Mübariz Həmidov
Mübariz Şərafət oğlu Həmidov (d. 12 iyul 1956) — Sumqayıt Dövlət Dram Teatrnın direktoru (2018–2022), Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti.
== Həyatı ==
Mübariz Şərafət oğlu Həmidov 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. M. Həmidov 1975–79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb.
1979–2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb.
Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında fəal iştirak etmiş, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub.
H. Əliyev adına Sarayda keçirilən çoxsaylı dövlət tədbirlərinin – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10 illiyi, Dünya Azərbaycanlılarının I qurultayı, Görkəmli el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 175 illiyi, nakam şairimiz Mikayıl Müşviqin 90 illiyi, Xalq şairi Rəsul Rzanın 90 illiyi, Dövlət Rəqs Ansamblının yaradılmasının 30 illiyi, Xalq Artisti Şövkət Ələkbərovanın 80 illiyi, SSRİ Xalq Artisti Fikrət Əmirovun 80 illiyi, Hüseyn Cavidin 120 illik yubileyi, Aşıq Şəmşirin 110 illiyi, İlyas Əfəndiyevin 90 illik yubileyi, Üzeyir Hacıbəyovun 120 illik yubileyi, SSSRİ Xalq Artisti Rəşid Behbudovun 90 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının qırx günlüyünə həsr olunmuş anma mərasiminin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum akademik Zərifə xanım Əliyevanın anadan olmasının 80 illiyi, ümummilli lider, mərhum Prezdentimiz Heydər Əliyevin anadan olmasının 80 illiyi, habelə 2003-cü ilin oktyabrında Prezident seçkiləri ərəfəsində respublika stadionunda gənclərin III Forumuna həsr olunmuş Ümumrespublika tədbirinin, həmin il oktyab ayının 31-də Heydər Əliyev adına Sarayda Respublika Prezidentinin andiçmə mərasiminin, Azadlıq meydanında keçirilmiş təntənəli konsert proqramının və digər irimiqyaslı tədbirlərin ssenari müəllifi, redaktoru və təşkilatçılırından biridir. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur. 2006-cı il yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilmişdir.
M. Həmidov 2010-cu ildə Media Print MMC və AKBA Yayıncılık LTD tərəfindən İlin teatr xadimi nominasiyası ilə "İlin markası mükafatı", 2011-ci il may ayının 18-də Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən "Azərbaycan bayrağı" diplomu, Alman — Azərbaycan Cəmiyyəti tərəfindən "Alman – Azərbaycan dostluq ənənələrinin inkişafına görə" "Körpü" diplomu, 2012-ci ildə "Kitab evi" İctimai Birliyi tərəfindən "Kitab evi" İctimai Birliyinin teatr sənətinə xidmətinə və ictimai təşkilatçılığına görə "Vətən naminə" və "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin – Azərbaycan teatr sənətinin yüksək səviyyədə xidmətlərinə görə "Ana Yurd" fəxri diplomu , 2012-ci ilin aprel ayında Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu, İnstitutun direktoru, pedaqoji elmlər doktoru, AMEA-nın arxeologiya İnstitutunun doktorantı Nuridə Atəşi tərəfindən Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının, dilinin genişmiqyaslı təbliğinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında layiqli xidmətlərinə görə fəxri fərman, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatındakı siyasi və təşkilati işlərdəki fəaliyyətinə görə fəxri fərman, 2013-cü ilin may ayında İrəli İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən keçirilən "Teatr günləri" layihəsində göstərdiyi dəstəyə görə təşəkkürnamə, iyun ayında Azərbaycan Universiteti tərəfindən fəxri fərmanla, 2013-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının K. S. Stanislavski adına mükafatı və Azərbaycan Respublikası Qadınlar Cəmiyyətini tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.