğu bir vaxtda, Cənubi Qazaxıstan vilayətinin Vannovka kəndində anadan olmuşdur. Atası Qabyl Ablyazov, (1935-ci il təvəllüdlü) mühəndis işləyib və texniki məktəbdə müəllim olub. Anası Rauza Tolebergnova, (1940-cı il təvəllüdlü) kitabxanaçı idi. Uşaq ikən kitab oxumağı və şahmat oynamağı çox sevirdi. Ablyazov, məmləkətindəki Lomonosov Regional School adlı bir rusdilli məktəbdə oxuyurdu, burada hər sinifdə üstün idi. Gecə də qismən bir kənd təsərrüfatında yükləyici kimi çalışırdı. 17 yaşında Ablyazov nəzəri və professor olmaq istədi.
Muxtar Əfəndizadə
Əfəndizadə Muxtar İsmayıl oğlu (5 yanvar 1880 – 19 oktyabr 1985) — şərqşünas, alim. Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınıb. == Həyatı == Muxtar Əfəndizadə 1880-ci ilin yanvar ayında Ağdaş rayonunun Şəmsabad kəndində bir müdərris (mədrəsə müəllimi) ailəsində anadan olub. Altı yaşında ikən atası Hacı İsmayıl Əfəndini itirən kiçik Muxtar anası Zeynab Kərim Əfəndi qızının himayəsində yaşayıb. Uzun müddət (1886-1904) Azərbaycanın müxtəlif mədrəsələrində (Ağdaş, Şamaxı, Quba, Bakı) təhsil alan Muxtar Əfəndizadə hələ 8 yaşında ikən hafiz adını alıb. 1904-1905-ci illərdə o, Qubada "Üsuli-cədid" məktəbi açıb və bir il sonra, 1906-cı ilin axırlarında maarifçilik fəaliyyətini davam etdirmək üçün öz vətəni Ağdaşa qayıdıb. Hələ gənc ikən Muxtar Əfəndi Ağdaşda maarifçiliyin inkişafında müstəsna rol oynayıb. Həmin dövrdə "Yaşlılar üçün kurs" (1906), "Nəşri-maarif" (1906), "Darülirfan məktəbi" (1906), qiraətxana (1906), teatr (1908), "Səadət" qız məktəbi (1909) onun ağır zəhmətinin nəticəsində yaranıb. 1909-1910-cu illərdə açılan və "Rus-tatar məktəbi" kimi məşhur olan qədim tədris ocağı da Muxtar Əfəndinin zəhmətinin bəhrəsi idi. Bütün elmlərə dərindən yiyələnən Muxtar Əfəndi Azərbaycanın əksər rayonlarında onun özünün köməyi ilə açılan mədrəsələrdə müvəffəqiyyətlə dərslər keçirdi.
Muxtar Əhməd
Muxtar Əhməd (Tam adı: Muxtar İsmayıl oğlu Əhmədov; d. 1 noyabr 1948, Puşkin rayonu, Azərbaycan SSR) — şair, publisist, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1948-ci ilin noyabrın 1-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. Burada 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1966-cı ildə rayon Partiya Komitəsində texniki katib vəzifəsində işləyir. 1967-69-cu illər hərbi xidmətdə olan Muxtar Əhməd 1970-75-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi təhsil almış, eyni zamanda rayon mədəniyyət evində "Qırmızı Çadır"a müdir təyin olunur. 1970-73-cü illər mədəniyyət evinin metodisti olan şair 1973-83-ci illər ərazində həm də Biləsuvarın Zəhmətabad kənd orta məktəbində və 2 saylı şəhər orta məktəbində müəllim, 1983-1994-cü illər isə 4 saylı şəhər orta məktəbində tədris işləri üzrə direktor müavini olmuşdur. Həmçinin Muxtar bəy 1995-2003-cü illər Biləsuvar rayon təhsil şöbəsində Filmoteka üzrə müdir, inspektor işləmişdir. == Fəaliyyəti == Muxtar Əhməd 2003-2005-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin orqanı - "Məhsul" qəzetinin baş redaktorunun müavini 2005-ci ildən "Region-press" qəzetinin baş redaktoru, 1999-2009-cu illər arasında isə "Biləsuvar töhfələri" ədəbi ictimai birliyinin sədri olmuşdur. Hazırda "Məhsul" qəzetinin baç redaktoru olan şair Azərbaycan Yazıçılar Birliyinin Aran şöbəsi üzrə əlaqələndiricisidir. Respublika Kitabsevərlər Cəmiyyətinin medalına layiq görülmüş Muxtar bəy ədəbi fəaliyyətə tələbəlikn illərində başlamışdır.
