NƏZİR
NƏZM
OBASTAN VİKİ
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).
Nəzir Eltəkin
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov‎; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001). Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. "Desələr xatırlayın" (1955); "İzim qala" (1995); "Sarı Laçın" (1996); "Ömür körpüsü" (1998); "İsmipünhan sorağında" (poema) (1998); "Qaçaq Abbas" (poema) (2001); "Ömrün son baharı" (şeirlər və poemalar) (2006) 1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.
Nəzir Osmanov
Nəzir Törəqulov
Nəzir Törəqulov (1892 və ya 1893, Kokand, Fərqanə vilayəti – 3 oktyabr 1937 və ya 1937, Moskva)—Qazax diplomatı. 1892-ci ildə Kokand şəhərində doğulmuş Nəzir Törəqulov ilk təhsilini mədrəsədə alır. Sonra atası onu Kokandda Rus müstəmləkəçilərinin işğal etdikləri yerlərdə kiçik məmurlar hazırlamaq məqsədilə açdığı Rus Tuzem məktəbinə göndərir. Bu tip məktəblərə Azərbaycanda Rus tatar məktəbləri deyirdilər. 1905-ci ildə Rus tatar məktəblərini bitirən Nəzir Kokanddakı ticarət kadrları hazırlayan texniki peşə məktəbinə daxil olur. Oranı bitirdikdən sonra müxtəlif sahələrdə çalışır. 1913-cü ildə isə Moskvaya gedərək İqtisad İnstitutuna qəbul olunur. Qazax və Rus dillərini mükəmməl bilən, ərəb və fars dillərindən, islam dini və tarixindən, türk ləhcələrindən xəbərdar olan Nəzir təhsil illərində fransız və alman dillərini öyrənir. Rusiyada baş verən qarışıqlıq Türküstana da öz təsirini göstərir. Vətəninin ağır durumda olduğunu görən Nəzir təhsilini yarımçıq qoyaraq 1916-cı ildə Kokanda qayıdır.
Nəzir Əhmədov
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov‎; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001). Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. "Desələr xatırlayın" (1955); "İzim qala" (1995); "Sarı Laçın" (1996); "Ömür körpüsü" (1998); "İsmipünhan sorağında" (poema) (1998); "Qaçaq Abbas" (poema) (2001); "Ömrün son baharı" (şeirlər və poemalar) (2006) 1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.
Bəni Nəzir
Bəni Nadir və ya Bəni Nəzir (ərəb. بَنُو ٱلنَّضِير‎, ivr. ‏בני נצ'יר‏‎) — Ərəbistanın şimalında, VII əsrə qədər Mədinə vahəsində yaşamış yəhudi ərəb qəbiləsi. Onlar Uhudda qureyş qəbiləsi ilə döyüşdə məğlub olduqdan sonra islam peyğəmbəri Məhəmməd tərəfindən yaşadıqları ərazidən qovulmuşdular. Qəbilə daha sonra qureyşilər ilə birlikdə Xəndək döyüşünü planlaşdırmışdı. Onlar daha sonra Xeybər döyüşündə iştirak etmişdilər. Ərəb tarixçisi Səmaninin yazdığına görə, Bəni Nadir qəbiləsinin üzvləri Yəhudiyyədən Ərəbistana köçmüş yəhudi Nadirin nəslindəndir. Ehtimal olunur ki, Nadir adı ivrit dilində Ha-Nazir adından götürülmüşdür. Ərəb tarixçisi İbn Həzmə görə, onlar bibliyadakı Harunun birbaşa nəsilləridir.
Bənu Nəzir

