MƏSTURİYYƏT
MƏSUDİYYƏT
OBASTAN VİKİ
Hasi-Məsud
Hasi-Məsud (ərəb. حاسي مسعود‎) — Əlcəzairin şərq hissəsində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir və dairədəki yeganə kommunadır. Əlcəzairdə neft sənayesinin mərkəzlərindən biridir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın şimal hissəsində, Hasi-Məsud neft yatağının ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 609 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 152 metrdir. Hasi-Məsud kommunası Ruysat, Əyn-Bəyda, Hasi-Ben-Abdullah, Əl-Həcirə, Mnager, Taybet və Bəl-bURDA kommunaları və İllizi, Tamanrasset və Qardaya vilayətlərinin əraziləri ilə həmsərhəddir . Sahəsi 71,237 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 40 mm-dir).
II Məsud
II Qiyasəddin Məsud (Ərəb əlifbası ilə: غياث الدين مسعود بن كيكاوس‎, (Qiyas əl-Din Məsud bin Keykavus)) Rum Səlcuqlu dövləti sultanı və II İzzəddin Keykavusun oğludur. Rum Səlcuqlu dövlətinin monqolların təsiri altında hökm sürdüyü bu dönəmdə dörd dəfə taxta çıxmış, hər səfərində qardaşının oğlu olan III Əlaəddin Keyqubad onu taxtdan salmışdır. == Həmçinin bax == Rum Səlcuqlu dövləti == Xarici keçidlər == Türkiye Selçuklu Sultanı II. Gıyaseddin Mesud Hakkında Bazı Görüşler Son Selçuklu Sultanı 2.
Mena Məsud
Mena Məsud (ing. Mena Massoud, qibt. Ⲙⲏⲛⲁ Ⲙⲁⲥⲥⲟⲇ, ərəb. مينا مسعود‎) Kanada aktyorudur. O, Disneyin 2019-cu ildə Ələddinin canlı aksiyon versiyasında Ələddin rolunda oynadı. Televiziyada da çalışmışdır; onun rolu 2015-ci ildə Kanadaya aid serial Open Heartda Cared Malik, Amazon Baş seriyalı Cek Rianda isə Tarek Kassar rolu da daxildir. Məsud Misirin Qahirə şəhərində qipti pravoslav xristian ailəsində anadan olub. Onun iki böyük bacısı vardır. Gənc ikən Kanadaya köçmüşdür. O, Marxam Ontarioda böyüyüb, burada Müqəddəs Qardaş Andre Katolik Liseyinə qatılıb.
Məsud Aşina
Məsud Aşina (29 dekabr 1965, Bakı) — Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru. Nevrologiya üzrə professor və baş məsləhətçi İnsan Miqreni Araşdırma Birliyinin direktoru Danimarka Nevrologiya və Başağrısı mərkəzi, Riqospitalet Qlostrup Sağlamlıq və Tibb elmləri fakültəsi, Kopenhagen Universiteti. 1988-ci il Azərbaycan Dövlət Tibb İnstitutu, MD 2000-ci il Kopenhagen Universiteti, Tibb elmləri üzrə fəlsəfə doktoru (Ph. D.) 2003-cü il Kopenhagen Universiteti, Tibb üzrə elmlər doktoru (DMSc) 1992-ci il Danimarka tibb lisenziyası, Milli Səhiyyə Şurası, Nevroloji təcrübə üçün Kopenhagen 2004 icazəsi. 1993-cü il Nevrologiya rezidenti, Riqospitalet 1995–1999-cu il Elmi işçi, Nevrologiya Departamenti, Qlostrup hospitalı 2001–2005-ci il Nevrologiya rezidenti, Nevrologiya Departamenti, Riqospitalet, Bişperjerq, Qolstrup Hospitalları. 2007–2014-cü il Dosent və baş məsləhətçi, Nevrologiya Departamenti, Qolstrup Hospitalları. 