Muxtar Əvəzov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir. == Həyat və fəaliyyəti == Qazaxıstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir. О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır.
Ramiq Muxtar
Ramiq Muxtar (5 sentyabr 1942, Naxçıvan – 20 aprel 2021) ― şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980). == Həyatı == Ramiq Muxtar 5 sentyabr 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Ü.Hacıbəyov adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmiş, 1961–1967-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ramiq Muxtar 1968–1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971–1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır. Ədib 1978–1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra etmişdir. Ramiq Muxtar 1984–1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində çalışır. == Yaradıcılığı == Ramiq Muxtar on bir yaşından bədii yaradıclıqla məşğul olmuş, şeirləri dövri mətbuatda tez-tez çap olunmuşdur. Ədib həm şair, həm də dramaturq kimi tanınmışdır. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub.
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı. == Təsisi == "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir. == Statusu == "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı aşağıdakılara görə verilir: dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə görə; dövlət quruculuğu işlərində xidmətlərə görə. "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları olduqda onlardan sonra taxılır. "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur. == Təsviri == "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir. Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində mərkəzdə dövlət gerbi təsvir edilmiş, çevrə boyunca "NAXÇIVAN MUXTAR RESPUBLİKASINA XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır. Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır.
Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası
Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası (oset. Цæгат Ирыстоны Автономон Советон Социалистон Респу́бликæ, (Цæгат Ирыстон) və ya Şimali Osetiya MSSR — 1936–1993-cü illərdə mövcud olan, RSFSR-in inzibati-ərazi vahidi. Paytaxt Orjonikidze şəhəridir. SSRİ-də osetinlərin əsas yaşayış yeri olmuşdur. Osetinlərlə yanaşı çox sayda çeçen, inquş və rus da bu ərazi də məskunlaşmışdı. == Tarixi == 5 dekabr 1936-cı ildə yeni Stalinist konstitusiyanın qəbulu ilə Şimali Osetiya Muxtar Bölgəsi Şimali Qafqaz ərazisindən çıxarılaraq Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına çevrildi. 1944-cü ilin mart ayında çeçenin, inquş və balkarların Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasından sürgün edilməsi ilə əlaqədar olaraq, ləğv edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasından, Malqobek və Açaluk, Nazran, Psedax, Priqorodnı rayonları, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasından Kurp rayonu, Stavropol diyarından Mozdok rayonları da köçürülərək Şimali Osetiyanın tərkibinə verildi. 9 yanvar 1957-ci ildə, çeçen və inquşların əfvindən sonra Malqobek şəhəri və Kosta-Xetaqurov rayonu bərpa edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına qaytarıldı. 20 iyul 1990-cı ildə Şimali Osetiya MSSR Ali Şurasının üçüncü iclasında Şimali Osetiya SSR-nin Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu dəyişikliklər 24 may 1991-ci ildə RSFSR Xalq Deputatları Konqresi tərəfindən qəbul edildi.
Şimali və Şərqi Suriya Muxtar Administrasiyası
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir. Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır. Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir.
Şimali və Şərqi Suriya Muxtar İdarəsi
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir. Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır. Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir.
Əbülfəz Muxtaroğlu
== Həyatı == Qulıyev Əbülfəz Muxtar oğlu 1939-cu il iyun ayının birində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olmuşdur. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində almış, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olmuş, 1967-ci ildə təhsilini başa vurmuşdur. == Pedaqoji və elmi fəaliyyəti == 1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləmiş, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nun Naxçıvan filialına müəllim keçmişdir.Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olmuş,”Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası”mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Haliyədə Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin ”Azərbaycan dilçiliyi” və Naxçıvan Müəllimlər İnstitutunun ”Dillər və ədəbiyyat” kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, 3 oğul bir qız atası, 8 nəvə babasıdır. == Əsərləri == Bir möhürbənd bəsimdir (şeirlər). Bakı: Təhsil, 199 İkinci görüş (şeirlər) Bakı: Nurlan, 2003 Şahbuzlu şəhidlər(publisist yazılar). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə) El məhəbbəti (almanax.”M.Araz”ədəbi birliyinin Ulu öndər H.Əliyevə həsr etdikləri şeirlər,Öndər haqqında xatirələr və Öndərin Şahbuzla bağlı şəkilləri). Bakı: Şirvannəşr, 2009 (S.Rzazadə ilə birlikdə) Zorbulağın zümzüməsi (almanax”M.Araz”ədəbi birliyinin üzvlərinin şeirləri) Bakı: Nurlan, 2003 Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası. Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine(monoqrafiya) Bakı: Elm və təhsil, 2013 Deyimlərim,yorumlarım (1-hissə, Haqqımda deyilənlər).
