NAĞDI
NAHİD
OBASTAN VİKİ
Nağı Axundov
Nağı Axundov (dekabr 1920, Salyan, Salyan qəzası) — Bərdə Şəhər Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1920-ci ilin dekabr ayında Salyan şəhərində anadan olmuşdur. O, 1935-ci ildə 1 nömrəli orta məktəbi bitirdikdən sonra Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuş, 1939-cu ildə həmin texnikumu bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Dağlıq Qarabağ Muxtar Vilayətində işə başlamışdır. 1939-cu ilin sentyabr ayında ordu sıralarına çağırılmış, iki orta hərbi məktəb bitirmiş, leytenant rütbəsində orta tank tağımının komandiri kimi Kursk məntəqəsində vuruşmuş, 1943-cü ilin iyulunda ağır yaralanandan sonra Sovet ordusu sıralarından tərxis olunmuşdur. 1944-1951-ci illərdə Salyan rayonunda sovet və partiya işlərində çalışmışdır. 1951-ci ildən Azərbaycan KP Salyan Rayon Komitəsinin katibi, ikinci katibi olmuşdur. 1958-1962-ci illərdə Salyan Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, partiya məktəbində oxumuşdur. 1963-cü ildən Bərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş, daha sonralar yenidən Salyan Rayon İcraiyyə Komitəsinin sədri, Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi və 1965-ci ildən Azərbaycan KP Puşkin PK-nin birinci katibi vəzifələrində çalışmışdır. Salyan Rayon Partiya Komitəsinin katibi, ikinci katibi, rayon icraiyyə komitəsinin sədri vəzifələrində çalışdı. Sov.İKP MK-nın Ali Partiya Məktəbini bitirdikdən sonra Bərdə Rayon Partiya Komitəsinin birinci katibi seçildi.
Nağı Hacıbayramlı
Nağı Hacıbayramlı və ya Hacıbayramlı Nağı Bayramgil (1902, Kosalı, Qarayazı rayonu – 1987, Ankara) — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir. == Sosial mənşəyi == Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur. Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir. Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.
Nağı Həşimov
Nağı Nağıyev
Nağı Nağıyev — yazıçı, dramaturq. == Həyatı == Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,1930–1941 illərdə Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik etmişdir. Nağı Nağıyev 1935–1938 illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Nağı Nağıyev 1942–1945 illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946–1949 illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949–1951 illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışmışdır. O, 1945–1951 illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının məsul katibi olmuşdur, Nağı Nağıyev 1951-ci ildən ömrünün sonuna kimi Bakıda yaşamış, "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir. Nağı Nağıyev II Dünya Müharibəsi iştirakçısıdır. Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Nağı Nağıyev qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. O, üç səhnə əsərinin bir çox hekayə, oçerklərin və ilk iri həcmli əsəri olan "Həsrət" romanının müəllifidir.
Nağı Əbdüləzimov
Nağı Əbdüləzimov (14 dekabr 1936, Zod, Basarkeçər rayonu – 8 sentyabr 2001, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub. 1957–1962-ci illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb. 1967–1969-cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1969–1974-cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974–1976-cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib. 1976-cı ilin fevralından 1981-ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981-ci ilin aprel ayından 1991-ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib. 1991–1997-ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.
Hacı Nağı körpüsü
Orta əsrlər zamanı Ordubad rayonu ərazisində inşa olunmuş körpülərdən biri də yerli əhali arasında "Hacı Nağı körpüsü" kimi tanınan körpü olmuşdur. == Coğrafi mövqeyi == Körpü rayon ərazisinin şimalından cənuba doğru axaraq Dəstə kəndinin Tub-Basar kövşənindən keçərək Araza qovuşan Vənəndçayın üzərində salınmışdır. Bir aşırımlı bu daş körpü (çayın yatağında, şərq va qərb dayaqlar arasında uzunluğu 6 metr, eni 3 m) Böyük İpək Yolunun Naxçıvandan keçən qolları ilə hərəkət edən edən ticarat karvanlarının hərəkətini asanlaşdırmaq məqsədi ilə inşa edilmişdi. Uzun müddət şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına xidmət edən körpü XX yüzilliyin ortalarınadak salamat olmuşdur. El arasında banisinin adı ilə "Hacı Nağı körpüsü" kimi tanınan körpünün qalıqları hazırda qalmaqdadır. == İnşa tarixi == Körpünün üzərində onun inşa tarixi, sifarişçisi, memarı və s. haqqında məlumatları əks etdirən kitabə olmamışdır. Yaxud da belə bir kitabə olmuşdursa da indiyədək gəlib çatmamışdır. Ancaq bu körpü haqqında rayonun Dəstə kəndində 1610-1611-ci illərdə inşa olunmuş və əhali arasında "Meydan məscidi" adlandırılan məscidin kitabəsində məlumat verilir. Hazırda məscidin qərbdən giriş qapısının baş tərəfində qoyulmuş kitabənin məlumatından aydın olur ki, məscid və Dəstə kəndinin Tub-Basar kövşənindəki körpü eyni vaxtda – 1610-1611-ci ildə Məşədi Huseynəli Dəstəqinin oğlu Fəxrül-Hac Hacı Məhəmmədnəqi tərəfindən inşa edilmişdir.
