nəzarət-kassa
nəzarət-profilaktiki
OBASTAN VİKİ
Nəzarət
Casusluqda nəzarət davranışın, fəaliyyətin, və ya digər dəyişən məlumatları təsir etmək, insanları idarə etmək və ya insanların qorunmasının izlənilməsidir.
Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. == Ölçmə == Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. == Texniki nəzarət == Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. === Sınaqlar === Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Akustik nəzarət
Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi.Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları. == Daxili nəzarətin elementləri == Daxili nəzarətin elementləri onun təşkilati-iqtisadi mexanizminin tərkib hissələridir.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Nəzarət kanartı
Nəzarət kanardı, kanart tipindəki təyyarələrdə daşıma vəzifəsi icra etməyən kanart növüdür. Bu kanartlarda yalnız nəzarət səthləri vardır. Daşınmanın bölünməsi istənilmədiyi üçün onlar əsasən simmetrik qanad profilinə malik olurlar. Nəqliyyatda rol oynamadıqlarına görə onların sahələri əsas qanadlara görə daha kiçik olur.
Ölçü (fəlsəfə)
Ölçü — predimetin və ya hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriyadır. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır. Bu xarakteristikalar dəyişkən və mütəhərrikdir. Lakin onların özünün dəyişməsi zəruri surətdə müəyyən hüdudlarla məhdudlaşır ki, bunlardan kənara çıxdıqda kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə gətirib çıxarır.(Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.) Bu hüdudlar Ölçüdür. Öz növbəsində mövcud obyektin keyfiyyətinin dəyişməsi onun kəmiyyət xarakteristikalarının və ölçüsünün dəyişməsi ilə nəticələnir.Kəmiyyət və keyfiyyətin əlaqəsi və vəhdəti mövcud obyektin təbiətindən asılıdır. Əgər obyektin inkişafını nəzərdən keçirsək, o zaman bu prosesin bir pilləsindən digər pilləsinə keçid nöqtələri dəyişkən nöqtələr kimi aşkara çıxır. Belə düyün nöqtələri sistemini ölçülərin düyün xətti adlandırmaq qəbul olunmuşdur. Fəlsəfə tarixində Ölçü kateqoriyasını ilk dəfə Hegel hazırlamışdır. == Mənbə == Fəlsəfə Ensklopedik lüğəti.
Ölçü cihazı
Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur. ==== Təsnifatı ==== İndikasiya üsuluna görə: Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir. Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər.Ölçmə üsuluna görə: Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr. Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir.Nəticənin təsvirinə görə: Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur. Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir.Başqa əlamətlərinə görə: Çəmləşdirici ölçmə cihazı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir. İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.Ölçü cihazlarına misallar: Dinamometr Barometr Ampermetr Ommetr Dozimetr Tərəzi və s.
Ölçü transformatoru
Ölçü transformatorları — cərəyan və gərginlik səviyyələrinin transformasiyası və izolyasiyası üçün istifadə olunan yüksək dəqiqlik sinifli elektrik qurğularıdır. Ölçü transformatorları cərəyan və gərginlik transformatorları olmaqla iki növə ayrılır. Ölçü cərəyan və gərginlik transformatorları yüksək gərginlikli dəyişən cərəyan dövrələrində ölçmə , mühafizə və avtomatika cihazlarına birləşdirmək üçün istifadə edilir. Ölçü gərginlik taransformatoru yüksək gərginlik dövrəsinə paralel qoşulur. Ölçü cərəyan transformatorları isə dövrəyə ardıcıl və dolayı qoşulur.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Ölçü vahidləri
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Elektron nəzarət vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Faza nəzarət relesi
Faza nəzarət relesi - aşağıdakı hallarda üç fazalı şəbəkədən qidalanan elektrik mühərriki və ya elektrik qurğusunun mühafizəsi üçün nəzərdə tutulmuş qurğudur: fazaların heç olmasa birinin olmaması ("fazanın itməsi"), gərginliyin qoyulmuş həddən aşağı düşməsi, gərginliyin qoyulmuş həddən yuxarı qalxması, fazın əks ardıcıllığı neytralın qırılması, cərəyanların və gərginliklərin qeyri-simmetrikliyiBundan əlavə, faza nəzarət relesinin bəzi konstruksiyaları maksimal və minimal gərginliyə görə işləmə qiymətlərinin, həmçinin işləmə vaxtının (dözmə müddəti) tənzimlənməsini təmin edir. Adətən, faza nəzarət relesində çıxış elementi kimi rele kontaktları dəstindən (normal bağlı və normal açıq) istifadə olunur. Rele həmçinin fazaların mövcudluğunu və qeyri-normal rejimin növünü göstərən indikasiya elementləri ilə təchiz oluna bilər. == İş prinsipi == Faza nəzarət relesinin iş prinsipi fazanın itməsi zamanı şəbəkədə meydana çıxan əks ardıcıllıqlı harmoniklərin təcrid edilməsinə əsaslanır. Əks ardıcıllıqlı gərginlikləri ayırmaq üçün əks ardıcıllıqlı filtrlərdən istifadə olunur, ən sadə halda bunlar çıxışında elektromaqnit relesi qoşulmuş aktiv və reaktiv elementləri olan (aktiv-tutum dövrələri) olan passiv analoq filtrlərdir. == Sənaye növləri == Faza nəzarət relesinin növlərindən biri, adətən "faza itkisi relesi" adlandırılan E - 511 (SSRİ) relesidir. Onun modifikasiyaları 100 V, 220 V və 380 V xətt gərginliyinə hazırlanırdı, buna görə də qoyuluş qiymətləri gərginliyə görə tənzimlənirdi. Müasir faza nəzarət releləri (məsələn, "Rele və Avtomatika" MMC tərəfindən istehsal olunan EL-11, 12, 13, 15 seriyaları) gərginliyə və zamana görə parametrlərlə təchiz edilirlər. == Ədəbiyyat == «Справочник по наладке электроустановок», под ред. А. С. Дорофеюка, А. П. Хечумяна, М., «Энергия», 1975 г Чернобровов Н.В. «Релейная защита», М., «Энергия», 1974 г.
