nəql

1) is. narration f, récit m ; ~ etmək raconter vt, narrer vt ;2) transport m ; transfert m ; neftin ~i transport du pétrole

nəqarat
nəqli
OBASTAN VİKİ
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Hava nəqliyyatı
Hava nəqliyyatı-Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. == Tarixi == Hava nəqliyyatı - Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Aviasiya vasitəsilə sərnişinlərin və yüklərin daşınmasına yalnız I Dünya müharibəsindən sonra başlanmışdır. Əgər 1937-ci ildə dünyada hava nəqliyyatı ilə 4 mln. nəfər səmişin daşınmışsa, XXI əsrin əwələrində bu göstərici 2,2 mlrd. nəfər təşkil etmişdir. == Ümumi məlumat == Sərnişinlərin və xüsusi dəyərli yüklərin lazım olan məntəqəyə qısa müddətə çatdırılması hava nəqliyyatının üstün cəhətlərini müəyyən edir. İstifadə edilən təyyarələrin fərqli texniki xüsusiyyətləri hava məkanında müxtəlif hündürlüklərdə hava xətləri şəbəkəsinin yaradılmasına imkan vermişdir. Müasir dövrdə belə hava xətləri şəbəkəsinin ümumi uzunluğu 10 mln. km təşkil edir.
Hava nəqliyyatına nəzarət
Hava nəqliyyatına nəzarət xidməti (ATC), hava vasitələrinin manevr sahəsində, peppronda və ya uçuşun hər hansı bir mərhələsində bir-birləriylə və maneələrlə üzləşmələrinin qarşısının alınması; sürətli və nizamlı hava nəqliyyatına axınını təmin etmək məqsədi ilə verilən hava nəqliyyat xidməti (ATS) növüdür. ATC qısaltması İngilis dilində Air Traffic Control anlayışının akronimidir. ATC xidməti verən vəzifəlilərə hava nəqliyyatına nəzarətçi (ATCO) deyilir. ATC xidmətləri beynəlxalq formada İngilis dilində deyilir. ATC orqanları funksiyalarına görə bu çağırış adlarından birini alırlar: Tower (qüllə) Approach (yaxınlaşma) Radar Ground (Yer) Director (direktor) Hər hansı bir hava nəqliyyat xidmət orqanının vəzifəsini göstərməyən (yanıldıcı) bir çağırış adı istifadə etməsi cinayət hesab edilir. == Missiyalar == ATC orqanları bu xidmətləri verirlər: Nəzarət xidməti (meydanlarda və idarəli hava sahələrində) FIS (uçuş məlumat xidməti) ALRS (xəbərdarlıq xidməti) == Hava nəqliyyat nəzarətçiləri == ATC-lər Nəqliyyat Nazirliyi Mülki Aviasiya Baş İdarəsi tərəfindən edilən lisenziya imtahanı nəticəsində lisanslandırılmış lisenziyalı kəslərdir. Azərbaycandakı əlaqədar təşkilat Nəqliyyat Nazirliyi Dövlət Hava Meydanları Müəssisəsidir. (mənbə lazımdır) İmtahan və dərəcələndirmələr Hava nəqliyyat nəzarətçiləri lisenziyalarına əlavə olaraq aşağıdakı sahələrdə dərəcə imtahanlarına daxil olurlar və bu imtahanlarda müvəffəqiyyətli olduqları təqdirdə dərəcələri ilə əlaqədar hava nəqliyyat xidməti vəzifəsini yerinə yetirirlər. Əlaqədar dərəcələr bunlardır: (mənbə lazımdır) Görərək meydan nəzarət dərəcəsi Alətli meydan nəzarət dərəcəsi Radarsız yaxınlaşma nəzarət dərəcəsi Radarlı yaxınlaşma nəzarət dərəcəsi Radarsız sahə nəzarət dərəcəsi Radarlı sahə nəzarət dərəcəsi == Şərtlər == Hava nəqliyyat nəzarətçiləri, yaxşı dərəcədə İngilis dilində bilmək və hər il, çalışdıqları bölgə ilə əlaqədar dərəcədə yeniləmə imtahanlarına girmək məcburiyyətindədirlər. Bu imtahanlara girə bilmək üçün hər il tam hüquqlu xəstəxanalardan heyət hesabatı almaq zərurətləri vardır.
