Onxoserkoz
Onxoserkoz (çay korluğu) — filarioz qrupuna aid olan, dərialtı düyünlərin əmələ gəlməsi, dərinin və gözlərin zədələnməsi ilə xarakterizə olunan helmintoz. Ümumdünya Səhiyyə Təşkilatı bu patologiyanı unudulan xəstəliklər qrupuna daxil etmişdir.
Xəstəliyin törədicisi Onchocerca volvulus adlı helmintdir. Helmintin uclarına doğru incələn saplı bədəni var, dişilərdə təxminən 35–50 mm, erkəklərdə isə 19–42 mm, eni 0,27–0,40 mm (dişilərdə) və 0,130–0,210 mm (erkəklərdə) olur. Parazit qurd Simulium növünə aid olan hünülərin dişləmələri ilə yayılır. İnfeksiya baş verməzdən əvvəl adətən bir çox dişləmələr olur. Bu hünülər çayların yaxınlığında yaşayır, buna görə də xəstəliyin adı çay korluğudur.
Yetkin qurdlar insanın limfa düyünlərində məskunlaşır, burada dişilər mikrofilariya adlanan çoxlu sürfələr həyata gətirir. Mikrofilariyanın bir hissəsi görmə orqanının bütün toxumalarına nüfuz edərək insan gözünə daxil olur. Göz almasında onlar iltihab, qanaxma və nəticədə görmə itkisinə səbəb olan digər ağırlaşmalara səbəb olurlar.