olein

olein
olefinlər
oleoqrafik
OBASTAN VİKİ
Olein
Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir. Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.). Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ). Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır.

Digər lüğətlərdə