NİZAMNAMƏ

(ərəb-qayda, sistem və fars-namə-məktub) dövlət və ya ictimai (o cümlədən, beynəlxalq) təşkilat tərəfindən qəbul edilən, müəyyən qaydalar məcmusu. Müəyyən müəssisənin, idarənin və ya təşkilatın məqsəd və təyinatını, quruluşunu və idarə orqanlarını, onların səlahiyyətlərini və formalaşma qaydasını, üzvlərinin hüquqi statusunu, fəaliyyətinin ümumi prinsiplərini, onların digər orqanlarla, təşkilatlarla və vətəndaşlarla münasibətlərinin qurulma istiqamətini, təsərrüfat fəaliyyəti sahəsindəki hüquq və, vəzifələrini və ola bilsin, yerli təşkilatlarının hüquqi statusunu dəqiqləşdirən və qeyd edən akt.
NEPOTİZM
NOMENKLATURA
OBASTAN VİKİ
Nizamnamə
Nizamnamə — hansısa dövlət orqanının, müəssisənin, təşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəd. Dövlət təşkilatlarıının nizamnamələri ali dövlət orqanları, təşkilatların nizamnamələri isə onların təsisçiləri tərəfindən təsdiq edilir. "Nizamnamə" sözü "nizam" (ərəb) və "namə" (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şeyin icrası, tətbiqi üçün düşünülmüş qayda-qanun, hökm kimi mənalar verir. İctimai təşkilatların hamısının nizamnaməsinin olması vacibdir. Beynəlxalq təşkilatların da nizamnamələri vardır. Yazılmış ilk Nizamnamə nümunəsi kimi tarix Siris silindrini tanıyır. Farsların qədim Mesopatamiyanın işğalından sora Yeni-Mesopatamiya dövləti yaratdıqdan sonra imperator Nabonidus tərəfindən yazılib təsdiq edilmişdir (e.ə. 539). Bu silindrdə dini inanclar, imperatorun legtimliyi, insan hüquqları, dövlətçilik ənələri haqqında məlumat verilmişdir. — Layihə nizamnamələri- bu növ nizamnamələrdə layihə iştirakçıları və onların payları, ümumi müddəalar, fəaliyyət növü, idarə olunması və məqsədi haqda məlumat verilir.
Nizamnamə kapitalı
Nizamnamə kapitalı— dövlət qeydiyyatından keçmiş təşkilatın təsis sənədlərində müəyyən edilmiş məbləğdir. Nizamnamə kapitalı hüquqi şəxsin kreditorlarının maraqlarını təmin edən əmlakının minimum məbləğini müəyyən edir. Bölüşdürmə – şirkətin kimə və hansı nisbətdə məxsus olduğunu göstərir. Təsisçilərin hər biri nizamnamə kapitalına nə qədər sərmayə qoyubsa, pay da ona uyğun müəyyənləşdirilir. Zəmanət – şirkət iflas etdiyi təqdirdə, kreditorlar pullarının bir hissəsini geri qaytara bilirlər. Nüfuz – nizamnamə kapitalı nə qədər yüksək olsa, müştərilərin, maliyyə qurumlarının və biznes tərəfdaşların ona qarşı olan inamı da bir o qədər yüksək olur. Aşağı nizamnamə kapitalı hüquqi şəxsin etibarsız olduğu demək deyil. Hətta böyük şirkətlərin belə nizamnamə kapitalı minimum olur, lakin böyük nizamnamə kapitalı kontragentin şübhəsiz etibarlı olduğunu göstərir – əgər hər hansısa iddialarınız olsa, onları nizamnamə kapitalı hesabına kompensasiya edə biləcəksiniz. Nizamnamə kapitalının olması – şirkətin dövlət qeydiyyatı üçün əsas şərtlərdən biridir. Nizamnamə kapitalı zamanla artırıla və ya azaldıla bilər.