Hava nəqliyyatına nəzarət
Hava nəqliyyatına nəzarət xidməti (ATC), hava vasitələrinin manevr sahəsində, peppronda və ya uçuşun hər hansı bir mərhələsində bir-birləriylə və maneələrlə üzləşmələrinin qarşısının alınması; sürətli və nizamlı hava nəqliyyatına axınını təmin etmək məqsədi ilə verilən hava nəqliyyat xidməti (ATS) növüdür. ATC qısaltması İngilis dilində Air Traffic Control anlayışının akronimidir. ATC xidməti verən vəzifəlilərə hava nəqliyyatına nəzarətçi (ATCO) deyilir. ATC xidmətləri beynəlxalq formada İngilis dilində deyilir. ATC orqanları funksiyalarına görə bu çağırış adlarından birini alırlar: Tower (qüllə) Approach (yaxınlaşma) Radar Ground (Yer) Director (direktor)Hər hansı bir hava nəqliyyat xidmət orqanının vəzifəsini göstərməyən (yanıldıcı) bir çağırış adı istifadə etməsi cinayət hesab edilir. == Missiyalar == ATC orqanları bu xidmətləri verirlər: Nəzarət xidməti (meydanlarda və idarəli hava sahələrində) FIS (uçuş məlumat xidməti) ALRS (xəbərdarlıq xidməti) == Hava nəqliyyat nəzarətçiləri == ATC-lər Nəqliyyat Nazirliyi Mülki Aviasiya Baş İdarəsi tərəfindən edilən lisenziya imtahanı nəticəsində lisanslandırılmış lisenziyalı kəslərdir. Azərbaycandakı əlaqədar təşkilat Nəqliyyat Nazirliyi Dövlət Hava Meydanları Müəssisəsidir. (mənbə lazımdır) İmtahan və dərəcələndirmələr Hava nəqliyyat nəzarətçiləri lisenziyalarına əlavə olaraq aşağıdakı sahələrdə dərəcə imtahanlarına daxil olurlar və bu imtahanlarda müvəffəqiyyətli olduqları təqdirdə dərəcələri ilə əlaqədar hava nəqliyyat xidməti vəzifəsini yerinə yetirirlər. Əlaqədar dərəcələr bunlardır: (mənbə lazımdır) Görərək meydan nəzarət dərəcəsi Alətli meydan nəzarət dərəcəsi Radarsız yaxınlaşma nəzarət dərəcəsi Radarlı yaxınlaşma nəzarət dərəcəsi Radarsız sahə nəzarət dərəcəsi Radarlı sahə nəzarət dərəcəsi == Şərtlər == Hava nəqliyyat nəzarətçiləri, yaxşı dərəcədə İngilis dilində bilmək və hər il, çalışdıqları bölgə ilə əlaqədar dərəcədə yeniləmə imtahanlarına girmək məcburiyyətindədirlər. Bu imtahanlara girə bilmək üçün hər il tam hüquqlu xəstəxanalardan heyət hesabatı almaq zərurətləri vardır.
Komandanlıq və nəzarət
Komandanlıq və nəzarət bir hərbi təşkilatda vəzifə yerinə yetirmək üçün təyin edilmiş qüvvələrin komandirinin verdiyi əmr və göstərişlərdir.
