Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hübi
Hübi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 59 nəfərdir.
Huni (gəmi)
Huni, əlavə və gəminin əsas göyərtəsində hazırlanmış bir başlıq, verilmiş dizayndır. Bu qazan və ya motor işlənmiş qazların his və tüstü aradan qaldırılması üçün istifadə olunur. O, həmçinin adətən baca adlanır. == İstifadə == Gəmi hunisinin əsas funksiyası gəminin strukturunu və göyərtəsini çirkləndirməmək və ekipajın işləmə qabiliyyətini pozmamaq üçün mühərriklərdən və digər mexanizmlərdən işlənmiş qazları dağıtmaq üçün egzoz borularının və ya egzozların hündürlüyünü artırmaqdır. öz funksiyalarını yerinə yetirirlər.
Antioks Süni
Antioks Süni və ya Andovk Süni (erm. Անդովկ Սյունի, Անտիոք Սյունի) – Sünik sülaləsindən olan antik dövr Ermənistan dövlət xadimi. == Bioqrafiya == Antioks Süni Sünikin qədim və yerli sülalələrindən olan irsi hakim sülaləsi Sünik sülaləsinin nümayəndəsi olmuşdur. Atası Sünik sülaləsinin patriarxı olan Antioks Mamikonyanlar sülaləsindən qızla evlənmiş, öz qızı Pərəncəmi isə Böyük Ermənistan hökmdarı II Arşaka ərə vermişdi. 338 – ci ildən Artavazd Mamikonyanın taxta gəlməsinə kimi Antioks Süni Arşavir Kamsarakanla birlikdə Böyük Ermənistanın sparapeti olmuşdur. Erməni çarı Tiranın əsirlikdən qayıtmasından (350) sonra Antioks Arşavir Kamsarakanla birlikdə ölkənin müdafiəsinə rəhbərlik etmiş, işğalçı fars qüvvələrinə qarşı mübarizə aparmışdı. İmperaot və Antioks Süninin rəhbərlik etdiyi Roma ordusu Bosx döyüşündə II Şapuru məğlub etmiş və Ermənistanın müstəqilliyinin, II Arşakın hakimiyyətinin tanınmasına nail olmuşdu. Tezliklə II Arşak Antioksun qızı ilə evlənmiş, Antioks özü isə Sünik sülaləsinin patriarxı təyin edilmişdi. Moisey Xorenlinin verdiyi məlumata görə Tiqranakert şəhərinin idarəçisi olan Antioks farsların şəhərə dəfələrlə hücum etmələrinə baxmayaraq, hər dəfə şəhəri uğurla müdafiə edə bilmişdir.
Aşot Süni
Aşot Süni – 892 – 909 – cu illərdə hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == Sünik sülaləsindən olan Aşot Süni Vasak İşxanikin qardaşı və varisi olmuşdur. Aşot 891-ci ildə Ermənistan hökmdarı I Smbatın tacqoymasında iştirak etmişdir. 895 – 906 – cı illərdə o, II Qriqor Supan və şahzadə Cagikin köməkliyi ilə Tatev monastırını inşa etdirmişdir. Onun dörd oğlu olmuşdur – Smbat, Saak, Vasak və Babgen. Təxminən 909 – cu ildə taxtda onu oğlu Smbat Süni əvəz etmişdir. Daha sonra isə nəvəsi I Smbat Süni (Saakın oğlu) hakimiyyətə gəlmişdir. Aşot Süni Tatev monastırında dəfn edilmişdir.. Erməni tarixçisi Hovanes Drasxanakertçi onun haqqında yazır: “...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.”Aşot Süni 909 - cu ildə vəfat etmişdir. Moisey Kalankatlı bu haqda yazır: "Sonra erməni katolikosu Qeorq və Sünik knyazı Aşot öldülər və onlar üçün ağıçə qadınlar bu sözləri deyirdilər: “Qoy insanlar nə qədər dünyada var, belə il heç vaxt yer üzünə gəlməsin!” Bütün bunlar erməni təqviminin üç yüz qırx altıncı ilində olub.
Saak Süni
Saak Süni — 821-831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasakın kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831-832-ci illərdə ərəblərə qarşı Zəngiçay sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir. “Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Süni dil
Süni dil — təbii dildən fərqli olaraq məqsədli surətdə yaradılan sistem. Belə dillər mindən çoxdur və yenilərinin yaradılması prosesi davam edir. == Təsnifat == Süni dillərin aşağıdakı növləri vardır: Proqramlaşdırma dilləri və kompüter dili İnformasiya dili Formal dil Mövcud olmayan xalqların ədəbiyyatda və kinematoqrafiyada yaradılmış dilləri. == Mənbə == http://stra.teg.ru/library/strategics/7 Arxivləşdirilib 2004-06-06 at the Wayback Machine İsskustvennıye yazıki // Linqvistiçeskiy ensiklopediçeskiy slovar.