Mirzə Nağı Nasiri
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. == Həyatı == Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Nağı Hacıbayramlı-Bayramgil
Nağı Hacıbayramlı və ya Hacıbayramlı Nağı Bayramgil (1902, Kosalı, Qarayazı rayonu – 1987, Ankara) — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir. == Sosial mənşəyi == Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur. Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir. Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.
Nağı bəy Şeyxzamanlı
Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı və ya Nağı (Naki) Keykurun (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilabla Mübarizə Təşkilatının rəisi. Difai Partiyası, Türk Ədəmi-Mərkəziyyət Firqəsi və ardınca Müsavat Partiyası üzvü olmuşdur. Nağı Şeyxzamanlı 1919-cu ilin avqust ayında Əks-inqilabla Mübarizə Təşkilatı rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel işğalından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. == Həyatı == Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində doğulmuşdur. Atası ilahiyyatçı olan Nağı bəyin, əmisi Şeyx İbrahim Şeyx Həsən oğlu Qüdsi isə tanınmış şairlərdən biri olmuşdur. İlk təhsilini burada, Gəncə gimnaziyasında almışdır. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda-da vəfat etmiş və Feriköy qəbiristanlığında dəfn olunmuşdur.
Nağı bəy Əlizadə
Nağı bəy Əlizadə — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi, podpolkovnik. == Həyatı == Əlizadə Nağı bəy 1897-ci ildə Bakı şəhərində dünyaya gəlib. == Fəaliyyəti == 1919-cu il fevralın 18-də Azərbaycan Parlamentində "Parlamenti Mühafizə Polisinin təşkili" məsələsini müzakirə edilir. Belə bir strukturun yaradılması zəruri hesab edilir və 4 maddədən ibarət qanun layihəsi təsdiq olunur. Yeni qanuna görə 200 nəfərlik polis dəstəsinin yaradılması məqbul sayılır. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə yeni yaradılan polis strukturu "Parlamenti Mühafizə Dəstəsi" adlandırılır(sənədlərdə "Parlamentin Qoruyucu Bölüyü" də yazılmışdır…). Yeni strukturun təşkilinə dövlət xəzinəsindən 2.200000 manat ayrılır. Parlamenti Mühafizə Dəstəsinin komanda (idarə) heyəti 6 ştat vahidi üzrə təsis olunur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi podpolkovnik Nağı bəy Əlizadə təyin edilir. Onun aylıq məvacibi 4500 rubl idi.
Nağı xan Qarapapaq
Nağı xan Qarapapaq (?-?) — Qarapapaq elinin rəisi. == Həyatı == 14 may 1827-ci ildə rus polkovniki Qurko Arazın sağ sahilində çoxsaylı alaçıqlar görür. Casusluq edən ermənilər xəbər gətirirlər ki, bu alaçıqları Qarapapaq Nağı xan qurub. Başkomandan general İ. Paskeviçin bununla bağlı qraf Nesselroda göndərdiyi rəsmi məktubundan bəzi sətirləri nəzərinizə çatdırırıq: "İrəvan vilayətindən 100 qarapapaq ailəsi Türkiyəyə keçdi. Başqa qarapapaqlar (800 ailə) öz düşərgələrini Arazın o tayında salıblar və Nağı xan ilə İsmayıl ağanın rəhbərliyi altında onların ən yaxşı miniciləri Həsən xana xidmət edir. Rəisləri İsgəndər xan 9 mayda bizimlə vuruşda öldürülmüş Çobankərəlilər (20 ailə) də onlarladır… Qarapapaq eli arasında ətraf vilayətlərin hamısında uğurlu qaçaqçılıqla şöhrətlənmiş çox cəsur insanlar var". V. Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı. Ancaq bu hələ ki, ayrıca istisnalar idi. Tatar tayfalarını daha təhlükəsiz etmək üçün müvafiq tədbirlər həyata keçirmək lazım gəlirdi. Belə tədbirlərdən daha məqsədəuyğunu onlarla dinc münasibətin yaradılması idi.