1998-ci il Ən yaxşı elmi təqdimat üçün "Moqens Foq" mükafatı Danimarka Nevrologiya Cəmiyyəti 2000-ci il QlaksoSmitKlayn tədqiqat mükafatı 2003-cü il Elmi nailiyyətləri üçün Danimarka Miqren Cəmiyyəti mükafatı 2005-ci il Nevrologiyada elmi nailiyyətləri üçün Roşe mükafatı, Danimarka Nevrologiya Cəmiyyəti. İnsanlarda rozaseanın eksperimnetal modelləri Başağrısının hipoksia və karbon monoksid modelləri PET ilə miqrenlərdə serotoninin tədqiqi MRİ miqren biomarkerlərindən nanopartikulyarların tətbiqi Təkmilləşdirilmiş MR anqioqrafiyasının təsviri və miqren Təkmilləşdirilmiş MR spektroskopi və miqren Miqrenlərdə Hipoksia və karbon monoksid modelləri Miqrenin Kinurenine modelləri Baş ağrısı miqrenlərinin və klaster başağrısının eksperimental modelləri İrsi hemipleqic miqren — eksperimental genetik baş ağrısı model (Ph. D.) Miqren və digər baş ağrılarında prostanoidslərin mümkün rolları (Ph. D.) İnsanın baş ağrılarında və ağrı modellərində karbakol və PACAP38 tədqiqatı (Ph.
Məsud Barzani
Məsud Bərzani (16 avqust 1946[…], Məhabad, Mahabad Cümhuriyyəti) — İraq Kürdüstan Regional Hökuməti başçısı (2005 — indiyə kimi).
Məsud Bərzani
Məsud Bərzani (16 avqust 1946[…], Məhabad, Mahabad Cümhuriyyəti) — İraq Kürdüstan Regional Hökuməti başçısı (2005 — indiyə kimi).
Məsud Mahmudov
Məsud Əhməd oğlu Mahmudov (3 may 1951, Boladı, Lənkəran rayonu) — türkoloq, ümumi dilçi, filologiya elmləri doktoru, professor. Məsud Mahmudov 1951-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladı kəndində, müəllim ailəsində anadan olub. Bakı Maliyyə-Kredit texnikumunun “Tezişləyən riyaziyyat maşınlarının proqramlaşdırılması” fakültəsini bitirib. Macarıstanda hərbi xidmətdə olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1976). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yanında ikillik ingilis dili kursunu əla qiymətlərlə bitirib (1978). Leninqrad Dövlət Pedaqoji İnstitutunda professor R.Q.Piotrovskinin rəhbərlik etdiyi “Инженерная лингвистика» labaratoriyasında elmi təcrübə keçib. Eyni zamanda Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti “Математическая лингвистика» kafedrasının aspirantı olub, “Struktur, tətbiqi və riyazi dilçilik”, “Türk dilləri” ixtisasları üzrə namizədlik, “Türk dilləri” və “Dil nəzəriyyəsi” ixtisasları üzrə doktorluq dissertasiyaları müdafiə edib. “Türk dilləri” ixtisası üzrə baş elmi işçi diplomu alıb (1991). “Dil nəzəriyyəsi” ixtisası üzrə professor elmi adı alıb (2005).
Məsud Mirzəyev
Məsud Pezeşkiyan
Məsud Pezeşkian (fars. مسعود پزشکیان‎; 29 sentyabr 1954, Məhabad, Pəhləvilər İranı[d]) — İran siyasətçisi və həkimi. İranın seçilmiş prezidenti (2024-cü ildən). İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005). Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. Ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürddür. Bəzi mənbələrə görə o, azərbaycanlıdır. O, BBC-yə verdiyi bir açıqlamasında "türk olduğunu və Azərbaycanda doğulduğunu" bildirmişdir. İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi. Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürmüşdür.
Məsud Pənahi
Məsud Pənahi (10 yanvar 1943, Zəncan) — Azərbaycan və Almaniya animasiya rejissoru, kino rəssamı, animatoru və ssenari müəllifi. Məsud Pənahi 10 yanvar 1943-cü ildə doğulub. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir. Məsud Pənahi "Tıq-tıq xanım" ("Pıspısa xanım və Siçan bəy") animasiya filminin müəllifidir. 1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.