Nizamnamə qanunu
Nizamnamə qanunu (ing. Statutory law və ya statute law, qanun sözündən) — anqlosakson hüquq sistemi ölkələrində qanunverici orqanlar (qanunlar) tərəfindən yaradılan hüquq normaları toplusu. Qanunvericiliyə yerli özünüidarəetmə orqanlarının aktları da daxildir (yerli qərarlar). Qanunvericilik hüququnda hüquqi aktların iyerarxiyası mövcuddur: qanunvericilik orqanlarının aktları icra hakimiyyəti orqanlarının aktlarından daha çox hüquqi qüvvəyə malikdir; dövlət orqanlarının aktları yerli orqanların aktlarından daha böyük hüquqi qüvvəyə malikdir. Böyük Britaniya və Şimali İrlandiyada nizamnamələr qanunlar, ABŞ hüquq sistemində isə kodekslərdir. Nizamnamə hüququ ümumi hüquqla tamamlanır (ing. common law) — məhkəmə presedentləri vasitəsilə mövcud hüquqi qaydaları şərh edən və ya qanundakı boşluqları dolduran məhkəmələrin hüquq-mühafizə fəaliyyəti. Amerika hüquq sistemində nizamnamə qanunvericilik səlahiyyətinə malik olan (federal və ya ştat) bir orqanın qanunla müəyyən edilmiş qaydada nəyisə “elan edən, icazə verən və ya əmr edən” yazılı aktı kimi başa düşülür. Qanunvericilik hüququ “konstitusiya ilə müəyyən edilmiş forma və qaydada təsbit edilmiş qanunvericilik orqanının iradəsini” ifadə edən yazılı mənbədir. Bəzi tədqiqatçıların fikrincə, geniş mənada “nizamnamə” və “normativ hüquq” anlayışları normativ hüquqi aktları, o cümlədən icra hakimiyyəti orqanları tərəfindən buraxılan aktları əhatə edir.
1931-ci il Vestminster Nizamnaməsi
Vestminster statutu (İngilis dilində: The Statute of Westminster) Böyük Britaniya parlamenti tərəfindən yaradılan əsasnamə və onun dəyişdirilmiş variantları Avstraliya və Kanada qanunlarında mövcud olduğu halda; Yeni Zelandiya və digər dominionlarda Millətlər Birliyində artıq mövcud olmadığı üçün ləğv edilmişdi. 11 dekabr 1931-ci ildə qəbul edilmiş bu nizamnamə, ya dərhal sonra, ya da təsdiq olunana qədər Britaniya İmperiyası ilə özü-özünü idarə edən dominionlar arasındakı hüquqi münasibətləri tənzimləmişdir. Bundan əlavə, qərarların qəbul edilməsi üçün bir-birlərinin təsdiqlənməsi qaydası tərk edilmiş və monarx ləqəbləri və ya taxtdakı miras sistemi bu razılaşmaya bağlı edilmişdir. Buna görə 1926-cı il Balfur Bəyannaməsində deyildiyi kimi bərabərlik və kral tacına bağlılıq qanuni prinsiplərə çevrildi. Dominionların ayrı-ayrı dövlətlərə çevrilməsində vacib bir addımdır. Vestminster Xartiyasının cari əhəmiyyəti ondan ibarətdir ki, Millətlər Birliyi və Krallıq arasındakı davamlı əlaqələrin təməlini qoymuşdur. Vestminster Nizamnaməsi 1925 və 1926-cı illərdə İmperator konfranslarında qəbul edilmiş siyasi qərarların (xüsusilə 1926 Balfour Bəyannaməsi) icrasını təmin etdi. Bunun əsas nəticəsi İngiltərə hökumətinin Dominionlar adından qərar verməsi və tətbiq edilməsinə mane olmasıdır. Onlardan bəziləri 1865-ci il tarixli Müstəmləkə Qanunlarının Qüvvədə olma Qanununun (Colonial Laws Validity Act) ləğvini tələb etmişdir. Kral V George taxt mirasının bu tənzimləmə ilə əhatə olunmaması barədə fikrini bildirdi.