Əhməd Muxtar Bəyəfəndi
Əhməd Muxtar Bəyəfəndi (10 avqust 1807, Konstantinopol – 22 dekabr 1882) — Osmanlı alimi və şeyxülislamı. Babası I Əbdülhəmid və III Səlim dönəmlərində sədarətə gəlmiş Qoca Yusif Paşadır. == Həyatı == 10 avqust 1807-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid və III Səlim dönəmlərində sədarətə gəlmiş Qoca Yusif Paşanın oğlu Mir Mahmud Əfəndi, anası isə I Əbdülhəmidin Dürrüşəhvar Sultandan doğulan nəvəsi Atiyətullah xanım idi. Bu səbəblə bir çox tarixi mənbələrdə "bəyəfəndi" ünvanıyla anılmışdır. Hafiz Əhməd Əfəndi, Övliya Xoca, Xızırağazadə Səid bəy kimi dövrün məşhur üləmalarından dərslər aldı. 1826-cı ildə Divan-ı Hümayunda kiçik rütbəylə xidmətə başladı və 1846-cı ildə rüyus imtahanına (üləma zümrəsindəki təyinatla bağlı keçirilən imtahanlar) daxil olaraq müdərrisliyə yüksəldi. 1848–1855-ci illərdə Takvim-i Vekayi qəzetində redaktor olaraq çalışdı. 1855-ci ildə Saloniki qazısı oldu, 1856-cı ildə Məkkə qazılığına, 1861-ci ildə İstanbul qazılığına, 1868-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd seçildi. 17 sentyabr 1871-ci ildə sədrəzəm Mahmud Nədim Paşanın təkidiylə şeyxülislamlığa gətirildi.
Əhməd Muxtar Paşa
Əhməd Muxtar Paşa (d. 1 noyabr 1839 — ö. 21 yanvar 1919) — V Mehmed Rəşadın səltənətində 3 ay 7 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Osmanlı dövlət xadimi Mahmud Muxtar Paşanın atasıdır. == Həyatı == === İlk illəri === 1 noyabr 1839-cu ildə Bursada məşhur Qatırçıoğlu ailəsindən olan Hacı Xəlil ağanın ailəsində dünyaya gəlmişdir. 1856-cı ildə Bursa hərbi məktəbini, 1860-cı ildə isə İstanbuldakı Hərbiyyə məktəbini bitirərək leytenant rütbəsi almış, 1 il sonra isə qərargah kapitanlığına yüksəlmişdir. İlk hərb təcrübəsinə isə Herseqovina və Qaradağdakı üsyanları yatırmaq üçün göndərilən sərdar-ı əkrəm Ömər Lütfi Paşanın idarəsindəki orduda başladı. Burada göstərdiyi şücaətə görə Məcidi nişanı ilə mükafatlandırıldı və 1862-ci ildə özünün də məzun olduğu Hərbiyə məktəbində dərs deməyə başladı. 1 may 1864-cü ildə mayor rütbəsinə yüksəldi və Adananın Kozan bölgəsində çıxan üsyanı yatırmaq üçün təsis edilmiş islah ordusunda vəzifələndirildi. 1866-cı ildə İstanbula qayıdan Əhməd Muxtar bəy podpolkovnik rütbəsi aldı, ardından Şahzadə Yusif İzzəddin Əfəndinin xüsusi müəllimliyinə gətirildi.