Məsud Qəznəvi
Məsud Qəznəvi (998, Qəzni – 17 yanvar 1041, Hindistan) — Qəznəvilərin üçüncü sultanı. Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı.
Məsud Səbri
Masud Sabri həmçinin Masʿūd Ṣabrī (uyğ. مەسئۇت سابرى, مسعود صبري; çin. 麦斯武德·沙比尔; pinyin:Màisīwǔdé·Shābì'ěr; 1886-cı il Külçə, Şərqi Türkistan – 1952-ci il Urumçi, Sincan) — Şərqi Türkistanda uyğur siyasətçisi və siyasi lideri. İli üsyanı zamanı uyğurların siyasi liderlərindən biri və Sincan valisi olmuşdur. Səbri əvvəlcə Külçə ardından ali təhsilini tibb üzrə İstanbul Universitetində almışdır. Siyasi baxışlarında türkçülük və müstəqil Şərqi Türkistan məsələsi önəmli yer tuturdu. 1949-cu ildə Şərqi Türkistan Çin Xalq Respublikası tərəfindən ilhaq edildikdən sonra valilikdən uzaqlaşdırılmışdır. 1952-cil ildə həbsdə vəfat etmişdir. Məsud Səbri 1886-cı ildə Şərqi Türkistanda Külçə şəhərində anadan olmuşdur. İlk təhsilini Gülcədə almışdır.
Məsud Xan
Məsud Xan (ing. Masood Khan; d. 15 fevral 1951, Ravalakot, Punç rayonu, Azad Kəşmir, Pakistan) - Azad Cammu və Kəşmir İslam Respublikasının prezidenti.
Məsud Yılmaz
Əhməd Məsud Yılmaz (türk. Ahmet Mesut Yılmaz; 6 noyabr 1947, İstanbul – 30 oktyabr 2020, İstanbul) və ya əmilərinin soyadı ilə Akçal. Əslən Rizə Çayeli Çataldərə/Cimil kəndindən) — hemşinli əsilli türk siyasətçisi. Azərbaycan suveren dövlət kimi onun dövründə Türkiyə Cümhuriyyəti tərəfindən rəsmən tanınmışdır. Ahmet Mesut Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. İstanbul Oğlanlar litseyini bitirib. 1971-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsi Maliyyə və İqtisad Bölümündən məzun oldu. 1972–1974-cü illər arasında Almaniyanın Köln Universiteti İqtisadi və İctimai Elmlər Fakültəsində yüksək lisans çalışması etdi. 1975–1983-cü illərdə kimya, tekstil və çatdırma sahəsində, müxtəlif özəl şirkətlərdə idarəçi olaraq işləyib. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub.
Afaq Məsud
Məsud Afaq Məsud qızı (3 iyun 1957, Bakı) — Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru. == Həyat və fəaliyyəti == Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Roman, pyes, esse və hekayələr müəllifidir. Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir. Dövlət "Yuğ" Teatrında "Can üstə", "O məni sevir" (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altına atılan qadın" tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə).