Anderson nizamnaməsi
Anderson nizamnaməsi — 1723-cü ildə İngiltərə Böyük Mason Lojasının üzvü Ceyms Anderson tərəfindən hazırlanmışdır. Nizamnamə özündə bir masonun iş və ya məişət şəraitndə necə davranmalı olduğu barədə məlumatlar verir. Bununla yanaşı dövlət və onun hakimiyyəti, din kimi məsələlərdə masonların izləməli olduqları yol göstərilir. Qəbul edildikdən sonra bütün dünyada yerləşən baş lojalar tərəfindən hamılıqla qəbul edilən Anderson nizamnaməsinə sonradan bəzi kiçik əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin nizamnaməsi
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az-əbcəd. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin Mətbuat haqqında nizamnaməsi
Mətbuat haqqında nizamnamə — Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat məsələlərini təmzimləyən sənəd. 1919-cu ilin oktyabrın 30-da Parlament tərəfindən qəbul olunmuşdu. Hökumətin 1919-ci il 30 aprel tarixli qərarına əsasən, nizamnamə layihəsini hazırlamaq Ədliyyə Nazirliyinə tapşırılmışdı. Lakin 1919-cu il iyunun 20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini bəyəndi və onu Parlamentin müzakirəsinə çıxardı. Nizamnamə söz və mətbuat azadlığı prinsiplərinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi, mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən qanunlara tabe olmalıdır. Mətbuat azadlığına yekdilliklə tərəfdar olan parlament üzvləri bu qanun layihəsini ən ciddi sənədlərdən biri hesab edirdilər. Bununla belə, layihəsinin Parlamentdə hər üç oxunuşu qızğın müzakirələrlə keçdi. "Hümmət" partiyası və sosialist fraksiyası layihəsinin əleyhinə çıxır və bildirirdilər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz, Nizamnamə demokratiya və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsili, yaş senzi, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğurdu.
BMT Nizamnaməsi
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya BMT-nin Nizamnaməsi — beynəlxalq hökumətlərarası təşkilat olan BMT-nin 1945-ci ildə imzalanmış təsis sənədi. BMT Nizamnaməsi vətəndaşların əsas insan hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edərək, "daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək", "iqtisadi, sosial, sağlamlıq və əlaqədar problemləri həll etmək" və "irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər kəsin hüquqlarına və fundamental azadlıqlarına universal hörmət və rifahı təmin etmək" kimi ali prinsipləri nəzərdə tutur. Təsis sənədi olduğundan Nizamnamə bütün üzv dövlətlər üçün məcburidir. Həmçinin, Nizamnamənin 103-cü maddəsinə görə, onun hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür. Nizamnamə 26 iyun 1945-ci ildə imzalanmaq üçün açıq elan edilmişdir və elə həmin gün 51 həqiqi üzv dövlətin 50-si tərəfindən San-Fransiskoda, ABŞ-də imzalanmışdır (həqiqi üzv olan Polşa konfransda təmsil olunmamış və iki ay sonra sənədi imzalamışdır). Nizamnamə 24 oktyabr 1945-ci ildə müvafiq dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir. Həmin dövlətlərə BMT-nin Təhlükəsizlik Şurasının həqiqi beş daimi üzvü — Çin Respublikası (1949-cu ildən Çin Xalq Respublikası), Fransa Respublikasının Müvəqqəti Hökuməti (daha sonra onu Dördüncü və Beşinci Fransa Respublikası əvəz etmişdir), Sovet Sosialist Respublikaları İttifaqı (daha sonra Rusiya Federasiyası onu əvəz etmişdir), Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti daxildir. Bu vaxt, Hiroşima və Naqasakinin atom bombardmanı müvafiq olaraq 6 və 9 avqustda reallaşdı; bu yeni silah müharibəsinin tətbiqi BMT Nizamnaməsinin elan edildiyi təhlükəsizlik mühitini tamamilə dəyişdi. Hazırda dünyanın əksər dövlətləri Nizamanməni ratifikasiya etmişdir. Sonralar 24 oktyabr Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Birləşmiş Millətlər Təşkilatı Günü elan olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya BMT-nin Nizamnaməsi — beynəlxalq hökumətlərarası təşkilat olan BMT-nin 1945-ci ildə imzalanmış təsis sənədi. BMT Nizamnaməsi vətəndaşların əsas insan hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edərək, "daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək", "iqtisadi, sosial, sağlamlıq və əlaqədar problemləri həll etmək" və "irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər kəsin hüquqlarına və fundamental azadlıqlarına universal hörmət və rifahı təmin etmək" kimi ali prinsipləri nəzərdə tutur. Təsis sənədi olduğundan Nizamnamə bütün üzv dövlətlər üçün məcburidir. Həmçinin, Nizamnamənin 103-cü maddəsinə görə, onun hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür. Nizamnamə 26 iyun 1945-ci ildə imzalanmaq üçün açıq elan edilmişdir və elə həmin gün 51 həqiqi üzv dövlətin 50-si tərəfindən San-Fransiskoda, ABŞ-də imzalanmışdır (həqiqi üzv olan Polşa konfransda təmsil olunmamış və iki ay sonra sənədi imzalamışdır). Nizamnamə 24 oktyabr 1945-ci ildə müvafiq dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir. Həmin dövlətlərə BMT-nin Təhlükəsizlik Şurasının həqiqi beş daimi üzvü — Çin Respublikası (1949-cu ildən Çin Xalq Respublikası), Fransa Respublikasının Müvəqqəti Hökuməti (daha sonra onu Dördüncü və Beşinci Fransa Respublikası əvəz etmişdir), Sovet Sosialist Respublikaları İttifaqı (daha sonra Rusiya Federasiyası onu əvəz etmişdir), Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti daxildir. Bu vaxt, Hiroşima və Naqasakinin atom bombardmanı müvafiq olaraq 6 və 9 avqustda reallaşdı; bu yeni silah müharibəsinin tətbiqi BMT Nizamnaməsinin elan edildiyi təhlükəsizlik mühitini tamamilə dəyişdi. Hazırda dünyanın əksər dövlətləri Nizamanməni ratifikasiya etmişdir. Sonralar 24 oktyabr Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Birləşmiş Millətlər Təşkilatı Günü elan olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəsli
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəsli– Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin II fəslində Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvlükdən bəhs olunur. Üzvlük Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş şərt və öhdəlikləri qəbul edən original imza edənlərə və Təşkilatın mühakiməsinə görə, bu öhdəlikləri yerinə yetirməyə qabil və hazır olan bütün digər sülhsevər dövlətlərə açıqdır. BMT Nizamnaməsinin II fəslinə görə, BMT-yə qəbul olmaq üçün ölkə əvvəlcə BMT Təhlükəsizlik Şurası tərəfindən tövsiyə olunmalı və sonra BMT Baş Məclisinin səsverməsi ilə təsdiqlənməlidir. Əlavə olaraq, qəbula bəzən Daimi Beş və ya D5 olaraq da adlandırılan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən (Çin, Fransa, Rusiya, İngiltərə və ABŞ), heç biri tərəfindən etiraz edilməməlidir. BMT üzvlüyünə qəbul xüsusilə mikro dövlətlər üçün suverenliyin və qanuni dövlətçiliyin əsas göstəricisi hesab olunur. Bəzi dövlətlərdə Tayvana dair Çin Respublikası kimi qeyri-rəsmi olaraq müstəqil tanınan, ancaq daimi üzv tərəfindən tətbiq edilən veto hüququna görə BMT-yə üzv olmayan hökumətlər var. Soyuq müharibə ərzində Birləşmiş Ştatlar və Sovet İttifaqı rəqib blokların BMT üzvlüyünə qəbuluna icazə vermədi. Onlar bu ölkələrin üzv olmasına icazə verməyə başladıqda, xüsusilə müstəqillik qazanan koloniyaların sayı artdıqca bu BMT üzvlüyünün genişlənmə dövrünə gətirib çıxardı. Həmçinin II fəsil Təşkilata üzvlükdən irəli gələn hüquq və imtiyazları dayandırılmış üzv dövlətlərin Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis tərəfindən onların öz hüquq və imtiyazlarını həyata keçirməsini təmin edir. Çin Respublikası hökuməti, Çin Millətçi Heyətinin BMT Təhlükəsizlik Şurasının təqdimatı olmadan xaric edilməsindən bəri Çin Xalq Respublikasını Çin kürsüsünün qanuni sahibi elan edən BMT Baş Assambleyasının 2758 saylı qətnaməsinin qanuniliyini şübhə altına alır (ÇR-ın təsisçi üzv olduğu).