Hərbi nəqliyyat təyyarəsi
Hərbi nəqliyyat təyyarəsi qoşunların, silah sistemlərinin və digər hərbi təchizatın bir yerdən başqa yerə daşınması üçün istifadə olunan təyyarələrdir. Bu cür təyyarələr lazım olan hərbi ləvazimatın uzaq məsafədə yerləşən döyüş bölgəsinə çatdırılmasında ən effektiv vasitə hesab olunur. Əslində bombardmançı təyyarələrdən əmələ gəlmiş hərbi nəqliyyat təyyarələri İkinci dünya müharibəsində hava-desant bölmələrinin lazım olan yerə çatdırılmasında istifadə olunurdu. Bəzi hərbi nəqliyyat təyyarələri havada yanacaqdoldurma və ya hazırlanmamış pistlərə taktiki, əməliyyat və strateji havadan daşıma kimi çoxfunksiyalı vəzifələrə təyin olunur. 2014-cü ilə olan məlumata əsasən Antonov şirkətinin istehsalı olan Antonov An-124 Ruslan yük götürmə potensialına görə dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi hesab olunur.
Karvan (nəqliyyat)
Konvoy və ya karvan qarşılıqlı dəstək və müdafiə üçün birlikdə səyahət edən bir qrup nəqliyyat vasitəsidir. Onlar adətən motorlu nəqliyyat vasitələri və ya gəmilərdən ibarət olurlar. Konvoy adətən silahlı müdafiə dəstəyi ilə təşkil edilir. O, həm də qeyri-hərbi mənada, məsələn, ucqar ərazilərdən keçərkən də istifadə oluna bilər.
Koreya Nəqliyyat İnstitutu
Koreya Nəqliyyat İnstitutu — Cənubi Koreyanın Baş nazirliyinə tabe olan araşdırma mərkəzi. İnstitutda tədqiqatlar Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi və yerli hökumət orqanlarının sifarişi ilə aparılır. 2014-cü ilin dekabrında mərkəz Secon şəhərindəki Koreya Milli Tədqiqat Kompleksinə köçürülmüşdür. == Tarixi == İnstitut 1985-ci ilin noyabr ayında qəbul edilmiş Mülki Aktın 32-ci maddəsi əsasında yaradılmış və 1987-ci ilin avqustunda Şəhər nəqliyyatının tənzimlənməsinin təşviqi haqqında Qanunun 24-cü maddəsi əsasında rəsmi olaraq fəaliyyətə başlamışdır. 1999-cu ildə İqtisadi, Humanitar və Sosial elmlər üzrə Milli Tədqiqat Şurasına qoşulmuş və Koyan şəhərində yerləşən İnşaat və Nəqliyyat Tədqiqat Kompleksinə köçmüşdür. 2014-cü ildən Secon şəhərində fəaliyyət göstərir. 2017-ci ilin dekabrından prezidenti OH Cehakdır. Cehak İnstitutun 14-cü prezidentidir. Daha öncə LEE Çenq Vun həmin postu tutmuşdur. == Strukturu == Koreya Nəqliyyat İnstitutunun 99-u fəlsəfə doktoru və 230 nəfəri tədqiqatçı olmaqla, 300 nəfər işçisi var.
Koreya Nəqliyyatı
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. == Avtobus == Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreyada nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. == Avtobus == Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreyanın nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. == Avtobus == Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Kosovoda nəqliyyat
Kosovoda nəqliyyat (alb. Transporti në Kosovë, serb. Транспорт на Косову, türk. Kosova'da ulaşım) — müstəqilliyi qismən tanınan Kosovo Respublikasında nəqliyyatın vəziyyətinə verilən ad. Bu səbəbdən müəyyən çətinliklər yaşayır. Kosovo 2008-ci ildə Serbiyadan müstəqillik əldə etmişdir və dünyanın bir çox ölkələri tərəfindən müstəqil ölkə kimi tanınır. Kosovonun şimala çıxışı yoxdur buna səbəb Serbiyanın onun müstəqilliyini tanımamasıdır. Digər qonşu ölkələr isə onun müstəqilliyini tanıyır və nəqliyyat əlaqəsi qurur. Müstəqillik əldə edildikdən sonra şəhər və hava nəqliyyatının inkişafı istiqamətdə tədbirlər görülmüşdür. Nəqliyyat Kosovo iqtisadiyyatında mühüm rol oynayır.