Əhməd Muxtarov
Əhməd Kərəm oğlu Muxtarov (5 fevral 1951, Malbinəsi, Yevlax rayonu) — Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Ə. Muxtarov 05 fevral 1951-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olub. 1967-ci ildə Yevlax rayonunun Malbinəsi kənd orta məktəbini bitirmişdir. 1968-ci ilin yanvar ayından 1968-ci ilin sentyabr ayına kimi Yevlax Neftbazasında operator işləmişdir. 1968-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş və 1972-ci ildə həmin institutun uçot-iqtisad fakültəsini bitirmişdir. 1972-ci ilin sentyabr ayından 1972-ci ilin noyabr ayına kimi Yevlax şəhər Qarışıq Mallar Ticarəti İdarəsinin Şəhər ictimai iaşə idarəsində mühasib vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayına kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. == Siyasi-İctimai fəaliyyəti == 1974-cü ildə Yevlax şəhər Qarışıq Mallar Ticarəti İdarəsinin Şəhər ictimai iaşə idarəsində mühasib, 1974–1980-ci illərdə Yevlax birləşmiş Mülkü hava dəstəsində pullu komsomol komitəsinin katibi, Yevlax şəhər komsomol komitəsində Komsomool Təşkilatları şöbəsinin müdiri, Yevlax şəhər Komsomol Komitəsinin katibi və ikinci katibi vəzifələrində işləmişdir. 1980–1981-ci illərdə Yevlax rayonunun Xaldan mal-qara kökəltmə sovxozunda azad partiya komitəsinin katibi vəzifəsində işləmişdir. 1981–1983-cü illərdə Bakı Partiya məktəbində əyani təhsil almışdır.
Ələsgər Muxtarov
Ələsgər Faiq oğlu Muxtarov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Hərbi xidməti == Mayor Ələsgər Muxtarov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Ələsgər Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əsməd Muxtarova
Əsməd İmamməmməd qızı Muxtarova (d. 1944, Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının müdiri, "Tarix və onun problemləri" nəzəri, elmi, metodik jurnalının təsisçisi və baş redaktoru. == Həyatı == 1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə təhsil alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə "Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959–1965-ci illər)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı fəhlələri" adlı doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1967–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olub. 1971-ci ildən həmin fakültədə "SSRİ tarixi" kafedrasında çalışır. 1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda çalışır.
Muxtar Məmmədov (dövlət xadimi)
Muxtar Məmməd oğlu Məmmədov (1983, Bakı) — ictimai xadim, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən). == Həyatı == Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006–2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2007–2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005–2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009–2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2013–2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb. 2021-ci il Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2022-ci ildə elm və təhsil nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib İngilis, rus və türk dillərini bilir.
Muxtar Məmmədov (səfir)
Muxtar Məmməd oğlu Məmmədov (1983, Bakı) — ictimai xadim, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən). == Həyatı == Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006–2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2007–2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005–2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009–2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2013–2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb. 2021-ci il Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2022-ci ildə elm və təhsil nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib İngilis, rus və türk dillərini bilir.
Liza Muxtarova Tuqanova
Liza Muxtarova Tuqanova (1865, Vladiqafqaz, Terek vilayəti, Rusiya imperiyası – 1950-ci illər, Paris, Fransa) – Azərbaycanın multi-milyonçusu, neft sahibkarı, mesenatı Murtuza Muxtarovun xanımı, ilk Azərbaycan qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri, məşhur sahibkar. == Həyatı == Murtuza Muxtarovun həyat yoldaşı, nəslən osetin zadəganlarından olan Liza xanım Muxtarova (Tuqanova) Vladiqafqazda doğulub yaşamışdır. Onun valideynləri general Hambi Tuqanov və Paşa xanım Dudarova ən hörmətli aristokrat nəslinə mənsub idilər. Murtuza Muxtarovla olan tanışlığı da onun Vladiqafqazda iş səfəri zamanı olmuşdur. Onun gələcək həyat yoldaşı, Murtuza Muxtarov məşhur general Tuqanovla tanış olur. General Muxtarovu öz evinə qonaq dəvət edir. Qonaqlıqda Muxtarov generalın ağıllı, savadlı, gözəl, ortancıl qızı Liza xanımla tanış olur və ilk görüşdən ona aşiq olur. Cütlüyün toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçib. Nişanda Liza xanım ağ çərkəzi çuxa geyinib ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirmiş, toy isə 7 gün 7 gecə davam etmişdir. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə aparmışdılar.
Naxçıvan Muxtar Respublikasında 2010-cu il Azərbaycan parlament seçkiləri
IV çağırış Azərbaycan Respublikasının Milli Məclisi üçün 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri. Bu seçkilərdə Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsi təşkil olunmuş və 7 deputat seçilmişdir. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2005-ci il parlament seçkiləri Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsində keçirilmişdir. Seçilmiş 7 deputatdan 5-i Yeni Azərbaycan Partiyasının üzvü, 2-si isə bitərəf olmuşdur.
Naxçıvan Muxtar Respublikasında 2013-cü il Azərbaycan prezident seçkiləri
Azərbaycan Prezidentinin seçilməsi üçün 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri. Bu seçkilərdə Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsi təşkil olunmuşdur. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2008-ci il prezident seçkiləri Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsində keçirilmişdir. Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd İlham Əliyev seçki dairəsi üzrə ən çox səsi toplamışdır.