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsli — BMT Təhlükəsizlik Şurasının sülhü qorumaq səlahiyyətlərini müəyyən edir. Nizamnamənin bu fəsli "barışıq üçün hər hansı bir təhdidin, sülhün pozulması və ya təcavüz aktının mövcudluğunu müəyyənləşdirməyə" və "beynəlxalq sülhü və təhlükəsizliyi bərpa etmək" üçün hərbi və hərbi olmayan tədbirlər görməyə imkan verir. VII fəsil, həmçinin Hərbi Qərargah Komitəsi üçün BMT Təhlükəsizlik Şurasının sərəncamına verilmiş qüvvələrin strateji əlaqələndirilməsinə görə məsuliyyət müəyyən edir; Komitə Şuranın beş daimi üzvünün qərargah rəhbərlərindən ibarətdir. BMT Nizamnaməsinin BMT üzv dövlətlərinin digər BMT üzv ölkələrinə hücum etməsini qadağan etməsi, BMT-nin İkinci Dünya müharibəsi bitdikdən sonra yaradılmasının əsas məqsədinə, yəni müharibənin qarşısını almağa xidmət edir. Həddindən artıq narahatlıq yaradan bu hal Nürnberq prosesində "bir dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya suverenliyinə qarşı müharibə aparmaq, ya da beynəlxalq müqavilələri və ya razılaşmaları pozmaq" kimi qeyd olunan sülh əleyhinə cinayət konsepsiyasında da əks olunur. == Tarixi inkişaf == Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən və Birinci və İkinci Dünya müharibəsi arasındakı illərdə Millətlər Liqasının mövcud olmasına baxmayaraq, diplomatiyanın son uğursuzluğundan sonra qurulmuşdur. Buna görə də Liqanın uğursuzluğuna reaksiya olaraq, Təhlükəsizlik Şurasına VII Fəsil vasitəsilə geniş səlahiyyətlər verilmişdir. Beləliklə, bu geniş səlahiyyətlər Təhlükəsizlik Şurasına tarix ərzində mövcud olan digər beynəlxalq təşkilatlarla müqayisədə daha çox funksiyanı yerinə yetirməyə imkan vermişdir. Belə bir mübahisə mövcuddur ki, Şuraya verilmiş bu geniş səlahiyyətlər onu "beynəlxalq birliyin icraçısı" və ya hətta "beynəlxalq hökumət" edir. Millətlər Liqasının Razılaşması tarixdə ilk dəfə iqtisadi və hərbi sanksiyalar yolu ilə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etdi.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin preambulası
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin preambulası — Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin giriş mətni (preambula). == Tarixi == Cənubi Afrikadan Yan Smets ilk olaraq preambulanın açılış sözlərini aşağıdakı kimi yazmışdı: "Razılığa gələn Yüksək Tərəflər, nəslimizdə iki dəfə baş vermiş və bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar və itkilər gətirmiş qardaş qırğınının təkrar baş verməsinin qarşısını almaq üçün müəyyən edirlər..." Bu da Millətlər Liqası Paktının giriş sözlərinə oxşar idi. BMT-nin San-Fransisko konfransında aparılan çoxsaylı müzakirələrdən sonra ABŞ-dən Virciniya Gildersliv preambulanın dəyişməsinə və qısalmasına nail oldu, lakin ən sonda Smetsin orijinal mətni yenidən saxlanıldı. ABŞ Konstitusiyasını əks etdirən "Biz Birləşmiş Millətlər Təşkilatının xalqları" adlı açılış sözü, ABŞ konqresmeni və konfransdakı nümayəndəsi Sol Blum tərəfindən təklif edilmişdir. Preambuladakı "daha artıq azadlıq şəraitində" ifadəsi BMT-nin 7-ci Baş katibi Kofi Annanın təklifi ilə BMT islahatının sərlövhəsi olmuşdur. == Mətni == Preambulanın mətni aşağıdakı kimidir: (Tərcümə Lətif Hüseynova məxsusdur) BİZ, BİRLƏŞMİŞ MİLLƏTLƏRİN XALQLARI, gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və