o və onun tayları

they / their kind (lot, sort) / the likes of them ихний брат / ихняя братия (они и им подобные)
o tərəfə-bu tərəfə
o yan bu yan eləmək
OBASTAN VİKİ
Fenantren və onun törəmələri
Fenantren - kimyəvi formulu - C14H10. Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Naftalin və onun törəmələri
Naftalin - daş kömürün, neftin və bir çox başqa üzvi birləşmələrin pirolizi zamanı alınan məhsullardan biridir. Sənayedə onu çox vaxt daş kömür qətranının orta fraksiyasından (170-2400) alırlar. Bu məqsədlə, həmin fraksiyanı əvvəlcə qələvi ilə emal edib, oradan fenolu ayırır, qalan hisssəni sıxmaqla maye qatışıqlardan ayırırlar. Sonra az miqdarda sulfat turşusu ilə emal edərək, təmiz naftalin almaq üçün su buxarı ilə distillə və ya sublimasiya edirlər. Naftalin 800C-də əriyən və 2180-də qaynayan, ağ rəngli xüsusi iyli maddədir. Suda həll olmur, efirdə və benzolda yaxşı həll olr. Onun empirik formulunu C10H8 birinci dəfə rus kimyaçısı A.A. Voskresenski müəyyən etmişdir. Naftalin, praktiki cəhətdən çox əhəmiyyətli maddədir. Onu yun və ipək parçaları güvədən qorumaq işlədir,habelə ondan cürbəcür boyaqlar, dərmanlar, partlayıcı maddələr və s. almaq üçün istifadə edirlər.
Tarix və onun problemləri
Tarix və onun problemləri — Azərbaycanda nəşr olunan nəzəri, elmi, metodik jurnal. Nəzəri, elmi, metodik jurnal olan "Tarix və onun problemləri" 1997-ci ilin yayından tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın baş redaktorluğu ilə nəşr olunur. "Tarix və onun problemləri" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dissertasiyaların əsas nəticələrinin və elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Rokko və onun qardaşları
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
O
Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf, 9 saitdən biri. O saiti qalın, dodaqlanan və açıq saitdir. Oksigen elementi böyük o (O) hərfi ilə işarə olunur.
Leyla və Onun Dostları (1971)
Musiqili bədii-sənədli film bəstəkar Oqtay Zülfüqarovun qızı, 8 yaşlı, balaca müğənni Leylaya həsr olunmuşdur. 1) Moskvada keçirilən Ümumdünya gənclər festivalı Film II dərəcəli Diploma layiq görülmüşdür. Bu, Azərbaycan televiziyasında çəkilmiş ilk bədii rəngli musiqili uşaq filmidir.
Mətn sənədi və onun obyektləri
Kompüterdən ən geniş istifadə olunan sahələrdən biri mətnlərin hazırlanmasıdır. Mətnlər hazırlanarkən çox zaman bir neçə dəfə dəyişdirilir. Kağızda edilən hər hansı dəyişikliyin izi qalır və buna gorə də istənilən kompüterdə mətnlərlə işləmək üçün xüsusi proqramlar – mətn redaktorları quraşdırılıb. Mətn redaktorunda hazırlanmış istənilən mətnə, ona daxil edilmiş mətn olmayan materiallarla birlikdə sənəd (document) deyilir. Mətn sənədinin obyektləri aşağıdakılardır: simvol, sətir, abzas, mətn cədvəl düstur diaqram rəsim, şəkil və s. Mətn redaktorunda yaradılan ən kiçik obyekt "simvol"dur.
Tarix və onun problemləri (jurnal)
Tarix və onun problemləri — Azərbaycanda nəşr olunan nəzəri, elmi, metodik jurnal. Nəzəri, elmi, metodik jurnal olan "Tarix və onun problemləri" 1997-ci ilin yayından tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın baş redaktorluğu ilə nəşr olunur. "Tarix və onun problemləri" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dissertasiyaların əsas nəticələrinin və elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Torpaq və Onun Münbitliyi (1952)
Elmi-kütləvi filmdir. Kinolent bol məhsul yetişdirmək üçün torpağın erroziyadan və şoranlaşmadan qorunma üsullarından bəhs edir.
