nehrə
ne'mət
OBASTAN VİKİ
Neqativ
Neqativ (latın:negativum (negativus) – mənfi) — ağ-qara,dəfedici 1)fotoqrafiya və kinematoqrafiyada çəkilmiş obyektinin metallik gümüş zərrəcikləri təbəqəsində yaranan əks (qara hissələrin – ağ, ağ hissələrin – qara) təsviri. Rəngli neqativdə isə hər rəng obyekt hissəsi rənginə uyğun tamamlayıcı rənglə ifadə olunur. Məsələn: sarı göylə, mavi qırmızı ilə və s. Neqativ pozitivə çevrildikdə rənglər bərpa olunur. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. ASE, VII cild, Bakı, 1983. səh. 181.
Neqativ azadlıq
Neqativ azadlıq (mənfi azadlıq) — başqalarının zorakı müdaxilələrindən azad olmaq kimi xarakterizə olunur və fərdin cəmiyyət içindəki sosial sistemin sinifçilik, cinsiyyətçilik və ya irqçilik kimi məhdudiyyətlərindən azadlığı olaraq təyin olunan müsbət azadlığa qarşı istifadə olunur. Mənfi azadlıq konsepsiyası onu liberalizm və klassik liberalizmin sosial liberalizmdən (ABŞ-də qısaldılmış bir ad da istifadə edirlər - liberalizm) və sosial demokratiyadan fərqləndirən mərkəzi ideyasıdır. Mənfi və pozitiv azadlığın fərqi İsayya Berlin tərəfindən "İki Azadlıq Konsepsiyası" adlı mühazirəsində təsvir edilmişdir. Berlin üçün bu fərq siyasi ənənə ilə sıx bağlıdır. Mənfi azadlıq anlayışı Con Lokk, Tomas Hobbs, Adam Smit, Ceremi Bentam kimi İngilis filosofları ilə, müsbət azadlıq isə Karl Hegel, Jan Jak Russo, İohann Qottfrid Herder və Karl Marks kimi qitə mütəfəkkirləri ilə əlaqələndirilir. Berlinə görə İsayya Berlin iki əsas azadlığı müəyyən etdi. "Mən heç kimin köləsi deyiləm" kimi bir açıqlama Berlin mənfi azadlığın, yəni başqa bir şəxsin birbaşa müdaxiləsindən azad olmağın səciyyəvisi kimi xarakterizə etdi. Bunun əksinə olaraq, Berlin müsbət azadlığa xas olan “Mən öz ağam” ifadəsini, həyatda öz yolunu seçmək azadlığı barədə bir ifadəni istifadə etdi. Çarlz Teylor, mənfi azadlığın, bir şəxs xarici qüvvələrin əsarətində olmadığı və dövlət qaynaqlarına bərabər şəkildə çıxışı olduğu halda (vaxtınızı necə keçirməsinə qərar verməsindən asılı olmayaraq) mənfi azadlıq qazandığı zaman “fürsət-konsepsiya” fikrini izah edir. Taylor, müsbət azadlığın "həyata keçirmə konsepsiyası" («opportunity-concept») üzərində dayandığını iddia edir: müsbət azadlığa sahib olmaq, fərdin daxildə sərbəst olması və özünə uyğun şəkildə hərəkət edə bilməsi mənasını verə bilər.
Neqativizm
Neqativizm — Psixoloji termin. Katonik sindrom üçün xarakterik sindromdur. Aktiv və passiv ola bilər. Aktiv neqativizmdə xəstə ona deyilən hər tapşırığı və ya xahişi əksinə edir. Passiv neqativizmdə xəstə ona deyilən hər tapşırığı və ya xahişi ümumiyyətlə yerinə yetirmir. Учебник психиатрии Kahlbaum, K. L.: Die Katatonie oder das Spannungsirresein. Eine klinische Form psychischer Krankheit, Berlin: A. Hirschwald 1874 Bleuler, E.: Zur Theorie des schizophrenen Negativismus.

Digər lüğətlərdə