Küveytdə nəqliyyat
Küveytdə nəqliyyat — Relsdən başqa bütün nəqliyyat növlərinə Küveytdə rast gəlmək olar. Avtomobil nəqliyyatı ölkədə əsas rolu oynayır. İctimai avtobuslar əhəmiyyətli yerə malikdir. Küveyt İran körfəzinin sahilində bir neçə limana malikdir. Küveytdə 7 hava limanı fəaliyyət göstərir. Onlardan ən böyüyü Küveyt Beynəlxalq Hava limanıdır. == Dəmiryol nəqliyyatı == Küveyt dəmir yolu infrastrukturuna malik deyil. Ancaq avtomobil hərəkətinin intensivliyinin artımı bir neçə dəmir yolu layihəsinin yaranmasına gətirib çıxarmışdır. Əl-Küveyt Gulf Railway yolunun son stansiyalarından biri olmalıdır. Bu dəmir yolunun 2000 kilometri bir neçə körfəz ölkələrini bir-biri ilə bağlayacaqdır.
Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Kəlbəcər-Laçın iqtisadi rayonu — Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən iqtisadi rayon. Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Laçındır. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin isə 2%-dən bir qədər çoxu bu rayonun payına düşür. Ümumi ərazisi 6398 km² (yuvarlaq 6,4 min km²), ümumi əhalisi 231,3 min nəfər (1 yanvar 2011-ci il), 1 km²-ə düşən əhali sıxlığı isə 36 nəfərdir. == Rayonlar == === Kəlbəcər inzibati rayonu === 08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Kiçik Qafqazın mərkəzində, Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km², əhalisinin sayı 83,9 min nəfər, o cümlədən şəhər əhalisi 11,5 min nəfər,kənd əhalisi 72.4 min nəfərdir(01.01.2012). Mərkəzi Kəlbəcər şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 53 kənd ərazisi,145 kənd yaşayış məntəqəsi vardır. Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.
Kələk (nəqliyyat)
Kələk — su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bolgəsi ucun səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ və kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyatı vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yukgöturmə qabiliyytəinə görə pələ kicik, kələk isə nisbətən iri ölçudə hazırlanırdı. Kələk öz həcminə görə pələdən uç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurdu. Kələyə bağlanmış tuluqların sayı isə 12–16 ədədə çatırdı. Kələk də xüsusi çəp vasitəsilə idarə olunurdu və təxminən 150–170 puda qədər yuk götürə bilirdi. Culfa rayonunun Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üctəpədə digər sahilə çıxa bilirdi.
Livanda nəqliyyat
Livanda nəqliyyat — İnkişaf səviyyəsinin böyük diapazonuyla fərqlənir. Rəfiq Həriri adına Beynəlxalq Hava Limanı ilə yanaşı avtomobil yolları ölkənin paytaxtı olan Beyrut şəhərinə qədər gəlib çıxır. Digər ərazilərdəki yollar isə pis vəziyyətdədir. 1975 və 1990-ci illər arasında vətəndaş müharibəsi və İsraillə İkinci Livan müharibəsi nəqliyyat infrastrukturuna ciddi zərər vurmuşdur. == Avtomobil nəqliyyatı == Livan əsasən geniş yol şəbəkəsinə malik ölkələrdən hesab olunur. Ancaq pis xidmətə görə bəzi sahələr və məskunlaşılmamış yerlər təhlükəli ola bilərlər. Həmçinin yollar həyəcan siqnalları nəticəsində xəbərdarlıqsız bağlana bilərlər. Livanın əsas yolları aşağıdakılardır: Beyrut — Cübeyl — Tərabülüs əş-Şam — Suriya il sərhəddə; Beyrut — Sayda — Sur — İsrail ilə sərhəddə; Beyrut — Bxamdun-əl-Мxatte — Xtaura — Suriya ilə sərhəddə; Xtaura — Zəhlə — Bəəlbək - Каа; Tərabülüs əş-Şam — Bişarri — Bəəlbək. === Avtomagistral === Livanın əsas yollarının bir hissəsi avtomagistral yollarına çevirilmişdir. Onlara aşağıdakılar aiddir: Beyrut avtomagistralı — Tərabülüs əş-Şam (81 km); Beyrut — Кfar-Badde (65 km); Beyrut — Sofar (26 km); Tərabülüs əş-Şam — Xane (20 km).