Naxçıvan Muxtar Respublikasında 2015-ci il Azərbaycan parlament seçkiləri
V çağırış Azərbaycan Respublikasının Milli Məclisi üçün 2015-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri. Bu seçkilərdə Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsi təşkil olunmuş və 7 deputat seçilmişdir. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2010-cu il parlament seçkiləri Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsində keçirilmişdir. Seçilmiş 7 deputatdan 5-i Yeni Azərbaycan Partiyasının üzvü, 1-i Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, 1-i isə bitərəf olmuşdur. == Ümumi nəticələr == Bu seçkilərdə Naxçıvan Muxtar Respublikası üzrə ötən seçkilərdən fərqli olaraq Ədalət Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası mübarizəyə qoşulmuş, Azərbaycan Demokrat Partiyası mübarizədən kənarlaşmış, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə ümumi seçkiləri boykot etmişdir. Hakim Yeni Azərbaycan Partiyası isə vahid namizədlər siyahısı üsuluna müraciət etmiş və bəzi dairələrdə müstəqil namizədləri dəstəkləmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. == Tarixi == Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. == Ümumi məlumat == Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. == Həmçinin bax == Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası == Mənbə == Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.
Rusiya imperiyasının protektoratı altında olan erməni muxtariyyəti layihəsi
Rusiyanın tərkibində erməni muxtariyyəti (erm. Հայոց թագավորություն, rus. Армянская автономия в составе России) — Rusiya imperiyasının protektoratı altında Erməni muxtar çarlığının yaradılması haqqında layihə. Bu, erməni mənşəli nüfuzlu Rusiya subyektləri tərəfindən hazırlanmış və 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı imperator I Nikolaya təqdim edilmişdir. I Nikolay müharibədə qalib gəldikdən sonra Rusiyaya yeni birləşdirilmiş ərazilərin təşkilati-ərazi bölgüsü və idarəetmə sistemi planı hazırlanan dövrdə bu təklifi rədd etmişdir. Buna baxmayaraq, o, ermənilərin bəzi istəklərini təmin etmiş və Rusiya imperiyasının tərkibində Erməni vilayətinin yaradılmasını təsdiqləmişdir. Bu vilayət 1840-cı ilə qədər mövcud olmuşdur. == Zəmin == Cənubi Qafqazın Rusiya tərəfindən zəbt edilməsindən xeyli əvvəl erməni siyasi və mənəvi liderləri "torpaqlarını İran və Osmanlı hökmranlığından azad etmək" xahişləri ilə Rusiyaya dəfələrlə müraciət etmişdilər.. II Yekaterinanın Rusiya taxtına gəlməsi ilə erməni–Rusiya münasibətlərində xeyli canlanma baş vermiş, erməni və gürcü dünyəvi və mənəvi liderləri yenidən Rusiyadan himayəçilik planları ilə Rusiya rəhbərliyinə üz tutmağa başlamışdılar. İri erməni tacirləri, habelə 1760-cı və 1766-cı illərdə katolikozlar V Akop və I Simeon Rusiyanın protektoratlığı təklifləri ilə imperatriçaya müraciət etmişdilər.
Türküstan Muxtar Sovet Sosialist Respublikası
Türkistan MSSR (rus. Туркестанская АССР) — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika. == Tarixi == 1905-ci ildə Daşkənddə Mustafa Çokayın rəhbərliyi ilə Türkistan Müsəlmanları Konqresi təşkil edildi. Bu konqresdə Türk bölgələrinin soylu ailələrdən gələn özbək, tatar, qazax, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdu. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdi: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq. 20 aprel 1918 və 1 may 1918 tarixləri ərzində təşkil edilən 5-ci Konqresdə "Türkistan Sovet Respublikasına dair vəziyyət" təsdiq edilmiş və Rusiya İmperiyasına bağlı olan Türkistan Krayının torpaqlarında 30 aprel 1918 tarixində Türkistan Sosialist Federativ Respublikası adı altında Türkistan MSSR qurulmuşdur.