Məsud Özil
Məsud Özil (15 oktyabr 1988, Helzenkirxen, Almaniya Federativ Respublikası) — keçmiş türk əsilli alman yarımmüdafiəçisi. Məsud Özil 15 oktyabr 1988-ci ildə Almaniyanın Helzenkirxen şəhərində doğulmuşdur. 2010 Dünya çempionatında uğurlu çıxışından sonra "Verder"dən "Real Madrid"ə 15 milyon avro qarşılığında transfer olunmuşdur. Həmçinin bu turnirdəki uğurlu futbolu ilə Qızıl Top və Avropada İlin Futbolçusu mükafatlarına namizəd göstərilmişdir. Zonquldaklı bir ailənin uşağı olaraq dünyaya gələn Məsud Özil Türkiyə milli futbol komandasında çıxış etməyə dəvət alarkən "Özümü bir alman kimi hiss edirəm" deyərək bu təklifi rədd etmiş, Almaniya milli futbol komandasının heyətində iştiraka üstünlük vermişdir.Lakin 2018 FİFA Dünya Kubokundan sonra ona edilən irqçi təzyiqlər səbəbindən millidəki karyerasını başa vurmuşdur. Məsud Özil "Real Madrid" klubunun heyətində çıxış etmiş ilk türk əsilli futbolçu olmuşdur. 22 mart 2023-cü il tarixində Məsud Özil, futbolçu karyerasını başa vurduğunu açıqlamışdır.[1] 2019-cu ilin yanvar ayında Məsut Özil aktrisa və model sevgilisi Amine Gülşe ilə nişanlanıb.
Məsud İbrahimzadə
Məsud İbrahimzadə (16 yanvar 1989, Əhər/Qaradağ) — İran futbolçusu, hücumçu. İbrahimzadə 2007-ci ildən Təbrizin Traktor Sazi klubunun gənclərdən ibarət komandasında, sonra isə əsas komandanın heyətində çıxış etməyə başlamışdır. O 23 yaşlılardan ibarət İran milli futbol komandasının oyunçusudur.
Məsud Əfəndiyev
Məsud Əfəndiyev (alm. Messoud Efendiev‎, 21 oktyabr 1953, Zaqatala) — Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professor. Humboldt mükafatı alan ilk azərbaycanlı. Azərbaycan Respublikasının əməkdar elm xadimi. Əfəndiyev Məsud Arif oğlu 1953-cü il oktyabrın 21-də Azərbaycan Respublikasının Zaqatala rayonunda qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib. Diplom işini professor Mark Vişık və Aleksandr Şnirelmanın rəhbərliyi altında yazmışdır. Bu iş 1975-ci ildə nəşr üçün akademik Əşrəf Hüseynov tərəfindən "Azərbaycan SSR-i Elmlər Akademiyasının Məruzələri” jurnalına təqdim edilmişdir. 1991-ci ildən Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib.
Məsud Əlioğlu
Məsud Əli oğlu Vəliyev (5 oktyabr 1928, Mahmudlu, Qubadlı rayonu – 23 iyul 1973, Bakı) — Azərbaycan yazıçısı. Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb. 100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir. Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir. Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-ci ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib. O, xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır. C.Məmmədquluzadənin dramaturgiyası – Azərnəşr, 1954 S.S. Axundov – Azərnəşr, 1956 Məfkurə dostları – Azərnəşr, 1961 Rəsul Rza – Azərnəşr, 1960 Ədəbiyyatda yeni insan – Azərnəşr, 1964 Məslək qardaşları – Azərnəşr, 1966 Tənqidçinin düşüncələri – Azərnəşr, 1968 Ədəbi fraqmentlər – Azərnəşr, 1974 H. Cavidin romantizmi - Azərnəşr, 1975 Amal və sənət – Yazıçı, 1980 Məhəbbət və qəhrəmanlıq – Yazıçı, 1979 Darıxan adamlar (iki cilddə) – "Elm və təhsil", 2009 Darıxan adamlar (seçilmiş əsərləri).
Qassan Məsud
Qəssan Məsud (Ərəbcə: غسّان مسعود; 20 sentyabr 1958) — Suriyalı aktyor. Evli və bir oğlan, bir də qız atası olan Məsud, Suriyada bir çox filmə çəkilmişdir. "Diplomasiyyoun" adlı oyun ona aiddir. 2005-ci ildə çəkilən Cənnətin krallığı (film, 2005) adlı filmdə Müsəlman orduların komandanı Səlahəddin Əyyubi olaraq rol alması onun aktyorluq karyerasında böyük rol oynayıb. 2006-cı ildə Türk kino tarixinin ən yüksək büdcəli filmi olan Qurdlar vadisi İraq adlı filmdə, 2007-ci ildə də Qərayib quldurları: Dünyanın sonu (film, 2007) adlı Amerikan istehsalı filmdə rol almışdır. Çalışmalarını hələ "Damascus Music and Drama School" və "High İnstitution of Theatrical Arts" adlı platformlarda sürdürməkdədir. Qəssan Məsud, çox danışılan "Kəpənək" filmində də oynadı. Ayrıca "Ömər" serialında isə Əbu Bəkr rolunu oynamışdır.