Logistika və Nəqliyyat Akademiyası (Qazaxıstan)
Logistika və Nəqliyyat Akademiyası (LvNA) — nəqliyyat və rabitə sənayesi üçün mütəxəssis hazırlamaqda ixtisaslaşmış Almatı şəhərində yerləşən bir texniki ali təhsil müəssisəsi. 2021-ci ilə qədər — Muxammedjan Tınışbayev adına Qazaxıstan Nəqliyyat və Kommunikasiya Akademiyası (KazATK). == Tarixi == === SSRİ === KazATK-nın tarixi 1931-ci ildə başlayır, Almatıda, Türksib Müdirliyinin nəzdində, Daşkənddə yerləşən Orta Asiya Dəmiryol Mühəndisləri İnstitutunun əmri ilə 1967-ci ildə bir filiala çevrilən bir təlim və məsləhət Daşkənd Nəqliyyat Mühəndisləri İnstitutunun (DNMİ) mərkəzi açıldı. . 20 may 1976-cı ildə bu filialın bazasında Almatı Dəmiryol Mühəndisləri İnstitutu (ALİİT) yaradıldı. 1 yanvar 1991-ci ildə Ust-Kamenogorsk Tikinti və Yol İnstitutunun Almatı filialının əsasında Almatı Avtomobil və Yol İnstitutu (AADI) quruldu. === Müasirlik dövrü === 7 May 1996-cı ildə iki Almatı nəqliyyat ali təhsil müəssisəsi — Almatı Dəmiryol Mühəndisləri İnstitutu və Almatı Avtomobil və Yol İnstitutu əsasında - nəqliyyat sənayesi üçün genişləndirilmiş bir ali təhsil ocağı - Qazaxıstan Akademiyası quruldu Nəqliyyat və Kommunikasiya (KazATK) [bir]. 23 May 2000-ci ildə KazATK Sankt-Peterburqdakı I Aleksandr adına İmperator Dəmiryol Mühəndisləri İnstitutunun məzunu, ilk qazax dəmiryolu mühəndisi, böyük ictimai və siyasi xadim Muhammedzhan Tynyshpaev (1879-1938) adını daşıyırdı. , Türküstanın layihə inkişaf etdiricilərindən və inşaatçılarından biri. Sibir Dəmir Yolu (Türksib). Elə həmin il "Qazaxıstan Nəqliyyat və Kommunikasiya Akademiyasının Bülleteni" elmi jurnalı nəşr olundu.
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Lənkəran-Astara iqtisadi rayonu — Azərbaycan Respublikasının iqtisadi rayonlarından biri. İqtisadi rayon şərqdən Xəzər dənizi, qərbdən və cənubdan İran ilə həmsərhəddir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonun~ Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir == Coğrafiya == İqtisadi rayonun tərkibinə 6 inzibati rayon, o cümlədən 8 şəhər, 13 qəsəbə, 642 kənd və 182 bələdiyyə daxildir. Lənkəran iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Lənkərandır. İqtisadi rayon Azərbaycanın cənubunda, İran və Türkiyəyə gedən yollar üzərində yerləşir. Şərqdə Xəzər dənizi, qərbdə və cənubda İran ilə həmsərhəddir. Sahəsi 6,14 min km² –dır, bu da ölkə ərazisinin 7,1%-nə bərabərdir. Lənkəran ovalığı və Talış dağları əsas oroqrafik vahidlərdir. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür. Region rütubətli subtropik iqlimə malik olmaqla təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir.
Maldiv adalarında nəqliyyat
Maldiv adalarında nəqliyyat — İlk növbədə ölkədə dəniz və aviasiya nəqliyyatı yaranmışdır. Bu da ölkənin coğrafiyası ilə bağlıdır. Maldiv respublikası bir neçə mərcan adasında yerləşmişdir və 300 km²-dən az sahəyə malikdir. Ölkənin əhalisinin sayı 400000 nəfərdən azdır. Respublikada bu səbəblərdən dəmiryol nəqliyyatı fəaliyyət göstərmir. Həmçinin faktiki olaraq ictimai nəqliyyat yoxdur. == Avtomobil nəqliyyatı == 2013-cü ildə avtomobil yollarının ümumi uzunluğu 88 kilometr təşkil edirdi. Onlardan 60 kilometri Male və Vilinqile adalarında yerləşmiş, ölkənin paytaxtı olan Male şəhərinin payına düşürdü. İki başqa region da, yəni Addu və Laamu atolları da avtomobil yollarına malikdir. Yolların əsas örtüyü — sıxlaşdırılmış mərcanlardır.