Süni dillər
Süni dil — təbii dildən fərqli olaraq məqsədli surətdə yaradılan sistem. Belə dillər mindən çoxdur və yenilərinin yaradılması prosesi davam edir. == Təsnifat == Süni dillərin aşağıdakı növləri vardır: Proqramlaşdırma dilləri və kompüter dili İnformasiya dili Formal dil Mövcud olmayan xalqların ədəbiyyatda və kinematoqrafiyada yaradılmış dilləri. == Mənbə == http://stra.teg.ru/library/strategics/7 Arxivləşdirilib 2004-06-06 at the Wayback Machine İsskustvennıye yazıki // Linqvistiçeskiy ensiklopediçeskiy slovar.
Süni intellekt
Süni intellekt (Sİ; ing. artificial intelligence, abr. AI) — insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Quql axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur), insan dilinin anlayışı ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir.Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş, beləliklə bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir. Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər. Süni intellekt psixologiya, linqvistika, fəlsəfə, nevrologiya və bir çox başqa sahələrdən də istifadə edir.
Süni mayalandırma
== İn vitro (orqanizmdən kənar İVF) mayalandırma == İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Süni mayalanma
== İn vitro (orqanizmdən kənar İVF) mayalandırma == İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Süni neyron
Süni neyron — bioloji neyronun modeli kimi irəli sürülən riyazi funksiyadır. Süni neyronlar süni neyron şəbəkədə təsisedici bölmədir. Onlar istifadə olunmuş xarakterik modeldən asılı olaraq yarımxətti hissəli, Nv neyron, ikilik neyron, xətti hüdud funksiyası və Makkallok-Pitts neyronu kimi adlandırıla bilər. Süni neyron bir və ya daha çox girişdən (dendriti təsvir edir) qəbul edir və çıxışı (neyronun aksonunu təsvir edir) hasil etmək üçün onları cəmləyir. Adətən hər bir qovşağın cəmi onların çəkisi olur və cəm aktivləşdirmə funksiyası və ya ötürmə funksiyası kimi məlum olan qeyri-xətti funksiya kimi verilir. Ötürmə funksiyası adətən siqmoid formasında olur , ancaq onlar həmçinin hissə-hissə müəyyən olunmuş xətti funksiyalar , keçid funksiyaları və ya digər xətti funksiyalar formasında verilə bilər. Onlar həmiçinin monoton artan, fasiləsiz, differensial və məhdud funksiyalarla verilə bilər. Süni neyronların ötürmə funksiyaları xətti sistemlərin ötürmə funksiyaları ilə qarışdırılmamalıdır. == Tarixi == Süni neyronların riyazi modeli ilk dəfə 1943-cü ildə Uorren Makkallok və Volter Pitts tərəfindən təklif edilib. Bu model xüsusi olaraq, beyində "sinir şəbəkələrinin" hesablama modeli kimi düşünülmüşdü.
Süni peyk
Süni peyk — yerin ətrafında pilotsuz uçan kosmik aparat. Yerin ətrafında hərəkət etmək üçün aparat birinci kosmik sürətdən bir az artıq sürətə malik olmalıdır. Onlar 150–160 km-dən bir neçə min km məsafədə olan hündürlükdə uçurlar. Uçma hündürlüyünün aşağı həddi atmosferdə yarana biləcək dayandırma halından qaçma ilə təyin olunur. Peykin orbit üzrə hərəkəti bir neçə saat ilə bir neçə gün arasında yerləşir. Süni peyklər elmi tədqiqatlar üçün geniş tətbiq olunur (məsələn, hərbi peyklər, meteroloji peyklər, naviqasiya peykləri, rabitə peykləri və s.). Süni peykin ən əsası insanların kosmosda uzun müddət qalması üçün tətbiq olunandır. Dünyada ilk süni peyk SSRİ tərəfindən buraxılmış Sputnik 1-dir. İlk ABŞ peyki 1 fevral 1958-ci ildə, ilk Britaniya peyki 26 aprel 1962-ci ildə, ilk Kanada peyki 29 sentyabr 1962-ci ildə, ilk Fransa peyki 26 noyabr 1965-ci ildə və ilk Avstraliya peyki 29 noyabr 1967-ci ildə kosmosa buraxılmışdır. == Ölkələrin ilk peykləri == == Ölkələrin ilk rəsmi peykləri == Bu ölkələr süni peykin raket daşıyıcısını özləri istehsal edirlər.