ədalətin və müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək, VƏ BU MƏQSƏDLƏRİ DƏ mehriban qonşular kimi səbirlilik nümayiş etdirmək və birlikdə, bir-biri ilə dinc yaşamaq və beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək və prinsiplər qəbul etmək və metodlar müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək ƏZMİNDƏ OLARAQ, BU MƏQSƏDLƏRƏ NAİL OLMAQ ÜÇÜN ÖZ SƏYLƏRİMİZİ BİRLƏŞDİRMƏK QƏRARINA GƏLDİK. Buna uyğun olaraq, bizim müvafiq hökumətlərimiz. San-Fransisko şəhərində toplaşmış və özlərinin, yaxşı və lazımi formada olduğu müəyyən edilmiş səlahiyyətlərini təqdim etmiş nümayəndələr vasitəsilə. Birləşmiş Millətlərin hazırkı Nizamnaməsinə razılıq verdik və bununla Birləşmiş Millətlər adlanmalı olan beynəlxalq təşkilat yaradırıq.
Vyetnam Kommunist Partiyasının Nizamnaməsi
Vyetnam Kommunist Partiyasının Nizamnaməsi — Vyetnam Kommunist Partiyasının prinsiplərini, məqsədlərini, ideologiyasını, təşkili prinsiplərini, fəaliyyətini və aparat strukturunu müəyyən edən əsas hüquqi sənəd. Bu, Vyetnam Kommunist Partiyasının, partiya üzvlərinin və bütün səviyyələrdə partiya təşkilatlarının məsuliyyətlərini, öhdəliklərini və səlahiyyətlərini müəyyən edir. Partiya Nizamnaməsi Vyetnam Kommunist Partiyasının Milli Konqresi tərəfindən təsdiq və elan edilmişdir. Bütün partiya təşkilatları və partiya üzvləri Partiyanın Nizamnaməsinə əməl etməlidir.
Yer Kürəsi Nizamnaməsi
Yer Kürəsi Nizamnaməsi — ədalətli, davamlı və dinc qlobal dünya qurmaq üçün başlıca etik prinsipləri özundə əks etdirən, global asılılıq və universal məsuliyyət üzərində qurulmuş bəyannamədir. Bu, 21-ci əsrdə insanların üzləşdiyi kritik çətinlikləri və seçimləri müəyyən etməyə cəhd göstərir. Bunun prinsipləri "bütün fərdlərin, qurumların, biznes təşkilatlarının, hökümətlərin və beynəlxalq orqanların işinə bələdçilik eləmək və qiymətləndirmək üçün ortaq standard kimi tərtib edilmişdir." Yer Kürəsi Nizamnaməsi 1990-cı illər ərzində ortaq məqsədlər və dəyərlər uğrunda icra edilən onilliyin, dünyəvi və mədəniyyətlərarası dialoqun məhsuludur. Bu proses hər hansı bir beynəlxalq sənədin yaradılmasında göstərilə biləcək yetərincə açıq və iştirakı konsultasiyaları özündə əks etdirən etik bələdçi kimi Yer Kürəsi Nizamnaməsinin qanuniliyinin əsas mənbəyidir. Yer Kürəsi Nizamnaməsi ideyası 1987-ci ildə BMT-in Etraf Mühit və Inkişaf üzrə Dünya Komissiyasının ətraf mühitin qorunması və davamlı inkişaf üçün, davamlı inkişafın əsas prinsiplərini özündə formalaşdıran "yeni nizamnamənin" yaradılması teklifi esasında yarandı. Beynəlxalq səviyyədə qəbul edilən Yer Kürəsi Nizamnaməsini yaratmaq məqsədi ilə Rio de Janeyroda Dünya Sammiti təşkil edilir. Lakin hökumətlər razılığa gəlməyə müvəffəq olmayıb, nizamnamə əvəzinə Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsini qəbul edirlər. Rio Yer Sammitinin baş katibi Maurice Strongun liderliyi altında, Yer Sammiti razılaşmalarının yerinə yetirilməsini gücləndirmək və davamlı inkişaf üzrə milli şuraların formalaşmasını müdafiə etmək üçün Yer Kürəsi Şurası yaradılır. Yer Kürəsi Şurasının sədri Maurice Strong və Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Mixail Qorbaçov Yer Kürəsi Nizamnamesini layihələndirmək üçün vətəndaş cəmiyyəti təşəbbüsünü başladı. Holland hökuməti ilk maliyyə dəstəyini təmin edir.
