Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (Azərbaycan)

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.[1]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
  • Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
(RİNN)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 11 oktyabr 2021
Baş qərargah Bakı Bakı
Ünvan Zərifə Əliyeva küçəsi 77
Rəhbərlik
Nazir Rəşad Nəbiyev
Nazir müavinləri Rəhman Hümmətov
Samir Məmmədov
Cavid Qurbanov
Elmin Məmmədov
Şahin Babayev

Tabeliyində olan orqanlar Dövlət Mülki Aviasiya Agentliyi
Elektron Təhlükəsizlik Xidməti
Rəsmi saytı mincom.gov.az

Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa AşurovCamo bəy Hacınski olmuşdur.

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub. 1955-ci ildə etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradılıb.[2]

Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış Sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb.[3]

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.[4]

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.[5]

Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır.[6]

Nazirliyin struktur bölmələri

[redaktə | mənbəni redaktə et]
  • Nəqliyyat siyasəti şöbəsi
  • Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsi
  • Texnoloji inkişaf şöbəsi
  • Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi
  • Maliyyə şöbəsi
  • Beynəlxalq əməkdaşlıq şöbəsi
  • İnsan resurslarının idarə edilməsi şöbəsi
  • Daxili nəzarət və audit şöbəsi
  • Hüquq şöbəsi
  • Sənədlərlə və müraciətlərlə iş şöbəsi
  • Layihələrin idarə edilməsi şöbəsi

Nazirliyin strukturuna daxil olan qurumlar

[redaktə | mənbəni redaktə et]

Nazirliyin tabeliyində olan qurumlar

[redaktə | mənbəni redaktə et]

"Technest" təqaüd proqramı

[redaktə | mənbəni redaktə et]

"Technest" təqaüd proqramı, milli bir təqaüd proqramı olaraq İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində təlim və hazırlıq imkanları təmin edir.[7] Bu proqramın əsas məqsədi, ölkədə İKT sahəsində kadrların inkişafına dəstək vermək və əmək bazarının İKT sahəsindəki kadr ehtiyaclarını qarşılamaqdır. Proqram çərçivəsində 2021–2022-ci tədris ilində 600-dən çox və 2022–2023-cü tədris ilində isə 3000-dən çox şəxs təqaüd alıb.[8] "Technest" təqaüd proqramı, İKT sahəsində mütəxəssislərin hazırlanması üçün ölkənin öndə gələn tədris mərkəzləri ilə əməkdaşlıq edir[9][10] və ən tələbatlı İKT kurslarına qəbul üçün müsabiqələr təşkil edir.[11][12] Bu müsabiqələr bir neçə mərhələdən ibarətdir, əlavə olaraq, yalnız bütün mərhələlərdə uğur qazanmış namizədlər və 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bu təqaüddən faydalanmaq hüququna malikdir.[13]

2022-ci il oktyabrın 7-də Azərbaycanda yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" Tvinninq layihəsi başladı.[14] Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və doğrudan-benefisiarı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər müvafiq qurumların da layihədə iştirak etməsi nəzərdə tutulur.[15] Layihənin tərəfdaşları Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi və Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsidir.[16] Bu layihə 2018-ci ilin 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən həyata keçirilir.[17]

Hökumət buludu

[redaktə | mənbəni redaktə et]

3 iyun 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Hökumət buludunun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" fərman imzalanıb.[18] İnfrastrukturun yaradılmasında əsas məqsədlər dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması, tədbirlərinin əlaqələndirilməsi, dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılması, dövlət orqanları üçün mərkəzləşdirilmiş, təhlükəsiz və dayanıqlı infrastruktur yaradılmasıdır.[19]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 28 mart 2023-cü il tarixində "PAŞA Holding" Şirkətlər Qrupunun dəstəyi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İsrailin "Texnion" İnstitutu tərəfindən təsis edilmişdir. Açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrailin keçmiş xarici işlər naziri, "Texnion"un səfiri Qabi Aşkenazi, "Texnion" İnstitutunun icraçı vitse-prezidenti və baş direktoru Boaz Qolani, İsrail səfirliyinin nümayəndələri və digər qurumların rəsmiləri iştirak etmişdir.[20] Burada 2026-cı ilə qədər 1000-ə yaxın şəxsə kibertəhlükəsizlik təlimləri keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində Azərbaycanda kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması prosesinin gücləndirilməsi planlaşdırılmışdır.[21]

Mərkəzdə müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar mövcuddur.[21]

Mərkəzdə təlimlər üçün qeydiyyat prosesinə 2022-ci ilin avqust ayında başlanılmışdır. İştirak üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olmaq tələb olunur.[22] İkinci qeydiyyat prosesi 2023-cü ilin mayında başlamışdır.[23] Müəssisə açılan mövsüm orada dərslərə start verilmişdir. 2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 nəfər dərslərə cəlb olunmuşdur.[21] Mərkəzdə İsraildən olan müəllim heyəti təlim keçirlər.[24] Təlimlər 6 ay müddətində saat 09:00-dan 18:00-a qədər davam edir. Azərbaycanda kibertəhlükəsizlik sahəsində olan kadr çatışmazlığının aradan qaldırılması məqsədilə layihə müddətində təlimlər ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması təlimləri, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətlərində aparılır. Təlimi uğurla bitirənlərə "Texnion" Universitetinin rəsmi sertifikatı verilir. Təlimlərdə 3 növ mütəxəssislərin hazırlanması planlaşdırılmışdır: "Red Team", "Blue Team", "SOC Team". Hər birində 20 nəfər olmaqla hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirirlər.[25]