Qəssan Məsud
Qəssan Məsud (Ərəbcə: غسّان مسعود; 20 sentyabr 1958) — Suriyalı aktyor. Evli və bir oğlan, bir də qız atası olan Məsud, Suriyada bir çox filmə çəkilmişdir. "Diplomasiyyoun" adlı oyun ona aiddir. 2005-ci ildə çəkilən Cənnətin krallığı (film, 2005) adlı filmdə Müsəlman orduların komandanı Səlahəddin Əyyubi olaraq rol alması onun aktyorluq karyerasında böyük rol oynayıb. 2006-cı ildə Türk kino tarixinin ən yüksək büdcəli filmi olan Qurdlar vadisi İraq adlı filmdə, 2007-ci ildə də Qərayib quldurları: Dünyanın sonu (film, 2007) adlı Amerikan istehsalı filmdə rol almışdır. Çalışmalarını hələ "Damascus Music and Drama School" və "High İnstitution of Theatrical Arts" adlı platformlarda sürdürməkdədir. Qəssan Məsud, çox danışılan "Kəpənək" filmində də oynadı. Ayrıca "Ömər" serialında isə Əbu Bəkr rolunu oynamışdır.
Əhməd Məsud
Əhməd Məsud (dəri احمد مسعود) — Tacik əsilli Əfqanıstan siyasətçisi, SSRİ qoşunları, sonra isə Talibanla uğurlu mübarizəsi ilə tanınan səhra komandiri Əhməd Şah Məsudun oğlu və varisi. Əhməd Məsud 1989-cu ildə Əfqanıstanın şimal-şərqindəki Təxar vilayətinin Piyu şəhərində tacik ailəsində anadan olmuşdur. İranda orta məktəbi bitirdikdən sonra Məsud bir il Sandhurstdakı Kral Hərbi Akademiyasında hərbi kurslarda təhsil alıb.. O, 2012-2015-ci illərdə London Kral Kollecində Hərbi Araşdırmalar Bölməsində təhsilini davam etdirib. 2016-cı ildə London Şəhər Universitetində Beynəlxalq Siyasət üzrə magistr dərəcəsi alıb.. 2016-cı ildə Məsud Əfqanıstana qayıtmış və "Məsud Fondu"nun baş direktoru təyin edilmişdir. 2019-cu ilin mart ayından etibarən Məsud rəsmi olaraq siyasətlə məşğul olmağa başlamışdır.. Atasının Əfqanıstanda daxili hakimiyyət münasibətlərinin İsveçrə modeli ideyasını dəstəkləyərək, mərkəzsizləşdirilmiş hökumətin resurslarının və səlahiyyətlərin daha səmərəli bölgüsünə gətirib çıxaracağını və bununla da ölkəyə rifah və sabitliyin gətirəcəyini əminliklə bildirmişdir. 2021-ci ildə, Taliban tərəfindən hərbi uğurlar fonunda Məsud, Əfqanıstanın şimalında, Taliban əleyhinə olan etnik könüllülərin koalisiyası olan Pəncşir Müqavimətini qurdu. Kabilin süqutundan sonra, Birinci vitse-prezident Əmrulla Salehlə müttəfiq olaraq Taliban rejiminə müqavimət göstərmək qərarı verdi.
