müsavillik 2021
müsbətlik
OBASTAN VİKİ
Müsbət ayrıseçkilik
Müsbət ayrı-seçkilik — cəmiyyətdə digər şəxslər ilə bərabər səviyyədə yaşamadığı düşünülən müəyyən qruplara müxtəlif imtiyazlar verməklə onlara dəstək vermək deməkdir. 1789 Fransız İnqilabını ilə bərabərlik, azadlıq və insan hüquqları kimi məhfumlar yayılmağa başlanmışdır.8 Mart 1957-ci ildə Nyu-Yorkda geyim sektorunda çox ağır şərtlərlə işləyən qadınların etirazı ilə başlayan müddət, 1977-ci ildə də "8 Mart Dünya Qadınlar Günü" olaraq rəsmiyyət qazanmışdır . Doğumdan yaranmış xüsusiyyətlər səbəbiylə sosial, iqtisadi və siyasi sahədən təcrid olunmuş azınlıqlarların ayriseçkiliyini azaltmaq və uzun müddət də qarşısını almaq üçün müsbət ayrı-seçkilik anlayışı yaranmışdır.Müsbət ayrı-seçkilik könüllü ya da məcburi şəkildə irqi,etnik və cinsi mənsubiyyətə fərq qoymadan qrupların imtiyazlarını artırmaq və onların inkişafını təmin etmək məqsədilə hazırlanan xüsusi strategiyaya verilən termindir.Müsbət ayrı-seçkilik daha az təmsil olunmuş təbəqə,qrup və ya fərdlərə dair xüsusi rəftarı və ya üstünlüklərin verilməsini nəzərdə tutur. Qadınların kişilərə,əlillərin əlil olmayan şəxslərə, qaradərililərin digər şəxslərə müqayisədə müsbət şəkildə seçilməsi və üstünlük verilməsi bu strategiyanın əsas yönəldilmiş addımlardır. Müsbət ayrıseçkiliyin əsas məqsədi cəmiyyətin bütün üzvlərini inteqrasiya etdirmək,bərabərliyi yaratmaq və ən önəmlisi müddətli istifadə olunan xüsusi strategiyadır. Müsbət ayrı-seçkilikdə bərabərsizliyi müddətli şəkildə aradan qaldırır.Kvota ən çox istifadə olunan siyasətlərdən biridir və bununla qərar orqanlarında bərabərlik tənzimlənir. Azərbaycan qanunvericiliyi sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara kvotaların ayrılmasını nəzərdə tutur. Bu öz əksini "Məşğulluq haqqında" qanunda tapıb. Sənədə əsasən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlar (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.Qanuna əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aşağıdakılar aid edlir:20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri. Azərbaycan qanunvericiliyinə görə kvotalar "orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələrə" şamil edilmir.
Müsbət öhdəliklər
Pozitiv öhdəliklər və ya müsbət öhdəliklər — beynəlxalq insan hüquqları hüququnda dövlətin fundamental hüquqlardan səmərəli istifadəni təmin etmək üçün hər hansı bir aktiv fəaliyyətini təşviq edən öhdəliklər. Bu mənada o, dövlətlərin insan hüquqlarını pozmaqdan çəkinməyini nəzərdə tutan neqativ öhdəliklərdən fərqlənir. Avropa İnsan Hüquqları Məhkəməsinin fikrincə, pozitiv öhdəliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. Bu növ pozitiv öhdəliklər təmin olunan hüquqların tam həyata keçirilməsi üçün tələb olunan əsas tədbirlərin görülməsini nəzərdə tutur. Məsələn, polisin müdaxiləsini tənzimləyən düzgün normaların müəyyən edilməsi, qəddar rəftarın və ya məcburi əməyin qadağan olunması, həbsxanaların zəruri şəraitlə təmin olunması, Konvensiya normalarının övladlığa götürmə haqqında qanunvericiliyə və ya daha geniş mənada ailə qanunvericiliyinə daxil edilməsi və s. Bu öhdəliklər şəxslərin daha yaxşı müdafiəsini nəzərdə tutan dövlətdaxili prosedurların təşkili, hüquqların pozulmasına görə yetərli müdafiə vasitələrinin təmin olunmasını ehtiva edir. Məsələn, fərdlərin səmərəli araşdırma aparılmasını tələb etmək hüququ (onların hüquqlarının iddia edilən pozuntuları ilə bağlı) və daha geniş konteksdə dövlətin çəkindirici və səmərəli cinayət qanunvericiliyini qəbul etmək vəzifəsi təmin olunur.
Relyefin müsbət formaları

Digər lüğətlərdə