"Relokasiya" proqramı

[redaktə | mənbəni redaktə et]

2022-ci ildən etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Relokasiya" proqramı fəaliyyətə başlamışdır. Bu layihə agentliyin yerli ekosistem mühitinin inkişaf startegiyalarına əsasən ərsəyə gəlmişdir. "Relokasiya" proqramı Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərə relokasiyanın təşkili, sənədləşmə prosesinin aparılması, şirkət əməkdaşlarının yerləşməsi, iş mühitinin təmin olunması, yaşayış və iş icazəsinin alınması prosesi, biznes strukturunun və vençur kapitalı sənayesinin nümayəndələri ilə əməkdaşlığın təmin edilməsi, hüquqi, maliyyə, bank hesabları açılması məsələlərində dəstək təmin edir və gün ərzində fəaliyyət göstərir.[26]

Onlayn Azərbaycan layihəsi

[redaktə | mənbəni redaktə et]
Layihənin loqosu.

2020-ci illərin əvvəllərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanın ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə "Onlayn Azərbaycan" layihəsi həyata keçirilmişdir. Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan layihənin icraçıları "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC, "Azeronline LTD", "Smart Systems Tecnology" və "MegaLink" şirkətləridir. "Onlayn Azərbaycan" layihəsi müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının sözügedən GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 MB/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.[27]

Rəqəmsal Azərbaycana doğru

[redaktə | mənbəni redaktə et]

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 24 noyabr 2022-ci il tarixindən "Rəqəmsal Azərbaycana doğru" layihəsinə start vermişdir. Bu layihə regionlarda rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, regionun İKT sahəsində mövcud potensialının ölçülməsi, daimi monitorinqə əsasən tədbirlərin görülməsi və inkişafa dəstək göstərilməsi məqsədilə həyata keçirilir. Regional layihə çərçivəsində Azərbaycanın 60-dan çox şəhər və rayonlarında İKT üzrə maraq və təcrübəyə sahib, bu sahədə çalışan, tədris alan və karyera hədəfləyən region sakinləri ilə maarifləndirici, məlumatlandırıcı təlimlərin, eyni zamanda icra orqanları, müvafiq təşkilat və qurumlarla ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin prioritetlərindən biri İKT sahəsində mütəxəssislərin yetişdirilməsi və onların öz bölgələrində işlə təmin olunmasını təşkil etməkdir. Bu məqsədlə regionlara səfərlər zamanı "Technest" Təqaüd Proqramı çərçivəsində mentorlar və ölkənin qabaqcıl tədris mərkəzləri tərəfindən gələcəyin innovativ peşələrinin tanıdılması istiqamətində təlimlər keçirilir. İştirakçılar tədris mərkəzləri tərəfindən yerindəcə imtahan olunaraq təqaüd proqramına cəlb olunur.[28]

Layihə çərçivəsində keçirilən ilk görüş Mingəçevir şəhərində baş tutmuş, 20 nəfər həmin gün təşkil olunmuş sınaq imtahanlarından uğurla keçərək təqaüd qazanmışdır. Burada keçirilən rəsmi görüşlər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı və Mingəçevir Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə diskussiyalar aparılmışdır. Şəhərdə İKT sahəsi üzrə yaradılan innovativ infrastrukturlardan məqsədyönlü şəkildə istifadə imkanları, həmçinin 3700 tələbənin təhsil aldığı Mingəçevir Dövlət Universitetində İnkişaf və Tədqiqat Laboratoriyalarının yaradılması istiqamətində təkliflər müzakirə olunmuşdur.[29]

Səfər edilən digər rayonlar arasında Ağcabədi,[30] Ağdaş,[31] Ağsu,[32] Beyləqan,[33] Bərdə,[34] İmişli,[35] İsmayıllı,[36] Lerik,[37] Neftçala,[38] Şamaxı,[39] Yevlax,[40] Zaqatala[41] və başqa rayonlar, həmçinin Naxçıvan şəhəri[42] var.