Valensiya muxtar icmasının gerbi
Valensiya muxtar icmasının gerbi — Valensiya muxtar icmasının özünüidarəetmə orqanlarının rəsmi emblemi. Kral IV Pedronun dövründən II Xuana qədər istifadə edilən heraldika əsasında yaradılmışdır. 1978-ci ildə keçmiş Valensiya Şurası gerbi "... Valensiya şəhərində Kserea darvazasında yerləşən keçmiş Valensiya krallığının ən qədim tanınmış nümayəndə gerbi kimi" təsdiqləmişdir. == Tarixi == Valensiya xalq ənənələrinə görə, qanadlı əjdahanın təsvir edildiyi tac imicinin mənşəyi kral I Xaymeyə aid edilir. Buna baxmayaraq, tarixçilər onun mənşəyini XIV əsrdə, nəcib dəbilqələr üzərində gerblərdən müntəzəm istifadə olunmağa başlayan kral IV Pyotra aid edirlər. İspaniya tarixçisi Gilyermo Fatas Kabesin fikrinə görə, onu Araqon monarxının simvolu kimi görmək olar. Cəngavərlərin dəbilqələrinə taxdıqları qoruyucu parça olan mantiya tünd göy rəngdə idi və Arista xaçı ilə bəzədilmişdir. Bəzi hallarda, qanadlı əjdaha vaxt keçdikcə yarasaya çevrilmiş, adətən Valensiya şəhəri, Palma və ya Barselonanın əvvəlki versiyaları kimi keçmiş Araqon tacının bir hissəsi olan ərazilərdə yerli heraldikada istifadə olunurdu. == İstinadlar == == Xarici keçidlər == Герб Валенсийского сообщества.
Navarra (muxtar icma)
Navarra — İspaniyada yerləşən muxtar ərazi.
Koxinxina Muxtar Respublikası
Koxinxina Muxtar Respublikası (vyet. Cộng hòa Tự trị Nam Kỳ, fr. République autonome de Cochinchine) — 1946–1948-ci illərdə Vyetnamın cənub hissəsində mövcud olmuş dövlət qurumu. == Bayrağı == Orijinal versiyada Annam bayrağı təkrarlanırdı. Burada yalnız qara rəngli haşiyə yerinə sarı bayraq mavi rəngdə çərçivəyə salınmışdı. 15 iyul 1946-cı ildə muxtariyyətin rəsmi qəzetində yeni bayraq təqdim olunmuşdu. Bu sarı bir parçadan ibarət idi, ortasında üç üfüqi mavi zolaq kənardan kənara doğru uzanırdı. Bu zolaqlar üç regionu – Annam, Tonkin və Koxinxinanı simvolizə edirdi.
Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası (1920–1925)
Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası (1920–1925) — Qazaxların RSFSR tərkibində milli muxtariyyət əldə etdikləri muxtar qurumdur( (rus.) Киргизская Автономная Социалистическая Советская Республика, Kirgizskaya Avtonomnaja Sotsialisticheskaya Sovetskaya Respublika). 1925-ci ilə kimi mövcud olan bu qurum tarixi Qazax ərazilərində yerləşdiyi üçün həmin dövrdən sonra Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası adlanmağa başladı. Paytaxtı Orenburq şəhəri idi və bugünkü müstəqil Qazaxıstan Respublikasının ərazisində yerləşirdi. == Tarix == 1920-ci il 26 avqustda RSFSR tərəfindən paytaxtı Orenburq olan "Qırğız (Qazaxıstan) Muxtar Sovet Sosialist Respublikasının yaradılması" haqqında sərəncam imzalandı. Muxtar Respublika Ural, Turqay və Semipalatinskoy vilayətlərinin, Zakaspiysk vilayətinin şimal hissəsinin (Adayevskiy mahalı) , Bukey ordasının və Orenburq quberniyasının cənub hissələrinin əhalisi olan qırğız-qaysaqlardan (qazaxları o dövrdə belə adlandırırdılar) formalaşmışdı. 1921-ci il Mərkəzi İcraiyyə Komitəsinin 17 yanvar qərarı ilə Omsk quberniyasının Akmolinski, Atbasarski, Kokçetavski və Petropavlovski mahalları ayrılaraq Akmolinski quberniyasını formalaşdırmışdılar. Mərkəzi İcraiyyə Komitəsinin 10 iyun 1921-ci il qərarı ilə Qırğızıstan MSSR ilə Sibir arasında sərhəddlər müəyyənləşdirildi. (İssil-Kul stansiyası Qırğızıstan MSSR ərazisində idi həmin dövrdə). Sərhəd xətti şərqdən İssil-Kuldan keçməklə Petropavlovsk mahalı ilə həmsərhəd oldu. Daha sonra rus bölgələrinə keçməmək şərtilə ərazinin şimal sərhədləri Kiçi-Kara və Ulkun-Kara oldu.

Digər lüğətlərdə