Nağı xan Şahsevən
Nağı xan Şahsevən (1867-?) — İran hərbçisi, general-mayor. == Həyatı == Nağı xan 1867-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. Mükəmməl hərbi təhsil almışdır. Sərdari-Rəşid ləqəbini daşıyırdı. Məşrutə hərəkatında iştirak etmişdi. Məhəmmədəmin Rəsulzadə yazır: "Gilanın iki mühüm səngəri vardır. Biri Tehran yolunda Qəzvin səmtində olub, yuxarıda zikr olunan səngərdir. Digəri isə Astara səngəridir. Gilanı talan etmək qəsdi ilə Tehran hökuməti belə bir nəqşə götürmüşdür ki, Qəzvinə zikr olunduğu üzrə qoşun yeritmiş, o biri tərəfdən dəxi Ərdəbil-Rəşidülmülkünü təhrik və onun vasitəsi ilə Nəmin xanlarını təşviq edib, Astara üstünə göndərilir ki, iki tərəfdən Gilanı giridara salsın. Lakin Gilan məşrutəçilərinin Tehran yolunda hazırlıqları nə dərəcədə isə Astara dəxi əhəmiyyətsiz deyildir.
Akif Nağı
Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri. == Həyatı == 13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub. 1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir. 2004-cü ildə həmin universitetin dosenti olub. == İctimai-siyasi fəaliyyəti == 2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub.
Ceyhun Nağı
Ceyhun Nağıyev (d. 1972 – ö. 2011) — Həftə içi qəzetinin sabiq redaktoru, əmək fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında çalışmış azərbaycanlı jurnalist. == Həyatı və əmək fəaliyyəti == Ceyhun Aşır oğlu Nağıyev 1972-ci il 7 oktyabr tarixində Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 1982-ci ildə orta məktəb təhsilini davam etdirmək üçün Bozalqanlı orta məktəbində təhsil almış və 1989-cu ildə isə həmin məktəbi bitirmişdir. Ceyhun Nağıyev, 1988-ci ildə Neft Akademiyasının məktəblərarası keçirdiyi Kimya olimpiyadasında II yer, 1989-cu ildə isə I yer tutmuşdur. Orta məktəbdən məzun olduğu il ali məktəbə daxil ola bilməyən jurnalist 1991-ci ildə hərbi xidmətə yollanır. Ceyhun Nağının hərbi xidməti SSRİ imperiyasının dağılması illərinə təsadüf etdiyindən o, iki ölkənin ordusunda xidmət keçməli olur. Sovet ordusu tərkibində Krasnodar şəhərində hərbi xidmət keçdiyi müddət də imperiyanın dağılması səbəbindən Gəncə şəhərinə göndərilir və yerdə qalan xidmətini burada Azərbaycan ordusunun tərkibində tamamlayır. Hərbi xidmətdən sonra bir necə dəfə Azərbaycan Tibb Universitetinə sənəd versə də, qəbul ola bilmir.
İmam Nağı
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
Nağı Keykurun
Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı və ya Nağı (Naki) Keykurun (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilabla Mübarizə Təşkilatının rəisi. Difai Partiyası, Türk Ədəmi-Mərkəziyyət Firqəsi və ardınca Müsavat Partiyası üzvü olmuşdur. Nağı Şeyxzamanlı 1919-cu ilin avqust ayında Əks-inqilabla Mübarizə Təşkilatı rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel işğalından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. == Həyatı == Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində doğulmuşdur. Atası ilahiyyatçı olan Nağı bəyin, əmisi Şeyx İbrahim Şeyx Həsən oğlu Qüdsi isə tanınmış şairlərdən biri olmuşdur. İlk təhsilini burada, Gəncə gimnaziyasında almışdır. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda-da vəfat etmiş və Feriköy qəbiristanlığında dəfn olunmuşdur.
Nağı Şeyxzamanlı
Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı və ya Nağı (Naki) Keykurun (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilabla Mübarizə Təşkilatının rəisi. Difai Partiyası, Türk Ədəmi-Mərkəziyyət Firqəsi və ardınca Müsavat Partiyası üzvü olmuşdur. Nağı Şeyxzamanlı 1919-cu ilin avqust ayında Əks-inqilabla Mübarizə Təşkilatı rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel işğalından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. == Həyatı == Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində doğulmuşdur. Atası ilahiyyatçı olan Nağı bəyin, əmisi Şeyx İbrahim Şeyx Həsən oğlu Qüdsi isə tanınmış şairlərdən biri olmuşdur. İlk təhsilini burada, Gəncə gimnaziyasında almışdır. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda-da vəfat etmiş və Feriköy qəbiristanlığında dəfn olunmuşdur.