Digər layihələr

[redaktə | mənbəni redaktə et]

Bundan başqa, nazirliyin layihələri arasında Azərbaycanda ilk vençur fondu olan "Caucasus Ventures" var. Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "PAŞA Holdinq" Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılmışdır.[43] Nazirlik həmçinin, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətdə iştirak etmiş, Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə regionda yenidən məskunlaşmasında rol oynamışdır.[44] Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2023-cü ilin iyununda "BakıKart" mobil tətbiqinin buraxılmasında iştirak etmişdir.[45]

  1. Əsasnamə. https://mincom.gov.az/az/view/pages/2/ Arxivləşdirilib 2022-08-28 at the Wayback Machine
  2. "Arxivlənmiş surət". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-24.
  3. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-24.
  4. "326 - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında". www.e-qanun.az. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2021.
  5. "2669 - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında". www.e-qanun.az. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2021.
  6. "Arxivlənmiş surət". 2021-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  7. ""Technest" Təqaüd Proqramı yeni tədris ilinə start verir". Azərtac. 2022-08-22.
  8. ""Technest" Təqaüd Proqramının 2021-2022 tədris ilinin yekunları və gələcək fəaliyyət planı açıqlanıb". İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi. 2023-02-18.
  9. "Tech Academy nin tələbələri "Technest" təqaüd proqramı çərçivəsində innovativ ideya və layihələr müzakirə olunan görüşdə iştirak edib". Tech Academy. 2022-03-12. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  10. "Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq çərçivəsində 30 gənc 3D Dizayn, UX/UI Dizayn və Peşakar UX/UI ixtisaslarında 70%, 90% və 100% təqaüdlə təhsil ala biləcək". Trend. 2022-08-22. 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  11. "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Technest Təqaüd proqramı çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib". İKT LAB. 2022-03-09.
  12. ""Technest" təqaüd proqramı çərçivəsində Codelab sənə gələcəyin proqramisti olmaq üçün təqaüd təklif edir!". PROGRO Platform. 2023-02-28.[ölü keçid]
  13. "Azərbaycanda 3000 nəfər İT mütəxəssis hazırlayan - YENİ LAYİHƏ BAŞLAYIR – MÜSAHİBƏ". Fed.az. 2023-02-01. 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  14. "Tvinninq". Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. 2023-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  15. "1 milyon avroluq layihə". Yeni Azərbaycan. 2023-03-07.
  16. ""Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" Tvinninq layihəsinə start verildi". Gov.pl. 2023-03-03.
  17. ""Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" Tvinninq layihəsi çərçivəsində növbəti təlim səfəri baş tutub". Bank of Baku. 2023-09-27.
  18. "Azərbaycanda "Hökumət buludu" yaradılacaq". ONA (az.). 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2023.
  19. ""Hökumət buludu" (G-cloud) Konsepsiyası" (PDF). 2023-10-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 oktyabr 2023.
  20. "Arxivlənmiş surət". 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-27.
  21. 1 2 3 "Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılıb". Apa.az. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  22. "- Elektron Təhlükəsizlik Xidməti". cert.az. 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-27.
  23. "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni tədris proqramı üçün qeydiyyat başladıb - AZƏRTAC". 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-10.
  24. "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi". mincom.gov.az. 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-27.
  25. "Arxivlənmiş surət". 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-27.
  26. "Relokasiya proqramı". www.idda.az. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  27. "Onlayn Azərbaycan". mincom.gov.az. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  28. "Rəqəmsal Azərbaycana doğru". www.idda.az. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  29. "Regionlarda "Rəqəmsal Azərbaycana doğru" layihəsinə start verilib". Report İnformasiya Agentliyi. 25 noy 2022. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  30. "Ağcabədidə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Rəqəmsal Azərbaycana doğru" regional layihəsinə start verib". agcabedi-ih.gov.az. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  31. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları Ağdaş rayonuna səfər edib". agdash-ih.gov.az. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  32. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti "Rəqəmsal Azərbaycana doğru" layihəsi çərçivəsində Ağsu rayonuna səfər edib". agsu-ih.gov.az. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  33. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiyin "Rəqəmsal Azərbaycana doğru" layihəsi çərçivəsində Beyləqan rayonuna səfəri baş tutub". beyleqan-ih.gov.az. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  34. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Rəqəmsal Azərbaycana doğru" layihəsi çərçivəsində Bərdə rayonuna səfəri baş tutub". berde-ih.gov.az. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  35. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiyin "Rəqəmsal Azərbaycana doğru" layihəsi çərçivəsində İmişli rayonuna səfəri baş tutub". imishli-ih.gov.az. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  36. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Rəqəmsal Azərbaycana doğru" regional layihəsi üzrə səfərləri davam edir". ismayilli-ih.gov.az. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  37. "Lerik rayonunda məşğulluğun təmin edilməsi və İKT bacarıqlarının artırılması məqsədilə görüş keçirilib". lerik-ih.gov.az. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  38. "Neftçala rayonunda "Rəqəmsal Azərbaycana doğru" regional layihəsi keçirilib | innews.media". innewsagency. 29 yan 2023.
  39. "Şamaxı rayon gəncləri ilə "Rəqəmsal Azərbaycana doğru" regional layihəsi üzrə görüş keçirilib". shamaxi-ih.gov.az. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  40. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri Yevlax şəhərində olublar". yevlax-ih.gov.az. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  41. "Zaqatalada "Technest" təqaüd proqramının Məzun günü keçirilib – AZƏRTAC". 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  42. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Rəqəmsal Azərbaycana doğru" regional layihəsi Naxçıvana səfər edib". digital.gov.az. 2023-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  43. "Azerbaijan's first venture capital fund Caucasus Ventures established – AZERTAC". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  44. "Arxivlənmiş surət". 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-27.
  45. "Arxivlənmiş surət". 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]