Açıq cəmiyyət və onun düşmənləri
Açıq cəmiyyət və onun düşmənləri — 1938–1943-cü illərdə İkinci Dünya müharibəsi zamanı Karl Popper tərəfindən yazılmış siyasi fəlsəfəyə dair ikicildlik əsər. İlk dəfə 1945-ci ildə Londonda nəşr edilmişdir. SSRİ -də nəşr olunmamış, ilk dəfə 1992-ci ildə Rusiyada nəşr edilmişdir. Müəllif Platonun, Hegelin və Marksın əsərlərini tənqid edir, onları teleoloji historisizm nəzəriyyələri adlandırır və onların müəlliflərini totalitarizmin ideoloji əsasını təşkil etməkdə ittiham edir . Rus dilindəki nəşrinə olan ön sözdə Popper yazır :Hitlerin doğma Avstriyaya hücumu haqqında öyrəndiyim gün bu kitabı yazmağa qərar verdim […]. Kitab nasizm və kommunizmə — 1939-cu il paktının bir müddətlik müttəfiq etdiyi Hitler və Stalinə qarşı yönəlmişdi. Bu kitabda hitlerizmin yaranmasına səbəb olan tarixi izləmək qərarına gəldim və siniflər baxımından düşünən ilk siyasi ideoloq olan böyük filosof Platonun təlimlərinə müraciət etdim […]. Stalin fiquru məni Karl Marksın fəlsəfəsini öyrənməyə yönəltdi. Marksizmi tənqid edərkən mən özümü də müəyyən dərəcədə tənqid edirdim, çünki ilk gəncliyimdə marksist, hətta kommunist olmuşdum. (Bu təlimi rədd edəndə isə heç 17 yaşım yox idi.)Kitab iki cilddən ibarətdir: I cild.
Beş uşaq və o (roman)
Beş uşaq və o - ilk dəfə 1902-ci ildə çap olunmuş ingilis yazıçı E.Nesbitin uşaq romanı. O, 1902-ci ildə "Strand Mazazine"-də "The Psammead, or the Gifts" adı altında hər ay olmaqla apreldən dekabrda qədər çap olunmuşdur.Roman beş bacı-qardaşın qazanara tapdıqları Psamed adlı qum pərisinin onlara hər gün bir diıək haqqı verməsi ilə başlayan macəralardan bəhs edir. Əvvəl uşaqlar çox böyük bir fürsət ilə qarşılaşdıqlarını düşünsələr də, diləkləri pis nəticələrə səbəb olduqca çətinliklər, bəzən isə təhlükələr ilə üzləşməli olurlar. Hekayə ailənin Londondan ucqar hesab olunan Kentə köçmələri ilə başlayır. Beş uşaq - Ciril, Antea, Robert, Jeyn və onların körpə qardaşları (o, adətən Quzu adı ilə qeyd olunur) çınqıllı ərazini qazarkən təsadüfən diləkləri gerçəkləşdirə bilən Psammed adındakı sehirli qum pərisi ilə rastlaşırlar. Qum pərisi çox maraqlı görüşünə sahibdir. Onun gözləri ilbizdəki kimi buynuzların üstündədir və onları teleskop kimi hərəkət etdirə bilir, qulaqları yarasa qulaqları, əlləri və ayaqları isə meymununkuna bənzəyir. Psammed uşaqlara hər gün üçün bir dilək haqqı verir və günbatımında diləklərin daşa çevriləcəyi barədə xəbərdarlığını edir. Görünür, bu, uşaqların ancaq yemək arzuladıqları daş dövründən qalma qayda idi. Beş uağın ilk arzusu gün kimi gözəl olmaq olur və arzu qürubda sona yetərək təsirini itirir.
Leyla və onun dostları (film, 1971)
Musiqili bədii-sənədli film bəstəkar Oqtay Zülfüqarovun qızı, 8 yaşlı, balaca müğənni Leylaya həsr olunmuşdur. 1) Moskvada keçirilən Ümumdünya gənclər festivalı Film II dərəcəli Diploma layiq görülmüşdür. Bu, Azərbaycan televiziyasında çəkilmiş ilk bədii rəngli musiqili uşaq filmidir.
Rokko və onun qardaşları (film, 1960)
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
Torpaq və onun münbitliyi (film, 1952)
Elmi-kütləvi filmdir. Kinolent bol məhsul yetişdirmək üçün torpağın erroziyadan və şoranlaşmadan qorunma üsullarından bəhs edir.
Niyə O?
Niyə O? — bir 2016 Amerika romantik komediya filmidir. Bu film 23 dekabr 2016-cı il tarixində 20th Century Fox tərəfindən ABŞ-də yayımlandı.