Tağı Nağı oğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. == Siyasi fəaliyyəti == 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağıyev də var idi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Əli Nağı Hüseynov
Əli Nağı Məmmədhəsən oğlu Hüseynov (5 may 1900, Salyan, Cavad qəzası – 27 yanvar 1957, Bakı) — Fəhlə-Kəndli Qızıl Ordusunun polkovniki (1942), 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri. 5 may 1900-cü il tarixində Salyanda anadan olub. 1918-ci ilin dekabrından 1919-cu ilin sonunadək Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin 4-cü Quba alayının sıravi üzvü idi. 1919-cu ilin dekabr ayından 1920-ci ilin aprel ayına qədər Gəncədəki hərbi (yunker) məktəbində, sonra 1920-ci ilin sentyabrınadək Bakı Birləşmiş Hərbi Məktəbində oxumuşdur. 2-ci sərhəd briqadasında eskadron komandiri vəzifəsinə təyin edildi. 1920-ci ildən Fəhlə-Kəndli Qızıl Ordusunda xidmətini davam etdirir. Qış müharibəsi zamanı kapitan rütbəsində olan Əli Nağı Hüseynov atıcı alayının komandiri vəzifəsinə təyin olunur. Сəsarət və hünərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunur və Timoşenkonun əlindən fərdi mükafat kimi qılınc alır. 1941-ci ildə - mayor, Qərb və Orta Cəbhələrdəki 151-ci atıcı diviziyasında alay komandiri oldu. Yaralandı, mühasirədən çıxdı, ikinci Qırmızı Bayraq ordeni ilə təltif olundu.
Hüseyn Nağıyev
Nağıyev Hüseyn Hacı Musa oğlu (1897, Gəncə - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik Gnstitutunun mühəndislik şöbəsində 2 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)
Mahirə Nağıqızı
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən) == Həyatı == Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Murad Nağıyev
Murtuza Nağıyev
Murtuza Fətulla oğlu Nağıyev (5 may 1908, Sərab, Şərqi Azərbaycan ostanı – 28 yanvar 1975, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965–1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuşdur. == Həyatı == Murtuza Fətulla oğlu Nağıyev 1919–1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922–26-cı illərdə isə indiki Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926–29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932–35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936–38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938–40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940–42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir. == Elmi fəaliyyəti == 1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Musa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1849, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 4 mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. == Həyatı == Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin var-dövləti beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var-dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Musa Nağıyevin dördmərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi — Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. == Haqqında == 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir. Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir.
Möhsün Nağısoylu
Nağısoylu Möhsün Zellabdin oğlu (1 sentyabr 1946, Xok, Noraşen rayonu) — Azərbaycan alimi, Filologiya elmləri doktoru, Professor, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (2015–2021), AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017), AMEA-nın müşaviri (2021). == Həyatı == Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. Orta təhsilini burada aldıqdan sonra 1963-cü ildə indiki BDU-nun şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildən Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1976–1980-ci illərdə kiçik elmi işçi, 1981–1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır.1988–2015-ci illərdə "Farsdilli əlyazmaların tədqiqi" şöbəsinin müdiri olmuşdur. İnstitutda işlədiyi müddətdə əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışmışdır. Hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1, 2 və 3-cü cildlərinə daxil edilmişdir. Rus dilində nəşr olunmuş farsdilli əlyazmalar kataloqunun 2-ci və 3-cü cildlərinin elmi redaktorudur. M. Z. Nağısoylu 1979-cu ildə "XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə" (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" mövzusunda namizədlik və 1994-cü ildə "XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. M. Z. Nağısoylu 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir.
