Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi
Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi (ing. The Nizami Ganjavi Programme for the study of languages and cultures of Azerbaijan and the Caucasus) 2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmışdır. Mərkəz Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədilə Böyük Britaniyada Oksford Universitetinin nəzdində yaradılmış ilk elmi-tədqiqat ocağıdır.
Azərbaycanın beynəlxalq arenada siyasi nüfuzunu nəzərə alaraq, onun tarixi həqiqətləri və zəngin mədəniyyətini beynəlxalq elmi cəmiyyətə çatdırılması və tanıtması böyük elmi və siyasi əhəmiyyət kəsb edir. Bu baxımdan 2013-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun, Müqəddəs Endrüs və Nyu-York Universitetinin professoru Robert Hoylandla birgə təşəbbüsünün nəticəsi olaraq Qərb dünyasının ən nüfuzlu tədris ocağı olan Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması təqdirəlayiqdir. Mərkəz Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədilə Böyük Britaniyada Oksford Universitetinin nəzdində yaradılmış ilk elmi-tədqiqat ocağıdır.
Qeyd edək ki, İngiltərə alimlərini Mərkəzin məhz Nizami Gəncəvinin adını daşımağına razı olduqlarında və onun türkmənşəli, Azərbaycan şairi olmasına inandırmaqda Nərgiz xanım Paşayevanın əvəzolunmaz rolu var. Onun qeyd etdiyi kimi:
Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycanın Xalq yazıçısı, professor Elçin Əfəndiyev bu mərkəzin yaradılmasını Azərbaycan ədəbiyyatı və mədəniyyətinə verilmiş ən yüksək qiymət kimi səciyyələndirib. AMEA-nın prezidenti, akadeik Akif Əlizadə isə bu mərkəzin yaradılmasını zamanın tələbi kimi qiymətləndirib və bildirib ki, dünyada istər Azərbaycanın, istərsə də Azərbaycan ədəbiyyatının tanıtması üçün məhz bu mərkəz böyük rol oynayacaq.
Oksford Universitetinin rəsmi internet səhifəsində göstərildiyi kimi Nizami Gəncəvi Programının əsas məqsədi mühum strateji əhəmiyyət kəsb edən və mədəni cəhətdən təkrarolunmaz Qafqazın qədim və eyni zamanda zəngin tarixinin öyrənilməsindəki boşluğu doldurmaq və siyasətdən azad obyektiv şəkildə araşdırmaqdır.