Uçuşa nəzarət rejimləri
Uçuşa nəzarət rejimləri — Kompyuter tərəfindən uçuş müddətinə görə uçuş məlumatlarının məsələn sürət və yüksəklik kimi məlumatların düzəldilməsi (buna FBW yəni Fly-by-wire deyilir) yəni uçuş nəzaətləri olan təyyarələrdə, uçuş nəzarət qaydaları siqnallarının çıxış siqnallarına funksional çevrilməsi, sensorlardan və başqa qaynaqlardan oxunma, aktuatorlar (hər hansı mexanizmanın bir hissəsidir. Bir mexanizm və ya sistemin hərəkət və idarə olunması üçün məsuliyyət daşıyır, məsələn bir klapan açmaq.) və digər çatış nöqtələrinin adətən uçuş nəzarət üsülları var; onlar istifadəçi interfeysində (yəni istifadəçi və kompüter sisteminin qarşılıqlı əlaqəsi olan vasitələr, xüsusi ilə də software və giriş cihazları istifadəsi.) üsulların tətbiqidir. Onların məqsədi insan nəzarəti girişlərinin uçuş nəzarət səthlərinə və nəticədə hərəkət yoluna müxtəlif vəziyyətlərə və ya uçuş rejimlərinə uyğun şəkildə tərcümə olunma üsulunu dəyişdirməkdir.Elektron uçuş nəzarətinin azaldılması, məsələn, uçuş nəzarət kompüteri kimi hesablamalı bir cihazın və ya ADIRU kimi məlumat verən hesablama qurğusunun uğursuzluğu ilə nəticələnə bilər.Elektron uçuş idarəetmə sistemləri (EFCS) həmçinin şiddətli havanı tanıyaraq və düzəldərək və balans pozulmanı azaldaraq sərnişinlər üçün daha rahat uçuş təmin etmək kimi, təyyarənin çox gərilməyə qarşı qorunması və ya sərnişinlər üçün daha rahat bir uçuş şərti ilə normal uçuşlarda gücləndirmə təmin edər. İki təyyarə istehsalçısı müxtəlif uçuş nəzarət rejimi (və ya qanunları) altında çıxış edə bilən birincil uçuş kompüterləri ilə ticari sərnişin təyyarələri istehsal edir. Ən yaxşı bilinənlər, Airbus A320-A380 modelinin normal, alternativ, düz və mexaniki qanunlarıdır. Boeingin FBW uçuş sistemi Boeing 777, Boeing 787 Dreamliner ve Boeing 747-8 də istifadə olunur.Bu təzə təyyarələr hava ağırlığını qorurkən təhlükəsizliyi və performansı artırmaq üçün elektronik nəzarət sistemləri istifadə edir. Bu elektronik sistemlər köhnə mexanik sistemlərdən daha yüngüldür və eyni zamanda təyyarəni yüksək gərilmə vəziyyətlerindən də qoruya bilir, dizaynerlərin həddindən artıq hazırlanmış parçaları azaltmalarına icazə verərək təyyarənin ağırlığını daha da azaldır. == Uçuş nəzarət qaydaları == A300 / A310-dan sonra Airbus təyyarə dizaynları təxminən bütünlüklə FBW avadanlıqları vasitəsilə idarə olunur. A320, A330, A340, A350 və A380 daxil olmaq üzrə bu yeni təyyarələr Airbus uçuş nəzarət qaydaları altında nəzarət göstərməkdədir. Məsələn Airbus A330'dakı uçuş nəzarətlərinin hamısı elektronik olaraq idarə edilir və hidravlik olaraq işlədilir.
Beynəlxalq Nəzarət Komissiyası
Beynəlxalq Nəzarət Komissiyası (qısaldılmış BNK; fr. Commission Internationale de Contrôle və ya CIC) və ya Beynəlxalq Nəzarət və Nəzarət Komissiyası — 1954-cü ildə yaradılmış beynəlxalq qüvvə. Təşkilat, əslində, keçmiş Fransa Hind-Çini daxilində hər bir ərazi üçün bir olmaqla, üç ayrı, lakin bir-biri ilə əlaqəli orqan kimi təşkil edilmişdi və iki müvəqqəti administrasiyası olan vahid dövlət kimi qəbul edilirdi. Vyetnam üçün ICSC, Laos üçün ICSC və Kamboca üçün ICSC ayrı qurumlar idi.Təşkilat Birinci Hind-Çin müharibəsini bitirən və Vyetnamın bölünməsinə səbəb olan Cenevrə razılaşmalarının həyata keçirilməsinə nəzarət edirdi. Atəşkəs rejiminə əməl olunmasına nəzarət etmiş və pozuntuları qeydiyyata almışdır. Təşkilat müvafiq olaraq qeyri-kommunist, kommunist və bloklara qoşulmayan tərəfləri təmsil edən Kanada, Polşa və Hindistandan diplomatlar və hərbi personaldan ibarət nümayəndə heyətlərindən ibarət idi. Təşkilatın fəaliyyəti getdikcə alovlanan qarşıdurma qarşısında əhəmiyyətsiz olmuşdur. Buna baxmayaraq, o, Paris sazişləri imzalanana, Beynəlxalq Nəzarət və Müşahidə Komissiyası adı altında yenidən toplanana qədər rabitə əlaqəsi kimi fəaliyyətini davam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Maneli, Mieczyslaw. War of the Vanquished.