Mübariz Nağıyev
Nağıyev Mübariz Qüdrət oğlu (28 noyabr 1970, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == Mübariz Nağıyev 28 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini, 1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Professional Kinorejissorlar Gidiyası|Azərbaycan Professional Kinorejissorlar Gildiyası|Azərbaycan Professional Kinorejissorlar Gidiyasının üzvüdür. 2022-ci ildən Azad Azərbaycan TV kanalında "Yadındamı" layihəsinin, eləcə də sənədli televiziya filmləri silsiləsinin rejissoru və aparıcısıdır. == Filmoqrafiya == == Təltifləri == Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2022Azərbaycan Respublikasının "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023 == İstinadlar == == Həmçinin bax == "Köhnə radio" sənədli filminin təqdimatı olub [[1]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[2]] AMK-da "Həqiqət sorağında" sənədli filminin nümayişi olub [[3]] "YARAT"da növbəti film — "Dünən qəfildən gəldi…" [[4]] "MƏDƏNİYYƏT" qəzeti [[5]] Poliqon İnformasiya Agentliyi. Əzazil ana, həyatları alınmayan cütlük, təsadüfü ayrılıq [[6]] "Həqiqət sorağında" sənədli filmi nümayiş olunacaq [[7]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[8]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçirilib [[9]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçiriləcək [[10]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[11]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı olub [[12]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[13]] Nazirlik xalça sənəti haqqında film çəkir [[14]] "Həyatın ilmələri" filmi təqdim edildi [[15]] "Bir rəssamın portreti" — Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı [[16]] "Bir rəssamın portreti" [[17]] "Bir rəssamın portreti" sənədli filminin premyerası keçiriləcək [[18]] "Портрет художника" – фильм, снятый за несколько месяцев до кончины Мир Надира Зейналова [[19]] Yarat.
Məmməd Nağıyev
Məmməd Mahmud oğlu Nağıyev (1939) — Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon və Puşkin Rayon Komitəsinin birinci katibi, Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Məmməd Nağıyev 1939-cu ildə anadan olmuşdur. Əvvəlcə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu, 1967-ci ildə isə Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasını fərqlənmə diplomu ilə qurtarmışdır. 1961-ci ildə sovxozda xronometrajçı və iqtisadçı işləmişdir. == Siyasi fəaliyyəti == Məmməd Nağıyev 1966-cı ildən Şamaxı rayon Komsomol Komitəsinin katibi və I katibi seçilmişdir. 1970-ci ildə Şamaxı Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmişdir. Məmməd Nağıyev 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. Daha sonra isə ildə Azərbaycan Kommunist Partiyası Puşkin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1980-cinildə Məmməd Nağıyev Ağsu Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri seçilmişdir. IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Məmmədtağı Nağıyev
Məmmədtağı Yusif oğlu Nağıyev (1912, Şamaxı – bilinmir) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon, Zəngilan Rayon, Xıllı Rayon Komitəsinin birinci katibi, Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Məmmədtağı Nağıyev 1912-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası boyaçı, anası evdar xanım olmuşdur. 1912-ci ildə ailəsi Göyçaya köçmüşdür. 1925-ci ildə Məmmədtağı Nağıyev burada 5-ci sinfi bitirərək pedaqoji texnikuma daxil olmuşdur. 1930-cu ildə texnikumu bitirdikdən sonra o Qaradağlı 7 illik məktəbinə göndərilmişdir. Məmmədtağı Nağıyev 1932-ci ildə isə Zərdab rayonunun Zərdab kəndində nümunəvi məktəbdə müəllim işləməyə başlamışdır. 1933–1934-cü illərdə isə Bakı şəhərindəki İstehlak Kooperasiyası İnstitutunda təhsil almışdır. Sağlamlıq səbəbi ilə təhsilini davam etdirə bilməyən Məmmədtağı Nağıyev Göyçaya qayıdır və Dövlət Bankının Göyçay Rayon şöbəsində mühasib işləməyə başlamışdır. 1937-ci ildə isə Dövlət Bankının İsmayıllı şöbəsinə rəis göndərilmişdir.
Nazim Nağıyev
Nazim Teymur oğlu Nağıyev — Səbail rayon polis idarəsi (1995-2003) və Binəqədi rayon polis idarəsinin (2003-2006) keçmiş rəisi.Hal hazırda Milli Aviasiya Akademiyasında çalışır. == Həyatı == Nazim Nağıyev 1972-ci ildə Bakı Dövlət Universitetini riyaziyyatçı ixtisası üzrə bitirib. Mərkəzi Statistika İdarəsində mühəndis (1974-1976), Milli Elmlər Akademiyasının “Kaspi” elmi mərkəzində elmi işçi (1976-1977), Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır (1977-2006). 1995-2003-cü illərdə Səbail rayon polis idarəsində, 2003-2006-cı illərdə isə Binəqədi rayon polis idarəsində polis rəisi olmuşdur. İstefada olan polis polkovnikidir. Hal-hazırda Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. == Həmçinin bax == Keçmiş nazir Əli Nağıyevin qardaşıdır.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.