Süni seçmə
Süni seçmə və ya seleksiya(lat. seligere — seçmək) — xüsusilə bəzi canlılar tərəfindən digər canlılar üzərində şüurlu olaraq tətbiq olunan seçməyə deyilir. == Tətbiqi == Süni seçmə bir canlının, bir digər canlının törəməsini və həyatda qalmasını (canlılığın iki təməl zərurilikləri) öz istəkləri daxilində məhdudlaşdıraraq və ya istiqamətləndirərək, müəyyən funksiyaların nəsillər ərzində seleksiyası nəticəsində, seçən növ tərəfindən ən "istənilən" fərdlərin əldə edilməsini hədəfləyir. Bunun ən sadə və ən fundamental nümunəsi insanın öz məqsədləri istiqamətində digər növləri əhilləşdirib dəyişdirərək yeni növlər əldə etməsidir. Təbii seçmə təbiətdəki müxtəliflik daxilində mühitə adaptasiya olmaq baxımından ən üstün fərdlərin seçilib artaraq özlərindəki bu üstün genləri balalarına köçürməsi deməkdir. Bu, süni yollarla, seçici faktor təbiət şərtləri olmadan, bir növün tam istəkləri və ya məqsədlərinə uyğun olaraq da edilə bilər. Bu üsulla növlərin dəyişilməsinə səbəb olan təbiət qanununa Süni seçmə deyilir. Süni seçmə əvvəlcə müəyyən bir xüsusiyyətin bir canlı qrupunda istənilməsi ilə başlayır. Təbii ki, arzulanan bu özəlliyin ən azından ilkin bəzi xüsusiyyətlərinin populyasiyanın "genetik hovuzu"'' içərisində meydana gəlməsi gözlənilir. Bir inəyi uçma funksiyası qazanma üçün seçməyə tabe tutsaz, demək hədəf uçma məqsədli bir Süni seçmədir.
Süni sututarlar
Süni sututarlar-insanların təsərrüfat məqsədi ilə istifadə etdiyi su anbarları və kalalllardır. == Su anbarları == Su anbarları cay məcralarından kənardakı çökəkliklərdə (Xanbulançay,Ceyranbatan və s.)və çay dərəsinin qarşısında bənd tikməklə (Atatürk, Keban, Mingəçevir və s.) yaradılır. == Kanallar == Kanallara süni çaylar da deyilir və iki qrupa ayrılır. Gəmiçilik kanalları su hövzələrini birləşdirir. Məsələn, Suveyş, Panama, Kill, Volqa-Don və s.Suvarma kanalarından isə əkin sahələrinin suvarılmasında istifadə olunur. Məsələn, Samur-Abşeron, Yuxarı Şirvan, Yuxarı Qarabağ, Qaraqum və s.
Süni tənəffüs
Süni tənəffüs ya ağciyərlərin süni tənəffüsü kəskin tənəffüs çatmamazlığında və ümumi narkoz vaxtı orqanizmin oksigen təminatını təmin etmək üçün təcili və planlı şəkildə aparılan reanimatoloji və anesteyioloji müdaxilə. Süni tənəffüs aparılma taktikasına görə tam nəzarətli və yardımçı olur. Süni tənəffüs təcili tibi yardımın - reanimasiyanın və anesteyiologiyanın əsas və başlıca sütunudur. Süni tənəffüsün tam nəzarətli taktikası zamanı pasient xüsusi preparatlarla modikamentoz komaya salınır, traxeya intubasiya edilərək süni tənəffüs aparatına keçirilmiş olur. Bu zaman pasient tam şəkildə süni tənəffüs aparatından asılı olur. Yardımçı taktikada isə pasientin spontan yəni öz tənəffüsü saxlanılaraq istər intubasia olunmuş istərsə də mask vasitəsilə ona süni tənəffüs aparatının müvafiq modusları əsasında yardım edilir.
Süni xəz
Süni xəz — təbii xəzlərə bənzədilən xovlu toxuculuq məmulatı; trikotaj maşınlarında, toxuculuq dəzgahlarında və yapışdırma üsulu ilə hazırlanır. Təbii xəzlərə (su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə) oxşadılan parça əsalı süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılmışdır. Süni xəz əsasdan və xovdan ibarətdir. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olar ki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur. Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan, xov üçün isə müxtəlif monosaplardan, yaxud kompleks poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir. Müxtəlif rəngli və naxışlı süni xəzlər istifadə edilir. Süni xəzlərdən palto və digər üst geyimləri, papaq və s. tikilişində, həmçinin üzlük və astarlıq material kimi istifadə edilir.