Monteneqroda nəqliyyat
Monteneqroda nəqliyyat hava, avtomobil, dəniz və dəmir yolu kimi sahələri əhatə edir. == Hava nəqliyyatı == Monteneqroda Podqoritsa (TGD) və Tivat (TIV) kimi iki əsas beynəlxalq hava limanı vardır. Hər iki hava limanı 2006-cı ildə açılmışdır: Podqoritsa şəhərində yeni bir sərnişin terminalı da inşa edilmişdir. Hər iki hava limanında 2017-ci ildə sərnişin dövriyyəsi 2184857 nəfər təşkil etmişdir. Həmin ildə hər bir aeroportda sərnişin dövriyyəsi 1 milyonu keçmişdir Berane, Jabljak və Nikşiçdə də hava limanı vardır. Lakin daxili uçuşlar üçün istifadə olunur və böyük təyyarələrin qəbulu üçün uyğun deyildir. İlsiçdə isə təyyarələr çəmənlik sahəyə eniş edir. == Dəmiryolları == Dəmiryollarının ümumi uzunluğu 250 km-dir. Relslər arasında məsafə 1435 mm-dir. Ensiz dəmiryolu xətti yoxdur.
Nikaraquada nəqliyyat
Avtomobil nəqliyyatı — Nikaraqua Respublikasının nəqliyyat növü. == Tarixi == Yol nəqliyyatının ölkə iqtisadiyyatındakı rolunun artması (və atlı nəqliyyatın rolunun azalması) avtomobillərin sayının artması səbəbindən 20-ci əsrin birinci yarısında baş verdi. Yol nəqliyyatının rolu yalnız 1948-ci ildə Pan Amerika magistralının ölkədən keçən 368 kilometrlik hissəsinin inşası başa çatdıqdan sonra sürətlə artmağa başladı. Lakin 1950-ci illərdə ölkənin yol şəbəkəsi inkişaf etməmiş və magistral yolların uzunluğu qısadır. 1952-ci ildə ölkədə 4.3 min vasitə var idi. 1960-cı illərin birinci yarısında atlar, qatırlar, öküzlər və eşşəklər hələ də əsas nəqliyyat növü idi. 1970-ci illərin əvvəllərində avtomobil nəqliyyatı artıq ölkənin yük dövriyyəsində aparıcı rol oynamışdır. 1972-ci ildə ölkənin avtomobil parkı 55 min avtomobildən ibarət idi (bunlardan 33 min maşın), 1974-cü ildə 52 min avtomobildən (bunlardan 32 min maşın). 1979-cu ildəki Sandinista inqilabından sonra yol şəbəkəsinin genişləndirilməsi və yaxşılaşdırılması başladı (xüsusən əvvəllər ölkənin qalan hissəsindən təcrid olunmuş şimal və şərq bölgələrində), bununla belə, ziddiyyətlərin hərəkətləri nəticəsində yolların mədənçiliyi başladı, nəqliyyat infrastrukturunun xeyli hissəsi Vasitənin bir hissəsi zədələnmiş və ya məhv edilmiş, məhv edilmiş və zədələnmişdir. Nəqliyyatdakı vəziyyət, ABŞ-nin Nikaraquanın tətbiq etdiyi iqtisadi mühasirəsi ilə mürəkkəbləşmişdi (1980-ci illərin əvvəllərinə qədər ölkənin motorlu nəqliyyat vasitəsi parkının əsasını ABŞ istehsalı olan, əsasən ikinci əl vasitələrdən ibarət olduğu və uzun müddətdir işlək olduğu üçün) çətinləşdirdi.
Nəqli cümlə
Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq. Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər. Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir. Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Nəqliyyat
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Nəqliyyat Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi — dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == Nazirlik Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentiinin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, onların əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmışdır. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Nazirlik haqqında.
Nəqliyyat coğrafiyası
Nəqliyyat coğrafiyası — İqtisadi coğrafiyanın bir sahəsidir. Nəqliyyatın coğrafi problemlərini, onun ərazi üzrə yerləşməsi və inkişaf qanunauyğunluqlarını öyrənir. Nəqliyyat coğrafiyası sənaye coğrafiyası, kənd təsərrüfatı coğrafiyası, əhali coğrafiyası, təbii ehtiyatlar coğrafiyası ilə sıx əlaqədardır.
Nəqliyyat ekspedisiyası
Nəqliyyat ekspedisiyası — Hər hansı nəqliyyat növü vasitəsilə yüklərin daşınmasında yük göndərənlərə, yük alanlara və digər təşkilatlara göstərilən xidmət fəaliyyətidir.

Значение слова в других словарях