Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır.
Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var.
Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır.
== Yaranması və yayılması ==
Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.