Məsud Kimyayi
Məsud Kimyayi (fars. مسعود کیمیایی‎; 29 iyul 1941, Tehran) — İran rejissoru, ssenaristi və film prodüseri. O, İran yeni dalğasının rejissorlarından sayılır. Kimyyai karyerasına 1968-ci ildə "Qəribə gəl" filmi ilə debüt etmiş, rejissor köməkçisi kimi başlamışdır. İkinci filmi "Qeysər" (1969) ilə o, İran kino sənayesində tarixi dəyişikliyə səbəb olmuşdu. Film kassada böyük uğur qazanmaqla yanaşı, daha əvvəl sənayedə şansı olmayan bir çox gənc və istedadlı rejissorların da yolunu açmışdı. Onun filmləri çox vaxt cəmiyyətdə marginallaşmış insanlar haqqında olur və filmin sonunda antiqəhrəmanlar ölür. O, adətən ssenarilərini özü yazır və ənənəvi adi xalq dialektləri əsasında jarqon dialoqları ehtiva edir. İranda keçirilən festivallarda aldığı bir çox mükafatlardan başqa o, yeganə beynəlxalq mükafatını Berlin Film Festivalında almışdır.
Məsud Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Məsud Pezeşkian
Məsud Pezeşkian (fars. مسعود پزشکیان‎; 29 sentyabr 1954, Məhabad, Pəhləvilər İranı[d]) — İran siyasətçisi və həkimi. İranın 9-cu prezidenti (2024-cü ildən). İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005). == Həyatı və fəaliyyəti == Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. "The Guardian" qəzetinə görə, onun ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürd olduğu bildirilir. BBC isə onun azərbaycanlı olduğunu qeyd edir. O, həmçinin BBC-yə verdiyi bir açıqlamasında özünün "türk olduğunu və Azərbaycanda doğulduğunu" bildirmişdir. İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi. Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürmüşdür.
III Məsud (Qəznəvi hökmdarı)
III Məsud Qəznəvi — Qəznəvilərin on birinci sultanı. Hakimiyyəti boyu Hindistana hücumlar etdi və Qəznəni gözəlləşdirməklə məşğul oldu. Ölümündən sonra onu oğulları əvəz etdi.
III Məsud Qəznəvi
III Məsud Qəznəvi — Qəznəvilərin on birinci sultanı. Hakimiyyəti boyu Hindistana hücumlar etdi və Qəznəni gözəlləşdirməklə məşğul oldu. Ölümündən sonra onu oğulları əvəz etdi.
II Məsud (Qəznəvi hökmdarı)
Sultan II Məsud Qəznəvi — Qəznəvilərin başında çox az bir müddət qalmışdı. Kiçik yaşlı olduğuna görə yerinə əmisi keçdi.
II Məsud Qəznəvi
Sultan II Məsud Qəznəvi — Qəznəvilərin başında çox az bir müddət qalmışdı. Kiçik yaşlı olduğuna görə yerinə əmisi keçdi.
II Məsud xan Qaraxani
Məsud bin Həsən xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1163. ildə qardaşı Əli xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Qiyasəddin Məsud
II Qiyasəddin Məsud (Ərəb əlifbası ilə: غياث الدين مسعود بن كيكاوس‎, (Qiyas əl-Din Məsud bin Keykavus)) Rum Səlcuqlu dövləti sultanı və II İzzəddin Keykavusun oğludur. Rum Səlcuqlu dövlətinin monqolların təsiri altında hökm sürdüyü bu dönəmdə dörd dəfə taxta çıxmış, hər səfərində qardaşının oğlu olan III Əlaəddin Keyqubad onu taxtdan salmışdır. == Həmçinin bax == Rum Səlcuqlu dövləti == Xarici keçidlər == Türkiye Selçuklu Sultanı II. Gıyaseddin Mesud Hakkında Bazı Görüşler Son Selçuklu Sultanı 2.
I Məsud (Qəznəvi hökmdarı)
Məsud Qəznəvi (998, Qəzni – 17 yanvar 1041, Hindistan) — Qəznəvilərin üçüncü sultanı. == Həyatı == Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı.