Arpa (ölçü vahidi)
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi. == Ümumi məlumat == Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur. Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi. Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə.
Ayaq (ölçü vahidi)
Ayaq — qədim uzunluq ölçü vahidi. == Ümumi məlumat == Addım, qulac, qarış və dirsək türk sözləri olub, bu gün də bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir. Bu da onların dəqiq ölçülərə daha çox yaxınlığı ilə bağlıdır. Xalqımızın məişətində əski çağlarda işlənmiş, lakin bu gün öz əhəmiyyətini demək olar ki, itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar. Addım, qarış, qulac və dirsəyə nisbətən ayaq uzunluq ölçü vahidi az işlənmiş, tədricən unudularaq arxaikləşmişdir. Bu gün ayaqdan uzunluq ölçmək üçün istifadə edildiyinə rast gəlinməsə də, xalqın yaratdığı və öz məişətində uzun illər boyu işlətdiyi uzunluq ölçü vahidlərindən biridir. Hal hazırda kiçik yaşlı uşaqlar oyun oynayarkən müxtəlif oyunlar zamanı ayaq ölçü vahidindən istifadə edirlər. Azərbaycanda işlənən "ayaq" təxminən yarım inşaat arşınına (0,76 sm : 2 = 0,38 sm ) bərabər götürülmüşdür. Hazırda məişətimizdə işlənən sacayağı da "ayaq" ölçü vahidindən yaranmışdır.
Ağac (ölçü vahidi)
Ağac — riyaziyyatda əski çağlarda məsafələri ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Ağac uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Ağac bu gün ölçü vahidi kimi işlədilmir. Ancaq əski çağlarda, xüsusilə orta əsrlərdə uzaq məsafələri ölçmək üçün ağacdan daha çox istifadə edilmişdir. Bir ağac təxminən 6-7 km-ə bərabər götürülmüşdür. Altıağac yaşayış məskəninin adının da bu ölçü vahidi ilə bağlı yarandığını düşünməyə əsas verən ən tutarlı fakt odur ki, Şamaxıdan Altıağaca qədər olan məsafə 6-7 ağaca, yəni təxminən 50 km-ə bərabərdir.
Barmaq (ölçü vahidi)
Barmaq — artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri. == Ümumi məlumat == Addım kimi artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri də barmaqdır. Hələ qədim şumerlərin yaratdıqları "Əkinçinin təqvimi"ndən görünür ki, onlar da barmaqdan ölçü vahidi kimi istifadə etmişlər. S.N.Kramer həmin təqvimin mətnini tərcümə edərkən "qarış" kimi barmaq sözünü də orijinalda olduğu kimi saxlamışdır. "Əkinçiyə hər qarış torpağı səkkiz şırım etmək məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün". Barmaq, adından da göründüyü kimi, bir barmağın uzunluğuna bərabərdir: "Kərim baba çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü".Burada barmaq eninə olaraq nəzərdə tutulur.Yəni başı aşağı deyil yana baxacaq şəkildə göstərilməlidir == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Batman (ölçü vahidi)
Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi. == Haqqında == Batman Girvənkədən böyük çəki vahididir. Kitabi Dədə Qorqud dastanlarında “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadığından irəli gələn qüsur idi. Tədqiqatçılar hələ X əsrdə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi.
Baş (ölçü vahidi)
Baş - qədim ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə ta qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir. Baş sözü əsasən say bildirir. Heyvanların sayı başla hesablanır: beş baş quzu, on baş qoyun, üç baş inək. İnsanlar üçün işlədilən "baş" sözü əsasən ailə üzvlərinin sayını bildirir (məs.: "beş baş külfət"). Baş sözündən xalq arasında axar suyun miqdarını ölçmək üçün də istifadə olunmuşdur. Suvarma işlərində işlədilən suyun miqdarı başla ölçülmüşdür. Bir baş suya bellik deyilir. Görünür, bu bir bel ağzı dərinlikdə qazılmış arxı dolduran suya bərabərdir.
Boyun (ölçü vahidi)
Boyun - qoşqu heyvanlarına aid ölçü vahidi. == Ümumi məlumat == Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun öküz, bir boyun cöngə, bir boyun kəl və s. Boyunduruq sözü də boyun sözündən yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.

Digər lüğətlərdə