Bəni-Nəzir

Niyaz (Çaldıran)
Niyaz (fars. ‎نياز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Niyaz Cahangirov
Niyaz Məcidov
Niyaz Məcidov (başq. Мәжитов Нияз Абдулхаҡ улы; 20 avqust 1933, Tuqay[d], Başqırd MSSR – 11 oktyabr 2015, Ufa) — Sovet və rus arxeoloqu, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki, Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti (2006–2012), Başqırd Dövlət Universitetinin professoru və Salavat Yulayev ordeninin kavaleri. BMSSR Qafur rayonu, Saitbabin kənd sovetinin Tuqay kəndində anadan olmuşdur. Atası kənd müəllimi, anası isə kəndlidir. Başqırd Respublikası internat məktəbində (indiki Rami Qaripov adına 1 nömrəli Respublika internat məktəbində) təhsil alır. 1956-cı ildə Perm Dövlət Universitetini bitirir. 1963-cü ildə namizədlik dissertasiyasını, 1988-ci ildə "Arxeologiya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ Elmlər Akademiyası Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda kiçik (1956-cı ildən), böyük (1964-cü ildən) elmi işçi, arxeologiya və etnoqrafiya sektorunun müdiri (1968-ci ildən) və dosent (1979-cu ildən) işləmişdir. Tarix elmləri doktoru (1989) və professorluq (1990) dərəcəsini müdafiə etmişdir. 1956–1979-cu illərdə SSRİ Elmlər Akademiyası Nüvə Fizikası İnstitutunda arxeologiya və etnoqrafiya sektorunun müdiri vəzifəsində çalışmışdır.
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
Niyaz Vəliyev
Vəliyev Niyaz Qədim oğlu — texnika elmləri doktoru, professor. Ural Dövlət Dağ-mədən Universitetinin elmi işlər üzrə prorektoru və kafedra müdiri. 1961-ci il fevralın 17-də Ermənistan SSR-in Qızıldaş kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki V.V.Vaxruşeva adına Dağ-mədən İnstitutuna daxil olub. 1987-ci ildə oranı əla qiymətlərlə bitirib. Aspirantura təhsilini də həmin institutda alıb. 2003-cü ildən texnika elmləri doktorudur, 2004-cü ildə professor seçilib. Rusiyada tanınmış peşəkar dağ-mədən mühəndisidir. Rusiya Federasiyasının Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun liderlərindəndir. 2005-2006-cı illərdə vilayətdəki "Azərbaycan" cəmiyyətinin sədri olmuşdur.
Niyaz Şərifov
Niyaz Səttar oğlu Şərifov (16 mart 1914, Bakı – 15 may 1982, Bakı) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). Yaradıcılığı əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu Şərifov 16 mart 1914-cü ildə Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Niyaz Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" (1969), Ədil İsgəndərov və Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm Əlizadə və Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1976), Cahangir Məmmədov və Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş verib.
Niyaz Kərimov
Niyaz Əvəz oğlu Kərimov (oktyabr 1931, Goran, Goranboy rayonu – 24 dekabr 1981) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qutqaşen (1978–1981) və İmişli (1968–1978) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı. Niyaz Əvəz oğlu Kərimov 1931-ci ildə Qasım İsmayılov rayonunun Goran qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə orta məktəbdə müəllimliklə başlamışdır. 1954–1956-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra komsomol işində olmuş, əvvəlcə Azərbaycan LKGİ Qasım İsmayılov Rayon Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri, 1957-ci ildən isə birinci katibi vəzifəsinə irəli çəkilmişdir. Niyaz Kərimov 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin ikinci katibi, 1963-cü ildə isə Qasım İsmayılov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Həmin il Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komitəsinin inspektoru işləmişdir. 1965-ci ildə Niyaz Kərimov Azərbaycan KP İmişli Rayon Komitəsinin ikinci katibi, 1968-ci ildə isə birinci katibi seçilmişdir. 1978-ci ildən həyatının sonunadək Azərbaycan KP Qutqaşen Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Niyaz Hacıyev
Niyaz Adil (Ədil) oğlu Hacıyev (7 noyabr 1941, Hoğa, Qaryagin rayonu – 31 avqust 2023) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi (1980–1988). Niyaz Ədil oğlu Hacıyev 1941-ci ildə hazırkı Füzuli rayonunun Üçbulaq kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirmiş və Şuşa rayonuna işləməyə təyinat almışdır. Bir ilə yaxın rayonun Malıbəyli kənd baytarlıq məntəqəsinin müdiri işləmiş, 1971–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsində şöbə müdiri, 1973–1978-ci illərdə isə rayon və Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) partiya komitələrində təlimatçı vəzifələrində çalışmışdır. Niyaz Hacıyev 1978-ci ildə Azərbaycan KP Mardakert Rayon Komitəsinin ikinci katibi, 1980-ci ildə isə Şuşa Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1981–1985-ci illərdə qiyabi olaraq Ali Partiya Məktəbində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin büro üzvlüyünə namizəd olan Niyaz Hacıyev Qarabağ hadisələri zamanı fəal çalışmışdır. 1988-ci ilin iyun ayında o, bir qrup azərbaycanlı deputatdan imza toplayaraq DQMV-nin ləğv edilməsi məsələsini ilk dəfə rəsmən Azərbaycan SSR Ali Soveti qarşısında qaldırmışdır. Həmin il Ermənistandan deportasiya edilmiş azərbaycanlıları Şuşa rayonunda yerləşdirdiyinə görə DQMV Partiya Komitəsi bürosunda onun məsələsinə baxılmış, Arkadi Volskinin tələbi ilə 1988-ci ilin avqust ayında Əbdürrəhman Vəzirov tərəfindən Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Şuşa rayonunun rəhbəri vəzifəsindən azad edilərək Bakıya göndərildikdən sonra Niyaz Hacıyev uzun illər Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışmışdır.
Niyaz (ad)
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).
Niyaz (dəqiqləşdirmə)
Niyaz (Çaldıran)
Niyaz Bulaq (Qürvə)
Niyaz Bulaq (fars. نيازبلاغ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (72 ailə). Əhalisini kürdlər təşkil edir.

Значение слова в других словарях