Müqəddəs Avqustin nizamnaməsi
Müqəddəs Avqustin nizamnaməsi (lat. Regula Sancti Augustini) — ən çox istifadə edilən katolik monastır nizamnamələrindən biri. Avqustin Avreli tərəfindən təqribən 400-cü ildə, həvarilərin həyatının modeli əsasında tərtib edilmişdir. Bu, qərb kilsəsindəki ən qədim monastır nizamnaməsidir. Avqustin Avrelinin monastır nizamnaməsi Qərbi Avropada ilk monastır nizamnamələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Bunlardan biri də Müqəddəs Benedikt nizamnaməsi olmuşdur. Avqustin nizamnaməsi artıq XI əsrin ortalarında geniş yayılmış, sonradan "Avqustinlər" adını almış müntəzəm kanonlar hərəkatı tərəfindən qəbul edilmişdir. Avqustin monastır nizamnaməsi monastır icmasının həyatı üçün ən ümumi və əsas normaları müəyyən edir, icma üzvlərini ilk növbədə daxili mənəvi kamilliyə yönəldir. Monastır qardaşlarının dünyanı məcburi tərk etmələrini əmr edən Benedikt nizamnaməsindən fərqli olaraq, Avqustin nizamnaməsi ağır askentizmi monastırdan kənarda müntəzəm keşiş fəaliyyətlə birləşdirməyə imkan verir. Bu, XII–XIII əsrlərin Avropa cəmiyyəti tərəfindən tələb olunurdu.
Türk nizamnaməsi
1838-ci il Serbiya Konstitusiyası və ya Türk nizamnaməsi (serb. Турски устав) — Serbiya knyazlığının 1838–1869-cu illərdə qüvvədə olan konstitusiyası. 1838-ci il konstitusiyasının Serbiyaya Osmanlı sultanı tərəfindən tətbiq edilməsinə baxmayaraq, onun ilkin mərhələdə olan dövlət-hüquq institutlarının inkişafı üçün mühüm mütərəqqi əhəmiyyəti var idi. 1858-ci il qanununun müddəaları ilə tamamlanan 1838-ci il xətti-şərifi sayəsində hakimiyyət bölgüsü üçün əsaslar qoyulmuşdur. Burada parlamentin və nazirlər kabinetinin səlahiyyətləri və formalaşdırılması qaydası müəyyən edilmiş, knyazın səlahiyyətləri məhdudlaşdırılmış və qanunvericiliklə məntiqi üç səviyyəli məhkəmələr sistemi qurulmuşdur. Bundan əlavə, konstitusiya Serbiya vətəndaşlarının hüquqlarının əsas təminatını – cinayətlərə görə yalnız məhkəmə qərarı əsasında təqibi təsbit etmişdir. Dövlət başçısı knyazın dövlət-hüquqi statusu artıq Osmanlı sultanının iradəsindən asılı olmayan irsi kral hakimiyyətinin mülkiyyətini əldə etmişdir. История государства и права славянских народов: Учебное пособие/ Автор-составитель И. Н. Кузнецов. М.: Новое издание. 2004.