Süni ürək
Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü. Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10–15 il müddətinə qulluq edə bilirlər. == Sistem == Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını tam şəkildə üzərinə götürmüş olur, digər modellər isə insan ürəyinə əlavə köməkçi kimi köçürülərək onun funksiyasını qismən (xüsusən ürəyin sol şöbəsinin işini) öz üzərinə götürmüş olurlar. Bu aqreqatlar ing. Left Ventricle Assistent Devices - LVAD adlanırlar. Hər iki halda implantat döş qəfəsi yarılaraq (lat.
Vasak Süni
Vasak Süni (387 – 452, Ktesifon, Sasanilər İmperiyası) — 409-cu ildə qardaşı Vaqinak Süninin ölümündən sonra hakimiyyətə gəlmiş Sünik knyazı. 442–451-ci illərdə Ərməniyyə və İberiyanın mərzbanı. Qədim Sünik sülaləsinin nümayəndəsi olan Vasak 449-cu ildə Vardan Mamikonyan və bir çox erməni zadəganları ilə birgə Ktesifona dəvət edilmiş və xristianlıqdan imtina edərək zərdüştiliyi qəbul etməyə məcbur edilmişdir. Sasanilərin Qafqazda xristianlığı yaymağa çalışmaları, 449-cu ildə Vardan Mamikonyanın başçılığı ülə üsyanın başlamasına səbəb oldu. Üsyanın erkən mərhələsində Vasak Süni də üsyançılara qoşulsa da, sonradan II Yezdəgirdlə razılaşaraq Sasanilərin tərəfinə keçmişdir. Ağrı vadisini özünə tabe edən Vasak Süni, alban və iber tayfalarını özünə tabe etmiş, daha sonra isə Dərbənd qalasını möhkəmləndirmişdir. Vasak Süni Avarayr döyüşündə Sasanilərin tərəfində döyüşmüş və bu döyüşdə üsyançı qüvvələr məğlub edilərək Vardan Mamikonyan öldürülmüşdür. Döyüşdən bir müddət sonra Vasak Süni Ktesifona çağırılaraq xəyanətdə günahlandırılmış və öldürülmüşdür.
Şeymas Hini
Şeymas Hini (ing. Seamus Heaney; 13 aprel 1939[…], Kastledavson[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 avqust 2013[…], Dublin) — irland yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1995). == Həyatı == Şeymas Jastin Hini irland şairi, nasir və tərcüməçidir. Şimali İrlandiyanın Derri qraflığında, doqquz uşaqlı ailənin birinci övladı kimi doğulmuşdur. 1957–1961-ci illərdə Bel-fast universitetində ingilis filologiyası üzrə təhsil almışdır. Hazırda Dublində yaşayan müəllif ötən əsrin 60-cı illərindən başlayaraq indiyə qədər ədəbi yaradıcılığı ilə bir sırada pedaqoji fəaliyyətini də davam etdirir. Müxtəlif vaxtlarda Şeymas Hini Dublindəki Kerisfort-Kollecin, Belfast Kraliça universitetinin, habelə Berkli (Kaliforniya, ABŞ) və Harvard universitetlərinin professoru olmuşdur. Bir müddət Oksford universitetində müasir poeziyadan mühazirələr oxumuşdur. Yaradıcılığa nisbətən gec, ali təhsilini başa vurduqdan sonra başlamışdır. "Naturalistin ölümü" (1966), "Zülmətə qapı" (1969), "Qışın sonu" (1972), "Çöl işləri" (1979) adlı kitablarında toplanan şeir və poemalar Şeymas Hinini müasir irland poeziyasında öz yeri və dəsti-xətti olan şair kimi tanıtmışdır.
Güni (Mahnişan)
Güni (fars. گوني‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (62 ailə).
Süni zəka
Süni intellekt (Sİ; ing. artificial intelligence, abr. AI) — insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Quql axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur), insan dilinin anlayışı ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir.Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş, beləliklə bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir. Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər. Süni intellekt psixologiya, linqvistika, fəlsəfə, nevrologiya və bir çox başqa sahələrdən də istifadə edir.
