məsamə
məsaməlik 2021
OBASTAN VİKİ
Məsaməlik
Məsaməlik material xassəsi olub, daxilində bu və ya digər səbəbdən yaranan boşluqların (məsamələrin) nisbətini göstərir. Qiyməti 0÷1 (və ya 0 dan 100%-ə qədər) arasında yerləşən vahidsiz ölçüyə malikdir. Materialın sıxlığı bir başa onun məsaməliyindən asılıdır. Materialın hissəciklərinin ölçülərinin məsaməliyə təsiri yoxdur. Hissəciklərin forması və materialda paylanması isə bunun əksinə olaraq bir-başa məsaməliyə təsir edir. Məsaməliyin hissəciklərin ölçüsündən asılı olması kürə ilə izah olunan misaldan aydın görünür. O, materialın sıxlığının ideal sıxlığa nisbəti ilə təyin olunur:  Π = ( 1 − ρ v / ρ t ) ⋅ 100 % {\displaystyle ~\Pi =\left(1-\rho _{v}/\rho _{t}\right)\cdot 100\%} , Burada: ρ t {\displaystyle ~\rho _{t}} — məsaməli materialın faktiki sıxlığı, kq/m³ ρ v = m / V {\displaystyle ~\rho _{v}=m/V} , burada: m {\displaystyle ~m} — məsaməli nümunə kütləsi, kq V {\displaystyle ~V} — məsaməli nümunə həcmi, m³ Bu asılılıq ölçüsü 100 mkm-dən böyük olan hissəciklərin ölçülməsi zamanı üst-üstə düşür. Daha xırda ölçülü dənəciklərdə məsaməlik kəskin artır. Bu, dənəciklər arasında mövcud olan cazibə qüvvəsi ilə izah olunur. Bu qüvvə dənəciyin səthi (d2) ilə mütənasibdir.

Digər lüğətlərdə