HƏMAS Nizamnaməsi (1988)
İslami Müqavimət Hərəkatının Nizamnaməsi (ərəb. ميثاق حركة المقاومة الإسلامية حماس‎), həmçinin HƏMAS Nizamnaməsi və ya HƏMAS Xartiyası —HƏMAS (İslami Müqavimət Hərəkatı) tərəfindən 18 avqust 1988-ci ildə buraxılmış və təşkilatın təsisçi kimliyini, mövqelərini və məqsədlərini əks etdirən sənəd. HƏMAS 2017-ci ildə 1988-ci il nizamnaməsini açıq şəkildə ləğv etmədən yenidən işlənmiş nizamnaməni təqdim etmişdir. Orijinal nizamnamədə HƏMAS Fələstində "Müsəlman Qardaşlar" olaraq təyin olunmuş və onun üzvləri "zalımların qarşısında cihad bayrağını qaldıran", "Allahdan qorxan müsəlmanlar" olaraq təsvir edilmişdir. Nizamnamə yəhudilərə qarşı mübarizəni müəyyən etmiş və nəticədə bütün keçmiş Fələstin mandatı ərazisində İslam dövlətinin yaradılmasına, İsrailin məhvinə və ya parçalanmasına çağırış etmişdir. Xartiya bəzi şərhçilərin soyqırıma təhrik kimi səciyyələndirdiyi antisemit ritorikadan istifadə etdiyinə görə tənqid edilmişdir. HƏMAS 2017-ci il nizamnaməsində antisemit ritorikanı aradan qaldırmış, HƏMAS-ın mübarizəsinin yəhudilərlə yox, sionistlərlə olduğunu müəyyən edilmişdir. Seçkilərdə vəzifəyə namizədlər irəli sürməyi seçəndən bəri HƏMAS öz nizamnaməsinin rolunu aşağı salmışdır. HƏMAS lideri İsmayıl Haniyə nizamnaməyə birbaşa zidd olaraq 2008-ci ildə bəyan etmişdir ki, 1967-ci il sərhədləri boyunca Fələstin dövlətini qəbul etməyə və İsraillə uzunmüddətli barışıq təklif etməyə razı olacaq. 2009-cu ildə BBC-yə müsahibə verən Britaniyanın baş naziri Toni Bleyr HƏMAS-ın İsrailin varlığını qəbul etmədiyini, terror və zorakılıqla öz məqsədlərini həyata keçirməyə davam etdiyini iddia etmişdir.
HƏMAS Nizamnaməsi (2017)
Ümumi Prinsiplər və Siyasətlər Sənədi (وثيقة المبادئ والسياسات العامة لحركة حماس) və ya Yeni HƏMAS Nizamnaməsi — 2017-ci ilin may ayında Fələstin siyasi və hərbi təşkilatı HƏMAS tərəfindən buraxılmış sənəd. Nizamnamədə 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını müdafiə edilmiş və bunu "milli konsensus formulu" kimi təsvir olunmuşdur. Burada həmçinin, İsrail "qeyri-qanuni qurum" adlandırılmış və təşkilatın silahlı mübarizəyə sadiqliyini saxlanılmışdır. 1988-ci il HƏMAS Nizamnaməsi antisemit xarakterinə görə geniş şəkildə tənqid olunsa da, 2017-ci il sənədində HƏMAS-ın dinlərinə görə yəhudilərlə deyil, sionist layihəsi ilə mübarizə apardığı bildirilmişdir. Bununla belə, HƏMAS 1988-ci il nizamnaməsinin öz dövrünün sənədi olduğunu və yeni sənədin HƏMAS-ın indiki mövqeyini əks etdirdiyini bildirərək orijinal nizamnamədən imtina etməkdə çətinlik çəkmişdir. 2017-ci il sənədinə baxışlar müxtəlif olmuşdur. Bəziləri bunu praqmatizm və artan siyasi yetkinlik əlaməti və sülh yolunda potensial addım kimi qarşılamışdır. Buna baxmayaraq, 2017-ci il nizamnaməsinin aktuallığı bir çoxları, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən şübhə altına alınmışdır. O, 2017-ci ildə verdiyi açıqlamada HƏMAS-ı dünyanı aldatmaq cəhdində günahlandırmış və həmçinin əsl dəyişiklik üçün "terror fəaliyyətlərini dayandırmasını" istəmişdir.

Digər lüğətlərdə