O'G3NE
O'G3NE — Liza, Emi və Şelli Vol bacılarından ibarət Niderlandlı musiqi triosu. Onlar "Adem in, Adem uit" mahnısı ilə Niderlandı 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmişdirlər. 2014-cü ildə trio Niderlandın The Voice səs yarışmasında qələbə qazanmışdır və həmin qələbədən sonra O'G3NE Britaniyanın EMI Records albom şirkəti ilə anlaşma imzalamışdır. O'G3NE "Lights and Shadows" mahnısı ilə Niderlandı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Liza Vol 21 iyun 1994-cü ildə, Emi və Şelli əkizləri isə 18 oktyabr 1995-ci ildə Niderlandın Dordrext şəhərində anadan olmuşdur. Qızlar daha sonra ölkənin Fixnaart şəhərinə köçmüş və orada böyümüşdürlər. Liza, Emi və Şelli "Adem in, Adem uit" mahnısı ilə 2007-ci ildə Niderlandın Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Junior Songfestival milli seçim turunda iştirak etmiş və nəticədə seçim turunda qalib gəlmişdirlər. Beləliklə bacılar Niderlandın Rotterdam şəhərində keçirilən 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkələrini "Adem in, Adem uit" mahnısı ilə təmsil etmiş və 17 ölkə təmsilçisinin mübarizə apardığı müsabiqədə Niderlanda 11-ci yeri qazandırmışdırlar. 2008-ci ildə onların 300% adlı debüt albomu işıq üzü görmüşdür. Daha sonra isə 2011-ci ildə qrupun Sweet 16 adlı ikinci studiya albomu təqdim edilmişdir.
O-Fenilendiamin
o- Fenilendiamin – formulası C6H8N2 olan üzvi birləşmə, aromatik diamin. o-Fenilendiamin - ağ, açıq çəhrayı və ya sarımtıl rəngli kristallardır. Sənayedə o-fenilendiamin 2-nitroanilinin bərpası nəticəsində alınır, hansı ki 2-nitroxlorobenzolun aminləşmə reaksiyası zamanı sintez olunur. Bərpa müxtəlif reagentlərin, məsələn, dəmir tozu, hidrazin və ya hidrogen sulfidin təsirindən həyata keçirilə bilər. Sənaye üsulu palladium katalizatorunun istifadəsi ilə keçirilir. Həmçinin, o-fenilendiamin 1,2-dixlorobenzolun və anilinin aminləşmə reaksiyası nəticəsində alınır. Laboratoriyada o-fenilendiamin natrium hidrogen sulfitin 1% sulu məhlulundan kristallaşma yolu ilə təmizlənir, sonra maddə buzlu su ilə yuyulur, vakuumda qurudulur və və sublimasiya olunur. o-Fenilendiamin isti suda, etil spirtində, dietil efirdə, xloroformda həll olunur. İşıqda və havada kristallar tez qaralır. o-Fenilendiamin, reaksiyalarda gələvi kimi özünü görsədərək duzlar əmələ gətirir, tipik aromatik aminlərə bənzər.
O.Torvald
O.Torvald (ukr. Оторвальд) — Ukraynalı rok qrupu. 2005-ci ildə Ukraynanın Poltava şəhərində yaranmışdır. Qrupun O.Torvald adlı debüt albomu 2008-ci ildə işıq üzü görmüşdür. O.Torvald qrupu GBOB, Chervona Ruta, Tavria games, Prosto Rock (Linkin Park qrupu ilə birlikdə), Zakhid, Krashche Misto UA (Evanescence və The Rasmus qrupları ilə birlikdə), Ekolomyja və Global Gathering kimi festivallarda çıxış etmişdir. Onlar "Time" mahnısı ilə Ukraynanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Qrup nəticədə müsabiqənin finalında 24-cü yerdə qərarlaşmışdır. Yevhen Halıç — vokalist, gitaraçı (2005–indiyə kimi) Denıs Mızyuk – gitaraçı, dəstək vokalçı (2005–indiyə kimi) Oleksandr Soloha — təbilçi (2011–indiyə kimi) Mıkıta Vasılyev — bassist (2014–indiyə kimi) Mıkola Rayda — pianoçu, DJ (2008–indiyə kimi) O.Torvald (2008) В тобі (2011) Примат (2012) Ти Є (2014) #нашілюдивсюди (2016) "Почуття" (2008) "Не грузи" (2009) "УЙ" (2010) "Качай" (2010) "Нас двоє" (2011) "Без тебе" (2012) "Mr.