Hüsni təxəllüs
Hüsni təxəllüs — divan ədəbiyyatına aid termin, şairin öz təxəllüsünü həm təxəllüs kimi, həm də həmin sözün əsas mənasında eyni vaxtda işlətdiyi vəziyyətə hüsni təxəllüs deyilir == Haqqında == Divan ədəbiyyatında ümumiyyətlə şairlərin təxəllüsü var. Şairlər bəzən bu təxəllüsləri öz əsərlərində söz kimi işlədirlər. Şair gah təxəllüs, gah da ad kimi istifadə edir. Hüsni təxəllüsün ən məşhur nümunələrindən biri məşhur türk divan şairi Bakinin aşağıdakı misrasıdır: Baki qalan bu qübbədə bir xoş səda imiş. Bu qübbədə əbədi qalan bir xoş səs imiş.Bu misrada "Baki" sözü həm şairin təxəllüsü, həm də "əbədi, əzəli" mənasında vurğulanır. == Həmçinin bax == Təxəllüs Nəzəriyyə Ədəbiyyat Poetika == Mənbə == "Ədəbiyyatşünaslığın əsasları", Elmi redaktor P. Xəlilov, Redaktor İ. Həmidov, Bakı 1978 Kamil Vəliyev. Dastan poetikası. Bakı 1984 Kamil Vəliyev Nərimanoğlu. Azərbaycan eposunun poetik sintaksisi (monoqrafiya). Bakı 2009 İslam ensiklopediyası.
Almon-le-Jüni
Almon-le-Jüni (fr. Almont-les-Junies, oks. Las Juniás) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12004. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 36 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 487 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 275 nəfərin (15-64 yaş arasında) 217 nəfəri iqtisadi cəhətdən fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 78.9%, 1999-cu ildə 67.4%).
Hani ibn Urvə
Hani ibn Urvə Kufədə yaşayan Bəni Murad qəbiləsinin başçısı idi.O, İmam Əlinin səhabələrindən idi.Hani İmam Hüseyn tərəfindən göndərilmiş Müslüm ibn Əqilə pənah verdi.Haninin qəbri Böyük Kufə məscidindədir.
Hunz.
Armando Teodoro Hunziker (isp. Armando Theodoro Hunziker, 1919—2001) — İsveçrə mənşəli Argentina botaniki. == Armando Teodoro Hunzikerin şərəfinə adlandırılan bitkilər == Hunzikeria D'Arcy, 1976 (Solanaceae) Adesmia hunzikeri Burkart, 1954 (Fabaceae) Amaranthus hunzikeri N.Bayón, 2007 (Amaranthaceae) Capsicum hunzikerianum Barboza & Bianch., 2005 (Solanaceae) Dioscorea hunzikeri Xifreda, 1985 (Dioscoreaceae) Euphorbia hunzikeri Subils, 1975 (Euphorbiaceae) Jaltomata hunzikeri Mione, 2001 (Solanaceae) Justicia hunzikeri Ariza, 1971 (Acanthaceae) Larnax hunzikeriana Benítez & M.Martínez, 1995 (=Cuatresia hunzikeriana, Solanaceae) Lycium hunzikeri F.A.Barkley, 1953 (Solanaceae) Manihot hunzikeriana Mart.Crov., 1964 (Euphorbiaceae) Melica hunzikeri Nicora, 1999 (Poaceae) Mostacillastrum hunzikeri Al-Shehbaz, 2010 (Brassicaceae) Nototriche hunzikeri Krapov., 2003 (Malvaceae) Perezia hunzikeri Cabrera, 1950 (=Perezia atacamensis, Asteraceae) Physalis hunzikeriana M.Martínez, 1999 (Solanaceae) Sclerophylax hunzikeri Di Fulvio, 1961 (Solanaceae) Setaria hunzikeri Anton, 1984 (Poaceae) Stipa hunzikeri Caro, 1966 (=Nassella hunzikeri, Poaceae) Witheringia hunzikeri D'Arcy, 1974 (Solanaceae) Valeriana hunzikeri Borsini, 1960 (Valerianaceae) Verbena hunzikeri Moldenke, 1947 (=Glandularia scrobiculata, Verbenaceae) == Ədəbiyyat == Anton, Ana M. 2002. Armando T. Hunziker (1919−2001); Taxon 51: 393-403.
Husi
Husilər və ya Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş dəstəyə verilən addır.Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husi yə görə verilmişdir.2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004`cü ildə silahlı ixtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Nema Huni (Talış)
Nema Huni (fars. نماهوني‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (82 ailə).
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Huri (Əcəbşir)
Huri (fars. حوري‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,041 nəfər yaşayır (200 ailə).
Puni (En)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Quni (Urmiya)
Quni (fars. قوني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 898 nəfər yaşayır (140 ailə).