I Məsud xan Qaraxani
Məsud bin Məhəmməd bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1095. ildə əmisi oğlu Əbülmüzəffər Əhməd xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Mirzə Məsud xan Gərmərudi
Mirzə Məsud Mirzə Əbdürrəhim oğlu Gərmərudi (12 may 1781, İşlaq, Şərqi Azərbaycan ostanı – fevral 1849) — diplomat, tarixçi. Mirzə Məsud Mirzə Əbdürrəhim oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Mirzə Məsud atası Mirzə Əbdürrəhim Təbrizin vəziri olmuşdu. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Mirzə Məsud xan Gərmərudi türk, fars, ərəb, ingilis və fransız dillərini bilirdi. Onun fransızca məktubları qalıb. Mirzə Məsud xan Gərmərudi əvvəlcə Abbas mirzə Qovanlı-Qacarın yanında mustovfi vəzifəsində çalışmışdı. 1829-cu ildə Xosrov mirzə Qovanlı-Qacar ilə birlikdə Rusiyaya yollanmışdı.
Məsud Səəd Salman
Məsud Səəd Salman (1046–1121) — İran şairi. Məsud 1046-cı ildə Lahorda anadan olub. Şairin ailəsi Həmədandan olsa da sonra Qəzvinə köçmüşlər. Onun atası 60 il Qəznəvilər dövlətinin əyanlarından (mustovfi) biri olmuş və müxtəlif dövlət işlərini görmüşdür. Bu barədə şair şeirlərinin birində deyir: Şair hələ gənc yaşlarından yaxşı təhsil almış və dövlət işlərini, maliyyə hesablarını yaxşı bilmişdir. Eləcə də özündən əvvəlki poeziyanı dərindən öyrənmişdir. Mənbələrin verdiyi məlumata görə, onun üç dildə: dəri, ərəb və hind dilində divanı olmuşdur. Şairin həmin divanlarından yalnız dəri dilindəki divanı bizə gəlib çatmışdır. Ərəb dilində yazdığı şeirlərdən isə təkcə bir beyt Vətvatın divanından bizə məlumdur. Vətvat onu çox sevmişdir və şeirlərindən nümunələr vermiş, onlara nəzirə yazmışdır.
Məsud ibn Namdar
Məsud ibn Namdar (XI əsr, Beyləqan – XII əsr) – XI əsr şairi. Əəsərlərini ərəb, fars və türk dillərində yazmışdır. Mənşəcə Azərbaycan türklərindən olmuşdur. Ədəbiyyatşünaslar öz əsərlərində əslən beyləqanlı olan Məsud ibn Namdarın və başqalarının adlarını çəkirlər. Bunlardan "Şirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra epizodunu o dövr ərəb abidələri üçün ən ənəvi olan təmtərlaqılı ədəbi formada təsvir edən", Məsud ibn Namdar Azərbaycan mədəniyyəti tarixində özünə məxsus yer tutmuşdur. Onun həyat və yaradıcılığının ən yaxşı və son tədqiqatçısı olan V.M Beylis Məsudun orta əsrin hər hansısa bir elm sahəsində mütəxəssis olan alim deyil, ədəbi cəhətdən savadlı tipik ədib olduğunu müəyyənləşdirir. Məsudun dövrümüzə çatan əlyazması üç hissədən – hekayətlərdən, məktublardan və şeirlərdən ibarətdir. Həmin şeirlər, həyatını Beyləqən, Gəncə və Şirvanda, o dövrün bir çox şairləri kimi rəsmi dövlət vəzəfələrində keçirən bu ziyalı şəxsiyyətin bizə yetişmiş toplusunun üçdə birindən çoxunu təşkil edir. Əsasən mövzulara həsr olunmuş bu şeirlər Məsudun iş fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq şeirlərin qruplaşdırılmasında da özünü göstərir: əl-Xənziyyət (Gəncə dövrü şeirləri), əl-Beyləqanəyyət (Beyləqan dövrü şeirləri), əl-Əmniyyət (Gəncə mustavfisis Əmin əm–Mülkün adı ilə), əl-İxvaniyyət ("Dostluq"), "Köhnə şeirlər, və b.

Значение слова в других словарях