O. Henri
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
O (dəqiqləşdirmə)
O — Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf. O həmçinin bu mənaları da verə bilər: O (film, 1990) — 1990-cı ildə qorxu janrında çəkilən ABŞ filmi. O (film, 2013) — 2013-cü ildə romantik dram və elmi fantastika janrında çəkilən ABŞ filmi.
O (roman)
O — Amerika yazıçısı Stiven Kinqin 1986-cı ildə yazdığı qorxu romanıdır . Bu , onun 22-ci kitabı və öz adı ilə yazdığı 17-ci romanı idi. Hekayə qurbanlarının qorxusundan istifadə edərək ovunu ovlayarkən özünü maskalamaq üçün istifadə edən şər varlıq tərəfindən terrora məruz qalan yeddi uşağın nə edəcəyindən bəhs edir. Maine ştatının Derri şəhərində yağış fırtınası zamanı Georgie Denbrough adlı altı yaşlı uşaq yağışlı küçədə üzən kağız qayığının arxası ilə qaçır və qayıqı yağış suyu kanalizasiyaya aparır. Kanalizasiyaya baxan Georgie orada Rəqs edən özünü Pennywise kimi təqdim edən bir təlxəklə qarşılaşır.Georgie, Pennywise tərəfindən aldadılır və təlxək onun qolunu qoparır və onu öldürür. Bu hadisədən sonra Georgienin qardaşı və dostları onun axtarışına çıxırlar.
O Fortuna
O Fortuna— XII əsrin əvvəllərində yazılmış orta əsr Latın Qoliardik şeridir. O Fortuna həmdə Carmina Burana kimi tanınan kolleksiyanın hissələrindən biridir. Bu Roma mifologiyasındakı xoşbəxtlik təcəssümünə, Fortuna və taleyə narazılıq edir. 1935-1936-cı ildə Alman bəstəkar Karl Orf öz Carmina Burana kantatasının ən məşhur hissəsi və əsərin açılış və bağlanış hissələrində ifa edilən "Fortuna Imperatrix Mundi" kimi adlanan musiqi bəstələdi. Birinci dəfə 8 iyun 1937-ci ildə Alte Operdə səhnələşdirilib. Ton son doqquz bara qədər məqamlıdır. Konsertin müddəti iki dəqiqə yarımdan bir az daha çoxdur. Orffun şeir üzərindəki aktları olduqca populyar olub saysız-hesabsız klassik musiqi orkestrləri və sənətkarlar tərəfindən ifa edilib. Bu musiqi parçası çoxsaylı filmlər və televiziya reklam çarxlarında eşidilir və dramatik və ya həlledici hallarda əhval-ruhiyyəni tənzimləmək üçün populyar mədəniyyətin əsasında çevrilib. "O Fortuna" İngiltərədə son 75 ilin ən çox ifa olunan klassik musiqi əsəri halına gəlmişdir.
O jardim
O jardim (azərb. Bağ‎) — Portuqaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın ev sahibliyi etdiyi Avroviziya 2018-də ölkəsini təmsil etmək hüququ əldə etmişdir. Mahnı portuqaliyalı söz yazıçısı İzaura tərəfindən bəstələnmişdir.
O İl
O İl (1 yanvar 1978) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. O İl Şimali Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
O İnqyonq
O İnqyonq (kor. 오은경; rus. Ынгёнг О; 1969, Seul) — Cənubi Koreyanın qadın türkoloq alimi, Türk xalqları folklorunun, xüsusilə özbək dastanlarının araşdırıcısı, müqayisəli ədəbiyyat üzrə bir sıra ciddi tədqiqatların müəllifi, jurnalist, professor, elmlər doktoru. Mənşəcə koreyalıdır. Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi. 1969-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda anadan olmuşdur. Seul şəhərindəki Hankuk Xarici Dillər Universitetinin Türkologiya fakültəsində təhsil almışdır. 1992–1999-cu illər arasında Türkiyə Cümhuriyyətinin burslu tələbəsi olaraq Ankara Hacettepe Universitetinin Türk dili və ədəbiyyati bölümüdə magistr təhsili almış, daha sonra doktoranturanı bitirmişdir. 1995–1999-cu illərdə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində Koreya dili və ədəbiyyatı bölümündə müəllim kimi çalışmışdır. 1994–1997-ci illərdə Koreya televiziyası və radiosunda Türkiyə Cümhuriyyətinin müxbiri kimi fəaliyyət göstərmişdir.